Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-57/2022 28.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Alıhüseyı̇ n qızına qarşı maneənin aradan qaldırılması və yaşayış sahəsinə hüququn tanınması tələbinə dair mülki işə 28 mart 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh Alıhüseyı̇ n qızına (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən evə istifadə hüququnun tanınması və həmin evdən istifadəsinə maneçilik etməsi cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Vəkil işə iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı X10 ilə 15 avqust 1996-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 17 noyabr 1999-cu il təvəllüdlü X7, 02 noyabr 2001-ci il təvəllüdlü X8 və 29 yanvar 2003-cü il təvəllüdlü X11 adlı övladları anadan olmuşdur. İddiaçı 1996-cı ildə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Qeyd olunan ev köhnə olduğundan 2001-ci ildə iddiaçının əri Fikrət Əhmədov həmin evi sökərək yerində yeni bir ev tikmişdir. İddiaçının əri tez-tez işləmək üçün Rusiya Federasiyasına getmişdir. Bir müddətdən sonra onlar ailəlikcə Ukrayna Respublikasının Krım Muxtar Respublikasının Simferopol şəhərinə köçmüşlər. İddiaçının əri 07 oktyabr 2013-cü il tarixdə vəfat etmişdir. Bundan sonra iddiaçının qaynanası Cavabdeh Alhuseyin qızı onu əvvəllər yaşadığı evə buraxmamışdır. Hazırda iddiaçının cehiz əşyaları həmin evdə yerləşir. İddiaçının İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən evə istifadə hüququnun tanınmasını və cavabdehə maneçilik törətməsinin qadağan edilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 ifadə verərək göstərdi ki, iddiaçı onun qızıdır. İddiaçı 1996-cı ildə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Qeyd olunan ev köhnə olmuş və 2001-ci ildə iddiaçının əri həmin evi sökərək yerində yeni bir ev tikmişdir. İddiaçı həmin evdə yaşamış və hazırda da cehiz əşyaları ordadır. X2 ifadə verərək göstərdi ki, iddiaçı onun dayısı qızıdır. İddiaçı 1996-cı ildə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Qeyd olunan ev köhnə olmuş və 2001-ci ildə iddiaçının əri həmin evi sökərək yerində yeni bir ev tikmişdir. İddiaçı həmin evdə yaşamış və hazırda da cehiz əşyaları ordadır. X4 ifadə verərək göstərdi ki, iddiaçı onun baldızıdır. İddiaçı 1996-cı ildə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Qeyd olunan ev köhnə olmuş və 2001-ci ildə iddiaçının əri həmin evi sökərək yerində yeni bir ev tikmişdir. İddiaçı həmin evdə yaşamış və hazırda da cehiz əşyaları ordadır. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 22 oktyabr 2019-cu il tarixli 564 nömrəli şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayon Basqal qəsəbə İcra nümayəndəliyində X10 ilə İddiaçı nikahları haqqında 15 avqust 1996-cı il tarixdə 01 nömrəli akt qeydi tərtib olunmuşdur. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 25 dekabr 2000-ci il tarixli İ-AZ №191333 nömrəli şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X7 07 noyabr 1999-cu il tarixdə doğulmuşdur. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 04 sentyabr 2001-ci il tarixli AZ-İ №079510 nömrəli şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X8 02 avqust 2001-ci il tarixdə doğulmuşdur. İsmayıllı rayon Qeydiyyat şöbəsinin 11 aprel 2003-cü il tarixli AZ-İ №328088 nömrəli şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X11 29 yanvar 2003-cü il tarixdə doğulmuşdur. 09 oktyabr 2013-cü il tarixli İ-Aİİ seriyalı №280018 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 07 oktyabr 2013-cü il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Dövlət Arixvinin 25 avqust 2021-ci il tarixli 138 nömrəli arxiv arayışının surətindən görünür ki, 1996-2005-ci illərin Təsərrüfatbaşına kitabında Cavabdeh Alıhüseyn qızı ailə başçısı olmaqla istifadəsində 0,10 hektar həyətyanı torpaq sahəsi və sahəsi 30 kvadratmetr olan ev vardır. 25 oktyabr 2021-ci il tarixli ********** nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və həmin tarixli 407-0016/524 inventar nömrəli texniki pasportun surətlərindən görünür ki, İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisində 0,1 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 71.2 kvadratmetr olan fərdi yaşayış evi Cavabdeh Alıhüseyn qızının mülkiyyətindədir. İsmayıllı rayon Dövlət Arixvinin 01 fevral 2022-ci il tarixli 06 nömrəli sorğuya cavab məktubuna əlavə edilmiş 1996-2005-ci illərin Təsərrüfatbaşına kitabının təsdiq edilmiş vərəqinin surətindən görünür ki, 1996-2005-ci illərin Təsərrüfatbaşına kitabında Cavabdeh Alıhüseyn qızı və X3 adları qeyd olunmuşdur. İsmayıllı rayon İHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 09 fevral 2022-ci il tarixli 12 nömrəli sorğuya cavab məktubuna əlavə olunmuş “Ev təsərrüfatlarının uçotu kitabı”nın təsdiq edilmiş səhifələrin surətindən görünür ki, 2018-2022-ci illər üçün “Ev təsərrüfatlarının uçotu kitabı”nda İddiaçı, X7, X8 və X6 adları qeyd olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə X10 15 avqust 1996-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 17 noyabr 1999-cu il təvəllüdlü X7, 02 noyabr 2001-ci il təvəllüdlü X8 və 29 yanvar 2003-cü il təvəllüdlü X11 adlı övladları anadan olmuşdur. İddiaçı 1996-cı ildə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Bir müddətdən sonra iddiaçı və ailəsi Ukrayna Respublikasına köçmüşlər. İddiaçının əri 07 oktyabr 2013-cü il tarixdə vəfat etmişdir. İddiaçı tələbində əri vəfat etdikdən sonra qaynanası Cavabdeh tərəfindən əvvəllər yaşadığı evə buraxılmadığını bildirir. Hazırda iddiaçının cehiz əşyalarının bir hissəsi həmin evdə yerləşir. İddiaçı İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən evə istifadə hüququnun tanınmasını və cavabdehə maneçilik törətməsinin qadağan edilməsini tələb edir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin (08 iyul 1982-ci il tarixli Qanun ilə təsdiq edilmiş) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən tələbinə görə mübahisəli evlə bağlı tərəflər arasında hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dək olan müddətdə yarandığı üçün onlar arasındakı münasibətlərə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Eyni zamanda, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minən və hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı hazırki iddianın predmetinə aid olan fərdi yaşayış evinə 1996-cı ildə gəlin köçmüş və qeyd olunan evdə cavabdehin ailə üzvü kimi yaşamışdır. İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisində 0,1 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 71.2 kvadratmetr olan fərdi yaşayış evi cavabdehin mülkiyyətindədir. İddiaçı mübahisəli evdə uzun müddət ərzində cavabdehlə birgə onun ailə üzvü kimi yaşamış, həmin yaşayış sahəsindən qanuni əsaslarla və cavabdehin razılığı ilə istifadə etmişdir. Hazırda da iddiaçıya məxsus əmlaklar həmin evdə saxlanılır. İddiaçının İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən, uzun müddət cavabdehlə birgə yaşadığı fərdi yaşayış evindən istifadə hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə gəlin köçərək orada yaşamaqla həmin fərdi yaşayış evindən istifadə hüququ yaranmışdır və bu hüququ məhkəmə qətnaməsi ilə müəyyən edilməsinə zərurət yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən evdən istifadə maneçilik etməsi cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən evdən istifadəsinə maneçilik etməsi Cavabdeh Alihüseyin qızına qadağan edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-57/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-57/2022
28.03.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver