Məhkəmə qərarları › İş №2(037)-565/2020

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-565/2020

15.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-565/2020 15.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayıllı rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olmasının və vəsiyyət üzrə mirasın qəbul edilməsinin müəyyən edilməsi, bağışlama müqavilələrinin etibarsız hesab olunması və çhəmin müqavilələrə əsasən verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 15 iyul 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək Gülzaman Xankiyeva və Gülarə Rzayevanın adına verilmiş JN-097F Kod 40704018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Gülarə Xankişiyevaya məxsus olmasını, vəsiyyətnamə üzrə Gülarə Xankişiyevadan miras qalan JN-097F Kod 40704018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə 0,8 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və tövlənin vərəsə kimi onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış RX seriyalı ******* saylı çıxarış üzrə İsmayıllı rayon Əhən kəndində yerləşən 31,5 kv.m sahəsi olan iki otaqlı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,0438 hektar torpaq sahəsinin bağışlanmasına dair İsmayıllı rayon Dövlət Notariat Kontorunda 18 fevral 2017-ci il tarixdə təsdiq olunmuş və reyestrdə 4Ə-120 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və RX seriyalı ******* saylı çıxarış üzrə İsmayıllı rayon Əhən kəndində yerləşən 0,085 hektar torpaq sahəsinin bağışlanmasına dair İsmayıllı rayon Dövlət Notariat Kontorunda 14 sentyabr 2017-ci il tarixdə təsdiq olunmuş və reyestrdə 4Ə-507 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması və həmin müqavilələrə əsasən Azərbayca Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* saylı 21.09.2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbləri kimi sənədin şəxsə məxsus olması və mirasın qəbul edilməsi faktlarının müəyyən olunması, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilələrə əsasən verilmiş çıxarışların ləğv olunmasını xahiş etmiş, bununla da bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir iddiada birləşdirmişdir. İddiaçının iddia tələbində göstərdiyi sənədin şəxsə məxsus olması və mirasın qəbul olunması faktlarının müəyyən olunmasına dair ərizələrə Azərbaycan Respublikası MPMnin XXX fəslinə uyğun olaraq xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuşdur. Bu kateqoriyadan olan işlər üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən mübahisənin məhkəməyə qədər həll olunması üçün müvafiq icra hakimiyyəti orqanlarından aldığı müvafiq cavabları da ərizəyə əlavə etməlidir. Buna baxmayaraq iddiaçı bu tələblərə riayət etmədən məhkəməyə müraciət etmiş, həm də tələbləri iddia icraatı qaydasında baxılması nəzərdə tutulan digər iddia tələblərinə birləşdirmişdir. Azərbaycan Respublikası MPM-nin 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsində göstərilir ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinin tələbinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədiyindən, həm də bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi bir iddiada birləşdirdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, İsmayıllı rayon Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olmasının və vəsiyyət üzrə mirasın qəbul edilməsinin müəyyən edilməsi, bağışlama müqavilələrinin etibarsız hesab olunması və çhəmin müqavilələrə əsasən verilmiş Çıxarışın ləğv edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar