Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-507/2021 23.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Ramı̇ z oğlunun cavabdehlər Yusı̇ fova Məhsəti Nəsrulla qızı və Rəhı̇ mova Xədı̇ cə Nəsrullah qızına qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə 23 iyun 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Ramı̇ z oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Yusı̇ fova Məhsəti Nəsrulla qızı (bundan sonra birinci cavabdeh) və Rəhı̇ mova Xədı̇ cə Nəsrullah qızının (bundan sonra ikinci cavabdeh) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli 27 noyabr 2018-ci il tarixli çıxarış üzrə mülkiyyətində olan İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsi 47, M2 saylı kommunal yaşayış evinin 3 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək məhkəmə iclasını iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 yanvar 2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən cavabdehlərə məxsus İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsi, bina 2, mənzil 16-da 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 1 otaqlı 18.5 kv.m yaşayış sahəsi, 16.3 kv.m yardımçı sahə, 34.8 kv.m ümumi sahədən ibarət mənzili notarial qaydada satın almışdır. Mənzil satılarkən cavabdehlərin qanunamüvafiq qaydada razılıqları alınmışdır. Qeyd olunan mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən ona RX seriyalı ******* nömrəli 27 yanvar 2018ci il tarixli çıxarış və həmin tarixli 407-1/3056 inventar nömrəli texniki pasport verilmişdir. O, mənzili alan zaman cavabdehlər qısa müddət ərzində həmin mənzildən qeydiyyatdan çıxacaqlarını öhdələrinə götürmüşlər. Ötən müddət ərzində cavabdehlər müxtəlif bəhanələrlə mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar. O, cavabdehlərlə sonuncu dəfə əlaqə saxlayanda mülkiyyətində olan mənzildən çıxmalarını təklif etsə də onlar bundan imtina etmişlər. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmaları mənzilə dair mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törədir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli 27 noyabr 2018-ci il tarixli çıxarış üzrə mülkiyyətində olan İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsi 47, M2 saylı kommunal yaşayış evinin 3 saylı mənzilindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişlər. Məhkəmə cavabdehlərin məhkəməyə gəlməməsinin səbəbini üzrsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini və işə onların iştirakı olmadan baxılmasını qərara almışdır. 11 yanvar 2017-ci il tarixli 407-1/3056 invertar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, İsmayıllı şəhəri, Qələbə küçəsi, bina 2, 16 nömrəli mənzil DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Yusı̇ fova Məhsəti Nəsrulla qızı və Rəhı̇ mova Xədı̇ cə Nəsrullah qızının adına qeydə alınmışdır. 27 yanvar 2017-ci il tarixli AN-İ №0606364 nömrəli alğı-satqı müqaviləsinin surətindən görünür ki, Yusı̇ fova Məhsəti Nəsrulla qızı və Rəhı̇ mova Xədı̇ cə Nəsrullah qızı İsmayıllı şəhəri, Qələbə küçəsi, bina 2, mənzil 16 ünvanında yerləşən, ümumi sahəsi 34.8 kv.m, yaşayış sahəsi 18.5 kv.m olan 1 otaqlı mənzili 12400 manata İddiaçı Ramı̇ z oğluna satmışlar. 27 yanvar 2018-ci il tarixli 407-1/3056 invertar nömrəli fərdi yaşayış evinin texniki pasportunun və RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsi 47, M2, mənzil 3 (İsmayıllı şəhəri, Qələbə küçəsi, bina 2, mənzil 16) ünvanında yerləşən ümumi sahəsi 34,8 kv.m olan mənzil DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı Ramı̇ z oğlunun adına qeydə alınmışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin İsmayıllı Mənzil İstismar Sahəsinin 18 may 2021ci il tarixli 75 nömrəli arayışından görünür ki, Yusı̇ fova Məhsəti Nəsrulla qızı və Rəhı̇ mova Xədı̇ cə Nəsrullah qızı İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsi, 2 saylı kommunal yaşayış evinin 16 saylı mənzilində qeydiyyatdadırlar. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsi 47, M2 saylı kommunal yaşayış evi, 3 saylı mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər iddiaçıya məxsus məznildə qeydiyyatdadırlar. Qeyd edilən mənzildə cavabdehlərin qeydiyyatda olmaları iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Şərh olunan əsaslara və qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, hazırkı iddianın predmetinə aid olan İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsi 47, M2 saylı kommunal yaşayış evi, 3 saylı mənzil iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdehlərin həmin evdə qeydiyyatda olmaları iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin əmlak üzərində mülkiyyət hüquqlarından tam və sərbəst istifadə edə bilməməsi ilə nəticələndiyinə görə iddia tələbinin təmin ediməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Ramı̇ z oğlunun mülkiyyətində olan İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsi 47, M2 saylı kommunal yaşayış evinin 3 saylı mənzilindən cavabdehlər Yusı̇ fova Məhsəti Nəsrulla qızı və Rəhı̇ mova Xədı̇ cə Nəsrullah qızının istifadə hüquqlarına xitam verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-507/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-507/2021
23.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver