Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-384/2021 17.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə, Ərizəçi Yusı̇ fova Ravə Yadulla qızının İsmayıllı Rayon Qeydı̇ yyat Şöbəsı̇ ni maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətində olma faktının müəyyən edilməsi ərizəsinə dair mülki işə 17 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs İsmayıllı rayon Qeydiyyat Şöbəsinə qarşı “atalıq faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 25.10.1934-cü il təvəllüdlü X3 ərizəçinin atası olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi göstərdi ki, o, xx.xx.1962-ci il tarixdə İsmayıllı rayonu, Tircan kəndində anadan olmuşdur. Anası Yusifova(Nuruyeva) Rəhilə Cəbi qızı 03.03.1930-cu il, atası X5 isə 25.10.1934-cü il tarixdə İsmayıllı rayonu Tircan kəndində anadan olmuşdur. O doğulduğu vaxt ata və anasının rəsmi nikahları olmamış, yalnız 18.04.1985-ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Valideynlərinin arasında rəsmi nikah olmadığından onun doğum haqqında şəhadətnaməsində ata qrafası boş saxlanılmış, ana qrafasında isə X8 qeyd edilmişdir. Atası 15.11.2014-cü il, anası isə 13.06.2020-ci il tarixdə vəfat etmişdir. Valideynlərinin ölümündən sonra İsmayıllı rayonu Tircan kəndində yerləşən 3,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və həmin kənddə yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi onlardan miras qalmışdır. Doğum haqqında şəhadətnamədə atası qeyd edilmədiyindən o atasının vərəsəsi olduğunu sübut edə bilmir. Bununla əlaqədar yaşadığı ərazi üzrə İsmayıllı rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin ərizəsi həmin Şöbədə təmin edilməyərək məhkəməyə müraciət edilməsi izah edilmişdir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs İsmayıllı Rayon Qeydiyyat şöbəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə müraciət edərək, işlərinin çox olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak etmək imkanlarının olmadığı üçün işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs İsmayıllı Rayon Qeydiyyat şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid ifadə verərək bildirmişdir ki, o, ərizəçinin qonşusudur. X1 ilə X4 nikahından xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi doğulmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ ******* saylı 10.06.1969-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi məxsus şəhadətnamədə ata qrafası boş saxlanılmış, ana qrafasında isə X8 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ 715867 saylı 17.11.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 15.11.2014-cü il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş AZ-İİ 085719 saylı 19.06.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 13.06.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan İsmayıllı rayon Tircan kənd sovetliyi tərəfindən verilmiş İİİ-JQ 424441 saylı, 18.04.1985-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 25.10.1934-cü il trəvəllüdlü X5 ilə 03.03.1930-cu il təvəllüdlü X8 18.04.1985-ci il tarixdə rəsmi nikah qeyd etdirmiş və bu barədə 04 saylı qeyd aparılmışdır. İş materiallarında olan İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 07.04.2021-ci il tarixli, 05/Q167 saylı məktubdan görünür ki, Ərizəçi doğumu 22.02.1962-ci ildə 21 saylı akt qeydi ilə İsmayıllı Rayon Tircan kənd İcra nümayəndəliyində tək ananın ərizəsi əsasında qeydə alınaraq soyadı “Yusifova”, adı “Ravə”, ata adı anasının deməsinə görə “Yadulla” kimi qeyd edilmişdir. Həmin akt qeydində soyadının Yusifovadan Nuruyevaya dəyişdirilməsi üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə İsmayıllı Rayon Qeydiyyat Şöbəsinə müraciət etməli olduqlarını, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan uşağın anası ilə nikaha daxil olmayan lakin özünü uşağın atası hesab edən şəxs öldükdə atalığın tanınması faktı ilə Azərbaycan Respublikası Mülki prosessual qanunvericiliyinə uyğun olaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Həmin məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır:
1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X5 ilə X4 faktiki nikahından xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi doğulmuşdur. Lakin həmin vaxt tərəflərin rəsmi nikahları olmamış, daha sonra İsmayıllı rayon Tircan kənd sovetində 18 aprel 1985-ci ildə nikahlarını rəsmiləşdirmişlər. X6 15.11.2014-cü il tarixdə ölmüşdür. Ərizəçiyə məxsus doğum haqqında şəhadətnamənin ata qrafasında – ata adı qeyd edilmədiyindən, hazırda hüquqlarını həyata keçirməkdə çətinlik yaranmışdır. Bunun üçün İsmayıllı Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, ancaq ərizəçinin atasının doğum haqqında şəhadətnamədə qeyd etdirməsi mümkün olmamışdır. Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə hesab edir ki, 15 noyabr 2014-cü il tarixdə ölmüş X3 ərizəçi xx.xx.1962-ci il təvəllüdlü Yusı̇ fova Ravə Yadulla qızının atası olması faktı müəyyən edilməli, Yusı̇ fova Ravə Yadulla qızı barəsində doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə atası 25 oktyabr 1934-cü il təvəllüdlü X2 qeyd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. 15 noyabr 2014-cü il tarixdə ölmüş X3 ərizəçi xx.xx.1962-ci il təvəllüdlü Yusı̇ fova Ravə Yadulla qızının atası olması faktı müəyyən edilsin. Yusı̇ fova Ravə Yadulla qızı barəsində doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə atası 25 oktyabr 1934-cü il təvəllüdlü X2 qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İlqar Hüseynov