Məhkəmə qərarları › İş №2(037)-386/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-386/2024

05.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-386/2024 05.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Bədəlov Elvin Əbülfət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və ƏMDX-nin DƏDKR Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi, yaranmış hüquqi nəticələrin ləğv edilməsi və torpağa mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin JN 0034 Kod 40705038 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə birgə mülkiyyətlərində olan 2,634 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,404 ha hissəsinin İsmayıllı rayon Dövlət Notariat Kontorunda 28 mart 2005-ci ildə təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən X1 ilə əlaqədar ƏMDX-nin DƏDKR Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən X3 torpağa dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə onun adına xx.xx.2011-ci ildə tərtib olunaraq daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli və həmin çıxarış üzrə X5 ilə Cavabdeh2 arasında başlanmış alğı-satqı müqaviləsinə əsasən 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, əsassız olaraq X3 mülkiyyətinə verilmiş 2,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun və ailə üzvlərinin birdə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun və ailə üzvlərinin JN 0034 Kod 40705038 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə birgə mülkiyyətlərində olan 2,634 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,404 ha hissəsinin İsmayıllı rayon Dövlət Notariat Kontorunda 28 mart 2005-ci ildə təsdiq edilmiş alğı-satqı müqaviləsinə əsasən X2, qalan 2,23 ha hissəsi isə onun və ailə üzvlərinin birgə mülkiyyətində qalmaqla onlara 26 may 2006-cı il tarixdə JN 225 Kod 40705038 saylı Dövlət Aktı verilmişir. Lakinn cavabdeh ƏMDX-nin DƏDKR Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi alğısatqıdan sonra onun və ailəsinin mülkiyyətində olan 2,23 ha torpaq sahəsini qanunsuz olaraq alıcı X3 mülkiyyətinə keçirmiş, onun digər şəxslərdən də satın aldığı əkin torpaq sahələri ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrindən 9,490803 ha əkin torpaq sahəsinə dair MA seriyalı ******* saylı çıxarış verilmişdir. Bununla da ailəsinin birgə mülkiyyətində olan əkin sahəsinin 2,34 ha hissəsi qanunsuz olaraq cavabdeh X3 mülkiyyətinə keçmişdir. Buna baxmayaraq bu günədək o, öz torpaq sahəsindən istifadə edir. Belə bir hal onunla eyni vaxda alıcı Musayev Nəsrəddinə torpaq satmış həmkəndliləri satılmış torpaq sahəsinin artıq olan hissəsi ilə bağlı İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüquqlarını bərpa etdirmişlər. O, Bakı şəhərində yaşadığından və baş verənlərdən xəbərdar olmadığından həmin şəxslərlə bərabər iddia verə bilməmişdir. Məhkəmə iclasında İddiaçı eyni məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, o ona və ailəsinə məxsus torpaq sahəsinin bir hissəsini satmasına baxmayaraq reyestr orqanı tərəfindən ona mıəxsus torpaq sahəsinin qalan hissəsi də cavabdehin mülkiyyətinə keçmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia ərizəsinin məzmunundan və iddiaçının izahatından müəyyən olunur ki, iddiaçıya və ailə üzvlərinə məxsus torpaq sahəsinin bir hissəsi onun tərəfindən alğı-satqı müqaviləsi əsasında satılmış, qalan hissəsinə isə onun və ailə üzvlərinin adına Dövlət aktı tərtib edilmişdir. Belə ki, iddiaçı hazırki iddia ərizəsi ilə alğı-satqı müqaviləsini və ya müqavilələrini deyil, məhz cavabdehin adına ƏMDX-nin DƏDKR Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışı mübahisələndirir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə” dair 19 may 2014-cü il tarixli Qərarına əsasən, - Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. - DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 14.3 və 178.1-ci maddələrində qeyd edilmişdir ki, dövlət qeydiyyatına alınmalı olan hüquqlar, qanunda digər qayda nəzərdə tutulmadığı halda, qeydiyyata alındığı andan yaranır. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bununla belə, MM-in 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. Belə ki, sözügedən çıxarış bağışlama, alğı-satqı və ya digər mülki-hüquqi münasibətləri əsasında verilmiş olsaydı, o zaman iddianın predmeti alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş hüquqi nəticələrin etibarsız hesab edilməsi olmaqla, həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilərdi. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə dair mübahisəyə məhkəmədə baxıla bilməz. Çünki hazırda iddiaçının iddia tələbi ƏMDX-nin DƏDKR Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi ilə əlaqədardır. Belə ki, iddiaçının iddia ərizəsindəki tələbindən aydın olur ki, hazırda iddiaçı cavabdehlərin adına tərtib edilmiş çıxarışın həmin əmlakların həqiqi hüquqi vəziyyətinə uyğun olmamasını mübahisələndirir. Ona görə də iddiaçı qeyd edilən məsələ ilə bağlı halı ilk öncə inzibati orqanda mübahisələndirə, inzibati orqanın hərəkətindən (və ya hərəkətsizliyindən) narazı qaldığı təqdirdə isə müvafiq icra hakimiyyəti orqanının hərəkətindən (və ya hərəkətsizliyindən) aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəlləsinin 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və ƏMDX-nin DƏDKR Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi, yaranmış hüquqi nəticələrin ləğv edilməsi və torpağa mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki işin icraatına xitam verilməli, eyni zamanda iddiaçıya müvafiq ərizə ilə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 260.0.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə qərara aldi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və ƏMDX-nin DƏDKR Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi, yaranmış hüquqi nəticələrin ləğv edilməsi və torpağa mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı müvafiq ərizə ilə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İsmayıllı Nərimanov Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar