Məhkəmə qərarları › İş №2(037)-439/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-439/2021

31.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-439/2021 31.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi qohumluq münasibətlərinin və mirasın qəbul edilməsi faktının müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 31 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək X10 onun nənəsi olması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Qəbələ Ərazi İdarəsi tərəfindən 13 noyabr 2019-cu il tarixdə HDQH daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********61 reyestr nömrəli Çıxarış üzrə mərhum X6 miras qalan, İsmayıllı rayonun Qubaxəlilli kəndində mülkiyyətdə olan 1,4543 hektar və **********28 reyestr nömrəli çıxarış üzrə 0,549 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət miras əmlakların tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 1987-ci ildə İsmayıllı rayon Qubaxəlilli kəndində anadan olmuşdur. X3r. Atasının valideynləri X17 və X18 faktiki nikahla ailə qurmuşlar. Sonradan da nikahlarını rəsmiləşdirməmişlər. Rəsmi nikahları olmamasına baxmayaraq atasına doğum haqqında şəhadətnamə yazılarkən şəhadətnamədə soyadı Quliyev, ana adı isə X4 yazılmışdır. Ata qrafası isə boş saxlanılmışdır. X25 04 avqust 2010-cu il tarixdə vəfat etmişdir. Ondan İsmayıllı rayonun Qubaxəlilli kəndində ayrı-ayrı yerlərdə 1,4543 hektar və 0,549 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. X25 sağlığında 05 mart 2010-cu il tarixdə İsmayıllı rayon dövlət notariat kontorunda təsdiq olunaraq reyestrdə 2V-1/33 nömrəsi ilə qeydə alınmış vəsiyyətnamə ilə bütün daşınar və daşınmaz əmlakını oğlu Azad Quliyevə vəsiyyət etmişdir. Nənəsi vəsiyyətnamə qoyarkən fiziki və əqli cəhətdən tam sağlam olmuş, hərəkətlərinin məna və nəticəsini şüurlu şəkildə dərk etmişdir. Atası nənəsindən qalan mirası qəbul edərək idarə etmişdir. Nənəsindən miras qalan əmlaklarla bağlı heç bir mübahisə yoxdur və heç kim həmin əmlaklara iddia etmir. X33 24 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra o, miras əmlakları faktiki olaraq qəbul edərək idarə edir. İsmayıllı rayon Notariat Kontorunun 24 may 2018-ci il tarixli məktubu ilə o, X9nun vərəsəsi müəyyən olunmuşdur. Nənəsinin soyadı ilə atasının soyadında uyğunsuzluq olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Nənəsi ilə babasının nikah haqqında şəhadətnaməsini əldə etmək üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, şöbə tərəfindən vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində nikah akt qeydinin tapılmadığını bildirmişlər. X18 ilə qohumluq münasibətlərinin müəyyən olunması və miras qalan əmlakları adına rəsmiləşdirməsi üçün lazımı sənədləri əldə edə bilmir. Qeyd etdiklərinə əsasən X10 onun nənəsi olması və Gülsüm Nağıyevadan qalan əmlakları vəsiyyətnamə üzrə vərəsəsi olan X33 tərəfindən qəbul olunması və atasının ölümündən sonra birinci növbə vərəsə kimi atasından qalan İsmayıllı rayonun Qubaxəlilli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət miras əmlakların tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndə gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısının oğludur. X5 bacısının əri olmuşdur. Azadın doğum haqqında şəhadətnaməsində anası X4 yazılmışdır. Gülsüm Nağıyeva 04 avqust 2010-cu il tarixdə vəfat etmişdir. Ondan İsmayıllı rayonun Qubaxəlilli kəndində ayrı-ayrı yerlərdə torpaq sahələri miras qalmışdır. Gülsüm Nağıyeva sağlığında bütün daşınar və daşınmaz əmlaklarına dair oğlu Azad Quliyevə vəsiyyətnamə vermişdir. Azad Quliyev anasının ölümündən sonra anasından miras qalan torpaq sahələrini qəbul edərək idarə etmişdir. Azad Quliyevin ölümündən sonra ondan qalan mirası isə birinci növbə vərəsə olan ərizəçi qəbul etmişdir. Gülsüm Nağıyevadan miras qalan əmlaklarla bağlı vərəsələr arasında heç bir mübahisə yoxdur. O, X10 ərizəçinin nənəsi olması və ondan qalan miras əmlakların Azad Quliyev tərəfindən qəbul edilməsi və Azad Quliyevin ölümündən sonra ondan qalan mirasın ərizəçi tərəfindən qəbul edilməsini təsdiq edir. X2 şahid X11 ilə eyni məzmunlu ifadə verərək X10 ərizəçinin nənəsi olması və ondan qalan miras əmlakların Azad Quliyev tərəfindən qəbul edilməsi və Azad Quliyevin ölümündən sonra ondan qalan mirasın ərizəçi tərəfindən qəbul edilməsini təsdiq etdi. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən ərizəçiyə 16 noyabr 2017-ci il tarixdə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. Xİİ-ЖГ 482853 nömrəli 10 dekabr 1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin valideynləri X23 və X8r. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 35 nömrəli 27 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, X20 22 may 1957-ci ildə İsmayıllı rayonu Qubaxəlilli kənd icra nümayəndəliyi tərəfindən 42 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Doğum akt qeydində anası X19, milliyyəti azərbaycanlı yazılmış, ata qrafası boş saxlanılmışdır. 5 mart 2010-cu il tarixli vəsiyyətnamədən görünür ki, X18 5 mart 2010-cu il tarixədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakının harada yerləşməsindən asılı olmayaraq İsmayıllı rayonu Qubaxəlilli kəndində yaşayan oğlu X20 vəsiyyət etmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 avqust 2010-cu il tarixli AZ-İ 432056 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 04 avqust 2010-cu il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 01 fevral 2013-cü il tarixli AZ-İ 606383 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 24 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Kontoru təərfindən verilmiş 24 may 2018-ci il tarixli 518 nömrəli məktubun surətindən görünür ki, 24 yanvar 2013-cü il tarixdə vəfat etmiş X15 vərəsəsi Ərizəçidur. Azərbaycan Respublikası DTXK tərəfindən 12 noyabr 2019-cu il tarixdə tərtib olunmuş Dövlət Kadastrı kitabında uçota alınmış “A” seriyalı 437764 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin surətindən görünür ki, İsmayıllı rayonun Qubaxəlilli kəndində yerləşən 0,549 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X10 adına “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəd hazırlanmışdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 13 noyabr 2019-cu il tarixli **********28 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonun Qubaxəlilli kəndi ərazisində yerləşən 0,549 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X14 mülkiyyət sənədi verilmişdir. Azərbaycan Respublikası DTXK tərəfindən 12 noyabr 2019-cu il tarixdə tərtib olunmuş Dövlət Kadastrı kitabında uçota alınmış “A” seriyalı 437766 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin surətindən görünür ki, İsmayıllı rayonun Qubaxəlilli kəndində yerləşən 1,4543 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X10 adına “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənəd hazırlanmışdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 13 noyabr 2019-cu il tarixli **********61 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonun Qubaxəlilli kəndi ərazisində yerləşən 1,4543 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X14 mülkiyyət sənədi verilmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 116 nömrəli 12 mart 2021-ci il tarixli arayışdan görünür ki, X17 və X10 nikah haqqında məlumatı müəyyən etmək məqsədilə 04 avqust 2010-cu ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikahları haqqında akt qeydi aşkar edilməmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi 1987-ci ildə İsmayıllı rayon Qubaxəlilli kəndində anadan olmuşdur. X9, anası X8r. Ərizəçinin X33in valideynləri X17 və X18 faktiki nikahla ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Ərzəçinin atasına doğum haqqında şəhadətnamə yazılarkən şəhadətnamədə soyadı Quliyev, ana adı isə X4 yazılmışdır. Ata qrafası isə boş saxlanılmışdır. Gülsüm Nağıyeva 04 avqust 2010-cu il tarixdə vəfat etmişdir. X12 rayonun Qubaxəlilli kəndində ayrı-ayrı yerlərdə 1,4543 hektar və 0,549 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Gülsüm Nağıyeva 05 mart 2010-cu il tarixdə İsmayıllı rayon dövlət notariat kontorunda təsdiq olunaraq reyestrdə 2V-1/33 nömrəsi ilə qeydə alınmış vəsiyyətnamə ilə bütün daşınar və daşınmaz əmlakını oğlu Azad Quliyevə vəsiyyət etmişdir. Azad Quliyev mirası vəsiyyət üzrə faktiki olaraq qəbul edərək idarə etmişdir. Azad Quliyev 24 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ondan qalan mirası birinci növbə vərəsə olan ərizəçi qəbul edərək idarə edir. Ərizəçi izahatında, şahidlər ifadələrində miras əmlaklarla bağlı mübahisə olmadığını göstərmişlər. Gülsüm Nağıyevanın soyadı ilə Azad Quliyevin soyadında uyğunsuzluq olduğundan ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ərizəçi Gülsüm Nağıyevanın nikah haqqında şəhadətnaməsini əldə etmək üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, şöbə tərəfindən vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində nikah akt qeydinin tapılmadığı bildirilmişdir. Ərizəçinin X18 ilə qohumluq münasibətlərinin müəyyən olunması və miras qalan əmlakları adına rəsmiləşdirməsi ilə bağlı zəruri sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılır və onlar bərabər pay hüquqlu vərəsələr sayılırlar Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1167-ci maddəsnə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X10 ərizəçinin nənəsi olması və Gülsüm Nağıyevadan qalan miras əmlakların vəsiyyətnamə üzrə vərəsəsi olan Azad Quliyev tərəfindən faktiki olaraq qəbul edilərək idarə edilməsi, Azad Quliyevin ölümündən sonra ondan qalan mirasın birinci növbə vərəsəsi olan ərizəçi tərəfindən faktiki olaraq qəbul edilərək idarə edilməsi ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin qohumluq və mirası qəbul etməsi faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından mərhum X10 ərizəçinin nənəsi olması və ondan miras qalan əmlakların faktiki olaraq ərizəçi tərəfindən qəbul edilməsi faktlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. X10 Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Qəbələ Ərazi İdarəsi tərəfindən 13 noyabr 2019-cu il tarixdə HDQH daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********61 reyestr nömrəli Çıxarış üzrə mərhum X6 miras qalan, İsmayıllı rayonun Qubaxəlilli kəndində mülkiyyətdə olan 1,4543 hektar və **********28 reyestr nömrəli çıxarış üzrə 0,549 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət miras əmlakların tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar