Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-53/2024 01.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdeh Əsgərov Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsində yerində ölçü işlərinin aparılmasına edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair mülki işə 01 iyul 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdeh Əsgərov Cavabdeh X1 aldığı, İsmayıllı rayonu Xanagah kəndində yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsinin zəbt edilmiş 0,02 hektar hissəsindən çıxarılması, həmin sahənin boşaldılması və cavabdehə həmin torpaq sahəsində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılmasına maneçilik törətməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə prosesinin gedişində iddiaçı ərizə göndərərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etdiyinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əsgərov Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsində yerində ölçü işlərinin aparılmasına edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu (Qəbzin nömrəsi: **********) tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-53/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-53/2024
01.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver