Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-382/2023 19.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs1 və İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəflər qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə 19 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1962-ci ildə İsmayıllı rayon Diyallı kəndində anadan olmuş X5 ölmüş elan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, əri X8 01 mart 1962-ci ildə İsmayıllı rayon Diyallı kəndində doğulmuşdur. Əri Rəcəblə xx.xx.1986-cı ildə rəsmi nikahla ailə qurmuşlar. Əri işdən azad edildiyindən və işsiz qaldığından 2005-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. 2009-cu ilin may ayınadək əri ilə telefon əlaqəsi saxlamışdır. Sonuncu dəfə 2009-cu ilin may ayında əri bacısı ilə telefonla danışmış və yaxın vaxtda Azərbaycana qayıdacağını bildirmişdir. Həmin telefon danışığı ərinin sonuncu telefon danışığı olmuşdur. Həmin vaxtdan ötən 14 ilə yaxın müddətdə ərindən heç bir xəbər yoxdur və heç bir əlaqə saxlanılmayıbdır. Çox güman ki, əri Rəcəb 2009-cu ilin may ayında naməlum şəraitdə ölmüş və ya öldürülmüşdür. Əri Rəcəblə birgə nikahlarından 27 avqust 1997-ci ildə doğulmuş oğlu X9 2-ci Qarabağ müharibəsində xəbərsiz itkin düşmüş və İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(037)-1518/2022 saylı qətnaməsi ilə ölmüş elan edilmişdir. Hazırda oğluna Dövlət tərəfindən ödənilən müavinət ərinin ölümü qeydə alınmadığından və əri sağ olan şəxs kimi nəzərə alındığından ona aid 2/1 hissəsi ödənilmir.Həmçinin,ərindən qalan mirasa vərəsəlik açdırmaq olmur. Ərinin ölmüş elan edilməsi isə yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəflər Maraqlı şəxs1 və İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş,lakin maraqlı tərəflər səlahiyyətli nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 ifadə verərək göstərdi ki, ərizəçi anasıdır. 2005-ci ildə atası Rəcəb Qədirov işləmək üçün Rusiya Federasiyasına getmişdir. 2009-cu ilin may ayınadək atası ilə telefon əlaqəsi saxlanılmışdır. Sonuncu dəfə 2009-cu ilin may ayında atası xalası ilə telefonla danışmış və yaxın vaxtda Azərbaycana qayıdacağını bildirmişdir. Həmin telefon danışığı atası ilə son telefon danışığı olmuşdur. Həmin vaxtdan ötən 14 ilə yaxın müddətdə atasından heç bir xəbər yoxdur və onunla heç bir əlaqə saxlanılmayıbdır. Çox güman ki,atası Rəcəb 2009-cu ilin may ayında naməlum şəraitdə ölmüş və ya öldürülmüşdür. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib,ərizəni və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Asan 5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AA******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü ildə İsmayıllı rayonu, Diyallı kəndində doğulmuş, Bakı şəhəri, Sabunçu rayonunda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İşdə olan İsmayıllı rayon Diyallı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ №168809 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1962-ci ildə doğulmuş X8 ilə xx.xx.1963-cü ildə doğulmuş Ərizəçi arasında 03 may 1986-cı il tarixdə rəsmi nikah bağlanmış, ərə Qədirov, arvada Abdullayeva soyadı verilmiş,bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1986-cı ilin 05 ayının 03 günündə 09 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı RİHB-nın Diyallı İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 77 nömrəli arayışdan görünür ki, Ərizəçi İsmayıllı rayon Diyallı İƏD üzrə nümayəndəlikdə qeydiyyatda olmaqla ailə tərkibi oğlanları xx.xx.1988-ci ildə doğulmuş X10 və xx.xx.1994-cü ildə doğulmuş X4 ibarətdir. İşdə olan İsmayıllı RİHB-nın Diyallı İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 78 nömrəli arayışdan görünür ki, Ərizəçi əri X8 2005-ci ildən İsmayıllı rayon Diyallı İƏD üzrə nümayəndəliyin ərazisində yaşamır. Ailəsinin verdiyi məlumata əsasən X3 dəfə 2009-cu ilin may ayında bacısı X7 ilə danışmışdır. İşdə olan İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(037)-1518/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, 27 avqust 1997-ci il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində anadan olmuş X9 ölmüş elan edilmiş və X6 ölüm günü onun həlakının güman edildiyi gün, yəni 29 oktyabr 2020-ci il tarix hesab edilmişdir. İşdə olan Səfərbəylik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-43-31/2-101/23 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum oğlu 1997-ci il təvəllüdlü X9 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında itkin düşmüş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(037)-1518/2022 nömrəli qətnaməsi ilə X9 xx.xx.2020-ci il tarixdən ölmüş hesab edildiyi üçün “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, xx.xx.2020-ci il tarixdən X9 “Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin əri Rəcəb Qədirov 2005ci ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. 2009-cu ilin may ayına qədər ərizəçinin əri ilə telefon əlaqələri olmuş, sonradan əlaqələri kəsilmişdir. Bu günədək ərizəçinin əri barəsində hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Ərizəçinin izahatı və şahid ifadəsinə əsasən ötən 14 ilə yaxın müddət ərzində Rəcəb Qədirovdan heç bir məlumat alınmadığından onun Rusiya Federasiyasında naməlum şəraitdə ölməsi və ya öldürülməsi güman edilir. Diyallı İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışında ərizəçinin əri Rəcəb Qədirovun 2005-ci ildən Diyallı İƏD üzrə nümayəndəliyin ərazisində yaşamadığı göstərilmişdir. Ərizəçinin əri ilə birgə nikahlarından 27 avqust 1997ci ildə doğulmuş oğlu Elnur Qədirli 2-ci Qarabağ müharibəsində xəbərsiz itkin düşmüşdür. Hazırda ərizəçinin oğluna Dövlət tərəfindən ödənilən müavinət ərinin ölümü qeydə alınmadığından və əri sağ olan şəxs kimi nəzərə alındığından ərinə aid 2/1 hissəsi ərizəçiyə ödənilməmişdir. Eyni zamanda ərizəçi ərindən qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məccəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək və qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizəçinin əri Rəcəb Qədirovun yaşayış yerində harada olması barədə beş il ərzində məlumat olmadığından, habelə onun Rusiya Federasiyasında naməlum şəraitdə ölməsini və ya öldürülməsini güman etməyə kifayət qədər əsaslar olduğundan ərizə təmin edilməli, xx.xx.1962-ci ildə İsmayıllı rayon Diyallı kəndində anadan olmuş X5 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1962-ci ildə İsmayıllı rayon Diyallı kəndində anadan olmuş X8 ölmüş elan edilsin. X5 ölüm günü məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-382/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-382/2023
19.04.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver