Məhkəmə qərarları › İş №2(037)-545/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-545/2024

27.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-545/2024 27.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, İddiaçı cavabdeh X1 Xidmətinə qarşı “İsmayıllı-Tikinti-27 ASC-nin 1 saylı filialı ilə onun arasında bağlanmış Əmək və Məşğulluq altsistemində xxxxxxx0006000 nömrəsi ilə qeydiyyata alınmış əmək müqaviləsinin qüvvədən düşməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı məlumatların Əmək və Məşğulluq altsisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X1 Xidmətinə qarşı “Əmək və Məşğulluq altsistemində xxxxxxx0006000 nömrəsi ilə qeydiyyata alınmış əmək müqaviləsinin qüvvədən düşməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı məlumatların Əmək və Məşğulluq altsisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi məlumatlarından çıxarışdan görünür ki, X1 Xidmətinin hüquqi ünvanı ünvan 1ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, iddiaçı hazırkı iş üzrə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə ki, “X2” Azərbaycan Respublikasının Qanununun 8.2. qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1, 152.1.2 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı iddia ərizəsinə qanunla müəyyən olunmuş miqdarda dövlət rüsumunun ödənilməsinə dair qəbzi əlavə etmədiyindən, iddia ərizəsini qanunvericilikdə müəyyən olunmuş forma və məzmuna riayət etmədən tərtib etdiyindən iddia ərizəsi və olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı sözügedən iddia tələbi ilə hüquqi şəxsin ünvanının olduğu yerə görə aidiyyəti məhkəməyə müraciət edə bilər. İddiaçının hazırki mülki iş üzrə - İsmayıllı Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etməsi yolverilməzdir. Ona görə də iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra aidiyyət qaydalarına riayət etməklə müvafiq iddia ərizəsi ilə ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edə bilər. İddiaçı iddia ərizəsinə qanunla müəyyən olunmuş miqdarda dövlət rüsumunun ödənilməsinə dair qəbzi əlavə etmədiyindən və aidiyyət qaydalarına riayət etmədən məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və olunmuş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdeh X1 Xidmətinə qarşı “İsmayıllı-Tikinti-27 ASC-nin 1 saylı filialı ilə onun arasında bağlanmış Əmək və Məşğulluq altsistemində xxxxxxx0006000 nömrəsi ilə qeydiyyata alınmış əmək müqaviləsinin qüvvədən düşməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı məlumatların Əmək və Məşğulluq altsisteminə daxil edilməsi hüququ X1 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar