Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-416/2020 06.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Əlı̇yev Ravı̇l Fəhrat oğlunun Maraqlı şəxs qismində cəlb etdiyi vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək atasının ölümü ilə əlaqədar İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş ölüm haqqında akt qeydinin düzgün olmaması, 13 nömrəli xx xxxxxxxx 2003-cü il tarixli ölüm haqqında akt qeydində və AZ-İİ 029256 nömrəli xx xxxxxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnamədə “X8” əvəzinə “X9” qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, atası X8 ilə anası X2 xx xxxxxxx 1967-ci il tarixdə ailə qurmuşlar. O, xx xxxx 1986-cı il tarixdə RF-nin Orenburq Vilayətində anadan olmuşdur. Hazırda İsmayıllı rayonun Uştal kəndində yaşayır. Atası X8 xx xxxxxxxx 2003-cü il tarixdə, anası X2 xx xxxxxx 2011ci il tarixdə vəfat etmişlər. Hər ikisinə müvafiq dövlət qurumları tərəfindən “ölüm haqqında şəhadətnamə”lər verilmişdir. Atasının ölümü Qalagah kənd icra nümayəndəliyində qeydə alınaraq ölüm haqqında akt qeydi və onun əsasında ölüm haqqında şəhadətnamə düzgün yazılmamış, atasının adı Fəhrat olduğu halda səhvən Fərhad kimi qeyd olunmuşdur. Valideynlərinin nikah şəhadətnaməsində, atasına məxsus olmuş SSRİ vətəndaşının pasportunda, onun doğum şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində atasının adı Fəhrat kimi yazılmışdır. Ölüm haqqında şəhadətnamədə isə atasının adı Fərhad yazıldığından vərəsəlik işində və digər işlərdə ona və bacı-qardaşlarına maneçilik yaradır. Səhvin düzəldilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, müraciətinə cavab olaraq atasının adının Fərhaddan Fəhrata düzəldilməsinin şöbədə mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Bundan sonra Şəki İnzibati Məhkəməsində “cavabdeh təşkilatın üzərinə atasının adında edilmiş səhvin düzəldilməsi öhdəliyinin qoyulması” tələbi ilə iddia qaldırmışdır. Araşdırma zamanı Qalagah kənd icra nümayəndəliyi tərəfindən atasının ölüm faktı ilə əlaqədar tərtib edilmiş ölüm akt qeydinin düzgün yazılmadığı müəyyən olunduğundan ərizəsi geri qaytarılmış və “vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının müəyyən edilməsinə” dair ümumi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd etdikləri nəzərə alınaraq atasının ölüm faktı ilə əlaqədar İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş ölüm haqqında akt qeydinin düzgün olmaması, ölüm haqqında akt qeydində və ölüm haqqında şəhadətnamədə “X8” əvəzinə “X9” qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçinin nümayəndəsi Nümayəndə ərizəçi ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X4 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, -ərizəçinin atasının ölüm haqqında akt qeydində adı Fərhad kimi qeyd olunmuşdur. Həmin adın Fəhrata düzəliş edilməsi Qeydiyyat Şöbəsinin səlahiyətlərinə aid deyildir. Ona görə də səhvin düzəldilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısı oğludur. Bacısının ərinin adı Fəhrat olmuşdur. Lakin ölüm haqqında sənədlər tərtib olunarkən səhvə yol verilərək adı Fərhad kimi yazılmışdır. O, ərizəçinin atasının adının Fəhrat olması faktını təsdiq edir. Vİİ-CЛ 720594 nömrəli SSSR pasportunun surətindən görünür ki, X6 X10 adı ilə pasport verilmişdir. İ-3Ж 223799 nömrıli xx xxxxxxx 1967-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X3 arasında xx xxxxxxx 1967-ci il tarixdə nikah bağlanmışdır. 13 nömrəli xx xxxxxxxx 2003-cü il tarixli ölüm haqqında aktı qeydinin surətindən görünür ki, ölüm akt qeydində X5 adı Fərhad kimi qeyd olunmuşdur. AZ-İİ 029256 nömrəli xx xxxxxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxxxxx 2003-cü il tarixdə vəfat etməsinə dair İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş şəhadətnamədə adı Fərhad kimi qeyd olunmuşdur. İİİ-PЖ 461269 nömrəli xx xxxx 1986-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin valideynləri X8 və X1r. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ərizəçiyə İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxxx 2011-ci il tarixdə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. Maraqlı şəxs xx xxxxxx 2020-ci il tarixli 05/Q-26 nömrəli məktubundan görünür ki, ərizəçi xx xxxxxxxx 2003-cü il tarixli 13 nömrəli ölüm haqqında aktı qeydində atasının adının Fərhaddan Fəhrata dəyişdirilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, müraciətinə cavab olaraq atasının adının dəyişdirilməsinə əsas olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin, nümayəndəsinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin atası X8 xx xxxxxxxx 2003-cü il tarixdə vəfat etmişdir. Tərtib olunmuş 13 nömrəli xx xxxxxxxx 2003-cü il tarixli ölüm akt qeydində və AZ-İİ 029256 nömrəli xx xxxxxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnamədə X5 adı Fərhad kimi qeyd olunmuşdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, atasına verilmiş SSRİ pasportunda və valideynlərinin nikah haqqında şəhadətnaməsində ərizəçinin atasının adı Fəhrat kimi qeyd olunmuşdur. Ata adında uyğunsuzluq olduğundan ərizəçinin valideynlərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alması mümkün deyildir. Ərizəçi uyğunsuzluğun aradan qaldırılması ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət etmiş, ərizəsinə cavab olaraq Maraqlı şəxs arxivində atasının ölümə dair akt qeydində adının Fərhaddan Fəhrata düzəliş edilməsinin mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 2.2-ci bəndində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qeyd olunan hüquq normalarının tələblərinə əsasən hesab edir ki, ərizəçinin atasının adının Fəhrat olması özünün izahatı, şahidin ifadələri və iş materialları ilə təsdiq olunduğundan İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş ölüm haqqında akt qeydinin düzgün olmaması faktı müəyyən edilməli, 13 nömrəli xx xxxxxxxx 2003-cü il tarixli ölüm haqqında akt qeydində və AZ-İİ 029256 nömrəli xx xxxxxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnamədə “X8” əvəzinə “X9” qeyd edilməsinə dair qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci, 305.1.7, 339-341-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən X8 barəsində tərtib olunmuş ölüm haqqında akt qeydinin düzgün olmaması faktı müəyyən edilsin. 13 nömrəli xx xxxxxxxx 2003-cü il tarixli ölüm haqqında akt qeydində və AZ-İİ 029256 nömrəli xx xxxxxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnamədə “X8” əvəzinə “X9” qeyd edilməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-416/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-416/2020
06.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver