Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-509/2024 29.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ X14 oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs müdiri X5 iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin doğumunun qeyd edilməsinin müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) müraciət edərək 27 fevral 2008-ci il tarixdə Bakı şəhərində ev şəraitində bir oğlan uşağı doğması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, o uzun illər əvvəl X8 ilə faktiki nikahla ailə qurmuşdur. Nikahlarını rəsmiləşdirməmişlər. Birgə faktiki nikahlarından 27 fevral 2008ci il tarixdə Ülvi və 09 may 2010-cu il tarixdə Nahid adlı iki uşaqları doğulmuşdur. Balaca oğlu Nihad üçün doğum haqqında şəhadətnamə alınsa da böyük oğlu Ülvi üçün doğum haqqında şəhadətnamə alınmamışdır. Ülvi Bakı şəhərində ev şəraitində doğulmuşdur. Ülviyə hamilə olduğu vaxtlarda və doğumda həkimlərə müraciət etməmişdir. Ülvinin doğumunda həyat yoldaşının anası Gülsəfa köməklik etmişdir. Ülvi anadan gəlmə fiziki qüsurlu olmaqla gəzmir, gözləri görmür, danışmır. Ülvinin doğum haqqında şəhadətnaməsi olmadığından qanunla ona verilmiş hüquqlarından istifadə edə bilmir. Ülviyə doğum haqqında şəhadətnamə almaq məqsədilə Maraqlı şəxsnə və İsmayıllı rayon xəstəxanasına müraciət etsə də ilkin tibbi sənədləri, doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim edə bilmədiyindən şöbə tərəfindən uşağın doğumunun qeydə alınması mümkün olmamışdır. Hazırda oğlu onunla birlikdə yaşayır. Onun 27 fevral 2008-ci il tarixdə Bakı şəhərində ev şəraitində bir oğlan uşağı doğması faktının müəyyən olunması yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxs müdiri X13 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, ərizəçi oğluna doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin uşağın doğum haqqında tibbi şəhadətnaməsi olmadığından doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun gəlinidir. Fəzilə ilə oğlu uzun illər əvvəl faktiki nikahla ailə qurmuşlar, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların 2008-ci ildə Ülvi və 2010-cu ildə Nahid adlı iki uşaqları doğulmuşdur. Nahid üçün müvafiq sənəd alınmışdır. Lakin Ülvi ev şəraitində doğulduğundan ona xəstəxanadan tibbi şəhadətnamə alınmamışdır. Doğumda o iştirak etmişdir. Ülvi anadan gəlmə fiziki qüsurlu olmaqla gəzmir, danışmır, gözləri görmür. Ərizəçinin 27 fevral 2008-ci il tarixdə Bakı şəhərində ev şəraitində bir oğlan uşağı doğmasını təsdiq edir. X2 X3 ilə eyni məzmunlu ifadə verərək ərizəçinin 27 fevral 2008-ci il tarixdə Bakı şəhərində bir oğlan uşağı doğmasını təsdiq edir. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X6 AA3274588 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Nahid Nəcəfova AZE seriyalı 12606181 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. X23 və anası Ərizəçidır. İsmayıllı rayon İHB-nın Ruşan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli 19 nömrəli arayışdan görünür ki, X10 anasından alınmış məlumata əsasən həqiqətən onun oğlu 27 fevral 2008-ci il tarixdə Bakı şəhərində ev şəraitində anadan olmuş, onun soyad, ad və ata adı X4. X15 heç bir sənədi olmadan Ruşan İƏD üzrə Ruşan kəndində yaşayır. Maraqlı şəxs tərəfindən 31 yanvar 2024-cü il tarixdə verilmiş 3-16-5/8-15-N- 36/2024 nömrəli məktubdan görünür ki, Ərizəçi 27 fevral 2008-ci il tarixdə doğulmuş övladı X11 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 31 yanvar 2024cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X26 tərəfindən verilmiş 31 yanvar 2024-cü tarixli arayışdan görünür ki, xx xxxxxxxx 1982-ci il təvəllüdlü Ərizəçi Mərdalı qızının övladı 27 fevral 2008-ci il təvəllüdlü X1 rayon Mərkəzi Xəstəxanası X26ində Mama-ginekologiya və doğum şöbəsində doğulmayıb. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X26 Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 21 fevral 2024-cü il tarixli 132 nömrəli arayışdan görünür ki, ərizəçinin 27 fevral 2008-ci il təvəllüdlü oğlan cinsli övladı həqiqətən İsmayıllı RMX-sı PHŞ-in ASM şöbəsində 21 fevral 2024-cü il tarixdə tibbi müayinədən keçmiş, praktiki sağlamdır. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx xxxxxxxx 1982-ci il tarixdə anadan olmuşdur. Ərizəçi X8 ilə faktiki nikahla ailə qurmuş, birgə faktiki nikahlarından 27 fevral 2008-ci il tarixdə Ülvi və 09 may 2010-cu il tarixdə Nahid adlı iki uşaqları doğulmuşdur. Nikahlarını rəsmiləşdirməmişlər. Nahid adlı uşağa AZE seriyalı 12606181 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Ülvi adlı uşaq ev şəraitində doğulduğundan ona müvafiq sənədlər alınmamışdır. Ülvi fiziki qüsurlu olmaqla İsmayıllı rayonun Ruşan kəndində ərizəçinin himayəsində yaşayır. Ərizəçi 27 fevral 2008-ci il təvəllüdlü uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə və “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X21 müraciət etmiş, müvafiq sənədləri təqdim edə bilmədiyindən müraciətinin təmin olunması mümkün olmamışdır. Ərizəçinin uşağının doğum faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, Ərizəçi 27 fevral 2008-ci tarixdə Bakı şəhərində ev şəraitində bir oğlan uşağı doğması faktı ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin uşağın doğumunu təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 27 fevral 2008-ci tarixdə Bakı şəhərində ev şəraitində bir oğlan uşağı doğması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-509/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-509/2024
29.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver