Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-528/2020 14.10.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı Əlı̇ yeva Rüxsarə Əlı̇ qızının cavabdehlər Namazov Zahı̇ d Şura oğlu, Sadıqov Rası̇ m Rəhim oğlu və üçüncü şəxs İsmayıllı Bələdiyyəsinə qarşı icarə hüququ əsasında istifadəsində olan torpaq sahəsinə daxil olmağa qadağa qoyulması və maneələrin aradan qaldırılması tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Əlı̇ yeva Rüxsarə Əlı̇ qızı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Namazov Zahı̇ d Şura oğlu (bundan sonra birinci cavabdeh), Sadıqov Rası̇ m Rəhim oğlu və cavabdehlərin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıllı Bələdiyyəsinə (bundan sonra üçüncü şəxs) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2015-ci il tarixli İ/04 nömrəli torpağın icarə müqaviləsinə əsasən İsmayıllı rayon məcburi köçkünlərin məskunlaşdığı qəsəbə ərazisində olan 0.15 hektar torpaq sahəsinə cavabdehlərin daxil olmalarına qadağa qoyulması və maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, nümayəndəsi Nümayəndə1 məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra Komitə) Mənzil İstismar Departamenti (bundan sonra Departament) ilə bağlanmış xx xxxx 2015-ci il tarixli İ/04 nömrəli torpağın icarə müqaviləsinə əsasən İsmayıllı rayonun məcburi köçkünlərin məskunlaşdığı 45 evdən ibarət qəsəbə ərazisində yerləşən 0.15 hektar torpaq sahəsi bostan bitkilərinin əkini və tikinti məqsədi ilə 5 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Həmin torpaq sahəsi naturada göstərilmiş, eskiz layihə hazırlanmış və dövlət tərəfindən mənzilin tikiləcəyi bildirilmişdir. Onlar həmin müddət ərzində icarələrində olan torpaq sahəsini daşdan, koldan təmizlətmişlər. Bu vaxt torpaq sahəsindən iki ayrı-ayrı su xəttinin keçdiyi məlum olmuşdur. O, Komitəyə müraciət etmiş, Komitənin razılığı ilə öz vəsaitləri hesabına İsmayıllı Sukanal idarəsinin əməkdaşlarının iştirakı ilə həmin su xətlərini torpaq sahəsindən çıxartdıraraq asfalt yolun kənarına keçirmişdir. Mənzilin tikintisi gecikdiyi üçün o, Komitə sədrinin qəbulunda olmuş, qəbul zamanı mənzilin tikintisinin yaxın illərdə nəzərdə tutulmadığını, icarədarlar tərəfindən öz vəsaitləri hesablarına eskiz layihəyə uyğun mənzilin tikildiyi halda kompensasiya veriləcəyi və ona evin tikintisinə başlaya bilməsi bildirilmişdir. O, 1050 mişar daşı və bir maşın çay daşı alaraq həyətyanı torpaq sahəsinə tökmüşdür. İlk olaraq torpaq sahəsinin asfalt yola paralel olan metal torla bərkidilmiş hissəsini söküb daşla hasarlamaq istəmişdir. Mühəndis dəvət edib görüləcək işləri həvalə etmişdir. Cavabdehlər əraziyə gələrək həmin torpaq sahəsini İsmayıllı Bələdiyyəsindən alacaqlarını bildirmiş, ona görə də oradan çıxmasını tələb etmişlər. O, isə həmin torpaq sahəsinin iddiaçının icarəsində olduğunu bildirsə də, cavabdehlər zor tətbiq edərək işi dayandırmışlar. Mübahisə bir müddət davam etmiş, polis əməkdaşları hadisə yerinə gəlmişlər. İsmayıllı RPŞ-nin TQ-nin xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmiş, onlara mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. O daha sonra rəsmi olaraq Komitəyə müraciət etmiş, Komitədən ona mübahisəli torpaq sahəsi daxil olmaqla 9 hektar torpaq sahəsinin İsmayıllı Bələdiyyəsi tərəfindən 99 il müddətinə Komitənin icarəsinə verildiyini, həmin torpaq sahəsinin özəlləşdirməsinin mümkün olmaması bildirilmişdir. Bələdiyyənin nümayəndələri isə ona məcburi köçkünlərin 9 hektar torpaq sahəsindən əlavə torpaq zəbt etdiklərini, ona görə də mübahisəli torpaq sahəsini satışa çıxaracaqlarını bildirmişlər. Bir il yarım müddətində torpaq sahəsi satışa çıxarılmamışdır. O, iki dəfə İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının qəbulunda olmuşdur. Ona mübahisəli torpaq sahəsinə sərmayə qoyduğundan, torpaq sahəsinin iddiaçının icarəsində olduğundan hərraca çıxarılacağı halda iddiaçıya satılacağını bildirmişlər. İddiaçı müabahisəli torpaq sahəsi üzərində istifadə hüququna malik olduğu halda cavabdehlərin həmin torpaq sahəsinə heç bir hüququ yoxdur. Mübahisəli torpaq sahəsi daxil olmaqla 9 hektar torpaq sahəsi xx xxxxxx 2011-ci il tarixli icarə müqaviləsinə əsasən 99 il müddətinə Komitənin icarəsinə verilmişdir. Ona görə də cavabdehlərin və üçünçü şəxsin həmin torpaq sahəsinə müdaxilələri qanunsuzdur. O, xx xxxx 2015-ci il tarixli İ/04 nömrəli torpağın icarə müqaviləsinə əsasən İsmayıllı rayon məcburi köçkünlərin məskunlaşdığı qəsəbə ərazisində olan 0.15 hektar torpaq sahəsinə cavabdehlərin daxil olmalarına qadağa qoyulması və maneələrin aradan qaldırılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçını və nümayəndəsini Ağdam rayon sakinləri kimi tanıyır. O, İsmayıllı rayonun məcburi köçkünlərin məskunlaşdığı qəsəbə ərazisində yerləşən Ağdam rayon 30 saylı tam orta məktəbin direktoru və seçki məntəqəsinin sədri vəzifəsində işləyir, Ağdam rayonundan olan məcburi köçkünlərin səlahiyyətli nümayəndəsidir. İsmayıllı rayonun Kürdmaşı kəndində yaşayır. Onun yaşadığı yer işlədiyi məktəbə çox uzaq olduğundan İsmayıllı rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə ərazisində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılması məqsədi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən ona torpaq sahəsinin ayrılmasının Dövlətqaçqınkomun səlahiyyəti daxilində olmadığından İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etməyi bildirilmişdir. O da fərdi yaşayış evi tikmək üçün İsmayıllı şəhəri ərazisindən 0.06 hektar həyətyanı torpaq sahəsinin ayrılması üçün İsmayıllı Bələdiyyəsinə müraciət etmişdir. Müraciəti ilə əlaqədar həyətyanı torpaq sahəsinin müsabiqə yolu ilə satılması üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün prosedura başlanmışdır. İddiaçının nümayəndəsi isə həmin torpaq sahəsinin icarə müqaviləsinə əsasən iddiaçının icarəsində olduğunu iddia edərək torpaq sahəsində tikinti işləri aparmağa hazırlaşmış, həmin torpaq sahəsində yerləşən məktəbə gələn su xətlərini çıxarmış, 21 gün ərzində məktəbin su xətti işləməmişdir. Ona görə də o, ikinci cavabdeh və digər qəsəbə sakinləri iddiaçının nümayəndəsinə etiraz etmişlər. Qeyd etdiyi əsaslara görə iddiaçının tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İkinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və birinci cavabdehin izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs İsmayıllı Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 izahat verərək göstərdi ki, Ağdam rayonu Seyidli kəndindən məcburi köçkün olan iddiaçı və nümayəndəsi xx xxxx 2015-ci il tarixli İ/04 saylı torpaq icarə müqaviləsinə əsasən Qaçqınkomdan 0.15 hektar torpaq sahəsini icarəyə götürdüklərini iddia edirlər. xx xxxxxx 2011-ci il tarixdə İsmayıllı Bələdiyyəsi ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında İsmayıllı Bələdiyyəsinin mülkiyyəti olan 9.002 hektar torpaq sahəsinin 99 il müddətinə icarəyə verilməsi barədə müqavilə imzalanmışdır. Müqavilənin 5-ci bəndində icarəyə verənin razılığı olmadan icarəçi tərəfindən həmin ərazidə heç bir tikinti və yenidənqurma işlərinin aparıla bilməməsi nəzərdə tutulmuşdur. Qaçqınkomun icarəyə götürdüyü torpaq sahəsinin bir hissəsini bələdiyyənin razılığı olmadan Bakı şəhərində yaşayan vətəndaşa tikinti işləri aparmasından ötrü icarəyə verməsi qanunsuzdur. Ağdam rayonun Mərzili kəndində qeydiyyatda olan İsmayıllı şəhəri ərazisində məskunlaşan ikinci cavabdeh 2018-ci ildə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edərək ona həmin ərazidən boş torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Komitə tərəfindən ikinci cavabdehə xx xxxx 2018-ci il tarixli 194 nömrəli məktubla ərazidən torpaq sahəsinin ayrılmasının Dövlətqaçqınkomun səlahiyyətləri daxilində olmadığından müvafiq qaydada İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra ikinci cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət edərək direktoru olduğu məktəblə üz-üzə olan boş torpaq sahəsinin ona qanunamüvafiq şəkildə satılmasını xahiş etmişdir. İkinci cavabdehin müraciəti əsasında nümayəndəsi olduğu təşkilat tərəfindən xx xxxxxxx 2018-ci il tarixli 63 və 64 saylı məktublarla mübahisəli torpaq sahəsinin satılması üçün İsmayıllı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə rəy verilməsi barədə müraciət etmiş və Şöbənin xx xxxxxx 2018-ci il tarixli 96 və 97 saylı məktubları ilə həmin torpaq sahəsinin satılması barədə müsbət rəy bildirilmişdir. İsmayıllı Bələdiyyəsinin müraciəti əsasında həmin torpaq sahələrinin bələdiyyə mülkiyyəti olması və fərdi yaşayış evinin tikilməsi məqsədi ilə torpaq sahələrinin ayrılması barədə torpaq sahəsinin situasiya planının hazırlanması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyindəki Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-yə müraciət olunmuş və həmin sənədlər hazırlanmışdır. Cavabdeh1 və X2 müraciətlərinə İsmayıllı Bələdiyyəsinin xx xxxxx 2019-cu il tarixli 05 saylı iclasında baxılmış və həmin torpaq sahələrinin onlara satılması üçün prosedura başlanma barədə həmin iclasda 13 və 14 saylı qərarlar qəbul edilmişdir. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən həmin torpaq sahələrində yenidən ilkin torpaq ayrıma və çöl ölçmə işləri aparılmış, yer quruluşu planları tərtib edilərək təsdiq edilmiş və İsmayıllı Bələdiyyəsinə təqdim edilmişdir. Hal-hazırda həmin torpaq sahəsinin üzərində İsmayıllı Bələdiyyəsinin mülkiyyət hüquqlarının Dövlət Reyestrində qeydə alınmasından ötrü prosedur davam etdirilir. Qeyd etdiyi əsaslara görə iddiaçının tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. X1 bildirdi ki, o, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin İsmayıllı Mənzil İstismar Sahəsində işləyir və kommunal sahəyə nəzarət edir. İşə başlayarkən iddiaçının nümayəndəsindən torpaq sahəsinə aid sənədləri əldə etmişdir. İddiaçının icarəsində olan torpaq sahəsi icarə müqaviləsində 0.15 hektar göstərilsə də, faktiki olaraq 0.12 hektardır. İddiaçının nümayəndəsi mübahisəli torpaq sahəsinə daş tökmüş, tikitinti apararkən su xəttinin tikintinin altında qalmaması üçün Departamentin direktorunun icazəsi ilə su xəttinin yerini dəyişdirmişdir. Həmin vaxt iddiaçının nümayəndəsi ilə cavabdehlər arasında mübahisə yaranmış və iddiaçının nümayəndəsi tikinti işlərini dayandırmışdır. Hazırda mübahisəli torpaq sahəsində heç kim tikinti aparmır. Mübahisəli torpaq sahəsi Departamentin sərəncamında olan ərazidir, İsmayıllı Bələdiyyəsi tərəfindən Komitənin icarəsinə verilmiş 9 hektar torpaq sahəsinin ərazisində yerləşir. Həmin torpaq sahəsi qəsəbənin başlanğıcında yerləşir, bir tərəfi su anbarı, digər tərəfi isə bir nömrəli evlə əhatə olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. xx xxxxxx 2011-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən müəyyən edilir ki, İsmayıllı şəhəri ərazisində yerləşən 9.002336 hektar torpaq sahəsi 99 il müddətinə İsmayıllı Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin icarəsinə verilmişdir. Müqaviləyə əsasən icarəçi icarəyə verənin razılığı olmadan heç bir tikinti və ya yenidənqurma işlərini apara bilməməsini öhdəsinə götürmüşdür. xx xxxx 2015-ci il tarixli İ/04 nömrəli torpağın icarə müqaviləsindən müəyyən edilir ki, İsmayıllı rayonun məcburi köçkünlərin məskunlaşdığı 45 evdən ibarət qəsəbənin ərazisində 0.15 hektar torpaq sahəsi beş il müddətinə bostan bitkilərinin əkini və 82 m2 tikinti aparılması məqsədi ilə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən iddiaçının istifadəsinə verilmişdir. xx xxxx 2018-ci il tarixli 194 nömrəli məktubun surətindən müəyyən edilir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən birinci cavabdehə İsmayıllı rayon 45 ailəlik məcburi köçkün qəsəbəsi ərazisində fərdi qaydada ev tikmək üçün boş torpaq sahəsinin ayrılması Dövlətqaçqınkomun səlahiyyəti daxilində olmadığından İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etməyi tövsiyə olunmuşdur. Birinci cavabdehin İsmayılı Bələdiyyəsinin sədrinə ünvanladığı ərizənin surətindən müəyyən edilir ki, birinci cavabdeh özünəməxsus torpaq və yaşayış sahəsi olmadığından, kirayədə yaşadığından qaçqınlar və məcburi köçkünlər üçün salınmış qəsəbənin ərazisində hərrac və müsabiqə yolu ilə 0.12 hektar torpaq sahəsinin verilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Birinci cavabdehin İsmayılı Bələdiyyəsinin sədrinə ünvanladığı ərizənin surətindən müəyyən edilir ki, birinci cavabdeh İsmayıllı şəhəri ərazisində həyətyanı torpaq sahəsi alıb özünə fərdi yaşayış evi tikmək üçün yaşayış məntəqəsi torpaqlarından hərrac yolu ilə 0.06 hektar həyətyanı torpaq sahəsini satmağı xahiş etmişdir. xx xxxxx 2019-cu il tarixli İsmayıllı Bələdiyyəsinin 05 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən edilir ki, İsmayıllı şəhərinin ŞPİ ərazisində yerləşən İsmayıllı Bələdiyyəsinin alqı-satqı predmeti olan 0.06 hektar torpaq sahəsinin məqsədli təyinatı ərazinin yer quruluşu planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalzasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən, həmin torpaq sahəsinin həyətyanı məqsədi ilə satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılması barədə 13 və 14 saylı qərarlar qəbul olunmuşdur. İsmayılı Bələdiyyəsinin xx xxx 2019-cu il tarixli 10/30 və 10/31 saylı məktublarının surətindən müəyyən edilir ki, İsmayıllı Bələdiyyəsinin ŞPİ ərazisində yerləşən hərəsi 0.06 hektar olmaqla 1 yerdə həyətyanı məqsədli torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və plan ölçünün verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. İsmayıllı Rayon icra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin 20 dekabr 2018-ci il tarixli 96 və 97 nömrəli məktublarının surətindən müəyyən edilir ki, İsmayıllı şəhərinin məcburi köçkünlər üçün yeni salınmış 45 mənzildən ibarət qəsəbənin ərazisində torpaqayırma sxeminə uyğun olaraq 0.06 hektar torpaq sahəsinin qanunamüvafiq qaydada satılmasına etiraz edilməmişdir. xx xxxxxx 2019-cu il tarixli aktın surətindən müəyyən edilir ki, qaçqın və köçkünlər üçün salınmış qəsəbənin yaxınlığında yerləşən bələdiyyə mülkiyyətində olan torpaq sahəsində qanunsuz olaraq özbaşına aparılan işlərə yerində baxış keçirilmiş, baxış zamanı Ağdam rayonundan olan məcburi köçkün Nümayəndə1 adlı şəxs Qaçqınkomun MİS-nin qəsəbə üzrə nümayəndəsi X3 ilə əlaqəyə girərək bələdiyyənin mülkiyyətində olan boş qalmış ərazini zəbt etmiş, qanunsuz olaraq həmin ərazidə torpağın üst qatının korlanmasını, heç bir əsas olmadan qəsəbəni içməli su ilə təchiz edən xəttin yerinin dəyişdirilməsini həyata keçirərək qanunvericiliyin tələblərini pozması və həmin sahəyə 2 maşın mişar daşının tökülərək qanunsuz tikinti aparılmasına hazırlıq işlərinin görülməsi məlum olmuşdur. HK-1/1040-1041 saylı material üzrə xx xxxxxx 2019-cu il tarixli qərardan müəyyən edilir ki, həmin material üzrə cinayət işi başlanılması rədd edilmiş, Nümayəndə1 və Cavabdeh1 bir-birilərinə qarşı irəli sürdükləri əmlak xarakterli tələblərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx xxxxxxxx 2020-ci il tarixli 2200 nömrəli cavab məktubundan müəyyən edilir ki, torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə müvafiq qaydada nömrələnərək qeydiyyata alınmış, müqavilə xx xxxx 2015-ci il tarixdə 5 il müddətinə bağlanılmış və müqavilənin uzadılması ilə bağlı əlavə heç bir razılıq əldə olunmamışdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Həmin Qanunun 11.9-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Həmin Qanunun 11.11-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız bələdiyyələrin razılığı ilə verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmə tərəfindən müəyyən olunan faktiki hallarından görünür ki, İsmayıllı Bələdiyyəsi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında xx xxxxxx 2011-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən İsmayıllı şəhəri ərazisindən 9.002336 hektar torpaq sahəsi 99 il müddətinə İsmayıllı Bələdiyyəsi tərəfindən Departamentin icarəsinə verilmişdir. Həmin müqavilənin 5-ci bəndində icarəçinin icarəyə verənin razılığı olmadan heç bir tikinti və ya yenidənqurma işlərini apara bilməməsi qeyd edilmişdir. Sonradan Departamentinin direktoru vəzifəsində işləmiş Pənah Əliyev ilə iddiaçı arasında xx xxxx 2015-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İsmayıllı rayonunda məcburi köçkünlərin məskunlaşdığı 45 evdən ibarət qəsəbənin ərazisindən 0.15 hektar torpaq sahəsi bostan bitkilərinin əkini və 82 m2 tikintinin aparılması məqsədi ilə 5 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Birinci cavabdeh də həmin ərazidən boş torpaq sahəsinin ayrılması üçün Komitəyə müraciət etmişdir. Departament tərəfindən xx xxxx 2018-ci il tarixli məktubla boş torpaq sahəsinin ayrılmasının Dövlətqaçqınkomun səlahiyyəti daxilində olmadığını əsas gətirilərək birinci cavabdehə İsmayıllı şəhərində yerləşən 45 ailəlik məcburi köçkün qəsəbəsi ərazisində fərdi yaşayış evi tikmək üçün boş torpaq sahəsinin ayrılmasından imtina edilmiş və İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etməsi tövsiyə olunmuşdur. Daha sonra birinci cavabdeh fərdi yaşayış evi tikmək üçün İsmayıllı şəhəri ərazisindən boş torpaq sahəsinin ayrılması üçün İsmayıllı Bələdiyyəsinə müraciət etmişdir. Birinci cavabdehin müraciəti ilə əlaqədar həyətyanı torpaq sahəsinin müsabiqə yolu ilə satılması üçün ayrılacaq torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün prosedura başlanmışdır. İddiaçının cavabdehlərdən daxil olmalarına qadağa qoyulmasını tələb etdiyi 0.15 hektar torpaq sahəsi İsmayıllı Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir və İsmayıllı Bələdiyyəsi tərəfindən 99 il müddətinə Departamentin icarəsinə verilmiş 9.002336 hektar torpaq sahəsinin ərazisində yerləşir. İddiaçı ilə Departamentinin direktoru vəzifəsində işləmiş Pənah Əliyev arasında bağlanmış xx xxxx 2015-ci il tarixli icarə müqaviləsinə əsasən həmin torpaq sahəsi Departament tərəfindən beş il müddətinə iddiaçının subicarəsinə verilmiş, icarə müqaviləsinin müddəti 2020-ci ilin iyul ayında bitmiş və Departamentin xx xxxxxxxx 2020-ci il tarixli 2200 nömrəli cavab məktubuna əsasən icarə müqaviləsinin uzadılması ilə bağlı tərəflər arasında razılıq əldə olunmamışdır. İddiaçı baxılan iş üzrə mübahisəli torpaq sahəsinə istifadə və ya digər əmlak hüquqlarının mövcud olduğunu, cavabdehlərin mübahisəli torpaq sahəsinə daxil olmaqla onun qanunla qorunan hüquqlarını pozduğunu və belə bir iddia qaldırmaqla bağlı müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Əlı̇ yeva Rüxsarə Əlı̇ qızının cavabdehlər Namazov Zahı̇ d Şura oğlu, Sadıqov Rası̇ m Rəhim oğlu və üçüncü şəxs İsmayıllı Bələdiyyəsinə qarşı xx xxxx 2015-ci il tarixli torpağın icarə müqaviləsinə əsasən İsmayıllı rayon məcburi köçkünlərin məskunlaşdığı qəsəbə ərazisində olan 0.15 hektar torpaq sahəsinə cavabdehlər Namazov Zahı̇ d Şura oğlu, Sadıqov Rası̇ m Rəhim oğlunun daxil olmalarına qadağa qoyulması və maneələrin aradan qaldırılmasına dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-528/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-528/2020
14.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver