Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-493/2023 16.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Hüseynov İlqar Vidayət oğlu, İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı miras avtomaşının hərracda satılaraq payların bölünməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 17 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdim: İddiaçılar İddiaçı1, İddiaçı2 (X2), İddiaçı3 (X3), İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək mərhum ataları X1 miras qalan, “VOLK SVVAGEN BORA MİNİK” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılaraq əldə olunan vəsaitdən İddiaçı1 miras qoyanın qəbirüstü abidəsinin düzəldilməsinə və quraşdırılmasına çəkilən 2000 manat, miras qalan avtomobilin təmiri üçün çəkilən 2700 manat olmaqla cəmi 3700 manat xərcin birgə mülkiyyətçilərin miras paylarından çıxılmaqla miras payçısı kimi birgə mülkiyyətçisi olan Cavabdeh pul vəsaiti ilə əvəz verilməsi ilə onun qanun üzrə vərəsəlik hüququ əsasında birgə mülkiyyətdə olan “VOLK SVVAGEN BORA MİNİK” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət əmlakdakı pay hüququnun itirilmiş hesab edilməsi və həmin avtomobildə ümumi paylı mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149-150-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, iddiaçılar iddia ərizəsinin giriş hissəsində İddiaçı1 miras qoyanın qəbirüstü abidəsinin düzəldilməsinə və quraşdırılmasına çəkdiyi 2000 manat, atasından miras qalan avtomobilin təmiri üçün sürətlər qutusuna 1000 manat, mühərrikin təmirinə 500 manat və iki ədəd təzə təkər alınmasına 200 manat xərc çəkməklə ümumilikdə 3700 manat çəkdiyi xərci tələb etməklə yanaşı, eyni zamanda həmin xərcin birgə mülkiyyətçilərin miras paylarından çıxılmaqla miras payçısı kimi birgə mülkiyyətçi olan Cavabdeh pul vəsaiti ilə əvəz verilərək onun qanun üzrə vərəsəlik hüququ əsasında birgə mülkiyyətdə olan avtomobildən ibarət əmlakdakı pay hüququnun itirilmiş hesab edilməsi və həmin avtomobildə ümumi paylı mülkiyyət hüququna xitam verilməsi barədə bir- biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirməklə qeyri- müəyyən tələblə məhkəməyə müraciət etmişlər. Belə ki, iddia ərizəsinin giriş hissəsində iddianın predmeti miras avtomaşının hərracda satılaraq payların bölünməsi qeyd edilsə də əsaslandırıcı və xahiş etdi hissəsində sözügedən əmlaka cavabdehin pay hüququna xitam verilməsi qeyd edilmişdir. Bundan başqa iddiaçılar atalarından miras qalmış “VOLK SVVAGEN BORA MİNİK” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobil hazırki iddianın predmeti olmasına baxmayaraq iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi həmin avtomobilin mövcudluğuna dair müvafiq sənədi iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Həmin Məcəlıənin 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri əlavə edilir. Maddənin birinci cümləsinin (iddia ərizəsində göstərilən bütün yazılı sübutların) mənasindan da göründüyü kimi, qanunverici iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətlərinin əlavə edilməsini imperativ olaraq göstərmişdir. Göründüyü kimi, ərizəçi öz tələblərini əsaslandırdığı hallara dair sənədlərin surətlərini ərizəsinə əlavə etməmişdir. Həmin Məcəllənin 151.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddiaçılar bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir iddiada birləşdirdiyindən və iddia ərizəsini bu məcəllənin 149- cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etmədən tərtib etdiklərindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçılara izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı1 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı: İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı miras avtomaşının hərracda satılaraq payların bölünməsi və digər tələblərinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. 14 mart 2023-cü il tarixdə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu tam şəkildə İddiaçı1 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-493/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-493/2023
16.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver