Məhkəmə qərarları › İş №2(037)-434/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-434/2021

31.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-434/2021 31.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 31 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək X5 onun bacısı olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxx 1948ci ildə İsmayıllı rayonun Hapıtlı kəndində anadan olmuş, hazırda da həmin kənddə yaşayır. X2, anası X10 olmuşdur. Atasının əvvəlki evliliyindən 1934-cü il təvəlüdlü ondan böyük olan X13 adlı bir bacısi olmuşdur. Ona məlum olmayan səbəblərdən bacısına doğum haqqında şəhadətnamə alınmamışdır. X30 ailə qurmamış və vəfat etdiyi 01 aprel 2015-ci il tarixədək onunla bir evdə yaşamışdır. Aparılan torpaq islahatları zamanı onun, X30nın və digər ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Hapıtlı kəndi ərazisində JN 014F Kod 40718058 nömrəli şəhadətnaməyə əsasən 0,36 həyətyanı torpaq sahəsi verilmişdir. Bacısının sağlığında və vəfat etdikdən sonra torpaq sahəsi onun istifadəsində olmuşdur. Bacısı vəfat etdikdən sonra da miras əmlakı faktiki qəbul etmiş və idarə edir. Əmlakı adına sənədləşdirmək üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, bacısının doğum haqqında şəhadətnaməsi olmadığından adına vərəsəlik hüququ haqqıənda verilməsi mümkün olmamışdır. Bacısının doğumu və nikahda olub-olmaması barədə şəhadətnamələri əldə etmək üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də bacısının doğum və nikah akt qeydlərinin aşkar olunmadığı bildirilmişdir. Hava Osmanovanın onun bacısı olması faktının müəyyən edilməsi məhkəmə qətnaməsi əsasında mümkündür. Qeyd etdiklərinə əsasən X5 onun bacısı olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. X1 və X6r. Hava Osmanova atasının əvvəlki evliliyindən 1934-cü ildə anadan olmuş bacısıdır. Məlum olmayan səbəblərdən ona doğum haqqında şəhadətnamə alınmamışdır. Hava ailə qurmamış və ərizəçi ilə bir evdə yaşamışdır. X30 01 aprel 2015-ci il tarixdə vəfat etmişdir. Birinci növbə vərəsəsi yoxdur. Hava 2015-ci ildə vəfat etdikdən sonra ondan qalan mirası faktiki olaraq ərizəçi qəbul etmiş və idarə edir. O, X5 ərizəçinin bacısı olmasını təsdiq edir. X12 X3 ilə eyni məzmunlu ifadə verərək X5 ərizəçinin bacısı olmasını təsdiq etdi. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən ərizəçiyə 23 avqust 2005-ci il tarixdə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. A3 508549 nömrəli 15 iyul 1963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin X1 və X6r. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 055700 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 29 oktyabr 1991-ci il tarixdə vəfat etmişdir. 17 oktyabr 2002-ci il tarixli JN-014F Kod 40718058 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli qərarına əsasən Ərizəçi, X11, X21, X16, X22 və X8 mülkiyyətinə İsmayıllı rayonun Hapıtlı kəndi ərazisindən 0,36 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18 mart 2020-ci il tarixli 83 nömrəli arayışdan görünür ki, xx.xx.1934-cü ildə İsmayıllı rayonun Hapıtlı kəndində doğulmuş X4 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 01 aprel 2015-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 dekabr 2020-ci il tarixli 345 nömrəli arayışdan görünür ki, xx.xx.1934-cü ildə İsmayıllı rayonun Hapıtlı kəndində doğulmuş X4 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə 01 aprel 2015-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 716015 nömrəli ölüm haqqında şəhadətnamənin və 05 nömrəli 02 aprel 2015-ci il tarixli ölüm haqqında akt qeydinin surətlərindən görünür ki, X13 01 aprel 2015-ci il tarixdə vəfat etmişdir. İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2020-ci il tarixli 118 nömrəli arayışdan görünür ki,ərizəçi İsmayıllı rayonun Aşıqbayramlı İƏD üzrə nümayəndəliyinin Hapıtlı kəndində ögey bacısı X15 ilə birgə yaşamışdır. X15 01 aprel 2015-ci ildə vəfat etmiş və vəfat etdiyi günədək ögey qardaşı Ərizəçi himayəsində yaşamışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx xxx 1948-ci il tarixdə İsmayıllı rayonun Hapıtlı kəndində anadan olmuşdur və hazırda həmin kənddə yaşayır. Onun X1 və X10 olmuşdur. Atasının birinci evliliyindən 1934-cü il təvəllüdlü Hava adlı bir bacısı da olmuşdur. Bacısına doğum haqqında şəhadətnamə alınmamışdır. Bacısı ailə qurmamış, ərizəçi ilə birlikdə İsmayıllı rayonun Hapıtlı kəndində yaşamış və 01 aprel 2015-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin, Hava Osmanovanın və digər ailə üzvlərinin birgə mülkiyyətlərində həyətyanı torpaq sahəsi vardır. Hava Osmanovadan qalan mirası faktiki olaraq ərizəçi qəbul etmiş və idarə edir. Havanın birinci növbə vərəsəsi yoxdur. Ərizəçi bacısının ikinci növbə vərəsəsidir və faktiki olaraq ondan qalan mirası qəbul etmişdir. Hava Osmanovanın doğum haqqında şəhadətnaməsi olmadığından ərizəçi ondan qalan miras əmlakı adına rəsmiləşdirə bilməmişdir. Ərizəçi Hava Osmanovanın doğum və nikah akt qeydinin olub-olmaması ilə bağlı İsmayıllı rayonun Qeydiyyat Şöbəsinə müraciət etmiş, şöbə tərəfindən X4 doğumu və nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə 01 aprel 2015-ci ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 doğumu və nikahı haqqında akt qeydləri aşkar edilməmişdir. Ərizəçinin X13 ilə qohumluq münasibətlərinin olması faktının başqa qaydada təsdiq edilməsi və ərizəçinin bununla bağlı zəruri sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X5 ərizəçinin bacısı olması ərizəçinin izahatı və şahidlərin ifadələri ilə təsdiq olunduğundan, Hava Osmanovanın ərizəçidən əvvəl növbə vərəsələri olmadığından, habelə ərizəçinin qohumluq faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından mərhum X5 ərizəçinin bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. X5 Ərizəçi bacısı olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar