Məhkəmə qərarları › İş №2(037)-408/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-408/2024

04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-408/2024 04.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X20 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi nikahın qeyd edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək onun X16 ilə aralarında 17 oktyabr 1979-cu il tarixdə bağlanmış nikahın qeyd edilməsi faktının müəyyən edilməsi, nikah haqqında akt qeydində adının X21, doğum tarixinin xx xxxx 1953-cü il, doğum yerinin Ermənistan Respublikasının Vardenis rayonunun Qoşabulaq kəndi, ərinin adının X16, doğum tarixinin 02 iyul 1956-cı il, doğum yerinin Ermənistan Respublikasının Vardenis rayonunun Qoşabulaq kəndi, nikah bağlandıqdan sonra onun soyadının Ələkbərova, ərinin soyadının Ələkbərov kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxx 1953cü il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunun Qoşabulaq kəndində anadan olmuşdur. X4 və X22 adlı bacıları, X26 adlı qardaşı olmuşdur. Ailə üzvlərində olduğu kimi onun da qızlıq soyadı Hüseynova olub. O, 17 oktyabr 1979-cu il tarixdə həmkəndlisi 1956-cı il təvəllüdlü X16 ilə rəsmi nikahla ailə qurmuşdur. Ailə qurduqdan sonra ərinin soyadına uyğun Ələkbərova soyadını götürmüşdür. Bundan sonra bütün sənədlərdə soyadı Ələkbərova kimi yazılmışdır. Birgə nikahlarından 05 aprel 1981-ci il tarixdə İqbal, 13 iyul 1982-ci il tarixdə Niyaməddin və 1983-cü ildə Alay adlı üç uşaqları doğulmuşdur. 1988-ci ildə məlum hadisələrə görə Ermənistan Respublikasından qaçqın düşərək ailə üzvləri ilə birlikdə İsmayıllı rayonun Soltankənd kəndinə gəlmişlər və orada məskunlaşmışlar. Ermənistan Respublikasını tərk edən zaman onun doğum və nikah haqqında şəhadətnamələri və digər sənədləri həmin ölkədə qalmışdır. Aparılan torpaq islahatları zamanı onların birgə mülkiyyətlərinə İsmayıllı rayonun Soltankənd kəndi ərazisindən 0,6386 ha, 0,7188 ha və 2,6818 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri verilmişdir. Oğlu Alay 14 oktyabr 1991-ci il tarixdə, əri X16 isə 06 iyul 2007-ci il tarixdə vəfat etmişlər. X16 ilə nikah münasibətlərini təsdiq edən sənəd olmadığından ərindən miras qalan əmlakları adına sənədləşdirə bilmir. Nikah haqqında akt qeydini bərpa etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat Şöbəsindən Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından müraciəti təmin olunmamış, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Onun 17 oktyabr 1979-cu il tarixdə həmkəndlisi X16 ilə Ermənistan Respublikasının Vardenis rayonun Qoşabulaq kəndində rəsmi nikahla ailə qurmağını, orada yaşayarkən birgə nikahlarından 05 aprel 1981-ci il tarixdə İqbal, 13 iyul 1982-ci il tarixdə Niyaməddin və 1983-cü ildə Alay adlı üç uşaqlarının doğulmasını ailə üzvləri, həmkəndliləri və yaxın qohumları da təsdiq edə bilər. Onun 17 oktyabr 1979-cu il tarixdə həmkəndlisi X16 ilə Ermənistan Respublikasının Vardenis rayonun Qoşabulaq kəndində rəsmi nikahla ailə qurmasına dair nikah haqqında akt qeydinin bərpa olunması məhkəmədən kənar mümkün deyildir. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X31 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından ərizəçiyə nikah haqqında təkrar şəhadətnamə verilməsi və nikah haqqında akt qeydinin bərpa olunması mümkün olmamışdır. Ərizəçiyə nikahı qeydə alınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X9 ifadə verərək göstərdi ki, o, 03 aprel 1955-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Onlar Ermənistan Respublikasının Vardenis rayonunda bir kənddə yaşamışlar. Ərizəçi onun qohumu olduğundan ailəsini yaxından tanıyırdı. Ərizəçi 17 oktyabr 1979-cu il tarixdə həmkəndlisi X16 ilə Ermənistan Respublikasının Vardenis rayonun Qoşabulaq kəndində rəsmi nikahla ailə qurmuşdur. Qohum kimi onların toy mərasimində iştirak etmişdir. Niyarın qızlıq soyadı Hüseynova olmuş, ailə qurduqdan sonra ərinin soyadına uyğun Ələkbərova soyadını götürmüşdür. Onların birgə nikahlarından üç uşaqları olmuşdur. Məlum hadisələrdən sonra Ermənistan Respublikasından qaçqın düşərək ailələri ilə birlikdə İsmayıllı rayonun Soltankənd kəndinə gələrək orada məskunlaşmışlar.Ərizəçinin əri 06 iyul 2007-ci il tarixdə vəfat etmişdir. Nikah haqqında şəhadətnamələri olmadığından ərindən qalan miras əmlakı adına rəsmiləşdirə bilmir. O, ərizəçinin X16 ilə 17 oktyabr 1979-cu il tarixdə Ermənistan Respublikasının Vardenis rayonun Qoşabulaq kəndində rəsmi nikah qeydindən keçməklə evləndiklərini təsdiq edir. X6 X9 ilə eyni məzmunlu ifadə verərək ərizəçinin X16 ilə 17 oktyabr 1979-cu il tarixdə Ermənistan Respublikasının Vardenis rayonun Qoşabulaq kəndində rəsmi nikah qeydindən keçməklə evləndiklərini təsdiq etdi. X7 ifadə verərək göstərdi ki, ərizəçi onun anasıdır. O, 05 aprel 1981-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonun Qoşabulaq kəndində anadan olmuşdur. X1 və Ərizəçidır. Ailədə üç qardaş olmuşlar. Atası ilə anası bir ailədə yaşamış və onların bütün qayğılarını onlar çəkmişdir. 1988-ci ildə məlum hadisələrlə əlaqədar Ermənistan Respublikasından qaçqın düşərək ailə üzvləri ilə birlikdə İsmayıllı rayonun Soltankənd kəndinə gəlmişlər və orada məskunlaşmışlar. Ermənistan Respublikasını tərk edən zaman onun 8 yaşı olmuş və bütün hadisələr yadındadır. Sənədləri həmin ölkədə qalmışdır. Qardaşı Alay 14 oktyabr 1991-ci il tarixdə, atası isə 06 iyul 2007-ci il tarixdə vəfat etmişdir. Valideyinlərinin nikah haqqında şəhadətnamələri olmadığından atasından miras qalan əmlakları adlarına sənədləşdirə bilmirlər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx xxxx 1953-cü il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, İsmayıllı rayonun Soltankənd kəndində yaşayır. - İİİ-СЛ seriyalı 482502 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı 16529743 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 13 iyul 1982-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, İsmayıllı rayonun Soltankənd kəndində yaşayan şəxs X5r. X1 və Ərizəçidır. - İİİ-СЛ seriyalı 385951 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı 15855972 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 05 aprel 1981-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, İsmayıllı rayonun Soltankənd kəndində yaşayan şəxs X15r. X1 və Ərizəçidır. - İ-ЭЖ seriyalı 772803 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 20 dekabr 1964-cü il tarixdə Ermənistan Respublikası Basarkeçər rayonun Qoşabulaq kəndində anadan olmuş şəxs X10r. X2 və X25r. - AZ-İ seriyalı ******* nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 14 oktyabr 1991-ci il tarixdə vəfat etmişdir. - AZ-İ seriyalı 238236 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 06 iyul 2007-ci il tarixdə vəfat etmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 24 oktyabr 2023-cü il tarixdə verilmiş və X11 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 0,6386 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16, Ərizəçi, X24 və X3 ümumi birgə mülkiyyətlərinə verilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 24 oktyabr 2023-cü il tarixdə verilmiş və X11 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 2,6818 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16, Ərizəçi, X24 və X3 ümumi birgə mülkiyyətlərinə verilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 24 oktyabr 2023-cü il tarixdə verilmiş və X11 adına rəsmiləşdirilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonun Soltankənd kəndində yerləşən 0,7188 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16, Ərizəçi, X24 və X3 ümumi birgə mülkiyyətlərinə verilmişdir. - İsmayıllı rayon İHB-nın Soltankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli 19 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonu Soltankənd kənd sakini Ərizəçi ailə tərkibi aşağıdakı kimidir: Özü-Ərizəçi, oğlu-X8, gəlini- X12, nəvəsi-X13. Ailə 1988-ci ildə məlum səbələrə görə Ermənistan Respublikasından qaçqın düşmüşlər. Ərizəçi Hüseyn qızının həyat yoldaşı X16 06 iyul 2007-ci ildə vəfat etmişdir. (AZ-İ seriyalı 238236 nömrəli ölüm haqqında şəhadətnamə). - Maraqlı şəxs 12 fevral 2024-cü il tarixli 3-16-5/8-15-Ə-54/2024 nömrəli məktubundan görünür ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından ərizəçiyə nikah haqqında təkrar şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi xx xxxx 1953-cü il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunun Qoşabulaq kəndində anadan olmuşdur. X2 və X25r. Ərizəçinin qızlıq soyadı valideynlərinin soyadına uyğun Hüseynova olmuşdur. Ərizəçi 17 oktyabr 1979-cu il tarixdə həmkəndlisi 1956-cı il təvəllüdlü X16 ilə rəsmi nikahla ailə qurmuş, ailə qurduqdan sonra ərinin soyadına uyğun Ələkbərova soyadını götürmüşdür. Birgə nikahlarından 05 aprel 1981-ci il tarixdə İqbal, 13 iyul 1982-ci il tarixdə Niyaməddin və 1983-cü ildə Alay adlı üç uşaqları doğulmuşdur. 1988-ci ildə məlum hadisələrə görə Ermənistan Respublikasından qaçqın düşərək ailə üzvləri ilə birlikdə İsmayıllı rayonun Soltankənd kəndinə gəlmişlər və orada məskunlaşmışlar. Ərizəçi doğum və nikah haqqında şəhadətnamələrini itirmişdir. Ərizəçiyə nikah haqqında şəhadətnamənin verilməsinə əsas olmuş nikah akt qeydi Ermənistan Respublikasında aparılmış və arxiv sənədləri orada qalmışdır. X16 06 iyul 2007-ci il tarixdə vəfat etmişdir. Nikah haqqında şəhadətnaməsi olmadığından ərizəçi ərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ərizəçi nikah haqqında təkrar şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ərzəçinin nikahı haqqında hər hansı məlumat olmadığından ona nikah haqqında şəhadətnamənin verilməsi və ya bərpa olunması mümkün olmamış, məhkəməyə müraciət etməsi hüququ izah olunmuşdur. Ərizəçinin nikahının qeyd edilməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Məhkəmə iclasında ifadə vermiş şahidlər ərizəçinin 17 oktyabr 1979-cu il tarixdə həmkəndlisi 1956-cı il təvəllüdlü X16 ilə rəsmi nikahla ailə qurmasını təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin nikahının qeyd edilməsi faktının müəyyən edilməsi, nikah haqqında akt qeydinin bərpa edilməsi, ərizəçinin X16 ilə aralarında 17 oktyabr 1979-cu il tarixdə nikahın qeyd edilməsi faktının müəyyən edilməsi, nikah haqqında akt qeydində adının X21, doğum tarixinin xx xxxx 1953-cü il, doğum yerinin Ermənistan Respublikasının Vardenis rayonunun Qoşabulaq kəndi, ərinin adının X16, doğum tarixinin 02 iyul 1956-cı il, doğum yerinin Ermənistan Respublikasının Vardenis rayonunun Qoşabulaq kəndi, nikah bağlandıqdan sonra onun soyadının Ələkbərova, ərinin soyadının Ələkbərov olması ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin nikahın qeyd edilməsi faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X21 ilə X16 arasında 17 oktyabr 1979-cu il tarixdə bağlanmış nikahın qeyd edilməsi faktı müəyyən edilsin. Nikah haqqında akt qeydində ərizəçinin adının X21, doğum tarixi xx xxxx 1953-cü il, doğum yeri Ermənistan Respublikasının Vardenis rayonu Qoşabulaq kəndi, ərinin adı X16, doğum tarixi 02 iyul 1956-cı il, doğum yeri Ermənistan Respublikasının Vardenis rayonunun Qoşabulaq kəndi, nikah bağlandıqdan sonra ərizəçinin soyadı Ələkbərova, ərinin soyadı Ələkbərov kimi qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar