Məhkəmə qərarları › İş №2(037)-482/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-482/2020

29.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-482/2020 29.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 qarşı payların müəyyən edilməsi və hərracda satılaraq bölünməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2 (bundan sonra birinci cavabdeh), Cavabdeh1 (bundan sonra ikinci cavabdeh) və X3 (bundan sonra üçüncü cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsində Cavabdeh2, 1/8 hissəsində Cavabdeh1, X3 payına düşən 1/8 hissədən onun xeyrinə imtina etdiyindən 6/8 hissəsində onun payının müəyyən edilməsi, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.0955 hektar torpaq sahəsinin 1/4 hissəsində Cavabdeh2, 1/4 hissəsində Cavabdeh1, X3 payına düşən 1/4 hissədən onun xeyrinə imtina etdiyindən 2/4 hissəsində onun payının müəyyən edilməsi, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0955 hektar torpaq sahəsinin açıq hərracda satılması və İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satışından əldə edilmiş vəsaitin 1/8 hissəsində Cavabdeh2, 1/8 hissəsində Cavabdeh1, 6/8 hissəsində onun, 0.0955 hektar torpaq sahəsinin açıq hərracda satışından əldə edilmiş vəsaitin 1/4 hissəsində Cavabdeh2, 1/4 hissəsində Cavabdeh1 və 2/4 hissəsində onun payı müəyyən edilməklə paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yaşayır. Cavabdehlər övladlarıdır. Mərhum əri İlyas Bədəlovla birgə nikahda olduqları müddətdə İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən 0.0955 hektar torpaq sahəsini alaraq həmin torpaq sahəsində ümumi sahəsi 147.6 kv.m olan fərdi yaşayış evi inşa etmişlər. Əri İlyas 2003-cü ildə vəfat etmişdir. Əri vəfat etdikdən sonra miras əmlaka dair DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış almışdır. Qeyd edilən çıxarışda fərdi yaşayış evi üzərində mərhum əri İlyasın mülkiyyət hüququ tam, 0.0955 hektar həyətyanı torpaq sahəsi üzərində isə onun, əri İlyasın, oğlanları Azərin, Eldənizin və qızı Elnurənin ümumi birgə mülkiyyət hüquqları müəyyən olunmuşdur. Hesab edir ki, birgə nikah dövründə tikilmiş fərdi yaşayış evinin 2/1 hissəsi onun, 2/1 hissəsi isə miras kütləsinə aid edilməlidir. Bundan əlavə 0.0955 hektar həyətyanı torpaq sahəsi üzərində onun və digər birgə mülkiyyətçilərin ümumi birgə mülkiyyət hüquqları müəyyən edilməli və 0.0955 hektar həyətyanı torpaq sahəsinin 1/5 hissəsi, yəni 0.0191 hektarı miras kütləsinə aid edilməlidir. Hazırda mübahisəli əmlakda oğlu Azər onunla birlikdə, digər övladları isə ayrı yaşayırlar. 2020-ci ilin fevralın 21-də mərhum əri İlyasdan miras qalmış əmlakın bir hissəsini övladları Azər və Eldənizə bərabər payların bölünməklə onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün İsmayıllı rayon notariat ofisinə müraciət etmişdir. İsmayıllı rayon notariat ofisinin müraciətə cavab məktubunda qanunvericiliyin tələblərinə uyğun olaraq miras əmlakın vərəsələr arasında bərabər bölünməsi apara bilinmədiyindən, həmin məsələnin həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Miras əmlakın birgə mülkiyyətçilər arasında real bölgüsünün aparılması üçün mütəxəssislər dəvət etmişdir. Mütəxəssislərin rəyinə əsasən miras əmlakın texniki cəhətdən və əmlaka zərər vurmadan real bölünməsi mümkün olmamışdır. Cavabdehlərə dəfələrlə torpağın və mənzilin bazar qiymətinin 1/4 hissəsinin dəyərini ödəməyə hazır olduğunu, yaxud miras əmlakın 3/4 hissəsinin dəyərinin cavabdehlər tərəfindən ona ödənilməsini təklif etsə də, cavabdehlər hər iki təklifin heç biri ilə razılaşmamışlar. Torpaq sahəsi paylı mülkiyyətdə olduğundan, mülkiyyətçilərlə ümumi evin və həyətyanı torpaq sahəsinin paylara ayrılması üsulu və şərtləri ilə razılığa gələ bilməmişlər. Belə olan şəraitdə gələcəkdə baş verə biləcək münaqişə ədavət və xoşagəlməz hadisələrin baş verməməsi üçün təxirə salınmadan zəruri tədbirlər görülməli, bu münasibətlərin qarşısı alınmalı və payların müəyyən edilməsi zərurəti yaranmışdır. Vərəsələrdən qızı Elnurə miras əmlakın payına çatan hissəsindən onun xeyrinə imtina etmişdir. Vəsatəti əsasında İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37-də yerləşən 0.0955 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin hər birinin ayrı-ayrılıqda hazırkı bazar qiymətləri ilə real dəyərinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirilmə təyin edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli ƏQ- 105/2020 nömrəli daşınmaz xxxxxxxxxxxxxxxxxxxxxxxxxx barədə mütəxəssis rəyində İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37-də yerləşən bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 147.6 kv.m olan fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə real dəyəri 24000 manat, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37-də yerləşən 0.0955 hektar torpaq sahəsinin isə hazırkı bazar qiymətləri ilə real dəyəri 14000 manat müəyyən olunmuşdur. Bakı şəhərində müalicə alarkən pensiya kartını oğlu Azərə vermişdir. Oğlu Azər ona məxsus pensiya kartından hər ay pul çıxararaq yaşadıqları evin təmir-bərpasına xərcləmişdir. Oğlu Eldəniz dəfələrlə miras evə gəlib-getmiş, evdə və həyətyanı sahədə təmir-bərpa işlərinin aparılmasına köməklik etmişdir. Əvvəllər oğlu Azərlə aralarında münasibətlər yaxşı olmuşdur. Sonradan aralarında olan münasibətlər pisləşdiyindən oğlu Azər onu dəfələrə gəlninin yanında döyərək təhqir etmişdir. Oğlu Azərin onu döyməsi nəticəsində bir neçə dəfə xəstəxanaya düşmüşdür. Oğlu Azər tərəfindən döyülməsindən sonra səhətində yaranmış problemlərlə əlaqədar digər oğlu Eldəniz öz vəsaiti hesabına onu bir neçə dəfə Bakı şəhərinə apararaq oradakı xəstəxanalarda müalicə etdirmişdir. Hazırda mübahisəli əmlakda oğlu Azərlə birgə yaşamaları mümkünsüz olduğundan məhkəməyə müraciət etmişdir. O, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsində Cavabdeh2, 1/8 hissəsində Cavabdeh1, Elnurə Mitəlova payına düşən 1/8 hissədən onun xeyrinə imtina etdiyindən 6/8 hissəsində onun payının müəyyən edilməsi, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.0955 hektar torpaq sahəsinin 1/4 hissəsində Cavabdeh2, 1/4 hissəsində Cavabdeh1, Elnurə Mitəlova payına düşən 1/4 hissədən onun xeyrinə imtina etdiyindən 2/4 hissəsində onun payının müəyyən edilməsi, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0955 hektar torpaq sahəsinin açıq hərracda satılması və İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satışından əldə edilmiş vəsaitin 1/8 hissəsində Cavabdeh2, 1/8 hissəsində Cavabdeh1, 6/8 hissəsində onun, 0.0955 hektar torpaq sahəsinin açıq hərracda satışından əldə edilmiş vəsaitin 1/4 hissəsində Cavabdeh2, 1/4 hissəsində Cavabdeh1 və 2/4 hissəsində onun payı müəyyən edilməklə paylara uyğun bölünməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İddiaçı anasıdır. Cavabdehlər Cavabdeh1 qardaşı, Cavabdeh3 isə bacısıdır. İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37-də yerləşən fərdi yaşayış evində doğulmuşdur və hazırda da anası Sənubərlə birlikdə həmin evdə yaşayır. Anası övladları arasında fərq qoyaraq birini digərindən üstün tutur. Anası yaşadıqları evdə onunla qəsdən yola getməyərək evdə yersiz dava-dalaş salır.Anası yaşadıqları evi məcburi şəkildə satmaqla pulunu iddiasında qeyd etdiyi kimi paylara uyğun bölərək digər övladlarına verməklə onu dinc yaşayışından məhrum etməyə çalışır. X8 2003-cü ildə vəfat etmişdir. Atasından miras qalan əmlakı yalnız o və anası qəbul etmişdir. Qardaşı Eldəniz təqribən 2007-ci ildə ayrılaraq özünə məxsus evdə yaşayır. Bacısı Elnurə isə ailə həyatı quraraq əri ilə birlikdə Fransa Respublikasına köçərək orada yaşayır. Qardaşı Eldəniz və bacısı Elnurə ayrı yaşamaqla mirası istər qanun üzrə, istərsə də faktiki qəbul etməmişlər. Bacısı Elnurəyə 2003-cü ildə atasının vəfatından iki həftə əvvəl ər evinə köçərkən yaşadıqları evin ən azı yarı dəyəri həcmində cehiz əşyaları alınıb verilmişdir. Atası sağlığında geyim alveri ilə məşğul olmuşdur. Atası vəfat edərkən 40000 manatlıq malı olmuş və həmin əmlak bütünlüklə qardaşı Eldənizə qalmışdır. Qardaşı Eldəniz atasından qalan əmlak hesabına özünə ayrıca ev inşa etdirmişdir. Aralarında olan şifahi razılaşmaya əsasən atasından qalan ticarət malı qardaşı Eldənizə, yaşadıqları ev isə ona və anasına qalmışdır. Bununla da həm bacısı Elnurə, həm də qardaşı Eldəniz miras əmlakdan onlara çatmalı olan öz vərəsəlik paylarını almışlar. Qardaşı Eldəniz və bacısı Elnurə anası ilə birləşərək yaşadıqları evi əlindən almaq istəyirlər. Yaşadıqları evin əsaslı təmirinə və əlavə tikililərə öz şəxsi qazancı hesabına ümumilikdə 15000 manat pul xərcləməklə evin dəyərinin artırılmasına şərait yaratmışdır. Əgər gələcəkdə məhkəmə qərarı əsasında yaşadıqları ev hərracda satılarsa evin əsaslı təmirinə və əlavə tikililərə xərclədiyi 15000 manat vəsaitin evin ümumi dəyərindən çıxılmasını tələb edir və iddia tələbini əsassız hesab edərək rədd edilməsini xahiş edir. İkinci cavabdeh izahat verərək göstərdi ki, İddiaçı anası, birinci Cavabdeh2 qardaşı, üçüncü Cavabdeh3 isə bacısıdır. Əvvəllər İsmayıllı şəhəri,M.Ə.Sabir küçəsi ev 37-də yerləşən mübahisəli əmlakda yaşasa da sonradan ayrılaraq ayrı yaşamışdır. Mübahisəli evdən ayrıldıqdan sonra öz qazancı hesabına torpaq sahəsi alaraq ev tikdirmişdir. X8 2003-cü ildə vəfat etmişdir. Atası vəfat edənədək bazarda geyim satışı ilə məşğul olmuşdur. Atasının vəfatından sonra bazardakı mağazasında qardaşı işləmiş və atasından qalan geyim malları qardaşına qalmışdır. Atasından ona 40000 manatlıq mal qalmamışdır. Yaşadığı evi atasından qalan əmlak hesabına deyil öz vəsaiti hesabına inşa etdirmişdir. Mübahisəli evə gedib-gəlmiş, evdə və həyətyanı sahədə təmir-bərpa işlərinin aparılmasına köməklik etmişdir. Qardaşı və anası birlikdə mübahisəli evdə yaşasalar da bir-biri ilə yola getmirlər. Anası və qardaşı arasında mütamadi olaraq mübahisələr olmuşdur. Anası və qardaşına birlikdə mehriban yaşamalarını təklif etsə də heç bir nəticəsi olmamışdır. Anasına baş çəkmək üçün dəfələrlə mübahisəli evə gəlsə də qardaşı evin qapısını bağlayaraq onu həyətə buraxmamışdır. Anası ilə qardaşı arasında olan mübahisələr getdikcə kəskinləşmiş və nəticədə anası dəfələrlə xəstəxanaya düşmüşdür.Anasını bir neçə dəfə Bakı şəhərinə apararaq orada müalicə etdirmişdir. Anası ilə qardaşının bir yerdə yaşaması mümkünsüz olduğundan gələcəkdə xoşagəlməz hadisələrin baş verməməsi üçün mübahisəli əmlak ümumi birgə mülkiyyətçilər arasında paylara uyğun hərracda satılaraq bölünməlidir. Ayrı yaşadığından heç vaxt mübahisəli əmlakdan öz payına çatan hissəsini tələb etməmişdir. Ancaq qardaşı ilə anası arasında baş verən mübahisələrdən sonra miras əmlakdan ona çatacaq payı tələb etmək qərarına gəlmişdir. O, miras əmlakdan ona çatan payı tələb edir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Üçüncü cavabdeh məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə göndərərək xx xxxxxxx 2003-cü ildə vəfat etmiş X8dan miras qalmış əmlakı qəbul etmədiyini, qəbul etmək niyətində olmadığını, miras əmlakdan və DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyət kimi adına qeydə alınmış İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin payına düşən hissəsini anası İddiaçı xeyrinə imtina etdiyini və gələcəkdə heç bir əmlak tələbi ilə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. İşə üçüncü cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. xx xxxxxxx 1977-ci il tarixli İ-ЖГ №422815 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 Bədəlova xx xxxxxxx 1977-ci ildə rəsmi nikaha daxil olmuşlar. xx xxxxxxxx 1979-cu il tarixli Vİ-ЖГ№423416 nömrəli doğum qeydi haqqında şəhadətnamədən müəyyən edilir ki, Cavabdeh1 xx xxxx 1977-ci ildə İsmayıllı şəhərində doğulmuş, X8, anası İddiaçıdır. xx xxxxxxxx 1981-ci il tarixli Vİİ-ЖГ№459013 nömrəli doğum qeydi haqqında şəhadətnamədən müəyyən edilir ki, Elnurə Bədəlova xx xxxx 1981-ci ildə İsmayıllı şəhərində doğulmuş, X8, anası İddiaçıdır. xx xxx 2012-ci il tarixli AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, İddiaçı xx xxxxx 1956-cı ildə İsmayıllı şəhərində doğulmuş, hazırda İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi D-2, ev 10-da yaşayır. xx xxx 2013-cü il tarixli AZE seriyalı 13601652 nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, Elnurə Bədəlova (Mitalova) xx xxxx 1981-ci ildə İsmayıllı şəhərində doğulmuş, hazırda Bakı şəhəri, Əmircan qəsəbəsi E.Həsənov küçəsi 2A, ev 20-də yaşayır. xx xxxxxxxx 2014-cü il tarixli AZE seriyalı ******** nömrəli şəxsiyyət müəyyən edilir ki, Cavabdeh1 xx xxxx 1979-cu ildə İsmayıllı şəhərində doğulmuş, hazırda İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi D-2, ev 10-da yaşayır. xx xxxxxxx 2003-cü il tarixli AZ-İ №068340 nömrəli ölüm qeydi haqqında şəhadətnamədən müəyyən edilir ki, İlyas Bədəlov xx xxxxxxx 2003-cü ildə vəfat etmişdir. xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və Çıxarışa əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportundan müəyyən edilir ki, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37-də yerləşən ümumi sahəsi 147.6 kv.m olan fərdi yaşayış evi İlyas Bədəlovun mülkiyyətinə tam, 0.0955 hektar həyətyanı torpaq sahəsi isə İlyas Bədəlov, İddiaçı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ümumi birgə mülkiyyəti kimi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydə alınaraq xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli №3777 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi 37 ünvanında yerləşən X7un adına qeydə alınmış fərdi yaşayış evində X7un arvadı İddiaçı, oğlanları Cavabdeh2, Cavabdeh1, gəlni Yeganə Bədəlova, nəvələri Aydan Bədəlova və Sultan Bədəlov qeydiyyatdadırlar. xx xxxxxx 2020-ci il tarixli x.№273 nömrəli İsmayıllı rayon notariat ofisinin müraciətə cavab məktubundan görünür ki, İsmayıllı rayon notariat ofisi İddiaçı müraciətinə cavab olaraq miras əmlakın vərəsələr arasında digər nisbətdə bölünməsini həll edə bilmədiyindən, qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ƏQ-105/2020 nömrəli daşınmaz xxxxxxxxxxxxxxxxxxxxxxxxxx barədə mütəxəssis rəyindən görünür ki, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37-də yerləşən bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 147.6 kv.m olan fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə real dəyəri 24000 manat, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37-də yerləşən 0.0955 hektar torpaq sahəsinin isə hazırkı bazar qiymətləri ilə real dəyəri 14000 manat təşkil edir. Elnurə Bədəlova (Mitalova) tərəfindən İsmayıllı rayon Məhkəməsinə göndərilmiş ərizədən görünür ki, Elnurə Bədəlova (Mitalova) məhkəməyə yazdığı ərizəsində xx xxxxxxx 2003-cü ildə vəfat etmiş X8dan miras qalmış əmlakı qəbul etmədiyini, qəbul etmək niyətində olmadığını, miras əmlakdan və DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən paylı mülkiyyət kimi adına qeydə alınmış İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin payına düşən hissəsini anası İddiaçı xeyrinə imtina etdiyini və gələcəkdə heç bir əmlak tələbi ilə məhkəməyə müraciət etməyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Araşdırma zamanı müəyyən edildi ki, iddiaçı və cavabdehlər ailə üzvləridir. X4 Bədəlova xx xxxxxxx 1977-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İlyas Bədəlov və İddiaçı birgə nikahda olduqları müddətdə İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında 0.0955 hektar həyətyanı torpaq sahəsi alaraq orada bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 147.6 kv.m olan fərdi yaşayış evi inşa etmişlər. X7 xx xxxxxxx 2003-cü ildə vəfat etmişdir. İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37-də yerləşən ümumi sahəsi 147.6 kv.m olan fərdi yaşayış evi X7un mülkiyyətinə tam, 0.0955 hektar həyətyanı torpaq sahəsi isə İlyas Bədəlov, İddiaçı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ümumi birgə mülkiyyətləri kimi DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində qeydə alınaraq xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarış və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi 37 ünvanında yerləşən X7un adına qeydə alınmış fərdi yaşayış evində X7un arvadı İddiaçı, oğlanları Cavabdeh2,Cavabdeh1, gəlni Yeganə Bədəlova, nəvələri Aydan Bədəlova və Sultan Bədəlov qeydiyyatdadırlar. Sənubə Bədəlovanın müraciətinə cavab olaraq İsmayıllı rayon notariat ofisi miras əmlakın vərəsələr arasında digər nisbətdə bölünməsini həll edə bilmədiyindən, qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli ƏQ-105/2020 nömrəli daşınmaz xxxxxxxxxxxxxxxxxxxxxxxxxx barədə mütəxəssis rəyində İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37-də yerləşən bir mərtəbəli, üç otaqlı, ümumi sahəsi 147.6 kv.m olan fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə real dəyəri 24000 manat, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37-də yerləşən 0.0955 hektar torpaq sahəsinin isə hazırkı bazar qiymətləri ilə real dəyərinin 14000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Elnurə Bədəlova (Mitalova) məhkəməyə ərizə göndərərək xx xxxxxxx 2003-cü ildə vəfat etmiş X8dan miras qalmış əmlakı qəbul etmədiyini və qəbul etmək niyətində olmadığını bildirərək, miras əmlakdan və DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən paylı mülkiyyət kimi adına qeydə alınmış İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən payına düşən hissələri anası İddiaçı xeyrinə imtina etmişdir. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Payın naturada ayrılması və ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan bölünməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalarla ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması məqsədəuyğun deyil. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsində Cavabdeh2, 1/8 hissəsində Cavabdeh1, 6/8 hissəsində İddiaçı payları müəyyən edilməli, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.0955 hektar torpaq sahəsinin 1/4 hissəsində Cavabdeh2, 1/4 hissəsində Cavabdeh1, 2/4 hissəsində İddiaçı, payları müəyyən edilməli, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0955 hektar torpaq sahəsi açıq hərracda satılmalı, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 24000 manat, 0.0955 hektar torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti 14000 manat müəyyən edilməli, İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satışından əldə edilmiş vəsaitin 1/8 hissəsində Cavabdeh2, 1/8 hissəsində Cavabdeh1, 6/8 hissəsində İddiaçı, 0.0955 hektar torpaq sahəsinin açıq hərracda satışından əldə edilmiş vəsaitin 1/4 hissəsində Cavabdeh2, 1/4 hissəsində Cavabdeh1 və 2/4 hissəsində İddiaçı payları müəyyən edilməklə paylara uyğun bölünməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 226, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin 1/8 hissəsində Cavabdeh2, 1/8 hissəsində Cavabdeh1,6/8 hissəsində İddiaçı payı müəyyən edilsin. İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.0955 hektar torpaq sahəsinin 1/4 hissəsində Cavabdeh2, 1/4 hissəsində Cavabdeh1, 2/4 hissəsində İddiaçı payları müəyyən edilsin. İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0955 hektar torpaq sahəsi açıq hərracda satılsın. İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 24000 manat, 0.0955 hektar torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti 14000 manat müəyyən edilsin. İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 37 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satışından əldə edilmiş vəsaitin 1/8 hissəsində Cavabdeh2, 1/8 hissəsində Cavabdeh1, 6/8 hissəsində X1, 0.0955 hektar torpaq sahəsinin açıq hərracda satışından əldə edilmiş vəsaitin 1/4 hissəsində Cavabdeh2, 1/4 hissəsində Cavabdeh1 və 2/4 hissəsində İddiaçı payları müəyyən edilməklə paylara uyğun bölünsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar