Məhkəmə qərarları › İş №2(037)-44/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-44/2023

08.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-44/2023 08.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Lətifova (Tahirova) Azadə Azadxan qızının cavabdeh Dəmirova (Tayırova) Turanə Dəmir qızına qarşı mülkiyyətdə olan fərdi yaşayış evindən cavabdehin çıxarılması, evin və həyətyanı torpaq sahəsinin boşaldılması tələbinə, iddiaçı Dəmirova (Tayırova) Turanə Dəmı̇ r qızının cavabdehlər Lətifova (Tahirova) Azadə Azadxan qızı və Tayı̇ rzadə (Tayırov) Azadxan Mansur oğluna qarşı birgə nikah müddətində tikilmiş evin bölünməsi və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə 08 fevral 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Lətifova (Tahirova) Azadə Azadxan qızı cavabdeh Dəmirova (Tayırova) Turanə Dəmir qızına qarşı mülkiyyətində olan İsmayıllı şəhəri, keçmiş İsmayıllı kəndində yerləşən fərdi yaşayış evindən cavabdehin çıxarılması, fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını, eyni zamanda iddiaçı Dəmirova (Tayırova) Turanə Dəmı̇ r qızının cavabdehlər Lətifova (Tahirova) Azadə Azadxan qızı və Tayı̇ rzadə (Tayırov) Azadxan Mansur oğluna qarşı İsmayıllı şəhərində (keçmiş Aşağıbaş kəndi) yerləşən Azadə Tahirovanın mülkiyyəti kimi qeydə alınmış yaşayış evinə onun və 01 iyun 2013-cü il təvəllüdlü Azadxan və 18 dekabr 2014-cü il təvəllüdlü Zeynəb adlı iki azyaşlı övladlarının istifadə hüquqularının müəyyən edilməsi, fərdi yaşayış evinin onunla keçmiş əri Amidin birgə nikah dövründə tikilmiş yaşayış evi kimi paylarına uyğun bölünməsi, evin tikintisi üçün çəkilmiş xərcin yarısı cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-44/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə 2(037)-44/2023 və 2(037)-104/2023 saylı işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilmiş və hazırki mülki işə 2(037)-44/2023 nömrəsi verilmişdir. İddiaçı Azadə Tahirova tələbini onunla əsaslandırmışdır ki, hazırda mülkiyyətində olan İsmayıllı şəhəri, keçmiş İsmayıllı (Aşağıbaş) kəndində 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evini öz vəsaiti hesabına atasına məxsus 0,19 ha həyətyanı torpaq sahəsinin 0,06 ha hissəsində inşa etdirmiş, lakin torpaq sahəsi atasının adına olduğundan ilkin olaraq ev atasının adına qeyd edilmişdir. Ögey qardaşının arvadı olmuş Cavabdeh (Tayırova) qardaşı ilə evləndiyi 2012-ci ildə atasının ikinci həyat yoldaşına məxsus İsmayıllı şəhəri, Axundov küçəsində yerləşən mənzilə gəlin köçmüş, bir müddət orada yaşadıqdan sonra xarakterləri uyğun gəlmədiyinə görə faktiki ayrılmış və öz atası evinə qayıtmışdır. Eyni zamanda atası ilə ikinci arvadı arasında nikah pozulduğundan yaşadıqları mənzili satmış, cavabdeh də könüllü olaraq özünə məxsus əmlakları ilə birlikdə atası evinə getmişdir. Atası ona miras qalmış evin həyətinin 0,06 hissəsini şifahi qaydada ona bağışlamış və hasar ilə ayırmışdır. Beləliklə o, öz vəsaiti hesabına orada fərdi yaşayış evi inşa etdirmiş, lakin ögey qardaşı arvadı Turanə ilə barışaraq Turanənin valideynlərinə məxsus evdə yaşamağa başlamış, orada da Turanə onu bir ər kimi saymamış, onu alçaltmış, qardaşı bir neçə dəfə boşanmağa cəhd etmiş, məhkəmədə iddia qaldırmış, lakin övladlarının xatirinə barışmağa məcbur olmuşdur. Təxminən iki il əvvəl atası ondan qardaşının ailəsi ilə birlikdə ona məxsus evdə müvəqqəti yaşamasını xahiş etmişdir. Cavabdeh ona məxsus fərdi yaşayış evində yaşadığı ilk aylardan mütəmadi olaraq atasını, anasını və eyni zamanda onu olmazın nalayiq söyüşlərlə təhqir etmiş, hətta atasını həyətə buraxmamışdır. Bütün bunlara görə qardaşı cavabdehdən xx.xx.2022-ci ildə boşanmış və ona məxsus evi tərk edib qeydiyyatda olduğu ünvana köçmüşdür. Atası vəziyyətin acınacaqlı olduğunu görərək evi ona bağışlamış və onun adına 05 sentyabr 2022-ci il tarixdə çıxarış verilmişdir. Cavabdeh isə əsasən qeydiyyatda olduğu valideynlərinə məxsus evdə yaşamaqla həftədə bir neçə dəfə onun evinə gəlib-gedir, əmlakını evdən çıxarmır, həyətə giriş darvazasını qıfıllamaqla, atasını və onu evə buraxmır. O, yetkinlik yaşına çatmış övladı ilə birlikdə Bakı şəhərində yaşayır və övladını evləndirib mülkiyyətində olan evə köçmək istəyir. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Eyni zamanda iddiaçı Cavabdeh (Tayırova) tələbini onunla əsaslandırmışdır ki, o. Amid Tayirov ilə 06 avqust 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, bu evlilikdən 01 iyun 2013-cü il təvəllüdlü Azadxan və 18 dekabr 2014-cü il təvəllüdlü Zeynəb adlı iki uşaqları olmuş, 14 iyul 2022-ci il tarixdə boşanmışlar. Evləndikləri ilk vaxtlarda İsmayıllı şəhəri M.F.Axundov küçəsində çoxmərtəbəli yaşayış binasında yerləşən Şahid1 anasına məxsus olan mənzildə yaşamışlar. 2017-ci il tarixdə qaynatası Azadxan Tayırov onlara yaşadıqları mənzili satmalarını, onların köməyi ilə onlara, özünə valideynlərindən miras qalmış İsmayıllı rayonu, Aşağıbaş kəndində yerləşən həyətyanı torpaq sahəsində ev tikmələrini bildirmişdir. Evin onlara tikiləcəyinə inanan Amidin anası Nisə xanım çoxmənzilli binada yerləşən mənzilin satılmasına razılıq verərək, 2017-ci ildə həmin mənzili satmışdır. Mənzil satıldıqdan sonra onlar bir müddət kirayədə yaşamışlar. 2018-ci ildə qaynatası Azadxan Tayı̇ rzadə (Tayırov) özünə məxsus Aşağıbaş kəndində yerləşən torpaq sahəsinin 0,06 ha hissəsini onlara verərək hasarlamış və 0.19 ha torpaq sahəsindən ayırmışdır. 2018-ci il tarixdə qaynatası, hazırki cavabdeh Azadxan bir ailə böyüyü kimi ona məxsus 5000 manat dəyərində qızıl-zinət əşyalarını satataq, əri Amidin əmək haqqı kartını əlindən alaraq, Nisə xanımın onlara verdiyi pula həmin sahədə onlara fərdi yaşayış evi tikmiş və hazır olduqdan sonra o, iki övladı və Amidi həmin evə köçürmüşdür. 2022-ci ilin yaz aylarında Amidlə aralarında ailədaxili problem yarandığından ayrılmaq qərarına gəlmişlər. Həmin vaxtan qaynatası ona qarşı düşmən münasibəti bəsləməyə başlamış və aralarında müxtəlif vaxtlarda dava-dalaş olmuşdur. Qaynatası onların pulu ilə tikilmiş evi onun həyətində yerləşməsindən istifadə edərək öz adına rəsmiləşdirmiş, 2022-ci ilin avqust ayında onu evdən çıxarmaq üçün Bakı şəhərində özünə məxsus evdə yaşayan qızı Tahirova Azadənin adına keçirmişdir. Belə ki, iddiaçının adına olan ev onun və keçmiş əri Amidin və onun doğma anası olan Nisə xanımın vəsaiti ilə onlar üçün tikilmiş və onların paylı mülkiyyətindədir. O, 2018ci ildən hazırki vaxtadək həmin evdə uşağları ilə birlikdə yaşayır, ona məxsus cehiz əşyaları da həmin evdədir, lakin iddiaçının atası onları rahat buraxmır, evdən çıxaracağı ilə hədələyir. Hazırda Azadənin adına rəsmiləşdirilmiş fərdi yaşayış evinə ona və iki azyaşlı uşaqlarına istifadə hüququ müəyyən edilərək, həmin evin tikintisi üçün çəkilmiş xərclərin yarısı ona verilməlidir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Tayı̇ rzadə (Tayırov) Azadxan Mansur oğlu göstərdi ki, Cavabdeh (Tayırova) onun keçmiş gəlini, Azadə Tahirova isə qızıdır. X11 Dəmirova (Tayırova) 06 avqust 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, bu evlilikdən 01 iyun 2013-cü il təvəllüdlü Azadxan və 18 dekabr 2014-cü il təvəllüdlü Zeynəb adlı iki uşaqları olmuş, 14 iyul 2022-ci il tarixdə boşanmışlar. Evləndikləri ilk vaxtlarda İsmayıllı şəhəri M.F.Axundov küçəsində çoxmərtəbəli yaşayış binasında yerləşən onun keçmiş arvadının adına olan mənzildə yaşamışlar. Həmin mənzil 2017-ci ildə satılaraq keçmiş arvadı tərəfindən özünə başqa yaşayış sahəsi alınmış, o valideynlərindən ona miras qalmış 0.19 ha torpaq sahəsinin 0.06 hissəsini qızı Azadəyə hədiyyə edərək həmin hissədə qızının vəsaiti hesabına fərdi yaşayış evi inşa etdirmiş, evin tikinti-təmir işləri həmin ildə başa çatmış və orada yaşamağa başlamışlar. Evin tikildiyi dövrdə Cavabdeh (Tayırova) bir müddət kirayədə, bir müddət isə valideynlərinə məxsus evdə yaşamışdır. Belə olan halda oğlunun kirayədə yaşamaması və dolayısı ilə də maddi imkanlarının olmaması səbəbindən qızı ilə razılığa gələrək onları hazırki fərdi yaşayış evinə müvəqqəti köçürmüşlər. Lakin bir müddət sonra Turanə onu və qızını küçə söyüşləri ilə təhqir edərək evdən qovmağa başlamışdır. Bununla bağlı müxtəlif vaxtlarda hüquq mühafizə orqanlarına müraciətlər olmuş və müvafiq qərarlar qəbul edilmişdir. Bildirmək istəyir ki, Turanəyə toyda taxılan qızıllar onun birinci arvadı tərəfindən qızıl dükanından götürülərək sırf toyda taxmaq naminə gətirilmiş, sonradan həmin qızıllar bijuteriya ilə əvəz edilmişdir. Belə ki, evin tikildiyi dövrdə Turanə və onun əri kirayədə yaşamış, oğlu həmin dövrdə 300-350 manat civarında əmək haqqı almışdır. Belə olan halda 300-350 manat məvaciblə həm kirayədə yaşamaq, həm də iki uşaqla dolanmaq, eyni zamanda da ev tikilərkən guya onlara maddi yardım etmək ağlabatan olmamaqla, absurddur. Eyni zamanda oğlu ilə Turanə faktiki ayrıldıqdan sonra uşaqlarının saxlanması üçün alimenti məhz o pensiyası hesabına Turanəyə vermişdir. Bunu oğlu da təsdiq edir. Bütün bunlarla yanaşı Turanənin və oğlu Amidin hansı vəsait hesabına evin tikintisi üçün onlara maddi yardım etmələri sual doğurur. Belə ki, qızı Bakı şəhərində gözəllik salonu işlətməklə maddi imkanı yaxşıdır və sözügedən fərdi yaşayış evi qızının vəsaiti hesabına, heç kimin maddi yardımı olmadan tikilmişdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 göstərdi ki, Cavabdeh (Tayırova) ilə 06 avqust 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, bu evlilikdən 01 iyun 2013-cü il təvəllüdlü Azadxan və 18 dekabr 2014-cü il təvəllüdlü Zeynəb adlı iki uşaqları olmuş, evləndikləri ilk vaxtlarda İsmayıllı şəhəri M.F.Axundov küçəsində çoxmərtəbəli yaşayış binasında yerləşən onun anasnın adına olan mənzildə yaşamışlar. Həmin mənzil 2017-ci ildə satılaraq anası tərəfindən özünə başqa yaşayış sahəsi alınmış, atası isə valideynlərindən ona miras qalmış 0.19 ha torpaq sahəsinin 0.06 hissəsində fərdi yaşayış evi inşa etdirmiş, evin tikinti-təmir işləri həmin ildə başa çatmış və orada yaşamağa başlamışlar. Evin tikildiyi dövrdə Cavabdeh (Tayırova) bir müddət kirayədə, bir müddət isə valideynlərinə məxsus evdə yaşamışdır. O vaxt aldığı 350 manat əmək haqqının 50 manatını kirayəyə vermişlər, qalan məbləğlə isə ailəsini dolandırmışdır. Bir müddət sonra Turanə ilə xasiyyətləri uyğun gəlmədiyi üçün bir neçə dəfə faktiki ayrılıb, barışmışlar. Faktiki ayrıldıqları dövrdə atası Azadxan pensiyasından onun adına Turanəyə aliment ödəmişdir. 14 iyul 2022-ci il tarixdə isə rəsmi boşanmışlar. Hazırda Turanə azyaşlı uşaqları ilə birlikdə bacısına məxsus fərdi yaşayış evində yaşayır və orada da yaşayacaqdır, onlar oradan çıxmayacaqdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 göstərdi ki, 2017-ci ilin fevral ayında Şamaxı rayonundan İsmayıllı rayonuna gəlin köçmüş, həmin vaxt Turanə ailəsi ilə birlikdə İsmayıllı şəhərində yerləşən mənzildə yaşayırdı və sonradan həmin mənzil satılmışdır. Bundan sonra Turanə ailəsi ilə birlikdə kirayədə, bəzən isə onlarda qalırdı. 2018-ci ildə Turanənin qaynatası mənzilin satışından əldə edilmiş vəsait hesabına özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş, həmin dövrdə Azadxan onun qaynatasının iş yerinə gələrək uşaqları müvəqqəti olaraq öz evinə qeydiyyata salmasını xahiş edərək, tikilməkdə olan fərdi yaşayış evi başa çatdıqdan sonra uşaqları ora qeydiyyata salacağına söz vermişdir. Həmin ev tikildikdən sonra 2019-cu ildə Turanə uşaqları ilə birlikdə həmin evə köçmüşdür. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş, X5 göstərdi ki, onun Cavabdeh (Tayırova) ilə yaşamağı artıq dözülməz hala gəlmişdir. Turanə hər gün davadalaş salır. O, Turanənin hərəkətlərinə görə artıq qonşu-qohum arasına çıxmağa da utanır. O, İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) yaşadığı 44 il ərzində bir dəfə də olsun həyətlərinə polis gəlməmişdir. Cavabdeh (Tayırova) hazırda qaldığı fərdi yaşayış evinin tikintisinə xərc çəkməmiş, evi qızı Azadə öz vəsaiti hesabına tikdirmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş, X3 göstərdi ki, Cavabdeh (Tayırova) onun qızıdır. Qızının qaynatası Azadxan evi oğlu Amid və ailəsi üçün tikmişdir. Azadxanın keçmiş arvadına məxsus, qızı Turanənin gəlin köçdüyü mənzil satılarkən, Azadxan uşaqları müvəqqəti olaraq onun evinə qeydiyyata salmasını xahiş etmiş, yeni evi isə mənzilin satışından əldə etdiyi vəsaitlə Turanəgilçün tikəcəyiyini bildirirək Turanə və uşaqlarını da həmin evə qeydiyyata salacağına söz vermişdi. Həmin evin mətbəx və hamamın tikintisinə o da köməklik göstərmişdir. Hazırda özü xəstəikdən əziyyət çəkir. Turanə o evdən çıxarılarsa, onun Turanə və uşaqlarını saxlamağa gücü yoxdur. Özünə məxsus fərdi yaşayış evində isə özü, arvadı, oğlu və ailəsi birlikdə yaşayırlar. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş, X6 göstərdi ki, Cavabdeh (Tayırova) onun qızıdır. Turanə 2012-ci ildə Şahid1la ailə qurmuşdur. Həmin vaxtdan qızının və ailəsinin dolanışığına onlar kömək etmişlər. Əri fiziki məhdudiyyətli şəxsdir. Artıq o işləyə bilmir, Turanəyə köməklik etməyə gücü çatmır. Turanənin əri Amidin əmək haqqı kartı əvvəlcə Turanədə olmuş, daha sonra Azadxan ev tikəndə kartı Turanədən almış və sonradan Turanəyə qaytarmamışdır. Keçmiş İsmayıllı kəndində fərdi yaşayış evi tikilən vaxt Turanə əri və uşaqları ilə birlikdə kirayədə qalmışlar. Həmin vaxt Amid təxminən 350 manat əmək haqqı almış, 50 manat kirayə pulu vermişlər. Turanəgilin kirayə qaldıqları evin sahibi Azadxanı tanıdığından, kirayə pulunu gah almış, gah da almamışdır. Həmin vaxt o və əri də Turanəgilin dolanışığına köməklik etmişlər. Məhkəmə hər iki iddia üzrə tərəflərin izahatlarını, şahidlərin ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddiaçı X1 cavabdeh Dəmirova (Tayırova) Turanə Dəmir qızına qarşı evdən çıxarılma tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli, iddiaçı Dəmirova (Tayırova) Turanə Dəmir qızının cavabdehlər X4 və Tayı̇ rzadə (Tayırov) Azadxan Mansur oğluna qarşı birgə nikah müddətində tikilmiş evin bölünməsi və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında, 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində X1 xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2022–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı Cavabdeh (Tayırova) ilə cavabdeh X2 06 avqust 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, bu evlilikdən 01 iyun 2013-cü il təvəllüdlü Azadxan və 18 dekabr 2014-cü il təvəllüdlü Zeynəb adlı iki uşaqları olmuş, evləndikləri ilk vaxtlarda İsmayıllı şəhəri M.F.Axundov küçəsində çoxmərtəbəli yaşayış binasında yerləşən Azadxan Tayırovun keçmiş arvadının adına olan mənzildə yaşamışlar. Həmin mənzil 2017-ci ildə satılmış, Azadxan Tayı̇ rzadənin (Tayırov) keçmiş arvadı özünə başqa yerdən fərdi yaşayış evi təmin etmiş, həmin ildə Azadxan Tayı̇ rzadəyə (Tayırov) məxsus 0,19 ha torpaq sahəsinin 0,06 ha hissəsində fərdi yaşayış evi inşa edilmişdir. Sadalananlar işin mübahisəsiz halıdır. Mübahisəli fərdi yaşayış evinin tikintisi 2017-ci il tarixdə başlanmış, elə həmin il də təmir-tikinti işləri tamamlanaraq yaşayış üçün əlverişli hala gətirlimişdir. Evin tikintisi davam edən müddətdə Cavabdeh (Tayırova) uşaqları ilə birlikdə bir müddət kirayədə, bir müddət isə valideynlərinə məxsus evdə yaşamışlar. 2019-cu ildə Cavabdeh (Tayırova) azyaşlı uşaqları ilə birlikdə sözügedən fərdi yaşayış evinə köçürülmüş və hazırki vaxtadək də həmin evdə yaşayırlar. Mübahisəli fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ünvanında, 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin üzərində X1 xüsusi mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2022–ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehin isə həmin mübahisəli fərdi yaşayış evi üzərində heç bir hüquqları qeydə alınmamışdır. Ona baxmayaraq cavabdeh azyaşlı uşaqları ilə birlikdə hazırda da iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə etməklə bərabər, sahiblik edirlər. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdehin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması əsasları, yəni cavabdehin iddiaçının ailə üzvü olub–olmaması məsələsi müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli qərarında qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30–cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15–ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1–ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Ailə Məcəlləsinin 13 və 15–ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlər uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir–birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında yetkinlik yaşına çatmış qardaşın və ya onun ailəsi “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin bacının yetkinlik yaşına çatmış qardaşı və ya onun ailəsini saxlamaq vəzifəsi müəyyən olunmamışdır. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, iddiaçı ilə cavabdeh arasında (baldız-gəlin) ailə qanunvericiliyi əsasında heç bir yaxın qohumluq münasibəti olmadığından, cavabdehin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüquqları qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçisi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, onun iddiaçı ilə birlikdə mübahisəli fərdi yaşayış evində ailə üzvü kimi yaşamaq və yaxud özünün azyaşlı uşaqları ilə birlikdə saxlanılmasını tələb etmək, həmçinin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüquqları yaranmamışdır. Belə ki, istifadə hüququ mahiyyət etibarı ilə əşyadan məhdud istifadəni ehtiva etdiyindən hüququ deyil, əşyanı təqib edir. Məhkəmə Turanə Tayırova 2012-ci il tarixdə ərinin anasına məxsus fərdi yaşayış evinə gəlin köçdüyünü, tərəflər arasındakı hüquq münasibətlərinin 2009-cu ildən (2012 və 2019-cu ildən) sonra yarandığını, həmin dövrdə tətbiq edilən maddi hüquq normasının tələblərinə əsasən Cavabdeh (Tayırova) sözügedən fərdi yaşayış evinə istifadə hüququnun yaranmadığını, bununla yanaşı həmin evin satılaraq 2019-cu ildə, yəni evin inşasından sonra uşaqları ilə birlikdə həmin evə köçməsi halında belə, yenə də istifadə hüququnun yaranmadığını qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının hazırda mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavadehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin fərdi yaşayış evi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüquqları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1–ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Cavabdeh (Tayırova) İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 77 kv.metr olan fərdi yaşayış evindən çıxarılmalı, fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi boşaldılmalıdır. Dövlət rüsumu barədə tələb olmadığından, ödənilmiş dövlət rüsumu məbləği iddiaçı X1 özünə aid edilməlidir. İddiaçı Dəmirova (Tayırova) Turanə Dəmir qızının cavabdehlər X4 və Tayı̇ rzadə (Tayırov) Azadxan Mansur oğluna qarşı birgə nikah müddətində tikilmiş evin bölünməsi tələbinə dair hisssinə gəlincə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı Cavabdeh (Tayırova) özünə məxsus 5000 manat dəyərində qızılzinət əşyalarının satılaraq pulun və əri Amidə məxsus əmək haqqı kartının mübahisəli fərdi yaşayış evinin tikinti-təmir işləri zamanı qaynatası, hazırki iş üzrə cavabdeh olan Tayı̇ rzadə (Tayırov) Azadxana verdiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, mübahisəli fərdi yaşayış evi tikildiyi dövrdə əri Amidə məxsus əmək haqqı kartının qaynatası, hazırki cavabdeh Azadxana verdiyini məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 həmin dövrdə 350 manat əmək haqqı aldığını, həmin əmək haqqının 50 manatını kirayəyə verdiyini, qalan məbləğlə ailəsini dolandırdığını, eyni zamanda hətta Cavabdeh (Tayırova) atası öz pensiyasından aliment ödədiyini bildirməklə təkzib etmişdir. Bütün sadalananlara əsasən məhkəmə 350 manat əmək haqqı ilə iki azyaşlı uşaq olmaqla 4 nəfər ailə üzvünün kirayədə yaşayaraq, eyni zamanda fərdi yaşayış evinin tikintisinə maddi yardım edilməsini ağlabatan hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Çəkişmə prinsipi eyni zamanda tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazlarının əsaslarını sübut etmək vəzifələrini, bu məqsədlə sübutlar təqdim etmək, vəsatətlər vermək imkanını müəyyən edir. İşə hərtərəfli və obyektiv baxılması, məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması tərəflərin prosesdə çəkişməsi, yəni öz mövqeyini müdafiə etməsi üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini təkzib etməsi üçün geniş imkanların olması ilə təmin olunur. Çəkişmə prinsipi işə baxan məhkəmənin üzərinə müəyyən vəzifələr də qoyur. Bu cür vəzifələrdən biri də məhz işdə iştirak edən şəxslərdən hər hansı birinin müəyyən sübutu əldə edə bilmədiyi və ya çətinlik çəkdiyi halda məhkəmənin ona zəruri kömək etməyə borclu olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırkı mübahisə üzrə cavabdehlər iddia tələbini qəbul etmədiyi üçün iddiaçının fərdi yaşayış evinin tikintisi üçün çəkdiyi xərcləri sübutetmə yükü onun üzərinə düşür. Göründüyü kimi, iddiaçı Cavabdeh (Tayırova) fərdi yaşayış evinin tikintisi üçün çəkdiyi xərcləri barədə tələb irəli sürsə də, bununla bağlı məhkəməyə əsaslı sübut təqdim etməmiş, öz istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu barədə tələb olmadığından ödənilmiş dövlət rüsumu məbləği iddiaçı Dəmirova (Tayırova) Turanə Dəmı̇ r qızının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia tələbi təmin edilsin. Cavabdeh Dəmirova (Tayırova) Turanə Dəmı̇ r qızı xx.xx.2022-ci il tarixli,********** qeydiyyat nömrəli, **********89-10301 reyestr nömrəli Çıxarışa əsasən iddiaçı Lətifova (Tahirova) Azadə Azadxan qızının xüsusi mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 77 kv.metr olan fərdi yaşayış evindən çıxarılsın, fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi boşaldılsın. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçı Lətifova (Tahirova) Azadə Azadxan qızının özünə aid edilsin. İddiaçı Dəmirova (Tayırova) Turanə Dəmı̇ r qızının cavabdehlər Lətifova (Tahirova) Azadə Azadxan qızı və Tayı̇ rzadə (Tayırov) Azadxan Mansur oğluna qarşı birgə nikah müddətində tikilmiş evin bölünməsi və istifadə hüququnun müəyyən edilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçı Dəmirova (Tayırova) Turanə Dəmı̇ r qızının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar