Məhkəmə qərarları › İş №2(037)-43/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-43/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-43/2022 21.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İddiaçı Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 21 fevral 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 220 manat maddi ziyan məbləği və 30.4 manat dövlət rüsumu olmaqla, cəmi 250.40 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Talıstan kəndində yaşayır. Cavabdeh Fazil Ağamalıyev onun həmkəndlisidir. Uzun müddətdir ki, cavabdehlə aralarında mübahisələri vardır. Cavabdeh hər dəfə onu görəndə əsassız olaraq söyüb təhqir etmişdir. 22.07.2021-ci il tarixdə, saat 09:00 radələrində atası Şahsuvar Abbasovla birlikdə idarə etdiyi özünə məxsus “Mazda” markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu, Talıstan kəndi ərazisində hərəkətdə olarkən cavabdehin yaşadığı evin qarşısından keçərkən sonuncu onun gəldiyini görmüş və yerdən daş götürərək avtomobilinə tərəf atmış və nəticədə avtomobilini əzmişdir. Cavabdehin avtomaşınını əzməsi nəticəsində ona 220 manat dəyərində maddi ziyan dəymişdir. Cavabdehin avtomaşınına daş ataraq əzməsi ilə bağlı İsmayıllı rayon Polis Şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında İsmayıllı rayon Polis Şöbəsinin təhqiqatçısı Nurlan Atakişiyevin 18 avqust 2021-ci il tarixli qərarı ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Məhkəməsinin 3(037)-279/2021 nömrəli, 29.09.2021-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli-220 manat məbləğində cərimə edilmiş, ona dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılmışdır. İsmayıllı rayon Məhkəməsinin 3(037)- 279/2021 nömrəli, 29.09.2021-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır. Fazil Ağamalıyevin ona 220 manat maddi ziyan vurması İsmayıllı rayon Məhkəməsinin 3(037)- 279/2021 nömrəli, 29.09.2021-ci il tarixli qərarı ilə tam təsdiq edilir. Cavabdeh ona vurduğu 220 manat məbləğində maddi ziyanı ödəmədiyi üçün məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 30.4 manat dövlət rüsumu ödəmişdir. O, cavabdehdən 220 manat maddi ziyan məbləği və 30.4 manat dövlət rüsumu olmaqla, cəmi 250.40 manat məbləğini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş, 29 oktyabr 2021 və 26 noyabr 2021-ci il tarixli xəbərnamə qəbzlərindən görünür ki, 29 oktyabr 2021-ci il tarixli xəbərnamə qəbzi 05 noyabr 2021-ci il tarixdə və 26 noyabr 2021-ci il tarixli xəbərnamə qəbzi isə 30 noyabr 2021-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu və yaşadığı İsmayıllı rayonu Talıstan kəndində imza edilməklə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş, 24 dekabr 2021-ci il tarixli məhkəmə bildirişindən və bildirişə əlavə edilmiş məhkəmə bildirişinin təqdim olunması barədə qəbzdən görünür ki, 24 dekabr 2021-ci il tarixli məhkəmə bildirişi və bildirişə əlavə edilmiş qəbz 29 dekabr 2021-ci il tarixdə Cavabdeh tərəfindən cəza çəkdiyi X2 imza edilməklə qəbul edilsə də, iddiaya münasibət bildirilməmişdir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib,iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan İsmayıllı rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli 3(037)-279/2021 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 220 (iki yüz iyirmi) manat məbləğində cərimə edilmiş və İddiaçı dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılmışdır. Araşdırma zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh həmkəndlidirlər və uzun müddətdir ki, aralarında mübahisə vardır. 22.07.2021-ci il tarixdə, saat 09:00 radələrində iddiaçı idarə etdiyi özünə məxsus “Mazda” markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu, Talıstan kəndi ərazisində hərəkətdə olarkən cavabdehin yaşadığı evin qarşısından keçərkən sonuncu iddiaçının gəldiyini görmüş və yerdən daş götürərək iddiaçının avtomobilinə tərəf ataraq avtomobili əzmişdir. Cavabdehin iddiaçının avtomaşınına daş ataraq əzməsi nəticəsində sonuncuya 220 manat dəyərində maddi ziyan dəymişdir. İddiaçının müraciəti əsasında İsmayıllı rayon Polis Şöbəsinin təhqiqatçısı Nurlan Atakişiyevin 18 avqust 2021-ci il tarixli qərarı ilə Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. Məhkəmənin 3(037)-279/2021 nömrəli, 29.09.2021-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli - 220 manat məbləğində cərimə edilmiş, iddiaçıya dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılmışdır. Cavabdehin iddiaçıya 220 manat maddi ziyan vurması məhkəmənin 3(037)-279/2021 nömrəli, 29.09.2021-ci il tarixli qərarı ilə tam təsdiq edilir. Cavabdeh iddiaçıya vurduğu 220 manat məbləğində maddi ziyanı ödəmədiyi üçün sonuncu məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün 30.4 manat dövlət rüsumu ödəmişdir. İddiaçı cavabdehdən 220 manat maddi ziyan məbləği və 30.4 manat dövlət rüsumu olmaqla, cəmi 250.40 manat məbləğini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar,bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, vurulmuş maddi ziyana görə 220 manat məbləği cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddianın məhkəməyə müraciət etmək üçün ödənilmiş 30.4 manat dövlət rüsumu tələbinə dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 220 manat ziyan məbləği və 30.4 manat dövlət rüsumu olmaqla, cəmi 250.40 (iki yüz əlli manat qırx qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar