Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-51/2021 27.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququna və fərdi yaşayış evindən və kommunikasiya xətlərindən istifadəyə edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-228A KOD 40726018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə birgə mülkiyyətlərində olan həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququna, həmin həyətyanı torpaq sahəsində yerləşən, mərhum atasından miras qalan, ailəsi ilə birgə yaşadığı fərdi yaşayış evindən və evdə olan kommunikasiya xətlərindən (qaz və işıq sayğacları və su xətti) istifadə hüququna cavabdehlər tərəfindən törədilən hər cür maneçiliklərə qadağa qoyulması və qaz və işıq sayğaclarına görə verdiyi 350 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxış iclasları 09 dekabr və xx xxxxxx 2020 və xx xxxxxx 2021-ci il tarixlərə təyin edilmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq tərəflər qeyd olunan vaxtda məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbini bildirməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlmədiklərinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququna və fərdi yaşayış evindən və kommunikasiya xətlərindən istifadəyə edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-51/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-51/2021
27.01.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver