Məhkəmə qərarları › İş №2(037)-442/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-442/2025

19.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-442/2025 19.11.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və X4 Cavabdeh və üçüncü şəxs X2 qarşı mülkiyyətdə olan əkin torpaq sahəsindən çıxarılma, vurulmuş maddi zərərin ödənilməsi və mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə 19 noyabr 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehin mülkiyyətlərində olan İsmayıllı rayonu Qurbanəfəndi kəndi ərazisində yerləşən 1,0 hektar əkin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması, vurulmuş 6132 manat məbləğində maddi zərərin alınıb onlara verilməsi, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarına edilən maneçiliklərə qadağa qoyulması və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manatın cavabdehdən alınıb İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarının tədqiq edib hesab edir ki, mülki iş üzrə iddia tələbi aşağıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin iddiaçıların deyil, X2 məxsus torpaq sahəsini əkdiyini qeyd edir. İddiaçıların torpaq sahələri naturada bölünməmişdir. Hazırki vəziyyətdə cavabdehin iddiaçıların torpaq sahəsini qanunsuz əkməsi faktını müəyyən etmək mümkün deyil. İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Qurbanəfəndi kəndində yerləşən 2,4366 hektar torpaq sahəsi İddiaçı1, İddiaçı2, X7, X6, X5 və X1 ümumi birgə mülkiyyətindədir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 30 iyul 2025-ci il tarixli 3-21-3-42/2-3391/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, hüquqların dövlət reyestrində qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********04 saylı çıxarışla qeydiyyata alınaraq İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 2,4366 hektar torpaq sahısinin 0,66 hektar hissəsi Cavabdeh istifadəsindədir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraat olduğundan iddiasına cavab verməli olan subyekti, həmçinin ona qarşı yönəlmiş tələbi müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu baxımdan məhz iddiaçı ərizənin qanunla müəyyən olunmuş məzmununa əməl etməli, bununla bağlı hər hansı qüsur olduqda isə məhkəmənin icraatına qəbul edilmiş işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları məhkəmə baxışının gedişində aradan qaldırmalıdır. Göründüyü kimi mülki qanunvericilik yalnız bu Məcəllənin tələblərinə riayət edilməklə verilmiş iddia ərizəsinin məhkəmə icraatını mümkün hesab etmişdir. Belə olan təqdirdə nöqsanlar aradan qaldırılmadan məhkəmə icraatının həyata keçirilməsi mümkün deyildir. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçılar da daxil olmaqla bir neçə şəxsin ümumi paylı mülkiyyətində olmaqla payları naturada ayrılmamışdır. Belə olan halda iddiaçılar yalnız nəzəri olaraq onlara məxsus torpaq sahəsini cavabdeh tərəfindən qanunsuz əkib becərildiyini bildirməklə, qanunsuz əkilməsi iddia edilən torpaq sahəsinin koordinatları müəyyən edilmədən həmin sahənin kimə məxsus olmasını müəyyən etmək mümkün deyildir. Bu yalnız naturada ayrılma nəticəsində mümkün olacaqdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən nöqsanın aradan qaldırılması mümkün olmamaqla, məhkəmə icraatının həyata keçirilməsi də istisna olunur. Məhkəmə, iddiaçının məhkəməyə müraciət edərkən ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədiyini, sözügedən nöqsanları aradan qaldırmalı olduğu halda bunu etməyərək, nəzəri olaraq əkilmiş torpaq sahəsinin onlara məxsus olduğunu təkid etməklə, iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması üçün verilmiş vaxtdan səmərəli şəkildə istifadə etmədiyini, nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 saylı qərarının 13-cü maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verilə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Müvafiq Qərarın 14-cü maddəsinə əsasən, ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Qərardadda ərizənin baxılmamış saxlanılması qanuna istinad edilməklə əsaslandırılmalı, onda işin baxılmasına mane olan halların necə aradan qaldırılması hökmən göstərilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149-152. 259.0.12, 260.0.4, 372, 384.0.4, 385.1.1. 387.1, 388, 389, 390, 391, 395, 397-cu maddələrinin tələblərinə uyğun ərizə təqdim edilən zaman prosessual qanunvericiliyin tələblərinə tam riayət edilmədiyini nəzərə alaraq verilmiş iddia ərizəsinin baxılmamış saxlanılmasını qanuni və ədalətli hesab edir. Belə ki, iddia ərizəsi tərtib edilərkən MPM-in müvafiq normalarına uyğun tərtib (forma və məzmuna riayət) edilməmiş və nöqsanların aradan qaldırılması məhkəmə baxışında mümkün olmamışdır. Bununla belə, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmaqla, iş üzrə əsas borculunun vərəsələri müəyyən etməklə iddiaçının məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərci olaraq İddiaçı1 50 (əlli) manat, iddiaçı X3 50 (əlli) manat, ümumilikdə 100 (bir yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 259, 261, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və X4 Cavabdeh qarşı mülkiyyətdə olan əkin torpaq sahəsindən çıxarılma, vurulmuş maddi zərərin ödənilməsi və mülkiyyət hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılsın. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılsın. İddiaçı1 50 (əlli) manat, iddiaçı X3 50 (əlli) manat, ümumilikdə 100 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu - 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar