Məhkəmə qərarları › İş №2(037)-560/2025

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-560/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-560/2025 02.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, İddiaçı Cavabdeh qarşı hüquqi əsas olmadan qeydə alınmış mülkiyyət hüququnun, onun əsasında aparılmış alğı-satqı müqaviləsinin və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu İvanovka kəndi, Telefonnaya küçəsi, ev 19 ünvanında yerləşən, 1995-ci ildən onun istifadə sahibliyində (mülkiyyətində) olan fərdi yaşayış evinə ilkin olaraq hazırlaşmış hüquq müəyyənedici sənədlərin, onun əsasında aparılmış alğı-satqı aktının (alğı-satqı müqaviləsinin) və cavabdehin adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh qeydiyyat ünvanı Ağdam rayonu, Əimərdanlə sahəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı sözügedən iddia tələbi ilə cavabdehin qeydiyyat ünvanının olduğu yerə görə aidiyyəti məhkəməyə müraciət edə bilər. iddiaçının hazırki mülki iş üzrə - İsmayıllı Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı aidiyyət qaydalarına riayət etmədən məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən 01 aprel 2025-ci il tarixdə (Qəbzin nömrəsi: **********) ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyatı üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31.1, 35.1, 152.2- 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldım: İddiaçı Cavabdeh qarşı hüquqi əsas olmadan qeydə alınmış mülkiyyət hüququnun, onun əsasında aparılmış alğı-satqı müqaviləsinin və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən 01 aprel 2025-ci il tarixdə (Qəbzin nömrəsi: **********) ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. İddiaçıya izah edilsin ki, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar