Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-385/2020 30.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tikinti-hasarın cavabdehin hesabına sökülməsi, mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və mülkiyyət hüququna olan maneəçiliklərin aradan qaldırılması tələbinə dair mülki işə xx xxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı şəhəri, Bakı-Qəbələ şosse yolunun üst tərəfində yerləşən 0,01 ha mülkiyyətində olan həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən aparılmış qanunsuz tikinti-hasarın cavabdehin hesabına sökülməsi, mülkiyyətində olan həyətyanı torpaq sahəsindən çıxarılması və mülkiyyət hüququna olan maneəçiliklərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası zamanı iddiaçı teleqram göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə iddiaçının vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdiyinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tikinti-hasarın cavabdehin hesabına sökülməsi, mülkiyyətində olan torpaq sahəsindən çıxarılması və mülkiyyət hüququna olan maneəçiliklərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-385/2020
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-385/2020
30.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver