Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-422/2021 24.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi şəxsin doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 24 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 07 noyabr 2017-ci il tarixdə bir qız uşağı doğması faktının müəyyən olunması, doğum haqqında akt qeydində və doğum şəhadətnaməsində X7 anası Ərizəçi, doğulduğu yerin İsmayıllı rayonun Hacıhətəmli kəndi, doğulduğu tarix 07 noyabr 2017-ci il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yerin İsmayıllı rayon Gideyli kəndi kimi qeyd edilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 28 fevral 2017-ci il tarixdə X15 ilə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra İsmayıllı rayonun Gideyli kəndində Tehranın valideynlərinə məxsus evdə yaşamışdır. 8 aylıq hamilə olarkən Tehranla aralarında yaranmış narazılığa görə o, valideynlərinin yanına İsmayıllı rayonun Hacıhətəmli kəndinə qayıtmışdır. Birgə nikahlarından 07 noyabr 2017-ci il tarixdə ev şəraitində Damla adlı bir qız övladları doğulmuşdur. İsmayıllı rayonun Gideyli kəndində xəstəxana və ya tibb məntəqəsi olmadığından və maddı imkanı ağır olduğundan hamilə vaxtı, doğuş vaxtı və doğuşdan sonra həkimə müraciət etməmişdir. Bir müddət sonra əri ilə barışmış və ailəsinin yanına qayıtmışdır. Hazırda İsmayıllı rayonun Gideyli kəndində yaşayır. Qızı İsmayıllı rayon Hacıhətəmli kənd Ailə Sağlamlıq Mərkəzində qeydiyyatda olmaqla 14 aprel 2021-ci il tarixdə tibbi müayinədən keçmiş və sağlamdır. Qızına doğum haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin uşaq tibb müəssisəsindən kənarda ev şəraitində doğulması ilə əlaqədar ona doğum haqqında arayış verilməsi mümkün olmadığından İsmayıllı rayon Qeydiyyat Şöbəsi uşağın doğumunu qeydə almaqdan imtina etmişdir. Məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd etdiklərini nəzərə alaraq 07 noyabr 2017-ci il tarixdə bir qız uşağı doğması faktının müəyyən olunması, doğum haqqında akt qeydində və doğum şəhadətnaməsində X7 anası Ərizəçi, doğulduğu yerin İsmayıllı rayonun Hacıhətəmli kəndi, doğulduğu tarix 07 noyabr 2017-ci il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yerin İsmayıllı rayon Gideyli kəndi kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Qeydiyyat Şöbəsinin rəisi X16 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, ərizəçi qızına doğum haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, şöbənin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Doğum haqqında tibbi şəhadətnamə olmadığı üçün doğum haqqında akt qeydinin tərtib olunması mümkün olmamış və ərizəçiyə doğum faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X4 ifadə verərək göstərdi ki, ərizəçi onun qızıdır. Qızı 28 fevral 2017-ci il tarixdə ailə qurmuşdur. Əri ilə aralarında narazılıq yarandığından səkkiz aylıq hamilə olarkən onların evinə gəlmiş və uşaq 07 noyabr 2017-ci il tarixdə onların evində ev şəraitində doğulmuşdur. Uşağ doğularkən qızının yanında olmuş, lazım olan köməkliyi etmişdir. Uşaq ev şəraitində doğulduğundan ona doğum haqqında tibbi arayış alınmamışdır. Tibbi arayış olmadığından uşağa doğum haqqında şəhadətnamə almaq mümkün olmamışdır. Ərizəçinin İsmayıllı rayonun Hacıhətəmli kəndində 07 noyabr 2017-ci il tarixində ev şəraitində bir qız uşağı doğmasını təsdiq edir. X3 və X10 X4 ilə eyniməzmunlu ifadələr verərək ərizəçinin 07 noyabr 2017-ci il tarixdə İsmayıllı rayonun Hacıhətəmli kəndində ev şəraitində bir qız uşağı doğmasını təsdiq etdilər. 28 fevral 2017-ci il tarixli AZ-İİ 168913 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X14 arasında 28 fevral 2017-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 05 / O - 200 nömrəli 20 aprel 2021-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, ərizəçi 07 noyabr 2017-ci il tarixdə anadan olmuş uşağa doğum haqqında şəhadətnamə əldə etmək üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, İsmayıllı rayon Qeydiyyat Şöbəsinin arxivində və - “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, uşağın doğum haqqında akt qeydi aşkar edilməmiş, doğum haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat Şöbəsində uşağın doğumunun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Hacıhətəmli kənd Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli 24 nömrəli arayışdan görünür ki, ərizəçi hamiləlik müddətində Hacıhətəmli kənd ASM-nə müraciət etməyib. Hacıhətəmli kənd Ailə Sağlamlıq Mərkəzi tərəfindən 21 aprel 2021-ci il tarixli arayışdan görünür ki, 07 noyabr 2017-ci il tarixdə anadan olmuş X1 Ailə Sağlamlıq Mərkəzində tibbi müayinədən keçmiş və sağlamdır. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi 28 fevral 2017-ci il tarixdə X13 rəsmi nikahla ailə qurmuşdur. Ərizəçi hamilə olarkən İsmayıllı rayonun Hacıhətəmli kəndinə valideynlərinin yanına qayıtmiş, valideynlərinin evində yaşadığı dövürdə 07 noyabr 2017-ci il tarixdə ev şəraitində bir qız uşağı dünyaya gətirmişdir. Uşaq ev şəraitində doğulduğundan ona doğum haqqında tibbi şəhadətnamə alınmamışdır. Uşaq sağlam olmaqla hazırda İsmayıllı rayonun Gideyli kəndində valideynlərinin himayəsində yaşayır. Ərizəçi 07 noyabr 2017-ci il tarixdə doğulmuş uşağa doğum haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, Qeydiyyat Şöbəsi tərəfindən müraciətinin təmin olunması mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçinin uşağın doğum faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərzəçinin doğduğu uşağın doğumu haqqında akt qeydi və doğum haqqında şəhadətnaməsi olmasa da ərzəçinin 07 noyabr 2017-ci il tarixində ev şəraitində bir qız uşağı doğması faktı özünün izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin uşağın doğum faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi 07 noyabr 2017-ci il tarixdə bir qız uşağı doğması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın soyad, ad və ata adı X11, doğulduğu tarix 07 noyabr 2017-ci il, doğulduğu yer İsmayıllı rayonun Hacıhətəmli kəndi, milliyyəti azərbaycanlı, daimi yaşadığı yer İsmayıllı rayonun Gideyli kəndi, anası Ərizəçi qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-422/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-422/2021
24.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver