Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-58/2024 15.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdiyi qanun üzrə vərəsəlik hüququ əsasında mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 15 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21 mart 2020-ci ildə İsmayıllı şəhərində vəfat etmiş əri X2 miras qalmış İsmayıllı şəhəri (keçmiş M.Orucov küçəsi), hazırda H.Əliyev pr-ti ev 13 ünvanında yerləşən yaşayış sahəsi 59.8 kv.metr, köməkçi sahəsi 28.0 kv.metr, ümumi sahəsi 87.8 kv.metr olan 5 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri Şamil Tahirov 21 mart 2020-ci ildə vəfat etmişdir. Mərhum ərindən İsmayıllı şəhəri, (keçmiş M.Orucov küçəsi), hazırda H.Əliyev pr-ti ev 13 ünvanında yerləşən yaşayış sahəsi 59.8 kv.metr, köməkçi sahəsi 28.0 kv.metr, ümumi sahəsi 87.8 kv.metr olan 5 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi miras qalmışdır. Miras qoyanın qanun üzrə birinci növbədə vərəsələri kimi o və oğlu Elçin Tahirov qalmışdır.O,miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişdir. İsmayıllı rayon Notariat Ofisi tərəfindən müraciətinə cavab olaraq ona “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsindən rəsmən imtina edilmişdir. İmtinaya əsas kimi mirasın qəbulu üçün nəzərdə tutulan müddətin ötürülməsini və mirasın faktiki qəbul olunması barədə sübutların olmaması göstərilmişdir. Qeyd edilən hüquqi əhəmiyyətli faktın məhkəməyədək və məhkəmədən kənar təsdiqi mümkün deyildir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir və ərizəsinin təmin olunaraq 21 mart 2020-ci ildə İsmayıllı şəhərində vəfat etmiş mərhum əri X2 miras qalmış İsmayıllı şəhəri (keçmiş M.Orucov küçəsi), hazırda H.Əliyev pr-ti ev 13 ünvanında yerləşən yaşayış sahəsi 59.8 kv.metr, köməkçi sahəsi 28.0 kv.metr, ümumi sahəsi 87.8 kv.metr olan 5 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ərizəçi sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə dəftərxana vasitəsilə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş,lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, ərizəçinin əvvəlki məhkəmə iclasında verdiyi izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.1960-cı il tarixli İİ ИЕ №022802 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 13 avqust 1960-cı ildə İsmayıllı şəhərində anadan olmuş, atası X5, anası Ərizəçidır, bu barədə doğum haqqında akt qeydləri kitabında 1960-cı ilin sentyabr ayının, 1 günüdə 128 nömrə ilə qeyd edilmişdir. İşdə olan 30 may 1994-cü il tarixli XVİİİ-ЖГ № 357041 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 13 may 1994-cü ildə İsmayıllı şəhərində anadan olmuş, atası X9, anası X4r, bu barədə doğum haqqında akt qeydləri kitabında 1994-cü ilin may ayının, 30 günüdə 139 nömrə ilə qeyd edilmişdir. İşdə olan 05 sentyabr 2000-ci il tarixli İ-AZ №156573 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 17 avqust 2000-ci ildə İsmayıllı şəhərində anadan olmuş, atası X9, anası X4r, bu barədə doğum haqqında akt qeydləri kitabında 2000-ci ilin sentyabr ayının, 05 günüdə 233 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1939-cu ildə İsmayıllı rayonu, Mican kəndində anadan olmuş,İsmayıllı şəhəri,H.Əliyev pr-ti ev 13 ünvanında qeydiyyatdadır. İşdə olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZE №09789943 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1960-cı ildə İsmayıllı şəhərində anadan olmuş,İsmayıllı şəhəri,H.Əliyev pr-ti D-4,ev 13 ünvanında qeydiyyatdadır. İşdə olan İsmayıllı rayon Notariat Ofisinin xx.xx.2021-ci il tarixli, №687 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Yavər Tahirovun xx.xx.2020-ci il tarixdə vəfat etmiş əri Şamil Tahirovdan miras qalmış əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsi barədə müraciətinə baxılmış, müraciətə cavab məktubunda qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmadığından vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmadığı və bu məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 mart 2020-ci il tarixli, AZ-İİ №055789 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür,bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 03 ayının,24 günüdə,72 nömrə ilə qeyd edilmişdir. İşdə olan Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli Qeydiyyat Vəsiqəsindən görünür ki, İsmayıllı şəhəri, M.Orucov küçəsi 17/26 ünvanında yerləşən yaşayış sahəsi 59.8 kv.metr,köməkçi sahəsi 28.0 kv.metr, ümumi sahəsi 87.8 kv.metr olan 5 otaqlı fərdi yaşayış evi Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən 2447 inventar nömrəsi ilə 1 nömrəli reyestr kitabının 92-ci səhfəsində 20 nömrə ilə İsmayıllı şəhər sakini X3 adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan 1998-ci il tarixli, 2447 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki,İsmayıllı şəhəri,M.Orucov küçəsi ev 17/26 ünvanında yerləşən ümumi sahəsi 87.8 kv.metr,yaşayış sahəsi 59.8 kv.metr,köməkçi sahəsi 28.0 kv.metr olan 1 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi 1998-ci ildə 2447 inventar nömrəsi ilə X3 adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş reyestrdə 7E-180 nömrə ilə qeydə alınmış 12 yanvar 2021-ci il tarixli AR- İİ№162046 nömrəli etibarnamədən görünür ki, X12 reyestrdə 7E-180 nömrə ilə qeydə alınmış 12 yanvar 2021-ci il tarixli AR-İİ№162046 nömrəli etibarnamə ilə vərəsəlik işi ilə əlaqədar bütün dövlət və qeyri-dövlət orqanlarında, o cümlədən qeydiyyat şöbələrində, Notariat Ofislərində səlahiyyətli nümayəndəsi olmağı, ona çatası miras payı qəbul etməyi, həmin paydan imtina etməyi və miras əmlakla bağlı digər zəruri hərəkətləri etməyi və aidiyyatı orqanlarda nümayəndəsi olmağı Ərizəçi etibar etmişdir. Beləliklə,məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən iddia ərizəsi və iş materialları ilə müəyyən edilir ki, Ərizəçi xx.xx.1939-cu ildə İsmayıllı rayonu, Mican kəndində doğulmuş, İsmayıllı şəhəri, H.Əliyev pr-ti ev 13 ünvanında qeydiyyatdadır. 21 mart 2020-ci il tarixdə vəfat etmiş mərhum X5 ərizəçinin əri olmuşdur. Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən İsmayıllı şəhəri, M.Orucov küçəsi 17/26 ünvanında yerləşən yaşayış sahəsi 59.8 kv.metr,köməkçi sahəsi 28.0 kv.metr, ümumi sahəsi 87.8 kv.metr olan 5 otaqlı fərdi yaşayış evi Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən 2447 inventar nömrəsi ilə 1 nömrəli reyestr kitabının 92-ci səhfəsində 20 nömrə ilə İsmayıllı şəhər sakini X3 adına dövlət qeydiyyatına alınmışdır.Ərizəçinin əri Şamil Tahirov vəfat etdiyi günədək İsmayıllı şəhəri, M.Orucov küçəsi 17/26, hazırda İsmayıllı şəhəri, H.Əliyev pr-ti ev 13 ünvanında özünə məxsus evdə arvadı Ərizəçi və oğlu Elçin Tahirovla birlikdə yaşamışdır. X18 vəfat etdikden sonra ondan qalan miras əmlakı faktiki olaraq birinci növbə vərəsələri olan arvadı Ərizəçi və oğlu Elçin Tahirov qəbul edərək idarə etmişlər və X14 digər birinci növbə vərəsələri olmamışdır. X1 Tahirov reyestrdə 7E-180 nömrə ilə qeydə alınmış AR-İİ№162046 nömrəli etibarnamə əsasında atasından qalan miras əmlakdan ona düşən payı qəbul etməyi,ondan imtina etməyi və miras əmlakla bağlı digər zəruri hərəkətlər etməyi anası Ərizəçi etibar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq,ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılır və onlar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1167-ci maddəsnə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, 21 mart 2020-ci il tarixdə İsmayıllı şəhərində vəfat etmiş mərhum X2 miras qalmış Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən İsmayıllı şəhəri M.Orucov küçəsi 17/26 ünvanında, hazırda İsmayıllı şəhəri, H.Əliyev pr-ti ev 13 ünvanında yerləşən yaşayış sahəsi 59.8 kv.metr, köməkçi sahəsi 28.0 kv.metr, ümumi sahəsi 87.8 kv.metr olan 5 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği Ərizəçi özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 21 mart 2020-ci il tarixdə İsmayıllı şəhərində vəfat etmiş mərhum X2 miras qalmış Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən İsmayıllı şəhəri M.Orucov küçəsi 17/26 ünvanında, hazırda İsmayıllı şəhəri, H.Əliyev pr-ti ev 13 ünvanında yerləşən yaşayış sahəsi 59.8 kv.metr, köməkçi sahəsi 28.0 kv.metr, ümumi sahəsi 87.8 kv.metr olan 5 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu məbləği Ərizəçi özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-58/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-58/2024
15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver