Məhkəmə qərarları › İş №2(037)-432/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-432/2020

07.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-432/2020 07.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X5 oğlunun katibliyi ilə İddiaçı Əliyeva (Qasımova) Nərmin Vidadi qızının Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Əliyeva (Qasımova) Nərmin Vidadi qızı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı məhkəməyə müraciət edərək cavabdehlə aralarında xx xxx 2019cu il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 67 nömrə ilə qeydə alınmış nikah qeydinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdehlə xx xxxx 2019-cu il tarixdə nişanlanmışlar. Cavabdeh yaxın vaxda el adəti ilə toy edəcəyini vəd verərək onunla birgə İsveçrə Respublikasında yaşamaq istədiyini, orada ev əldə etmək üçün rəsmi nikah qeydi lazım olduğundan nikah qeydindən keçməyi ona təklif etmişdir. Cavabdehin vədinə inanaraq xx xxx 2019-cu il tarixdə rəsmi nikah qeydindən keçmişlər. Nikah qeydindən keçdikdən sonra cavabdeh İsveçrəyə getmiş və müxtəlif bəhanələrlə ailə qurmaqdan, toy etməkdən imtina etmişdir. Onların toy mərasimi keçirilməmiş, cavabdehlə ər-arvadlıq münasibətində olmamışlar. Cavabdehlə aralarında mövcud olan rəsmi nikah qeydi etibarsız əqddir. Aralarında bağlanmış rəsmi nikah formal xarakter daşıdığından, bu nikahın heç bir əhəmiyyəti olmadığından xx xxx 2019-cu il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 67 nömrə ilə qeydə alınmış nikah qeydinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəblərini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Şahid qismində dindirilmiş iddiaçının anası X1 ifadə verərək göstərdi ki, qızı Nərmin Əliyeva ilə cavabdehin ailə qurmasına razılıq vermişdir. Tərəflər toy mərasimini gözləməyərək cavabdehin təklifi ilə xx xxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olsalar da, ər-arvad kimi birgə yaşamamışlar. Rəsmi nikaha daxil olduqdan sonra cavabdeh İsveçrə Respublikasına getmiş və oradan iddiaçıya ailə qurmaq və toy etmək istəmədiyini bildirmişdir. Cavabdehin toy etmədən rəsmi nikah qeydindən keçməyi israr etməsi, sonra isə ailə qurub, toy etməkdən imtina etməsi məqsədli olmuşdur. Tərəflər arasında mövcud olan rəsmi nikah formal xarakter daşıyır. Şahid qismində dindirilmiş cavabdehin atası X2 ifadə verərək göstərdi ki, oğlu Cavabdeh beş ildir ki, İsveçrə Respublikasına gedib-gəlir. İddiaçı ilə nişanlahdıqdan sonra 2020-ci ilin iyul ayına toy mərasimini təyin etmişlər. Tərəflər toy mərasimini gözləməyərək xx xxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bundan sonra cavabdeh İsveçrə Respublikasına getmişdir. Oğlu iddiaçı ilə xasiyyətlərinin düz gəlmədiyini əsas gətirərək onunla ailə qurmaqdan, toy etməkdən imtina etmişdir. Tərəflər arasında rəsmi nikah mövcud olsa da, onlar ər-arvad kimi birgə yaşamamışlar. Aralarında mövcud olan rəsmi nikah formal xarakter daşıyır. Şahid qismində dindirilmiş cavabdehin qardaşı X4 şahid Azad Qasımov ilə eyni məzmunlu ifadə verərək tərəflər arasında mövcud olan rəsmi nikahın formal xarakter daşıdığını təsdq etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının izahatını dinləyərək, şahidlərin ifadələrini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İsmayıllı rayon Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışından müəyyən edilir ki, tərəflər nikahlarını xx xxx 2019-cu il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 67 nömrə ilə qeyd etdirərək rəsmiləşdirmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh tanış olub nişanlanmışlar. Tərəflər xx xxx 2019-cu il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydindən keçsələr də, onların toy mərasimi keçirilməmiş və ər-arvad münasibətlərinə daxil olmamışlar. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx xxxx 2020-ci il tarixdə nişanlandıqdan sonra yaxın vaxda el adəti ilə toy edəcəyini vəd verərək onunla birgə İsveçrə Respublikasında yaşamaq istədiyini, orada ev əldə etmək üçün rəsmi nikah qeydi lazım olduğundan nikah qeydindən keçməyi ona təklif etmişdir. Cavabdehin vədinə inanaraq xx xxx 2019-cu il tarixdə rəsmi nikah qeydindən keçmişlər. Nikah qeydindən keçdikdən sonra cavabdeh İsveçrəyə getmiş və müxtəlif bəhanələrlə ailə qurmaqdan, toy etməkdən imtina etmişdir. Onların toy mərasimi keçirilməmiş, cavabdehlə ər-arvadlıq münasibətində olmamışlar. Cavabdehlə aralarında mövcud olan rəsmi nikah qeydi etibarsız əqddir. Aralarında bağlanmış rəsmi nikah formal xarakter daşıdığından, bu nikahın heç bir əhəmiyyəti olmadığından xx xxx 2019-cu il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 67 nömrə ilə qeydə alınmış nikah qeydinin etibarsız sayılmasını xahiş edir. Cavabdeh məhkəmə iclaslarına gəlmədiyindən iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Şahidlər iddiaçının anası, cavabdehin atası və qardaşı tərəflərin rəsmi nikah qeydindən keçdiklərini, lakin toylarının olmadığını, ər-arvad münasibətlərində olmadıqlarını təsdiq etmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə hesab edir ki, xx xxx 2019-cu il tarixdə rəsmi nikah qeydindən keçmələrinə baxmayaraq tərəflər arasında ər-arvadlıq münasibətləri olmadığından, cavabdehin ailə qurmaq niyyəti olmadığından və aralarında mövcud olan rəsmi nikah formal xarakter daşıdığından xx xxx 2019-cu il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 67 nömrə ilə qeyd edilərək başlanmış nikah etibarsız sayılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Əliyeva (Qasımova) Nərmin Vidadi qızı ilə Cavabdeh arasında xx xxx 2019-cu il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 67 nömrə ilə qeyd edilərək bağlanmış nikah etibarsız sayılsın Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar