Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-441/2021 05.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu, İddiaçı Mirzəməmməd oğlunun cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair şəhadətnmanin etibarsız hesab edilməsi, evin alqı-satqı müqaviləsi əsasında həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsini 05 may 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Mirzəməmməd oğlu müraciət edərək İsmayıllı rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 06 saylı qərarı ilə X1 adına 25 dekabr 2005-ci il tarixdə verilmiş JN- 006F Kod 40719018 saylı şəhadətnamənin etibarsız hesab edilməsi, onun 14 aprel 2004-cü il tarixli 216769 saylı ev alqı-satqısı müqaviləsin əsasında evin 12 hektar həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, X2 mülkiyyətində olan İsmayıllı rayon Mican kəndində yerləşən ümumi sahəsi 63,9 kv.metr, yaşayış sahəsi 32,4 kv.metr olan iki otaqlı fərdi yaşayış evini İddiaçı 14 aprel 2004-cü il tarixli 216769 nömrəli müqaviləyə əsasən satmışdır. İddiaçı həmin müqavilə əsasında ona satılmış evin yerləşdiyi 12 hektar həyətyanı torpaq sahəsinə dair alqısatqı müqaviləsinin bağlanmış hesab edilməsini xahiş edir. İddiaçı alqı-satqı müqaviləsi əsasında aldığı fərdi yaşayış evini dövlət qeydiyyatından keçirmişdir. Lakin həmin evin yerləşdiyi torpaq sahəsinin dövlət qeydiyyatından keçirilməsi üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmədən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə belə bir müraciətin edilib-edilməməsi və nəticəsinə dair hər hansı sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddiaçı iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: İddiaçı Mirzəməmməd oğlunun cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair şəhadətnmanin etibarsız hesab edilməsi, evin alqı-satqı müqaviləsi əsasında həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov .
Məhkəmə qərarları › İş №2(037)-441/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-441/2021
05.05.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver