Məhkəmə qərarları › İş №2(037)-580/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-580/2024

31.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-580/2024 31.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1̇ Sabir qızı, Cavabdeh2, Cavabdeh3 Sabir oğlu, Cavabdeh4 və üçüncü şəxs X12 qarşı qanun üzrə vərəsəlik hüququ əsasında mirasın qəbul edilməsinin müəyyən edilməsi və mirasın vərəsələr arasında bölünməsi tələbinə dair mülki işə 31 iyul 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1̇ Sabir qızı, Cavabdeh2, Cavabdeh3 Sabir oğlu və Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək qanun üzrə birinci növbə vərəsələr kimi 15 yanvar 2016-cı ildə vəfat etmiş ataları X14 və 13 mart 2021-ci ildə vəfat etmiş anaları X2 qalan mirasın faktiki olaraq onlar tərəfindən qəbul edilməsinin müəyyən olunması, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 11 mart 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış üzrə İsmayıllı rayonu Talıstan kəndi ərazisində yerləşən, mərhum ataları X7 miras qalan, ümumi sahəsi 135,5 kv.metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,339736 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsi, həmin **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış üzrə fərdi yaşayış evinin yerləşdiyi ümumi birgə mülkiyyətdə olan 0,339736 ha həyətyanı torpaq sahəsinin mərhum anaları X2 miras qalan 1/3 hissəsi, habelə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 mart 2024-cü il tarixdə daşınmaz emlakın dövlət reyestrindən verilmiş **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış üzrə İsmayıllı rayonu Talıstan kəndi ərazisində yerləşən, ümumi birgə mülkiyyətdə olan 0,7668 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum ataları X7 və mərhum anaları X2 miras qalan 2/3 hissəsi miras qoyanların qanun üzrə birinci növbədə vərəsələri İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1̇ Sabir qızı, Cavabdeh2, Cavabdeh3 Sabir oğlu və Cavabdeh4 arasında qanunvericiliyə uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 və nümayəndəsi Nümayəndə2 məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək işə iştirakı olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işəiİddiaçı1 və nümayəndəsi Nümayəndə2 iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı2 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdiki, atası X14 15 yanvar 2016-cı il tarixdə, anası X10 isə 13 mart 2021-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayonu Talıstan kəndində atasından fərdi yaşayış evi tam, atası, anası və İddiaçı1 ümumi birgə mülkiyyətində olan, 0,339736 hektar həyətyanı və 0,7668 hektar əkin təyinatlı torpaq sahəsi miras qalmışdır. Miras qoyan valideynlərinin qanun üzrə birinci növbədə vərəsələri övladlarıdır. Onlar miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmişlər. Lakin cavabdehlər notariat ofisinə gəlməkdən imtina etmişlər. Bu səbəbdən İsmayıllı rayon Notariat Ofisinin notariusu vərəsəlik işinin açılması və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənn verilməsini 10 gün müddətində dayandıraraq məhkəməyə müraciət olunmasını tövsiyə etmişdir. O və digər iddiaçılar valideynlərinin sağlığında onların qayğısına qalmış, atalarının gözlərini əməliyyat etdirmiş, vəfatlarından sonra dəfn xərclərində iştirak etmiş, baş daşını düzəltdirmiş və onlardan qalan miras əmlakı faktiki qəbul etməklə idarə etmişlər. Belə ki, son aylaradək onlar valideynlərindən miras qalan evə gəlib-getmiş, mirasın qorunub saxlanmasına yardımçı olmuş, həyətyanı torpaq vergisini öz vəsaitləri ilə birlikdə atalarının adından bələdiyyəyə ödəmişlər. Lakin son aylar qardaşı Cavabdeh3 onları valideynlərindən miras qalan həyətə və fərdi yaşayış evinə buraxmır, digər cavabdeh olan bacılarını da onlara qarşı olmağa təhrik edir. Bu səbəbdən cavabdehlərin heç biri notariat ofisinə gəlməyərək mirasın qanuna uyğun bölünməsinə maneçilik törətmişlər. Ona görə də məhkəməyə müraciət olunmuşdur. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı3 və nümayəndəsi Nümayəndə1 İddiaçı2 izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh3 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, atası X14 15 yanvar 2016-cı il tarixdə, anası X10 isə 13 mart 2021-ci il tarixdə vəfat etmişdir. İddiaçıların iddia tələbini qəbul etmir. Belə ki, mübahisə predmeti olan miras əmlaka o, sahiblik etmişdir. Atasından miras qalan fərdi yaşayış evində o, ailəsi ilə birlikdə yaşayır. Bundan başqa atası sağlığında mülkiyyətində olan bütün miras əmlakları nəvəsi Emin Sabirliyə vəsiyyət etmişdir. Uzun müddət keçdikdən sonra bacılarının valideynlərindən qalan miras əmlaklarından pay istəmələrini əsassız hesab edir. İddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 təmsil etmişdir. Cavabdeh4 nümayəndəsi Nümayəndə3 izahat verərək göstərdi ki, anası Cavabdeh4 valideynlərindən qalan miras əmlaklardan öz payını istəyir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1̇ Sabir qızı və Cavabdeh2 sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdikləri məhkəmə iclasında ərizə təqdim edərək valideynlərindən miras qalan əmlakları qardaşları Cavabdeh3 Sabir oğlunun xeyrinə imtina etdiklərini bildirmişlər. Üçüncü şəxs X12 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh4, Cavabdeh1̇ Sabir qızı, Cavabdeh2 və üçüncü şəxs X11 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 26 iyun 1962-ci il tarixli, 48 nömrəli nikah haqqında qeydin təsdiq edilmiş surətindən görünür ki, X14 ilə X15 arasaında nikah bağlanmışdır. Ərə Bəkirov, arvada Bəkirova soyadı verilmişdir. İsmayıllı rayon Talıstan kənd İƏB üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 30 mart 2009-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yaşayan X14 bütün əmlakını, o cümlədən, Talıstan kəndindəki yaşayış evini, 0,25 hektar həyətyanı, 0,09 hektar zəbt və dövlət aktı üzrə ona məxsus olan pay torpağını nəvəsi X12 vəsiyyət etmişdir. 12 fevral 2024-cü il tarixli, AZ-İİ №383995 nömrəli şəhadətnamədən görünür ki, X14 15 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. 12 fevral 2024-cü il tarixli, AZ-İİ №383996 nömrəli şəhadətnamədən görünür ki, X10 13 mart 2021-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Notariat Ofisi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı 28 dekabr 2023-cü il tarixli, 989 nömrəli məktubda qeyd edir ki, X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir və vərəsələrinin dairəsi müəyyən edilmişdir. Talıstan İƏD-in verdiyi arayışa əsasən mərhumun vərəsəsi İddiaçı1 olması barədə məlumat verilmişdir. 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən, 0,7668 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14, X10 və İddiaçı1 ümumi birgə mülkiyyətindədir. 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Talıstan kəndində yerləşən, 0,339736 hektar torpaq sahəsi X14, X10 və İddiaçı1 ümumi birgə, həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evi isə tam payı olmaqla X9 mülkiyyətindədir. İsmayıllı rayon Notariat Ofisi İddiaçı1 ünvanladığı 27 mart 2024-cü il tarixli, 170 nömrəli məktubda qeyd edir ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X9 adına vərəsəlik işinin açılması və digər vərəsələrə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi 10 gün müddətində dayandırılır. Həmin müddət ərzində işin məhkəmənin icraatında olduğuna dair sübut təqdim edildikdə məhkəmənin yekun qərarına qədər notariat hərəkətlərinin aparılması dayandırılır. Əks təqdirdə digər vərəsələrin müraciət etdiyi zaman vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilməsi mümkündür. İsmayıllı rayon Notariat Ofisinin 31 iyul 2024-cü il tarixli, 514 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X9 adından elektron notariat informasiya sistemində vəsiyyətnamə olub-olmaması barədə axtarış aparılmış, lakin hər hansı bir vəsiyyətnamə aşkar olunmamışdır. 02 aprel 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, X14 ilə X15 26 iyun 1962-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, X14 15 yanvar 2016-cı il tarixdə, X10 isə 13 mart 2021-ci il tarixdə vəfat etmişdir. 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən, 0,7668 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X14, X10 və İddiaçı1 ümumi birgə mülkiyyətinə, 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən isə İsmayıllı rayonu Talıstan kəndində yerləşən, 0,339736 hektar torpaq sahəsi X14, X10 və İddiaçı1 ümumi birgə, həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evi isə tam payı olmaqla X9 mülkiyyətinə verilmişdir. İsmayıllı rayon Talıstan kənd İƏB üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 30 mart 2009-cu il tarixli vəsiyyətnamə ilə İsmayıllı rayonu Talıstan kəndində yaşayan X14 bütün əmlakını, o cümlədən, Talıstan kəndindəki yaşayış evini, 0,25 hektar həyətyanı, 0,09 hektar zəbt və dövlət aktı üzrə ona məxsus olan pay torpağını nəvəsi X12 vəsiyyət etmişdir. Məhkəmə hesab edir ki, mübahisənin həlli zamanı həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəlik haqqında mülki hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir. Məhkəmə ilk növbədə mübahisənin dügün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən iddiaçıların X1 və X3 qalmış mirasdan pay almaq üçün müvafiq subyektiv hüquqa malik olub–olmamalarını və cavabdehlər həmin hüququn pozulub– pozulmaması məsələsinin araşdırılması məqsədilə vərəsələrin dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X1ndan 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin və 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin ayrı ayrılıqda 1/3 hissəsi, X9 payına düşən 1/3 hissə, 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən, ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evi, mərhum X2 isə 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin və 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin ayrı ayrılıqda 1/3 hissəsi və 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin miras qoyan X9 payına düşən 1/3 hissənin 1/4 hissəsi payından vərəsəsi X4 1/8 hissə və 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən, ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsinə vərəsəsi X4 1/8 hissə payı miras qalmışdır. Məhkəmə iddianın miras əmlaka vərəsəliyin müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab edir ki, X1ndan qalmış mirası (07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin X9 payına düşən 1/3 hissənin 1/4 hissəsi(qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını), 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin miras qoyan X9 payına düşən 1/3 hissənin 1/4 hissəsi və 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən, ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsi), onun qanun üzrə birinci növbəli vərəsələri olan uşaqları İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1̇ Sabir qızı, Cavabdeh2, Cavabdeh3 Sabir oğlu və Cavabdeh4, və həmin vaxt sağ olan arvadı mərhum X13 (13 mart 2021-ci il tarixdə vəfat etmişdir) təsərrüfatı idarə etməklə faktiki olaraq qəbul etmişlər. Eyni zamanda 13 mart 2021-ci il tarixdə vəfat etmiş mərhum X5 qalmış (11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin miras qoyan X9 payına düşən 1/3 hissənin 1/4 hissəsi payından vərəsəsi X4 1/8 hissə payı, 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin X4 payına düşən 1/3 hissə payı və 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin miras qoyan X9 payına düşən 1/3 hissənin 1/4 hissəsi payından vərəsəsi X4 1/8 hissə və 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin X4 payına düşən 1/3 hissə pay və 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən, ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsinə vərəsəsi X4 1/8 hissə payı) miras əmlaklara onun qanun üzrə birinci növbəli vərəsələri olan uşaqları İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1̇ Sabir qızı, Cavabdeh2, Cavabdeh3 Sabir oğlu və Cavabdeh4 təsərrüfatı idarə etməklə faktiki olaraq qəbul etmişlər. Birinci növbə vərəsələrdən Cavabdeh1̇ Sabir qızı və Cavabdeh2 valideynlərindən miras qalan əmlak paylarından qardaşları hazırki tələb üzrə Cavabdeh3 Sabir oğlunun xeyrinə imtina etmişlər. İsmayıllı rayon Talıstan kənd İƏB üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 30 mart 2009-cu il tarixli vəsiyyətnamə ilə X1 bütün əmlakını, o cümlədən, Talıstan kəndindəki yaşayış evini, 0,25 hektar həyətyanı, 0,09 hektar zəbt və dövlət aktı üzrə ona məxsus olan pay torpağını nəvəsi X12 vəsiyyət etmişdir. X1 nəvəsi, hazırki tələb üzrə Cavabdeh3 Sabir oğlunun oğlu X12 vəsiyyətnamə verdiyi üçün onun miras payı vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.2–ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub–olmadığına, habelə hüquqi şəxslər olub–olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1193–cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194–cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Göründüyü kimi qanunverici sadalanan mülki hüquq normalarında ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) həm qanun üzrə, həm də vəsiyyət üzrə və ya hər iki əsasla keçməsini, qanun üzrə və vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələrin miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları və yaxud kənar şəxslər ola bilməsini, vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay hüququnun olmasını, həmçinin vəsiyyət üzrə vərəsəlik zamanı mirasdan məcburi pay tələb etmək hüququna yalnız miras açıldığı an sağ olmuş vərəsənin malik olduğunu müəyyən etməklə yanaşı, miras açılan an sağ olmayan vərəsənin mirasdan məcburi pay tələb etmək hüququnu istisna etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə qeyd olunan mülki hüquq normalarının tələbləri baxımından hesab edir ki, miras əmlak miras qoyanın öldüyü məqamadək əldə etdiyi əmlak hüququdur. Miras qoyan həmin hüququ sağ ikən əldə etməlidir. Vəsiyyət üzrə vərəsəlik zamanı məcburi pay hüququ da miras qoyan vərəsənin miras toplusuna daxil olan əmlak aktividir. Məcburi pay hüququ mirasın açıldığı an sağ olan vərəsəyə münasibətdə yarandığından, həmin pay hüququ bir vərəsəlik payı kimi onun əmlak toplusuna daxil olduğundan və həmin vərəsə mirasdan məcburi pay tələb etmək hüququnu həyata keçirmədən öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən vərəsəlik qaydasında onun vərəsələrinə keçir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014–cü il qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəllənin 1193–cü maddəsində göstərilən vəsiyyət edənin sağ olan vərəsələrinin məcburi pay hüququ mirasın açıldığı andan etibarən yarandığından, həmin pay hüququ, bir vərəsəlik payı kimi, onların əmlakına miras qoyanın öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən vərəsəlik qaydasında keçir. Göründüyü kimi, vərəsənin (vərəsələrin), o cümlədən məcburi pay üzrə vərəsənin (vərəsələrin) vərəsəlik hüquqları miras əmlakın bölüşdürüldüyü andan deyil, mirasın açıldıgı andan yaranır. X6 Məhkəməsinin Plenumu daha sonra müəyyən etmişdir ki, Mülki Məcəllənin 1193–cü maddəsində müəyyən edilmiş mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur. Bununla yanaşı, Mülki Məcəllənin 1194–cü maddəsinə əsasən məcburi pay vərəsəlik qaydasında keçdiyindən, həmin Məcəllənin 1159.1–ci maddəsində müəyyən edilmiş birinci növbə vərəsələrdən digər ailə üzvləri, həmçinin vəsiyyət edənlə qohumluq əlaqəsi olmayan şəxslər də məcburi payı tələb etmək hüququna malik ola bilərlər. X6 Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur. Məhkəmə, həmçinin hesab edir ki, məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyindən, məcburi payı tələb etmək miras açıldığı an sağ olan vərəsənin hüquq olduğundan, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirildiyindən, mirasda məcburi pay almaq hüququ olan şəxsin vəsiyyətnamə üzrə vərəsədən məcburi payın ödənilməsini tələb etmək hüququ da mirasın açıldığı andan yaranır. Göründüyü kimi hazırki tələb üzrə tərəflər həm atalarına həm də analarına münasibətdə miras açıldığı an sağ olduqları üçün mirasdan pay tələb etmə hüquqları əmələ gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008–ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyinə əsasən, subyektiv mənada hüquq normativ–hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə X7 miras əmlak olaraq qalmış 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar və 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin nikah dövründə əldə edilməsinə münasibət bildirərək qeyd edir ki, X14 ilə X10 1962-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş və ərinə məxsus hazırki fərdi yaşayış evinə köçmüşdür. Tərəf ifadələrindən də göründüyü kimi sözügedən fərdi yaşayış evi birgə nikah dövründə əldə edilməmiş, nikahdan əvvəl mövcud olmaqla, bu hal işin mübahisəsiz halıdır. Bundan başqa tərələrin faktiki sahibliyində və istifadələrində olmuş 0,7668 ha torpaq sahəsi 1998-ci il tarxdə AİK-nın qərarı ilə X14, X10 və İddiaçı1 ümumi birgə mülkiyyətinə verilmişdir. 6 iyul 1996-cı il tarixli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Aqrar islahatının əsasları haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən və digər normativ aktlardan ibarətdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Qanunun mənasından da göründüyü kimi sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə yaradılmış “Aqrar İslahat Komissiyasının” qərarı ilə (Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və ya Torpağa mülkiyyət hüququna dair Dövlət aktı formasında) Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə xüsusi mülkiyyət hüququ əsasında Azərbaycan xalqının maddi rifahını yüksəltmək məqsədi ilə əvəzsiz (hədiyyə olaraq) verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsi (İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar) nikah dövründə (1998-ci il) verilsə belə, Azərbaycan Respublikasının Ailə və Mülki Məcəlləsində nəzərdə tutulmuş “nikah dövründə əldə edilmə” kimi qəbul edilə bilinmədiyindən əvəzsiz (hədiyyə) olaraq nəzərə alınmalı və sözügedən torpaq sahələri adlarına (X14 və X10) verilmiş tərəflərin hər birinin mülkiyyəti hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin X9 payına düşən 1/3 hissənin 1/4 hissəsi(qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını) miras qoyanın vərəsələri – X8 1/8 hissə, İddiaçı1 1/8 hissə, İddiaçı2 1/8 hissə, İddiaçı3 1/8 hissə, Cavabdeh4 1/8 hissə və Cavabdeh3 Sabir oğluna 3/8 hissə, 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin miras qoyan X9 payına düşən 1/3 hissənin 1/4 hissəsi payından vərəsəsi X4 1/8 hissə və 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin X4 payına düşən 1/3 hissə payı onun vərəsələri - İddiaçı1 1/7 hissə, İddiaçı2 1/7 hissə, İddiaçı3 1/7 hissə, Cavabdeh4 1/7 hissə və Cavabdeh3 Sabir oğluna 3/7 hissə, 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin X9 payına düşən 1/3 hissənin 1/4 hissəsi miras qoyanın vərəsələri – X8 1/8 hissə, İddiaçı1 1/8 hissə, İddiaçı2 1/8 hissə, İddiaçı3 1/8 hissə, Cavabdeh4 1/8 hissə və Cavabdeh3 Sabir oğluna 3/8 hissə, 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin miras qoyan X9 payına düşən 1/3 hissənin 1/4 hissəsi payından vərəsəsi X4 1/8 hissə və 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin X4 payına düşən 1/3 hissə payı onun vərəsələri - İddiaçı1 1/7 hissə, İddiaçı2 1/7 hissə, İddiaçı3 1/7 hissə, Cavabdeh4 1/7 hissə və Cavabdeh3 Sabir oğluna 3/7 hissə, 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən, ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsi miras qoyan X9 vərəsələri - X8 1/8 hissə, İddiaçı1 1/8 hissə, İddiaçı2 1/8 hissə, İddiaçı3 1/8 hissə, Cavabdeh4 1/8 hissə və Cavabdeh3 Sabir oğluna 3/8 hissə və 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən, ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsinə vərəsəsi X4 1/8 hissə payı onun vərəsələri - İddiaçı1 1/7 hissə, İddiaçı2 1/7 hissə, İddiaçı3 1/7 hissə, Cavabdeh4 1/7 hissə və Cavabdeh3 Sabir oğluna 3/7 hissə müəyyən edilməlidir. Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə İddiaçı1 dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin X9 payına düşən 1/3 hissənin 1/4 hissəsi miras qoyanın vərəsələri – X8 1/8 hissə, İddiaçı1 1/8 hissə, İddiaçı2 1/8 hissə, İddiaçı3 1/8 hissə, Cavabdeh4 1/8 hissə və Cavabdeh3 Sabir oğluna 3/8 hissə müəyyən edilsin. 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin miras qoyan X9 payına düşən 1/3 hissənin 1/4 hissəsi payından vərəsəsi X4 1/8 hissə və 07 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,7668 hektar torpaq sahəsinin X4 payına düşən 1/3 hissə payı onun vərəsələri - İddiaçı1 1/7 hissə, İddiaçı2 1/7 hissə, İddiaçı3 1/7 hissə, Cavabdeh4 1/7 hissə və Cavabdeh3 Sabir oğluna 3/7 hissə müəyyən edilsin. 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin X9 payına düşən 1/3 hissənin 1/4 hissəsi miras qoyanın vərəsələri – X8 1/8 hissə, İddiaçı1 1/8 hissə, İddiaçı2 1/8 hissə, İddiaçı3 1/8 hissə, Cavabdeh4 1/8 hissə və Cavabdeh3 Sabir oğluna 3/8 hissə müəyyən edilsin. 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin miras qoyan X9 payına düşən 1/3 hissənin 1/4 hissəsi payından vərəsəsi X4 1/8 hissə və 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 0,339736 hektar torpaq sahəsinin X4 payına düşən 1/3 hissə payı onun vərəsələri - İddiaçı1 1/7 hissə, İddiaçı2 1/7 hissə, İddiaçı3 1/7 hissə, Cavabdeh4 1/7 hissə və Cavabdeh3 Sabir oğluna 3/7 hissə müəyyən edilsin. 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən, ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsi miras qoyan X9 vərəsələri - X8 1/8 hissə, İddiaçı1 1/8 hissə, İddiaçı2 1/8 hissə, İddiaçı3 1/8 hissə, Cavabdeh4 1/8 hissə və Cavabdeh3 Sabir oğluna 3/8 hissə müəyyən edilsin. 11 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən, ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evinin 1/4 hissəsinə vərəsəsi X4 1/8 hissə payı onun vərəsələri - İddiaçı1 1/7 hissə, İddiaçı2 1/7 hissə, İddiaçı3 1/7 hissə, Cavabdeh4 1/7 hissə və Cavabdeh3 Sabir oğluna 3/7 hissə müəyyən edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar