Məhkəmə qərarları › İş №2(037)-42/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-42/2023

09.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-42/2023 09.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası üzrə dair mülki işə 09 fevral 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov küçəsi 184 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh1 istifadə hüququna xitam verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 10 mart 2020-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində **********79- 10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış əsasında mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov 184 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh2 çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çxarılmasını xahiş etmişdir. İddiaçı tələbin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 10 mart 2020-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində **********79-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış əsasında mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov 184 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh2 çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, hazırda mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov küçəsi 184 ünvanında yerləşən fərdi yaşayış evi anasına məxsus olmuş, anası Zərifə Hacıyeva 2020-ci il tarixdə evi notarial qaydada ona bağışlamış və onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 10 mart 2020-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində **********79- 10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış verilmişdir. Gəlinləri Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evində yaşayarkən, öz gəlini hazırki tələb üzrə cavabdeh olan Cavabdeh2 2007-ci ildə müvəqqəti olaraq vaxtı ilə anasının adına olmuş, sonradan ona bağışlanmaqla mülkiyyətinə keçmiş evə gəlin köçürmüş, lakin Telli evə qeydiyyata salınmamışdır. Cavabdeh2 isə ona məxsus evi tərk etməmiş, əksinə evdən qəti olaraq çıxmayacağını bildirmişdir. Bildirmək istəyir ki, qanunun tələbinə əsasən Cavabdeh2 ona məxsus fərdi yaşayış evinə istifadə hüququ yaranmamış, onun evdə yaşaması üçün qanuni əsaslar olmadığından ona məxsus fərdi yaşayış evindən çıxarılmalıdır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı onun baldızı, digər cavabdeh isə onun gəlinidir. İddiaçının mülkiyyətində olan, mübahisə predmeti olan fərdi yaşayış evi qaynanasına məxsus olmuş, o, həmin evə gəlin köçmüşdür. Qaynanası isə həmin evi qızına, yəni hazırki iş üzrə iddiaçıya bağışlamışdır. O, əri ilə birlikdə 15 ildən çoxdur ki, İsmayıllı şəhəri, Şəhriyar küçəsi, ev 37 ünvanında öz hesablarına fərdi yaşayış evi tikərək orada yaşayır və həmin evdə də qeydiyyatdadır. Hazırda iddiaçının mülkiyyətində olan evdən 15 ildir ki, çıxmışdır. Onun İsmayıllı şəhəri, M.Orucov küçəsi 184 ünvanında yerləşən, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi ilə heç bir bağlılığı yoxdur. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərdi ki, iddiaçı ərinin bibisi, digər cavabdeh isə qaynanasıdır. O, 07 iyul 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ərinin nənəsinə məxsus olan İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 41 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş və həmin evə qeydiyyata düşmüşdür. Ailə qurduğu vaxtdan hal-hazıradək həmin evdə yaşayır. Ərinin valideynləri isə İsmayıllı şəhəri, Şəhriyar küçəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. Onun üç uşağı var, yaşamağa isə başqa evi yoxdur. Qeyd etdikləri nəzərə alınaraq iş üzrə qərar qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclası zamanı cavabdeh tərəfindən dəvət edilərək şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, cavabdeh Tellli Hacıyeva bacısı, iddiaçı isə bacısının ərinin bibisidir. Bacısı ailə qurduğu vaxtdan, yəni 2007-ci ildən hal-hazıradək gəlin köçdüyü evdə yaşayır və həmin evdə də qeydiyyatdadır. Hazırda bacısı həmin evdə üç azyaşlı uşaq böyüdür. Bacısının uşaqları ilə birlikdə yaşamağa başqa evi yoxdur. Əvvəlki məhkəmə iclası zamanı cavabdeh tərəfindən dəvət edilərək şahid qismində dindirilmiş şahid X4 şahid Şahin Zülfüqarovla eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan: 1987-ci il tarixli yaşayış evinin texniki pasportunun surətindən görünür ki, X1 adına İsmayıllı şəhərində ümumi sahəsi 47,8 kv.m. yaşayış sahəsi 23 kv.m yardımçı sahə 23,8 kv.m olmaqla fərdi yaşayış evi qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli, 407-1/319 inventar, **********79-10301 nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 184 ünvanında yerləşən fərdi yaşayış evi X1 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, **********79/10302 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 184 ünvanında. 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X1 adına qeydə alınmışdır. xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müaviləsinin notarial qaydada təsdiq olumuş surətindən görünür ki, X2 özünə məxsus İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 184 ünvanında, 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini İddiaçı bağışlamışdır. xx.xx.2020-ci il tarixli, 407-1/319 inventar, **********79-10301 nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 184 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli **********79/103012 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 184 ünvanında 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarının və işdə olan sənədlərin tam və hərtərəfli tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçının qardaşı 2007-ci il tarixdə gəlini, hazırki tələb üzrə cavabdehi anası Zərifə Hacıyevaya məxsus fərdi yaşayış evinin texniki pasportu əsasında məxsus İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 184 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçürmüş və hal hazıradək həmin evdə yaşayır. Sözügedən fərdi yaşayış evinə xx.xx.2020-ci il tarixdə Zərifə Hacıyevanın adına çıxarış verilmiş, o da öz növbəsində həmin ildə özünə mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evini qızı İddiaçı bağışlamış və iddiaçının adına çıxarış tərtib edilmişdir. Hazırda iddiaçı cavabdehin ona məxsus fərdi yaşayış evindən çıxarılmasını tələb edir, cavabdeh isə istifadə hüququ olduğunu qeyd edərək çıxmaqdan imtina edir. Məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli fərdi yaşayış evinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, cavabdeh 2007-ci ildə ərinin nənəsinə məxsus fərdi yaşayış evinə gəlin köçdüyü tarixdə mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin işin müəyyən olunmuş halları ilə təsdiq edilir ki, mübahisəli fərdi yaşayış evinə dair Zərifə Hacıyevanın adına 1987-ci il tarixli fərdi yaşayış evinin texniki pasportu tərtib edilmiş, həmin fərdi yaşayış evi Zərifə Hacıyevanın qanuni sahibliyində olmaqla, onun həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olmuş, sözügedən fərdi yaşaış evinə dair onun adına xx.xx.2020-ci il tarixdə çıxarış verilmiş, o da öz nöbəsində evi qızına bağışlamış və iddiaçının adına 2020-ci ildə çıxarış tərtib edilmişdir. Hazırda mübahisəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin: 1.1. 2-ci hissəyə “səlahiyyətli orqanlar” sözlərindən sonra “və digər təşkilatlar” sözləri əlavə edilsin; 1.2. 2.4-cü bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunsun: “2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri;”. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Göründüyü kimi fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport aid olduğu daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd kimi qəbul edilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında formalaşmış hüquqi mövqeyində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Həmin Qərarda daha sonra göstərilir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Ona görə də məhkəmə hesab edir ki, 2007-ci ildə iddiaçının anası Zərifə Hacıyevanın mübahisəli fərdi yaşayış evinə mövcud olan hüquq müəyyənedici sənədi, yəni fərdi yaşayış evinin texniki pasportu mülkiyyət hüququna dair sənəd kimi qəbul edilməli və onun həmin sənədlə təsbit olunmuş hüquqları gözlənilən mülkiyyət hüququ kimi qəbul edilərək müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə və digər bu kimi qərarlarında X9 məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X5 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də məsələyə yuxarıda göstərilən qaydada X9 məhkəməsinin mövqeləri ilə uyğun gələn mövqedən yanaşmış, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar xx.xx.2010-cu il tarixli, Viktor Ozerovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli, Müşfiq Bayramovun şikayəti ilə əlaqədar xx.xx.2011-ci il tarixli qərarında və digər qərarlarında hesab etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə iddianın qanuni həll edilməsi üçün ilk növbədə iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə 2007-ci il tarixdə gəlin köçdüyündən, mübahisəli fərdi yaşayış evi həmin dövrdə mülkiyyət hüququ ilə dövlət qeydiyyat alınmasa da, iddiaçının anası Zərifə hacıyevanın qanuni sahibliyində və istifadəsində, həmçinin onun həmin fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olduğundan, onlar arasında mövcud olan mülki hüquq münasibətləri 2001-ci il tarixdən yarandığından, iddiaçının həmin evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisə üzrə Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin mübahisə edilməyən hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh 2001-ci il tarixdə evləndiyindən, tərəflər arasında hazırkı mübahisə ilə bağlı hüquq münasibətləri həmin tarixdən yaranmışdır. Ona görə də hazırkı mübahisə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası MM-nin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 ilə iddiaçının anası Zərifə Hacıyeva arasında yazılı razılaşma olmamışdır. Məhkəmə, həmçinin, mübahisənin düzgün həll edilməsi üçün cavabdehin iddiaçının anası Zərifə Hacıyevanın ailə üzvü olub-olmaması məsələsinin də müəyyən edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin qayınatanın və qayınananın, eyni zamanda qaynatanın və qaynananın valideynlərinin gəlini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin həmin dövrdə qanuni sahibi olmuş Zərifə Hacıyeva ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, cavabdehin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin 2007-ci ildə qanuni sahibi olmuş şəxslə və digər ailə üzvüləri ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehin mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinə iddiaçının anası Zərifə Hacıyevanın həmin dövrdə real şəkildə gözlənilən mülkiyyət hüququ yaranmasına diqqət yetirərək belə qənaətə gəlir ki, cavabdehin mübahisəli fərdi yaşayış evinin qanuni sahibi və mülkiyyətçisi Zərifə Hacıyevadan özünün saxlanmasını tələb etmək və yaşayış sahəsindən mülkiyyətçilərlə birlikdə istifadə etmək hüququ yaranmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, 2007-ci ildə iddiaçının anası Zərifə Hacıyeva ilə cavabdeh arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Eyni zamanda məhkəmə hazırki fərdi yaşayış evinin mülkiyyət formasının dəyişməsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, hazırki fərdi yaşayış evi 2020-ci il tarixdə mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınaraq, mülkiyyət forması dəyişmiş və nəticədə tərəflər arasında mövcud olan mülki hüquq münasibətlərinin xarakteri dəyişdiyindən cavabdehin həmin evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisə üzrə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsi müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2–ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009–cu il oktyabrın 1–dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228–ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə caabdehin yaşayış sahəsinin hazırki mülkiyyətçisi İddiaçı ailə üzvü olub– olmaması məsələsi müəyyən edilməlidir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən yuxarıda sadalanan müvafiq normalarında gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin baldızın(hazırki tələb üzrə iddiaçının) qardaşının gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin hazırki mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmamışdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 10 mart 2020-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestrində **********79-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış əsasında İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov 184 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu barədə tələb olmadığından ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********79-10301 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 184 ünvanında yerləşən ümumi sahəsi 41.7 kv.metr olan fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar