Məhkəmə qərarları › İş №2(037)-560/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-560/2021

05.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-560/2021 05.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı İsmayıllı rayon Qalacıq Bələdiyyəsinin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh3, İsmayıllı rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı dövlət aktının, alqısatqı müqaviləsinin, çıxarışın və “torpaq sahəsinin plan və ölçüsü”nə dair sənədlərin etibarsız hesab edilməsi tələbinə dair mülki işə 05 iyul 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İsmayıllı rayon Qalacıq Bələdiyyəsi cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1, Cavabdeh3, İsmayıllı rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Qalacıq Bələdiyyəsinin mülkiyyətində olmuş 20 hektar örüş sahəsinə dair Cavabdeh2 MMC-nin adına verilmiş 11 avqust 2005-ci tarixli JN 0540 KOD 40711018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının, 20 hektar örüş sahəsinin Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 satılmasına dair İsmayıllı rayon Dövlət Notariat Kontorunda bağlanmış 24 sentyabr 2009-cu il tarixli müqavilənin, 20 hektar torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair 02 oktyabr 2009-cu il tarixli ********** nömrəli çıxarışın və 19 iyun 2019-cu il tarixli “A” seriyalı 396173 nömrəli “torpaq sahəsinin plan və ölçüsü” sənədinin, Qalacıq Bələdiyyəsinin mülkiyyətində olmuş 5,05 hektar və 5,5 hektar torpaq sahələrinə dair Cavabdeh3-nin adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 15 may 2007-ci il tarixli “A” seriyalı 003603 nömrəli və 26 may 2008-ci il tarixli “A” seriyalı 038794 nömrəli “torpaq sahəsinin plan və ölçüsü” sənədlərinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə etdiyini bildirdi və tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, Qalacıq bələdiyyəsinin mülkiyyətində olmuş 20 hektar örüş sahəsi bələdiyyənin 16 iyun 2005-ci il tarixli 07 saylı qərarı ilə Cavabdeh2 MMC-yə “istirahət güşəsi tikmək məqsədi ilə” satılmışdır. Cavabdeh2 MMC tərəfindən 11 avqust 2005-ci il tarixdə həmin torpaq sahəsinə JN-540 Kod 40711018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı alınmışdır. Cavabdeh2 MMC torpaq sahəsini İsmayıllı rayon Dövlət Notariat Kontorunda (bundan sonra DNK) 24 sentyabr 2009-cu il tarixdə 4Ə-2/253 nömrəli müqavilə bağlamaqla Cavabdeh1 satmışdır. Cavabdeh1 həmin torpaq sahəsinin onun mülkiyyətində olmasına dair 02 oktyabr 2009-cu il tarixli ********** nömrəli çıxarış və 19 iyun 2019-cu il tarixli “A” seriyalı 396173 nömrəli “torpaq sahəsinin plan və ölçüsü” sənədi almışdır. Bundan əlavə bələdiyyənin 14 fevral 2007-ci il tarixli 02 saylı qərarı ilə 5,05 hektar və həmin tarixli həmin saylı qərarı ilə 5,5 hektar örüş sahələri Cavabdeh3-yə satılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (bundan sonra DTXK) tərəfindən 5,05 ha torpaq sahəsinə dair 15 may 2007-ci il tarixli “A” seriyalı 003603 nömrəli, 5,5 hektar torpaq sahəsinə dair isə 26 may 2008ci il tarixli “A” seriyalı 038794 nömrəli “Torpaq sahəsinin plan və ölçü” sənədləri hazırlanmışdır. Qanunvericiliyin tələbinə əsəsən örüş sahələrinin satıla bilinməməsi nəzərə alınmadan bələdiyyə tərəfindən 2005-ci ildə 20 hektar, 2007-ci ildə isə 10,55 hektar örüş sahəsi qanunsuz satılaraq dövriyyədən çıxarılmış, təyinatı üzrə istifadə olunmayaraq qısa müddət ərzində eyni şəxsin himayəsində olan müxtəlif adlı MMC-rə satılmaqla ərazidə qeydiyyatda olmayan, yaşamayan və işləməyən şəxslər üçün gəlir mənbəyinə çevrilmişdir. Kənd sakinlərinin çoxsaylı müraciətləri nəzərə alınaraq Qalacıq Bələdiyyəsinin 25 may 2021-ci il tarixli qərarı ilə bələdiyyənin 20 ha örüş sahəsinin satılması barədə 16 iyun 2005-ci il tarixli 7 saylı, 5,05 hektar və 5,5 hektar örüş sahəsinin satılması barədə 14 fevral 2007-ci il tarixli 02 saylı qərarları ləğv edilmiş, bələdiyyə torpaqlarının satılmasına dair müqavilənin, hazırlanmış sənədlərin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət olunması qərara alınmışdır. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC, Cavabdeh3, İsmayıllı rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirini bildirməmişlər. Məhkəmə iclaslarının cavabdehlərin iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş 11 avqust 2005-ci il tarixli JN-540 Kod 40711018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon Qalacıq Bələdiyyəsinin 16 iyun 2005-ci il tarixli 07 saylı qərarı ilə Cavabdeh2 MMC-yə satılmış 20 hektar torpaq sahəsinə dair Cavabdeh2 MMC-nin adına mülkiyyət sənədi verilmişdir. İsmayıllı rayon Dövlət Notariat Kontorunda bağlanmış, reyestrdə 4Ə-2/253 nömrə ilə qeydə alınmış 24 sentyabr 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh2 MMC 11 avqust 2005-ci il tarixli JN-0540 Kod 40711018 nömrəli dövlət aktına əsasən onun mülkiyyətində olan İsmayıllı rayon Qalacıq kəndində yerləşən 20 hektar torpaq sahəsini Cavabdeh1 satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02 oktyabr 2009-cu il tarixli ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İsmayıllı rayonun Qalacıq kəndində yerləşən 20 hektar torpaq sahəsinin Cavabdeh1 Füzuli oğlunun mükiyyətində olmasına dair çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 19 iyun 2019-cu il tarixli “A” seriyalı 396173 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin surətindən görünür ki, İsmayıllı rayonun Qalacıq kəndində yerləşən 20 hektar torpaq sahəsinin Cavabdeh1 mülkiyyətində olmasına dair “Torpaq sahəsinin planı və ölçü” sənədi verilmişdir. Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş DTXK-nın Dövlət Kadastrı kitabında 55 nömrə ilə uçota alınmış 15 may 2007-ci il tarixli “A” seriyalı 003603 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin surətindən görünür ki, İsmayıllı rayon Qalacıq Bələdiyyəsinin 14 fevral 2007-ci il tarixli 02 nömrəli qərarı ilə Cavabdeh3-yə Qalacıq kəndi ərazisində tikinti məqsədi ilə satılmış 50500 kv.m torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçü” sənədi verilmişdir. Azərbaycan Respublikası DTXK tərəfindən verilmiş DTXK-nın Dövlət Kadastrı kitabında 595 nömrə ilə uçota alınmış 26 may 2008-ci il tarixli “A” seriyalı 038794 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin surətindən görünür ki, İsmayıllı rayon Qalacıq Bələdiyyəsinin 14 fevral 2007-ci il tarixli 02 nömrəli qərarı ilə Cavabdeh3-yə Qalacıq kəndi ərazisində tikinti məqsədi ilə satılmış 55000,02 kv.m torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçü” sənədi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 29 aprel 2021-ci il tarixli məktubunun surətindən görünür ki, Qalacıq bələdiyyəsinin 16 iyun 2005-ci il tarixli 07 saylı qərarı ilə Cavabdeh2 MMC-yə satılmış 20 hektar torpaq sahəsinə JN-540 Kod 40711018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmiş və İsmayıllı rayon DNK-nın 24 sentyabr 2009-cu il tarixli 4Ə-2/253 nömrəli müqaviləsinə əsasən Cavabdeh1 Füzuli oğluna satılmışdır. Bələdiyyənin 14 fevral 2007-ci il tarixli 02 saylı qərarı ilə Cavabdeh3-yə verilmiş 5,05 hektar və həmin tarixli həmin saylı qərarla verilmiş 5,50 hektar “tikinti məqsədli” torpaq sahələrinə “A” seriyalı, 003603 nömrəli və “A” seriyalı, 038794 nömrəli “torpaq sahəsinin plan və ölçüsü” sənədi tərtib edilmişdir. Bələdiyyənin qərarları DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsində saxlanılmır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İsmayıllı rayon Qalacıq Bələdiyyəsinin 16 iyun 2005-ci il tarixli 07 saylı qərarı ilə Cavabdeh2 MMC-yə Qalacıq kəndi ərazisində istirahət guşəsi tikmək məqsədi ilə 20 hektar örüş torpaq sahəsi satılmışdır. Cavabdeh2 MMC həmin torpaq sahəsinin onun mülkiyyətində olmasına dair 11 avqust 2005-ci il tarixli JN-540 Kod 40711018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı almışdır. Cavabdeh2 MMC mülkiyyətində olan torpaq sahəsini 24 sentyabr 2009-cu il tarixdə İsmayıllı rayon Dövlət Notariat Kontorunda müqavilə bağlamaqla Cavabdeh1 satmışdır. Cavabdeh1 həmin torpaq sahəsinin onun mülkiyyətində olmasına dair 02 oktyabr 2009-cu il tarixli ********** nömrəli çıxarış və 19 iyun 2019-cu il tarixli “A” seriyalı 396173 nömrəli “torpaq sahəsinin plan və ölçü” sənədi almışdır. Bundan başqa İsmayıllı rayon Qalacıq Bələdiyyəsinin 14 fevral 2007-ci il tarixli 02 nömrəli qərarı ilə Cavabdeh3-yə Qalacıq kəndi ərazisində tikinti məqsədi ilə 50500 kv.m və 55000,02 torpaq sahələri satılmışdır. Azərbaycan Respublikası DTXK tərəfindən həmin torpaq sahələrinə 55 nömrə ilə qeyd edilmiş 15 may 2007-ci il tarixli “A” seriyalı 003603 nömrəli və 595 nömrə ilə qeyd edilmiş 26 may 2008-ci il tarixli “A” seriyalı 038794 nömrəli “Torpaq sahəsinin planı və ölçü” sənədləri hazırlanmışdır. Qalacıq bələdiyyəsinin 25 may 2021-ci il tarixli qərarı ilə bələdiyyənin 20 hektar örüş sahəsinin satılması barədə 16 iyun 2005-ci il tarixli 7 saylı, 5,05 hektar və 5,5 hektar örüş sahəsinin satılması barədə 14 fevral 2007-ci il tarixli 02 saylı qərarları ləğv edilmişdir. İddiaçı Qalacıq Bələdiyyəsinin mülkiyyətində olmuş 20 hektar örüş sahəsinə dair Cavabdeh2 MMC-nin adına verilmiş 11 avqust 2005-ci tarixli JN 540 KOD 40711018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının, 20 hektar örüş sahəsinin Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 satılmasına dair İsmayıllı rayon Dövlət Notariat Kontorunda bağlanmış 24 sentyabr 2009-cu il tarixli müqavilənin, 20 hektar torpaq sahəsinə Cavabdeh1 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair 02 oktyabr 2009-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və 19 iyun 2019-cu il tarixli “A” seriyalı 396173 nömrəli “torpaq sahəsinin plan və ölçüsü” sənədinin, Qalacıq Bələdiyyəsinin mülkiyyətində olmuş 5,05 hektar və 5,5 hektar torpaq sahələrinə dair Cavabdeh3-nin adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 15 may 2007-ci il tarixli “A” seriyalı 003603 nömrəli və 26 may 2008-ci il tarixli “A” seriyalı 038794 nömrəli “torpaq sahəsinin plan və ölçüsü” sənədlərinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər məhkəmə iclasına gəlmədikləri üçün onların iddia tələbinə dair münasibətlərini öyrənmək mümkün olmamışdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 16-cı maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş sahələri isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsinə əsasən torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsiplərindəndir. Həmin Qanunun 4.0.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərinə aiddir. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilməlidir. Həmin Qanunun tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin Qanunun 23-cü maddəsinə əsasən torpaqlardan səmərəli istifadə olunmasına və onların mühafizəsinə bələdiyyə nəzarətinin vəzifələri istifadəyə və icarəyə verilmiş bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi və mühafizəsi sahəsində torpaq qanunvericiliyinin tələblərinə əməl olunmasını təmin etməsi, torpaqlardan səmərəsiz istifadə edilməsi nəticəsində bələdiyyə torpaqlarına vurulan zərərin və kənd təsərrüfatı itkilərinin ödənilməsi, habelə torpaq qanunvericiliyinin pozulması barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəmələrə müraciət edilməli və iddialar qaldırılmalıdır. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Qalacıq Bələdiyyəsinin mülkiyyətində olmuş örüş sahələrindən 20 hektarı 2005-ci ildə, 5,05 hektarı və 5,5 hektarı isə 2007-ci ildə bələdiyyə tərəfindən Azərbaycan Respublikası “Torpaq Məcəlləsinin” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmadan qanunsuz satılaraq dövriyyədən çıxarılmış və başqa şəxslərin mülkiyyətinə keçmişdir. Bələdiyyə mülkiyyətində olmuş xeyli miqdarda torpaq sahaləri bələdiyyə ərazisində yaşayan vətəndaşların ümumi istifadəsindən alınaraq təyinatı üzrə istifadə olunmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətinə keçməsi həmin vətəndaşların narzılıqlarına səbəb olmuşdur. Qalacıq Bələdiyyəsi mülkiyyətində olmuş örüş torpaq sahələrini qanunvericiliyin tələblərini pozulmaqla satdığına görə bələdiyyənin həmin qərarları qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilmişdir. Ona görə də, məhkəmə qərara gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Qalacıq Bələdiyyəsinin mülkiyyətində olmuş 20 ha örüş sahəsinə dair Cavabdeh2 MMC-nin adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 11 avqust 2005-ci tarixli JN 0540 KOD 40711018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı etibarsız hesab edilsin. 20 ha örüş sahəsinin Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 satılması barədə İsmayıllı rayon Dövlət Notariat Kontorunda bağlanmış, reyestrdə 4Ə-2/253 nömrə ilə qeydə alınmış 24 sentyabr 2009-cu il tarixli müqavilə etibarsız hesab edilsin. 20 ha torpaq sahəsinə dair Cavabdeh1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 02.10.2009-cu il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış və 19 iyun 2019-cu il tarixli “A” seriyalı 396173 nömrəli “torpaq sahəsinin plan və ölçüsü” sənədi etibarsız hesab edilsin. Qalacıq Bələdiyyəsinin mülkiyyətində olmuş 5,05 ha torpaq sahəsinə dair Cavabdeh3-nin adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 15.05.2007-ci il tarixli A seriyalı 003603 nömrəli “torpaq sahəsinin plan və ölçüsü” sənədi etibarsız hesab edilsin. Qalacıq Bələdiyyəsinin mülkiyyətində olmuş 5,5 ha torpaq sahəsinə dair Cavabdeh3-nin adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 26.05.2008-ci il tarixli A seriyalı 038794 nömrəli “torpaq sahəsinin plan və ölçüsü” sənədi etibarsız hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar