Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-408/2021 26.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar Əhmədov Ası̇ m Məhəbbət oğlu və İddiaçı2 Əmı̇ rxan qızının cavabdehlər Cavabdeh1, Açıq Səhmdar Cəmı̇ yyəti "xxxx" Bankı, "Cavabdeh3 Şirkətlər Qrupu" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ("xxxx" MMC) və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab olunması tələbinə dair mülki işə 26 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar Əhmədov Ası̇ m Məhəbbət oğlu və İddiaçı2 Əmı̇ rxan qızı cavabdehlər Cavabdeh1, Açıq Səhmdar Cəmı̇ yyəti "xxxx" Bankı, "Cavabdeh3 Şirkətlər Qrupu" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ("xxxx" MMC) və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh "Cavabdeh3 Şirkətlər Qrupu" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ("xxxx" MMC) tərəfindən X2 məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə 14 dekabr 2017-ci il tarixli 108 saylı protokolun etibarsız hesab edilməsi və Xəlil Əhmədova məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanında 0,13 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 20 sentyabr 2013-cü il tarixdə onunla cavabdeh ASC "xxxx" Bankı arasında **********0013/1 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 19 % dərəcəsi ilə 45000 manat məbləğində pul ayrılmışdır. Həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsi əsasında X4, İddiaçı2, X10, X7 və X5 ümumi mülkiyyətlərində olan İsmayıllı rayon İsmayıllı kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi və 238,8 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi və X3 xususi mülkiyyətində olan İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 15 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və 111,4 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi girov qoyulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2(037)- 2015/2016 nömrəli qətnaməsinə əsasən kredit müqaviləsi üzrə yaranmış ümumilikdə 37775,74 manat məbləğinin ondan alınaraq ASC "xxxx" Bankına ödənilməsi, ipoteka müqaviləsi ilə yüklü edilmiş, Xəlil Əhmədovun adına qeydə alınmış 0,13 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 35500 manat, Əliyar Səmədovun adına İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 15 ünvanda xüsusi mülkiyyətdə olan 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 29220 manat müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə 09 mart 2017ci il tarixdə icra olunması üçün Cavabdeh1nə göndərilmişdir. Xəlil Əhmədovun adına qeydə alınmış 0,13 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 35500 manat göstərilməklə satılması üçün hərraca çıxarılmış, əmlak təkrar hərracda satılmadığı üçün ilkin satış qiymətindən 25% aşağı qiymətə 22631,25 manata, Əliyar Səmədovun adına qeydə alınmış İsmayıllı şəhəri,Q.Əsədov küçəsi 15 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 29220 manata hərraca çıxarılmış, əmlak təkrar hərracda satılmadığı üçün ilkin satış qiymətindən 25 % aşağı qiymətə 18627,75 manata cavabdeh ASC "xxxx" Bankına təklif edilmiş və sonuncu əmlakı qəbul edərək balansına keçirmişdir. Bundan sonra "ASC "xxxx" Bankı DƏDRX-nin 9 saylı Ərazi İdarəsində 22 yanvar 2018-ci il tarixli RX seriyalı ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak dövlət reyestrindən çıxarışlar əldə edərək fərdi yaşayış evləri xüsusi mülkiyyət hüququ əsasında adına rəsmiləşdirmişdir. 04 iyul 2018-ci il tarixdə "ASC "xxxx" X14 mülkiyyətində olmuş İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 15 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini sonuncu ilə alğı-satqı edərək 18627,75 manata deyil, daha yuxarı qiymətə 23400 manata satmış və 4772,25 manat qazanc əldə etmişdir. Həmin fərdi yaşayış evi cavabdeh "ASC "xxxx" Bankı tərəfindən alğı-satqı edilərkən əldə olunan 23400 manat qətnamə üzrə müəyyən olunmuş 37775,74 manatdan çıxarılmamışdır. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 37775,74 manat borca 23400 manat ödənildikdə 14375,74 manat borc qalır. Bundan başqa cavabdeh "ASC "xxxx" Bankı tərəfindən Xəlil Əhmədova məxsus İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yerləşən adına qeydə alınmış 0,13 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini 22631,25 manata balansına götürülmüşdür. Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Xəlil Əhmədova məxsus İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin hərracda satılması üçün cavabdeh "Cavabdeh3 Şirkətlər Qrupu" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə ("xxxx" MMC) sifariş verilmiş və təkrar hərracda ipoteka predmeti satılmadığı üçün həmin əmlak ilkin satış qiymətindən 25 % aşağı qiymətə, yəni 22631,25 manata cavabdeh ASC "xxxx" Bankına təklif edilmiş və sonuncu, təklifi qəbul edərək təkrar hərracın keçirilməsindən sonra Cavabdeh1 nümayəndəsi həmin əmlakın dəyərini cavabdeh ASC "xxxx" Bankı tərəfindən Cavabdeh1 depozit hesabına köçürülməsini tələb etməmiş və hərracın keçirilməsinə dair 14 dekabr 2017-ci il tarixli hərracın yekunları barədə 108 saylı protokolu imzalamışdır. İpoteka predmeti olan fərdi yaşayış evi 14 dekabr 2017-ci il tarixli hərracın yekunları barədə 108 saylı protokol əsasında ASC "xxxx” Banknın balansına keçirildikdən sonra ipoteka saxlayan ipoteka predmetinin satışından əldə edilmiş 22631,25 manatın 14375,74 manatını borcun ödənilməsinə yönəltməsindən artıq qalmış 8255,51 manatı ipoteka qoyana qaytarmamışdır. Fərdi yaşayış evinə hərracın keçirilməsi və nəticəsi barədə ipoteka qoyana heç bir məlumat verilməmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hərraca çıxarılsa da qalib olmadığından həmin ev daha aşağı qiymətə 22631,25 manata tələbkara təklif olunmuş və hərracın yekunları barədə 14 dekabr 2017-ci il tarixli 108 saylı protokol tərtib edilmişdir. Halbuki, cavabdeh ASC "xxxx" Bankı tərəfindən həmin əmlak düzgün qiymətləndirilməmişdir. Məhkəmənin 29 dekabr 2016-ci ildə tarixli 2(037)-2015/2016 nömrəli qətnaməsində ümumilikdə borc məbləği 37775,74 manat müəyyən olunmuş və həmin vəsait ondan alınıb cavabdeh "ASC "xxxx" Bankına ödənilməsi qət edilsə də sonuncu buna əhəmiyyət verməyərək əlavə vəsait tələb edir. Cavabdeh "ASC "xxxx" Bankı ödənilmiş vəsait barədə ona hər hansı açıqlama verməkdən yayınır. O, ötən dövr ərzində cavabdeh ASC "xxxx" Bankından aldığı 45000 manat məbləğinin əvəzinə, ümumilikdə 94199,56 manat məbləğində vəsait ödəmişdir. İsmayıllı rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli 2(037)-730/2018 nömrəli qətnaməsinə əsasən ipoteka predmeti olan İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində 0,13 hektar həyətyanı torpaq sahəsində yerləşən, 2 mərtəbəli 4 otaqlı 238,8 kv.metr ümumi sahəsi, 110,8 kv.metr yaşayış sahəsi və 123 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evindən Xəlil Əhmədov, İddiaçı2, Şəlalə Əhmədli, Məhsəti Əhmədli, Xətai Əhmədli, Pəri Əhmədli və Ayla Rəhimlinin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Şamaxı rayon İcra və Probasiya şöbəsi və Şamaxı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 01 aprel 2021ci il tarixdə icra sənədi icra edilərək qeyd olunan fərdi yaşayış evi boşaldılmış və evdə olan əşyalar çölə atılaraq yararsız vəziyyətə salınmışdır. Hazırda həmin ev mühafizə altında saxlanılır. Həmin evdə qalmış şəxsi əmlaklarının oradan götürmə tələbləri rədd olunmuşdur. Xəlil Əhmədov 06 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh ASC "xxxx” Bankı onlara qarşı qərəzli yanaşaraq hüquqlarını kobud surətdə pozmuş və qanuna zidd hərəkətlər etmişdir. Hərrac təşkilatının hərracın yekunları barədə 108 saylı Protokolu və hərrac təşkilatı arasında 14 dekabr 2017-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə etibarsız hesab edilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Xəlil Əhmədova məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində 0,13 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipotekadan azad edilməlidir. Cavabdeh "Cavabdeh3 Şirkətlər Qrupu" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ("xxxx" MMC) tərəfindən X2 məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə 14 dekabr 2017-ci il tarixli 108 saylı protokolun etibarsız hesab edilməsi və Xəlil Əhmədova məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanında 0,13 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ipotekadan azad edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı2 iddia tələbini müdafiə etdiyini bildirdi və İddiaçı1 izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Açıq Səhmdar Cəmı̇ yyəti "xxxx" Bankının nümayəndəsi iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2(037)-2015/2016 nömrəli qətnaməsi ilə 37775,74 manat borc məbləğinin cavabdeh İddiaçı1 alınaraq iddiaçı ASC “xxxx” Bankına ödənilməsi, tutmanın X4, İddiaçı2, X10, X7 və X5 ümumi mülkiyyətlərində olan İsmayıllı rayon İsmayıllı kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi və 238,8 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi və X3 xususi mülkiyyətində olan İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 15 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və 111,4 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracda satılması, birinci ipoteka predmetinin ilkin satış qiymətinin 35500 manat və ikinci ipoteka predmetinin ilkin satış qiymətinin 29220 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Xəlil Əhmədovun adına qeydə alınmış İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 35500 manat göstərilməklə satılması üçün hərraca çıxarılmış, əmlak təkrar hərracda satılmadığı üçün ilkin satış qiymətindən 25% aşağı qiymətə 22631,25 manata, Əliyar Səmədovun adına qeydə alınmış İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 15 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 29220 manata hərraca çıxarılmış, əmlak təkrar hərracda satılmadığı üçün ilkin satış qiymətindən 25 % aşağı qiymətə 18627,75 manata cavabdeh ASC "xxxx" Bankına təklif edilmiş və sonuncu əmlakı qəbul edərək balansına keçirmişdir. Cavabdeh ASC “xxxx” X16 adına qeydə alınmış fərdi yaşayış evini 22631,25 manata, Əliyar Səmədovun adına qeydə alınmış fərdi yaşayış evini 18627,75 manata olmaqla, ümumlikdə 41259 manata hər iki əmlakı satın almışdır. Həmin məbləğdən 37775,74 manat borcun ödənilməsinə yönəldilmişdir. Qalan 3483,26 manat isə 2600 manat icra ödənişi və hər iki əmlakın digər xərclərinə tutulmuşdur. Qeyd olunan yaşayış evlərinin alğı-satqısı “Cavabdeh3 Şirkətlər Qrupu" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ("xxxx" MMC), Cavabdeh1 və ASC "xxxx" Bankının nümayəndələri tərəfindən imzalanmış, hərrac təşkilatının hərracın yekunları barədə 108 nömrəli protokolu və ASC "xxxx" Bankı ilə “Cavabdeh3 Şirkətlər Qrupu" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ("xxxx" MMC) arasında 14 dekabr 2017-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. ASC "xxxx" Bankı tərəfindən həmin yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müracət edilmiş və həmin idarə tərəfindən ASC "xxxx" Bankının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair 22 yanvar 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Qeyd olunan fərdi yaşayış evinin alğı-satqısı barədə müqavilənin imzalanması və Çıxarışın verildiyi tarixdən 3 ildən artıq müddət keçmişdir. Bundan başqa İsmayıllı Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli 2(037)-730/2018 nömrəli qətnaməsi ilə İddiaçı2 və digərlərinin həmin yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnamə İddiaçı2 təqdim edilmiş və bu məsələlərdən xəbərdar olmuşdur. İddiaçı1 həmin fərdi yaşayış evinin keçmiş mülkiyyətçiləri sırasına daxil deyil və ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. İddiaçılar hərracın nəticələrinin ləğv edilməsinə dair iddia tələblərini 2021ci ilin aprel ayının sonunda irəli sürmüşdür. İddiaçılar hərracın nəticələrinin etibarsız sayılmasının əsası kimi istinad etdiyi halları bildikləri və ya bilməli olduqları gündən 3 ildən çox müddət keçirmiş və hazırki mübahisə üzrə iddia müddətini buraxmışlar. İddia tələbini əsassız hesab edir və iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir. Cavabdeh "Cavabdeh3 Şirkətlər Qrupu" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin ("xxxx" MMC) nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi ərizə göndərək hərracın yekunları barədə protokol və müqavilənin 14 dekabr 2017-ci il tarixində imzalandığı, iddiaçılar hərracın nəticələrinin etibarsız hesab olunması tələbi ilə məhkəməyə 3 il sonra müraciət etdiklərini və bununla da qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürdüklərini bildirərək iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini qərara almışdır. İsmayıllı rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2(037)-2015/2016 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, iddiaçı ASC “xxxx” Bankı tərəfindən irəli sürülmüş iddia tələbi qismən təmin edilərək cəmi 37775,74 manat borc məbləğinin cavabdeh İddiaçı1 alınaraq iddiaçı ASC “xxxx” Bankına ödənilməsi, tutmanın birinci və ikinci ipoteka predmetlərinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracda satılması, birinci ipoteka predmetinin ilkin satış qiymətinin 35500 manat və ikinci ipoteka predmetinin ilkin satış qiymətinin 29220 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. 14 dekabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin surətindən görünür ki, birinci ipoteka predmeti olan X2 məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanında yerləşən 0.13 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hərrac təşkilatçısı “Cavabdeh3 Şirkətlər Qrupu” MMC ilə tələbkar ASC “xxxx” Bankının nümayəndəsi arasında hərracın keçirilməsi məqsədi ilə müqavilə bağlanmış və müqaviləyə əsasən fərdi yaşayış evinin ilkin əldə olunma qiyməti 22631,25 manat məbləğində müəyyən edilmişdir. 14 dekabr 2017-ci il tarixli 108 nömrəli hərracın yekunları barədə protokolun surətindən görünür ki, birinci ipoteka predmeti olan X2 məxsus olan İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanında yerləşən 0.13 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi hərraca çıxarılmış və tələbkar ASC “xxxx” Bankı tərəfindən ipoteka predmetinin ilkin satış dəyəri olan 35500 manat məbləğindən 25% aşağı qiymətə 22631,25 manat məbləğinə əldə edilmişdir. 22 yanvar 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında yerləşən ümumi sahəsi 238.8 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ASC “xxxx” Bankının adına rəsmiləşdirilmişdir. 14 dekabr 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin surətindən görünür ki, ikinci ipoteka predmeti olan X8 məxsus İsmayıllı şəhəri Q.Əsədov küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 15 nömrəli fərdi yaşayış evinə dair hərrac təşkilatçısı “Cavabdeh3 Şirkətlər Qrupu” MMC ilə tələbkar “xxxx” Bank ASC-nin nümayəndəsi arasında hərracın keçirilməsi məqsədi ilə müqavilə bağlanmış və müqaviləyə əsasən fərdi yaşayış evinin ilkin əldə olunma qiyməti 18627,75 manat məbləğində müəyyən edilmişdir. 14 dekabr 2017-ci il tarixli 107 nömrəli hərracın yekunları barədə protokolunun surətindən görünür ki, ikinci ipoteka predmeti olan X8 məxsus İsmayıllı şəhəri Q.Əsədov küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 15 nömrəli fərdi yaşayış evi hərraca çıxarılmış və tələbkar ASC “xxxx” Bankı tərəfindən ipoteka predmetinin ilkin satış dəyəri olan 29220 manat məbləğindən 25% aşağı qiymətə 18627,75 manat məbləğinə əldə edilmişdir. 22 yanvar 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, Q.Əsədov küçəsi, ev 15 ünvanında yerləşən ümumi sahəsi 111.4 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ASC “xxxx” Bankının adına rəsmiləşdirilmişdir. 05 dekabr 2017-ci il tarixli 207 və 208 nömrəli hesab fakturaların surətlərindən görünür ki, ASC “xxxx” Bankı tərəfindən 931,99 manat və 1131,56 manat – cəmi 2063,55 manat xidmət haqqı olaraq "xxxx" MMC-nin hesabına köçürülmüşdür. 25 dekabr 2017-ci il tarixli ödəniş tağşırığının təsdiq edilmiş surətindən görünür ki, ASC “xxxx” Bankı tərəfindən İddiaçı1 kredit borcuna dair 7% icra ödənişi olmaqla, 2642,06 manat İsmayıllı rayonu İcra və Probasiya Şöbəsinin hesabına köçürülmüşdür. 04 iyul 2019-ci il tarixli AN-İ №0705638 nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, ASC “xxxx” Bank tərəfindən İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 15 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və 111,4 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi 22414,5 manata X1. İsmayıllı rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli 2(037)-730/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdehlər X4, İddiaçı2, X10, X7, X11, X12 və X9 ASC “xxxx” Bankının mülkiyyətində olan İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində 0.13 hektar həyətyanı torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 4 otaqlı 110.8 kv.m yaşayış,123 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evi cavabdehlərin qanunsuz sahibliyindən alınaraq ASC “xxxx” Bankına təhvil verilməsi qət edilmişdir. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 14 dekabr 2020-cu il tarixli 140592 nömrəli şəhadətnaməsinin surətindən görünür ki, X4 11 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2(037)-2015/2016 nömrəli qətnaməsi ilə 37775,74 manat borc məbləğinin cavabdeh İddiaçı1 alınaraq iddiaçı ASC “xxxx” Bankına ödənilməsi, tutmanın X4, İddiaçı2, X10, X7 və X5 ümumi mülkiyyətlərində olan İsmayıllı rayon İsmayıllı kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi və 238,8 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi və X3 xususi mülkiyyətində olan İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 15 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və 111,4 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracda satılması, birinci ipoteka predmetinin ilkin satış qiymətinin 35500 manat və ikinci ipoteka predmetinin ilkin satış qiymətinin 29220 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Xəlil Əhmədovun adına qeydə alınmış İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 35500 manat göstərilməklə satılması üçün hərraca çıxarılmış, əmlak təkrar hərracda satılmadığı üçün ilkin satış qiymətindən 25% aşağı qiymətə 22631,25 manata, Əliyar Səmədovun adına qeydə alınmış İsmayıllı şəhəri, Q.Əsədov küçəsi 15 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi 29220 manata hərraca çıxarılmış, əmlak təkrar hərracda satılmadığı üçün ilkin satış qiymətindən 25 % aşağı qiymətə 18627,75 manata cavabdeh ASC "xxxx" Bankına təklif edilmiş və sonuncu əmlakı qəbul edərək balansına keçirmişdir. Cavabdeh ASC “xxxx” X16 adına qeydə alınmış fərdi yaşayış evini 22631,25 manata, Əliyar Səmədovun adına qeydə alınmış fərdi yaşayış evini 18627,75 manata olmaqla, ümumlikdə 41259 manata hər iki əmlakı satın almışdır. Həmin məbləğdən 37775,74 manat borcun ödənilməsinə yönəldilmişdir. Bundan sonra 3483,26 manat artıq vəsait qalmışdır. Bank tərəfindən 2642,06 manat icra ödənişi, 2063,55 manat xidmət haqqı olaraq ödənilmiş və nəticədə hazırki iş üzrə iddiaçılara ödəniləcək vəsait qalmamışdır. Qeyd olunan yaşayış evinin alğısatqısı cavabdehlər “Cavabdeh3 Şirkətlər Qrupu" MMC ("xxxx" MMC), Cavabdeh1 və ASC "xxxx" Bankının nümayəndələri tərəfindən imzalanmış, hərrac təşkilatının hərracın yekunları barədə 108 nömrəli protokolu və ASC "xxxx" Bankı ilə “Cavabdeh3 Şirkətlər Qrupu" MMC ("xxxx" MMC) arasında 14 dekabr 2017-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. ASC "xxxx" Bankı həmin yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün DƏDRXnin 9 saylı Ərazi İdarəsinə müracət edərək qeyd olunan yaşayış evinə dair 22 yanvar 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Mübahisəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilən zaman hazırkı iş üzrə iddiaçıların məlumatları olmuş və həmin evin ipoteka ilə yüklü edilməsinə razılıq vermişlər. Mübahisəli fərdi yaşayış evi keçirilmiş hərracda ASC “xxxx” Bankı tərəfindən satın alınarkən ipoteka haqqında Azərbaycan Respublikası qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə riayət edilmişdir. Bundan əlavə, iddiaçılar hərracın nəticələrinin etibarsız sayılmasının əsası kimi istinad etdiyi halları bildikləri və ya bilməli olduqları gündən 3 ildən çox müddət ötürmüşlər. İpoteka haqqında Azərbaycan Respublikası qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. İpoteka haqqında Azərbaycan Respublikası qanunun 33, 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi, hüququnun yaranması anından biri əsas öhdəliyinin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, habelə əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulmasıdır. Həmin qanunun 48-ci maddəsinə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və bu qanunda nəzərdə tutulmuş digər hallarda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214.1, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar Əhmədov Ası̇ m Məhəbbət oğlu və İddiaçı2 Əmı̇ rxan qızının cavabdehlər Cavabdeh1, Açıq Səhmdar Cəmı̇ yyəti "xxxx" Bankı, "Cavabdeh3 Şirkətlər Qrupu" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ("xxxx" MMC) və üçüncü şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı cavabdeh "Cavabdeh3 Şirkətlər Qrupu" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti ("xxxx" MMC) tərəfindən X2 məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması üçün keçirdiyi hərracın yekunları barədə 14 dekabr 2017-ci il tarixli 108 saylı protokolun etibarsız hesab edilməsi və Xəlil Əhmədova məxsus İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ünvanında 0,13 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ipotekadan azad edilməsinə dair iddia tələbləri rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-408/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-408/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver