Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-438/2021 30.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cəbı̇ yev Həsən Mı̇ kayıl oğlunun cavabdehlər Cəbı̇ yev İsmayıl Həsən oğlu və İsgəndərova Səkı̇ nə Ələsgər qızına qarşı faktiki mülkiyyətdə olan fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 30 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cəbı̇ yev Həsən Mı̇ kayıl oğlu iddia ərizəsi ilə müraciət edərək JN-210F Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə İsmayıllı rayon Kürdmaşı kəndində birgə mülkiyyətdə olan 0,19 hektar həyətyanı torpaq sahəsində yerləşən faktiki mülkiyyətdə olan fərdi yaşayış evindən cavabdehlər Cəbı̇ yev İsmayıl Həsən oğlu və İsgəndərova Səkı̇ nə Ələsgər qızının çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Mülki işin məhkəmə iclası zamanı iddiaçı Cəbı̇ yev Həsən Mı̇ kayıl oğlu ərizə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə iclası zamanı cavabdeh Cəbı̇ yev İsmayıl Həsən oğlu oğlu ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Cavabdeh İsgəndərova Səkı̇ nə Ələsgər qızına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsini məhkəmə onun hazırki işin mahiyyəti üzrə həll olunmasında maraqlı olmaması kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan hüquq normasının tələblərinə əsasən məhkəmə iddiaçının ərizəsini və iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cəbı̇ yev Həsən Mı̇ kayıl oğlunun cavabdehlər Cəbı̇ yev İsmayıl Həsən oğlu və İsgəndərova Səkı̇ nə Ələsgər qızına qarşı faktiki mülkiyyətdə olan fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Cəbı̇ yev Həsən Mı̇ kayıl oğluna qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-438/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-438/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver