Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-623/2020 02.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1, İddiaçı2 və Cavabdeh2 qarşı istifadəsində olan həyətyanı torpaq sahəsinin boşaldılması, əvvəlki vəziyyətinə gətirilərək qaytarılması və maddi zərərin ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı1 (bundan sonra iddiaçı) cavabdehlər İddiaçı2 (bundan sonra birinci cavabdeh) Cavabdeh1 (bundan sonra ikinci cavabdeh) və Cavabdeh2 (bundan sonra üçüncü cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni istifadəsində olan 0.12 hektar həyətyanı torpaq sahəsindən Cavabdeh2 çıxarılması, torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətinə gətirilərək qaytarılması və cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 8500 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Qalacıq kəndində yaşayır. İsmayıllı rayon Qalacıq kənd keçmiş “Engeles” adına kolxozun xx xxxxxx 1987-ci il tarixli 08 saylı qərarı ilə ona İsmayıllı rayon Qalacıq kəndi ərazisindən 0.12 hektar həyətyanı torpaq sahəsi qanuni istifadəsinə verilmişdir. Həmin vaxtlarda qeyd edilən kolxozda işləmişdir. Kolxoz tərəfindən ona təhkim olunmuş torpaq sahəsini və həmin torpaq sahəsinin ətrafındakı yararsız sahəni təmizləyərək təxminən 0.25 hektar olan torpaq sahəsini tikinti tikmək üçün yararlı vəziyyətə gətirmişdir. Həmin torpaq sahəsinin ətrafını 2000 manat vəsait xərcləyərək hasara almışdır. Ərazidə içməli su olmadığından 3000 manat vəsait xərcləyərək içməli su çəkdirmişdir. Hasara aldığı həyətyanı torpaq sahəsində çoxillik meyvə ağacları əkib becərmişdir. 2017-ci ilədək mübahisəli torpaq sahəsini qoruyub saxlamışdır. 2017-ci ildə müvəqqəti olaraq işləmək üçün Bakı şəhərində olarkən Cavabdeh2 torpaq sahəsinin hasarını uçurmuş, iki ədəd hər biri hazırda 1000 manat dəyərləndirilən şabalıd ağacı və üç ədəd hər biri 500 manat dəyərləndirilən qoz ağaclarını kəsmiş, ərazini mişar daşı ilə hasara aldıraraq orada fərdi yaşayış evi inşa etmişdir. Bu barədə məlumatı olduqdan sonra Cavabdeh2la görüşmüşdür. Cavabdeh2 torpaq sahəsini Qalacıq bələdiyyəsinin sədri Cavabdeh1 və Qalacıq kənd sakini İddiaçı2 36000 manata satın aldığını bildirmişdir. O, bu barədə Qalacıq bələdiyyəsinə və yerli icra nümayəndəliyinə müraciət etmişdir. Qalacıq bələdiyyəsinin sədri ona ərazidə Cavabdeh2 tərəfindən fərdi yaşayış evi inşa edildiyindən həmin ərazidən deyil, başqa ərazidən torpaq sahəsi ayıracağını və onunla Cavabdeh2 görüşdürərək razılaşdıracağını bildirmişdir. Cavabdeh1 ona 600 manat pul verərək onu arxayınlaşdırmışdır. Maddi imkanı olmadığından Cavabdeh1 təklifi ilə razılaşmışdır. Həmin vaxtdan üç ildən artıq müddət keçməsinə baxmayaraq Cavabdeh2 və Cavabdeh1 tərəfindən razılaşma ilə bağlı heç bir iş görülməmişdir. Ona görə də pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmişdir. O, qanuni istifadəsində olan 0.12 hektar həyətyanı torpaq sahəsindən Cavabdeh2 çıxarılması, torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətinə gətirilərək qaytarılması və cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 8500 manat məbləğində pulun alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Birinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 1996-cı ildə iddiaçıdan 0.19 hektar həyətyanı torpaq sahəsi satın almışdır. İddiaçıdan aldığı torpaq sahəsinə dair X1 1998-ci il tarixli 68 saylı qərarı əsasında DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən xx xxxx 2002-ci il tarixli JN-248F KOD 40711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Mülkiyyətində olan torpaq sahəsini xx xxxx 2016-cı il tarixli AN-İ№0560654 nömrəli reyestrdə 4Ə-297 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinə dair öz adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış almışdır. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. İkinci cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 1996-cı ildə İddiaçı2 İddiaçı1 torpaq sahəsi almasından xəbəri olmamışdır. Həmin vaxt Qalacıq bələdiyyəsinin sədri vəzifəsində işləməmişdir. Qalacıq bələdiyyəsinin sədri vəzifəsində işləyərkən İddiaçı1 bir neçə dəfə Qalacıq bələdiyyəsinə gələrək mübahisəli torpaq sahəsi ilə bağlı ona müraciət etmişdir. O, İddiaçı1 torpaq sahəsinin İddiaçı2 məxsus olmasını və sonradan həmin torpaq sahəsinin İddiaçı2 tərəfindən Cavabdeh2 satılmasını bildirmişdir. İddiaçı1 bir neçə dəfə Qalacıq bələdiyyəsinin inzibati binasının qarşısına gələrək orada gözləmişdir.İddiaçı1 bələdiyyənin inzibati binasına dəvət edərək nə üçün binanın qarşısında gözləməsini soruşmuşdur. İddiaçı1 maddi imkanının olmadığını bildirərək onunla Cavabdeh2 görüşdürməsini və mübahisəli torpaq sahəsi üçün halallıq almasına şərait yaratmasını xahiş etmişdir. O, Cavabdeh2 mübahisəli torpaq sahəsi ilə bağlı İddiaçı1lə görüşərək qarşılıqlı razılıq əsasında halallıq almasını bildirmişdir. Cavabdeh2 İddiaçı1lə görüşərək qarşılıqlı razılığa gəlmiş və torpaq sahəsindən halallıq almaq üçün İddiaçı1 600 manat pul vermişdir. Cavabdeh2 halallıq üçün İddiaçı1 pul verərkən akt tərtib olunmuşdur. Aktda İddiaçı1 torpaq sahəsindən halallıq üçün Cavabdeh2 600 manat pul aldığını və həmin torpaq sahəsi ilə bağlı gələcəkdə heç bir tələb irəli sürməyəcəyini qeyd etmişdir. İddia tələbini əsasız hesab edir və rədd edilməsini xahiş edir. Üçüncü cavabdeh iddia tələbi qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, JN-248F KOD 40711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Qalacıq kəndi ərazisində yerləşən 0.19 hektar torpaq sahəsini xx xxxx 2016-cı il tarixli AN- İ№0560654 nömrəli reyestrdə 4Ə-297 nömrə ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında İddiaçı2 satın almışdır. Qeyd edilən torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair öz adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsindən xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış almışdır. Qalacıq bələdiyyəsinin sədri onunla görüşərək mübahisəli torpaq sahəsi ilə bağlı İddiaçı1lə qarşılıqlı razılığa gələrək halallıq almasını bildirmişdir. İddiaçı1lə görüşərək qarşılıqlı razılığa gəlmiş və torpaq sahəsindən halallıq almaq üçün İddiaçı1 600 manat pul vermişdir. Halallıq üçün İddiaçı1 pul verərkən akt tərtib olunmuşdur. Aktda İddiaçı1 torpaq sahəsindən halallıq üçün ondan 600 manat pul almasını və həmin torpaq sahəsi ilə bağlı gələcəkdə heç bir tələb irəli sürməyəcəyini qeyd etmişdir. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. xx xxxx 2002-ci il tarixli JN-248F KOD 40711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X1 1998-ci il tarixli 68 saylı qərarı əsasında İddiaçı2 mülkiyyətinə İsmayıllı rayonu,Qalacıq kəndi ərazisindən 0.19 hektar həyətyanı torpaq sahəsi verilmişdir. xx xxxx 2016-cı il tarixli AN-İ № ******* nömrəli reyestrdə 4Ə-297 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı satqısı müqaviləsindən görünür ki, JN-248F KOD 40711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı2 məxsus İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən ümumi sahəsi 0.19 hektar olan həyətyanı torpaq sahəsi Cavabdeh2 tərəfindən xx xxxx 2016-cı il tarixli AN-İ № ******* nömrəli reyestrdə 4Ə-297 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı satqısı müqaviləsi əsasında 9500 manata satın alınmışdır. DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış və çıxarışa əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportundan müəyyən edilir ki, İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən 0.19 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 85.4 kv.m olan iki mərtəbəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində Cavabdeh2 adına qeydə alınaraq xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Azərbaycan Respublikası Milli X2 rayon Dövlət Arxivinin xx xxxxxx 2020-ci il tarixli 36 nömrəli sorğuya cavab məktubundan görünür ki, İsmayıllı rayon Qalacıq kənd İƏD-nin 50 nömrəli arxiv fondunda saxlanılan 1986-2000-ci illər üzrə təsərrüfatbaşına kitablarında İddiaçı1 adına 1989-cu ildən 0.12 hektar torpaq sahəsi qeydə alınsa da, həmin illərdə İddiaçı2 adına torpaq sahəsi qeydə alınmamışdır. Araşdırma zamanı müəyyən edildi ki, X1 1998-ci il tarixli 68 saylı qərarı əsasında JN-248F KOD 40711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı2 mülkiyyətinə İsmayıllı rayonu, Qalacıq kəndi ərazisindən 0.19 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı2 JN-248F KOD 40711018 nömrəli şəhadətnaməyə əsasən mülkiyyətində olan 0.19 hektar həyətyanı torpaq sahəsini xx xxxx 2016-cı il tarixli AN-İ № ******* nömrəli reyestrdə 4Ə-297 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın alqı satqısı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Qeyd edilən alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 İsmayıllı rayonu, Qalacıq kəndi ərazisində yerləşən 0.19 hektar torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 85.4 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinə dair öz adına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydə alınmış xx xxxx 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış və fərdi yaşayış evinə dair texniki pasport almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. JN-248F KOD 40711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.19 hektar həyətyanı torpaq sahəsi İddiaçı2 mülkiyyətində olduğundan, həmin torpaq sahəsi qanunvericiliyə uyğun tərtib olunmuş alqı-satqı müqaviləsi əsasında İddiaçı2 tərəfindən Cavabdeh2 satıldığından və İddiaçı1 mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığından iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216- 220, 227.2 və 227.3-cü maddələrini maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı1 cavabdehlər Cavabdeh1, İddiaçı2 və Cavabdeh2 qarşı qanuni istifadəsində olan 0.12 hektar həyətyanı torpaq sahəsindən Cavabdeh2 çıxarılması, torpaq sahəsinin boşaldılması və əvvəlki vəziyyətinə gətirilərək qaytarılması, cavabdehlər Cavabdeh1, İddiaçı2 və Cavabdeh2 müştərək qaydada maddi zərərə görə 8500 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-623/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-623/2020
02.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver