Məhkəmə qərarları › İş №2(037)-555/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-555/2023

05.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-555/2023 05.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X12 oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi və təyin edilmiş alimentin artırılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 05 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 18 iyun 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay 200 manat alimentin tutularaq ona ödənilməsi, 28 avqust 2011-ci il tarixdə doğulmuş X8, 01 mart 2013-cü il tarixdə doğulmuş X10 və 03 fevral 2016-cı il tarixdə doğulmuş X2 saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa 200 manat olmaqla cəmi 600 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək cavabdehin maddi vəziyyətini nəzərə alaraq 18 iyun 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay 100 manat alimentin tutularaq ona ödənilməsi, 28 avqust 2011-ci il tarixdə doğulmuş X8, 01 mart 2013-cü il tarixdə doğulmuş X10 və 03 fevral 2016-cı il tarixdə doğulmuş X2 saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstədi ki, cavabdehlə 02 sentyabr 2010-cu il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. 28 avqust 2011-ci il tarixdə X8, 01 mart 2013-cü il tarixdə X10, 03 fevral 2016-cı il tarixdə X5 və 18 iyun 2018-ci il tarixdə X6 adlı dörd uşaqları doğulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-301 nömrəli məhkəmə əmri ilə yanında olan Artemiy, Maksim və Nataliya adlı uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa 70 manat olmaqla cəmi 210 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. Təyin olunmuş aliment uşaqların saxlanması üçün azlıq edir və normal təminatını ödəmir. Bundan başqa cavabdeh Yevqeniy Sokolovun saxlanması üçün heç bir köməklik etmir. O, İsmayıllı rayonun İvanovka kəndində yaşamaqla heç yerdə işləmir. Cavabdeh isə sürücü işləyir. İddia ərizəsində dörd uşağın saxlanması üçün ümumilikdə 800 manat aliment təyin olunmasını tələb etsə də hazırda cavabdehin maddi vəziyyətini nəzərə alaraq X4 yetkinlik yaşına çatanadək maddi təminatı üçün hər ay 100 manat alimentin tutularaq ona ödənilməsi, X8, X10 və X3 saxlanması üçün təyin olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-301 nömrəli məhkəmə əmri ilə iddiaçının yanında qalan Artemiy, Maksim və Nataliya adlı üç uşağın saxlanması üçün ondan cəmi 210 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. O, sürücü işləməklə yüksək olmayan gəlir əldə edir. Buna baxmayaraq iddiaçının hazırda təklif etidiyi dörd uşağln saxlanması üçün ümumillikdə 400 manat məbləğində aliment ödəməyə razıdır. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. AZ-İ 597602 nömrəli 02 sentyabr 2010-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2010-cu il tarixdə bağlanmış nikah İsmayıllı RİHB-nın İvanovka kənd İƏD üzrə nümayəndəliyində 17 sayla qeydə alınmışdır. AZ-İİ 721158 nömrəli 12 sentyabr 2011-ci il tarixli, AZ-İİİ 382566 nömrəli 15 mart 2013-cü il tarixli, AZ-İİİ 652968 nömrəli 15 fevral 2016-cı il tarixli və AZ-İV 073498 nömrəli 03 iyul 2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, tərəflərin 28 avqust 2011-ci il tarixdə X8, 01 mart 2013-cü il tarixdə X10, 03 fevral 2016-cı il tarixdə X7 və 18 iyun 2018-ci il tarixdə X6 adlı dörd uşaqları doğulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli 2(037)-301 nömrəli məhkəmə əmrinin surətindən müəyyən edilir ki, 28 avqust 2011-ci il tarixdə X8, 01 mart 2013-cü il tarixdə X10, 03 fevral 2016-cı il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 70 manat olmaqla cəmi 210 manat sabit pul məbləği ilə alimentin alınaraq iddiaçıya ödənilməsi qərara alınmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞŞ- MTO18/2023-00682 nömrəli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının hazırki iddia tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının və cavabdehin izahatları ilə müəyyən edildi ki, tərəflər 02 sentyabr 2010-cu il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. 28 avqust 2011-ci il tarixdə X8, 01 mart 2013-cü il tarixdə X10, 03 fevral 2016cı il tarixdə X7 və 18 iyun 2018-ci il tarixdə X6 adlı dörd uşaqları doğulmuşdur. İsmayıllı Rayon Məhəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-301 nömrəli məhkəmə əmri ilə iddiaçının yanında qalan Artemiy, Maksim və Natalya adlı üç uşağın saxlanması üçün cavabdehdən hər ay hər uşağa 70 manat olmaqla cəmi 210 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Təyin olunmuş aliment uşaqların saxlanması üçün azlıq edir və normal təminatını ödəmir. İddiaçı hazırda cavabdehin maddi vəziyyətini nəzərə alaraq Yevgeniy adlı uşağın yetkinlik yaşına çatana qədər maddi təminatı üçün hər ay 100 manat alimentin tutularaq ona ödənilməsi, Artemiy, Maksim və Nataliya adlı üç uşağın maddi təminatı üçün təyin olunmuş ümumilikdə 210 manat alimentin miqdarının artırılaraq hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat müəyyən edilməsini xahiş edir. Cavabdeh sürücü işləməklə yüksək olmayan aylıq gəlir əldə etdiyini, buna baxmayaraq dörd uşağın saxlnması üçün ümumilikdə 400 manat aliment ödəyə biləcəyini qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin daimi iş yeri və aylıq gəliri barədə məlumat yoxdur. İddiaçı hazırda cavabdehdən hər ay hər uşağa 100 manat olmaqla cəmi 400 sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini tələb edir. Cavabdeh dörd uşağın saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 400 manat aliment ödəyə biləcəyini qeyd edir. Uşaqlar iddiaçının yanında olduğundan uşaqlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşaqların normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Eyni zamanda, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavadehin iddia tələbinə münasibətini nəzərə alaraq Yevgeniy Sokolov adlı uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq 18 iyun 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Yevgeniy Sokolova ödəniləcək aliment məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 11 aprel 2023-cü il tarixdən tutulmalı, qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Ailə 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarı yalnız o halda dəyişə bilər ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olsun. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(037)-301 nömrəli məhkəmə əmri ilə Artemiy, Maksim və Nataliya adlı uşaqların saxlanması üçün cəmi 210 manat aliment təyin olunduqdan sonra aliment ödəyən cavabdehin maddi vəziyyətində yaxşılığa doğru hər hansı dəyişiklik olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. İsmayıllı Rayon Məhkəməsinin 10 fevral 2017-ci il tarixli məhkəmə əmri ilə aliment müəyyən olunduqdan sonrakı müddət ərzində uşaqların yaşının artması onların xərclərinin artmasına səbəb olmuşdur. Bundan əlavə aliment təyin olunan 2017-ci ilə nisbətən 2023cü ildə uşaqlar üçün yaşayış minimumu da artmışdır. Məhkəmə iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini nəzərə alaraq uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədi ilə cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 28 avqust 2011-ci il tarixdə doğulmuş X8, 01 mart 2013-cü il tarixdə doğulmuş X10 və 03 fevral 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilməsini əsaslı və qanuni hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli Plenum Qərarının 8.14-cü bəndində o da qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin artırılaraq sabit pul məbləğində tutulması olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 68 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. 11 aprel 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment alınaraq 18 iyun 2018-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunsun. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-301/2017 nömrəli 10 fevral 2017-ci il tarixli məhkəmə əmri ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 28 avqust 2011-ci il tarixdə doğulmuş X8, 01 mart 2013-cü il tarixdə doğulmuş X10 və 03 fevral 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 68 (altmış səkkiz) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar