Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-576/2020 10.08.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi doğum qeydinin müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) müraciət edərək xx xxxxxx 2014-cü il tarixdə İsmayıllı rayon Qubaxəlilli kəndində bir oğlan uşağı doğması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, 2011-ci ildə faktiki nikahla X8 ilə ailə qurmuşdur. Nikahlarını xx xxxx 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Faktiki nikahlarından xx xxxxx 2012-ci il tarixdə Şəhla adlı bir qız və xx xxxxxx 2014-cü il tarixdə İsaməddin adlı bir oğlan övladları doğulmuşdur. Qızı Şəhla üçün doğum haqqında şəhadətnamə alsalar da oğlu İsaməddin üçün doğum haqqında şəhadətnamə almamışlar. Ailəsi çobançılıqla məşğul olduqları üçün çoban binələrində yaşayırlar. Ona görə də nə evlənmələri, nə də oğlunun doğulması barədə lazım olan sənədləri vaxtında almamışlar. Uşaqların hər ikisi binədə olan çoban evində doğulmuşlar. Onların doğumunda həkim olmamış, yalnız qaynanası iştirak etmişdir. Oğlunun ev şəraitində doğulması barədə kənd xəstəxanası müvafiq arayış vermişdir. Oğlu İsaməddin xx xxxx 2020-ci il tarixdə uşaq poliklinikasında həkim müayinəsindən keçmiş və onun praktiki sağlam olması barədə arayış verilmişdir. Sentyabr ayında İsaməddin məktəbə getməlidir. Doğum haqqında şəhadətnaməsinin olmaması onun hüquqlarının həyata keçirilməsinə maneçilik törədir və onun üçün digər çətinlikər də yaradır. Uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin Qeydiyyat Şöbəsində uşağın doğumunun qeydə alınması mümkün olmamış və doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. xx xxxxxx 2014-cü il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində bir oğlan uşağı doğması faktını qohumları və qonşuları da təsdiq edirlər. Həmin faktın müəyyən edilməsi isə yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Ona görə də ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs müdiri X5 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, ərizəçi oğluna doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin uşağın doğum haqqında tibbi şəhadətnaməsi olmadığından uşağın doğum haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ərizəçiyə doğum faktının müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Şahid X8 ifadə verərək göstərdi ki, ərizəçi onun arvadıdır. Çobançılıqla məşğul olmaqla Qubaxəlilli kəndi ərazisində yerləşən qoyun fermasında olan evdə yaşayırlar. Ərizəçi ilə 2011-ci ildə faktiki nikahla ailə qurmuşdur. Nikahlarını xx xxxx 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Faktiki nikahlarından xx xxxxx 2012-ci il tarixdə bir qız və xx xxxxxx 2014-cü il tarixdə bir oğlan övladları doğulmuşdur. Qızı üçün doğum haqqında şəhadətnamə alsalar da oğlu üçün doğum haqqında şəhadətnamə almamışlar. Uşaq binədə doğulmuş və onun dünyaya gətirilməsində anası Şəhla iştirak etmişdir. O, ərizəçinin xx xxxxxx 2014-cü il tarixdə Qubaxəlilli kəndində ev şəraitində bir oğlan uşağı doğmasını və özünün uşağın atası olmasını təsdiq edir. Şahid X6 ifadə verərək göstərdi ki, ərizəçi onun gəlinidir. Oğlu Kamran ərizəçi ilə 2011-ci ildə faktiki nikahla ailə qurublar. Oğlu çoban işləyir və ailəsi ilə birlikdə ferma ərazisində yerləşən evdə yaşayır. Ərizəçi xx xxxxxx 2014-cü il tarixdə həmin evdə bir oğlan uşağı dünyaya gətirmişdir. Uşağın doğuşunda o iştirak etmişdir. Müəyyən səbəblərdən vaxtında uşağa doğumu barədə tibbi arayış alınmamışdır. Ərizəçinin xx xxxxxx 2014-cü il tarixdə ev şəraitində bir oğlan uşağı doğmasını təsdiq edir. Şahid X9 ifadə edərək göstərdi ki, ərizəçi onun gəlinidir. Gəlini xx xxxxxx 2014-cü il tarixdə ailəsi ilə birlikdə yaşadığı fermada olan evdə bir oğlan uşağı dünyaya gətirmişdir. Doğuşda arvadı Şəhla iştirak etmişdir. Ərizəçinin xx xxxxxx 2014-cü il tarixdə İsmayıllı rayonun Qubaxəlilli kəndində ev şəraitində bir oğlan uşağı doğmasını təsdiq edir. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, ərizəçiyə AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X3 AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, X8 ilə Ərizəçi xx xxxxx 2012-ci il tarixdə Şəhla adlı bir qızları doğulmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli çıxarışdan görünür ki, X8 ilə X1 arasında xx xxxx 2019-cu il tarixdə nikah bağlanmış, kişiyə Qarayev, qadına Qarayeva soyadı verilmişdir. Səhiyyə Nazirliyi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş 289 nömrəli xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, ərizəçi xx xxxxxx 2014-cü il tarixdə ev şəraitində bir oğlan uşağı doğmuşdur. Uşaq ana ilə birlikdə yaşayır, hazırda sağdır və sağlamdır. Səhiyyə Nazirliyi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş arayışdan görünür ki, X2 2014-cü ildə İsmayıllı rayonun Qubaxəlilli kəndində doğulmuş, qan qrupu 0 (İ) Rh mənfidir. Səhiyyə Nazirliyi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş 128 nömrəli xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, xx xxxxxx 2014-cü il tarixdə doğulmuş X2 xx xxxx 2020-ci il tarixdə İsmayıllı RMX-nın ASM-də tibbi müayinədən keçmişdir, praktiki sağlamdır. Maraqlı şəxs 05 / Q - 413 nömrəli xx xxxx 2020-ci il tarixli müraciətə cavab məktubundan görünür ki, ərizəçi xx xxxxxx 2014-cü il tarixdə anadan olmuş uşağa doğum haqqında şəhadətnamə əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmiş, Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, uşağın doğum haqqında akt qeydi aşkar edilməmiş, doğum haqqında tibbi şəhadətnamə olmadığından Qeydiyyat Şöbəsində uşağın doğumunun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi 2011-ci ildə Qubaxəlilli kənd sakini Kamran adlı şəxslə faktiki nikahla ailə qurmuş, xx xxxx 2019-cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Ərizəçi xx xxxxxx 2014-cü il tarixdə İsmayıllı rayon Qubaxəlilli kəndində ev şəraitində bir oğlan uşağı dünyaya gətirmiş, uşaq ev şəraitində doğulduğundan ona doğum haqqında tibbi şəhadətnamə yazılmamışdır. Uşaq sağlam olmaqla İsmayıllı rayonun Qubaxəlilli kəndində ərizəçinin himayəsində yaşayır. Ərizəçi xx xxxxxx 2014-cü il tarixdə doğulmuş uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, Qeydiyyat Şöbəsi tərəfindən müraciətinin təmin olunması mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçiyə yaşadığı ərazi üzrə tibb məntəqəsi tərəfindən ərizəçinin ev şəraitində bir oğlan uşağı doğması və uşağın praktik sağlam olması barədə arayış verilmişdir. Uşağın doğum faktını təsdiq edən lazımi sənədləri ərizəçinin başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, xx xxxxxx 2014-cü il tarixdə doğulmuş uşağın doğumu haqqında akt qeydi və doğum haqqında şəhadətnaməsi olmasa da onun həmin tarixdə anadan olması faktı ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin uşağın doğum faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qarayeva Sevı̇nc Teymur qızının xx xxxxxx 2014-cü il tarixində İsmayıllı rayonun Qubaxəlilli kəndində bir oğlan uşağı doğması faktı müəyyən edilsin Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-576/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-576/2020
10.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver