Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-631/2020 12.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və İsmayıllı rayon Notariat ofisinə qarşı mirasın qəbul edilməsinin müəyyən edilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək xx xxxx 2010-cu il tarixdə vəfat etmiş X4 qalan mirasın onun əri olmuş X25 tərəfindən qəbul edilməsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx xxxxxx 2016-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN-1265F KOD 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,07 hektar həyətyanı torpaq sahəsinin miras qalan 2/3 hissəsinin yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (bundan sonra iddiaçı) iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, mərhum X25 onun əri olmuşdur. Vahidin birinci arvadı Gülqayıt Hacıyeva vəfat etdikdən sonra xx xxxxxx 2011-ci il tarixdə onunla rəsmi nikaha daxil olmuşdur. Vahid 2-ci qrup əlil olmaqla lal-kar olmuşdur. Vahidin Gülqayıtla olan nikahından övladı olmamış və ona görə də Gülqayıt sağlığında bacısının qızı olan Cavabdeh2 övladlığa götürmüşdür. Gülqayıt 2010-cu ildə vəfat etdikdən sonra Sevinc həqiqi valideynlərinin yanına qayıtmışdır. Gülqayıtın bütün əmlaklarını bacısı Rəhilə aparmışdır. Vahid vəfat edənə qədər uzun müddət ağır xəstə olmuş, lakin Sevinc atası Vahidlə əlaqə saxlamamış və onun qayğısına qalmamışdır. Vahidin bütün qayğılarını onunla Vahidin bacısı Qızbacı Hacıyeva çəkmişdir. Sevinc xx xxxx 2017-ci il tarixdə evlənərkən hətta atası Vahidi toy şənliyinə dəvət etməmiş və Vahid həmin toyda iştirak etməmişdir. Vahid 2018-ci ildə vəfat etmişdir. Vahid vəfat etdikdən bir gün sonra Sevinc bir neçə dəqiqəlik hüzrə gəlib getmişdir. Sevinc övladlıq vəzifəsini yerinə yetirməmiş, Vahidin dəfn və hüzr xərclərinə qoşulmamış, miras əmlakla maraqlanmamış, yalnız 2020-ci ildə X15 müraciət edərək mirası ələ keçirməyə çalışmışdır. Vahidin birinci arvadı vəfat etdikdən sonra ondan qalan mirası Vahid qəbul etmiş, Vahid vəfat etdikdən sonra ondan qalan mirası isə faktiki o qəbul etmişdir. O, mərhum ərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün X15 müraciət etmiş, lakin mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddətin buraxıldığı və miras əmlakın faktiki qəbulu üçün sübutun olmadığı əsas göstərilərək ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx xxxxxx 2006-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN-1265F KOD 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,07 hektar həyətyanı torpaq sahəsində mövcud olan ev Vahid tərəfindən Gülqayıtla ailə həyatı qurmamışdan əvvəl inşa edilmişdir. Həmin evin açarı onda olmuş, həyətdə tərəvəz məhsulları əkib becərmişdir. xx xxxx 2010-cu il tarixdə vəfat etmiş Gülqayıt Hacıyevadan qalan mirasın əri Vahid Hacıyev tərəfindən qəbul edilməsini və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx xxxxxx 2016-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN-1265F KOD 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,07 hektar həyətyanı torpaq sahəsinin miras qalan 2/3 hissəsinin yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə1 (bundan sonra iddiaçının nümayəndəsi) iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 (bundan sonra birinci cavabdeh) iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, mərhum X8 onun doğma xalasıdır. X8 və X25 ər-arvad olmuşlar. Övladları olmadığından Gülqayıt Hacıyeva və Vahid Hacıyev onu övladlığa götürmüşlər. JN-1265F KOD 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,07 hektar həyətyanı torpaq sahəsinin 1/3 hissəsi onun, qalan 2/3 hissəsi isə onu övladlığa götürən valideynlərinin paylı mülkiyyətində olmuşdur. Gülqayıt Hacıyeva xx xxxx 2010-cu il tarixdə vəfat etmişdir. Anası vəfat edərkən onun 11 yaşı olmuşdur. Atası fiziki qüsurlu olmuşdur. Azyaşlı olduğundan doğma anası Rəhilə ona qəyyum təyin edilmiş və yaşaması üçün öz yanına köçürmüşdür. Anasından qalan mirası qəyyumunun vasitəsilə qəbul etmişdir. Atası ilə daim ünsiyyətdə olmuş, xx xxxx 2017-ci il tarixdə atasının xeyir-duası ilə ailə həyatı qurmuş və atası da həmin toy şənliyində iştirak etmişdir. Atası xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Atasının dəfn və hüzr mərasimlərində iştirak etmişdir. Mərasimlərin keçirilməsi, baş daşının qoyulması atasının dəfn xərci pulu hesabına olmuşdur. Atasının vəfatından sonra analığı Bikə özünə məxsus əmlakları götürərək atası evinə qayıtmışdır. X32 açarları almış, evə və həyətə yiyəlik etmək istəmiş və onu həyətə buraxmamışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən edilmiş müddətdə Notariat Kontoruna müraciət edərkən ondan müəyyən sənəd, o cümlədən, miras qalan torpaq sahəsinə dair çıxarış tələb olunmuşdur. Torpaq sahəsinə dair müvafiq sənəd onda olmadığı üçün atasının vəfatından 2 ay sonra torpaq sənədini əldə etmək üçün DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş və müraciəti əsasında xx xxxxxx 2018-ci il tarixdə torpaq sahəsinə dair JN1265F saylı şəhadətnamənin surəti ona təqdim edilmişdir. Bundan sonra miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X19 müraciət etmiş və ona xx xxxxx 2019-cu il tarixli atasının vərəsəsi olması barəsində məktub verilmişdir. Bundan sonra çıxarışın alınması üçün ərizə ilə DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Həyətyanı torpaq sahəsinin qapısı bağlı olduğu üçün ölçmə işlərinin aparılması mümkün olmamış, bibisi Qızbacı valideynlərindən miras qalan həyətin və evin qapılarını bağlayaraq açarları ona verməmiş, ölçü işləri aparılmasına maneçilik törətmişdir. Ərazi idarəsinin mütəxəssisləri texniki inventarlaşdırma işləri aparılması üçün əraziyə getmiş, lakin fərdi yaşayış evinin yerləşdiyi ərazi qapalı olduğundan çöl ölçmə işlərinin aparılmasının mümkün olmaması barədə xx xxxxxx 2019-cu il tarixli məktubla ona cavab verilmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmiş, məhkəmə ölçü işlərinin aparılmasına Qızbacı Hacıyeva tərəfindən törədilən maneçiliyin aradan qaldırılması barədə xx xxx 2020-ci il tarixli qətnamə qəbul etmişdir. Qətnamə icra olunmuşdur. Mübahisəli torpaq sahəsinə dair çıxarış almışdır. Anasından və atasından qalan mirası birinci növbəli vərəsə kimi o qəbul etmişdir. Məhkəmənin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə bu fakt təsdiq edilir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində miras əmlakla maraqlanmamış, mirasın qəbulu ilə bağlı heç bir hərəkət etməmiş, miras əmlakı nə qanuni, nə də faktiki qəbul etməmiş, bununla bağlı heç bir təşəbbüs göstərməmişdir. İddiaçı mirasın qəbul edilməsi ilə bağlı maraqlı olmamış, yalnız Qızbacı Hacıyevanın iradəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti də ötürmüşdür. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Birinci cavabdehin nümayəndəsi Nümayəndə2 (bundan sonra cavabdehin nümayəndəsi) cavabdehin izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh İsmayıllı rayon Notariat Ofisi (bundan sonra ikinci cavabdeh) nümayəndəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə ikinci cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X5 ifadə verərək göstərdi ki, iddiaçı qardaşı arvadı, cavabdeh isə baldızı qızıdır. Qardaşı Vahid xəstə olanda iddiaçı ona qulluq etmişdir. Qardaşı Vahid vəfat etdikdən sonra evdə iddiaçı qalmışdır. Hazırda həmin evin açarı iddiaçıda, işıq kartı isə ondadır. Torpaq pulu ödənilməmişdir. X2 ifadə verərək göstərdi ki, iddiaçı qardaşı arvadı, cavabdeh isə baldızı qızıdır. Qardaşı Vahid xəstə olanda ona iddiaçı qulluq etmişdir. Qardaşı Vahid vəfat etdikdən sonra evdə iddiaçı qalmış və əmlakları da oradadır. Həmin evin açarı iddiaçıdadır. O, həmin həyətdə tərəvəz məhsulları əkmişdir. X3 ifadə verərək göstərdi ki, iddiaçı qardaşı arvadı, cavabdeh isə baldızı qızıdır. O. İsmayıllı rayonu Diyallı kəndində yaşayır. Mübahisəli evdə iddiaçı ilə bacısı Qızbacı yaşayır. İddiaçı məxsus xx xxxxxx 2018-ci il tarixli AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı İsmayıllı rayonu Vəng kəndində qeydiyyatdadır. xx xxxxxx 2006-cı il tarixli, JN 1265F KOD 40719028 nömrəli reyestrdə 1S-3574 nömrə ilə təsdiq edilmiş Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən görünür ki, İsmayıllı rayon X16 xx xxxxxx 2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı rayonun İsmayıllı kəndi ərazisindən 0,07 hektar həyətyanı torpaq sahəsi X25, X8 və X12 mülkiyyətinə verilmişdir. xx xxx 1999-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, X20 xx xxxxx 1999cu il tarixdə doğulmuşdur. X7, anası X8 olmuşdur. xx xxxxxx 2018-ci il tarixli AZ-İ№965725 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx xxxx 2010-cu il tarixdə vəfat etmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2011-ci il tarixli, 37 nömrəli qəyyumluğun və himayəçiliyin təyin olunması barədə sərəncamının surətindən görünür ki, X1 Sevinc Vahid qızının üzərində qəyyum təyin edilmişdir. xx xxxxxx 2011-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, X25 ilə X31 arasında xx xxxxxx 2011-ci il tarixdə nikah bağlanmışdır. xx xxxxxxxx 2000-ci il tarixli vəsiqənin surətindən görünür ki, X25 2-ci qrup uşaqlıqdan əlildir. AZ-İİ 168902 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx xxxx 2017-ci il tarixdə Talıstan kənd İƏD üzrə nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə Fərhadlı Röyal Sərvər oğlu ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra o, ərinin soyadına uyğun olaraq Fərhadlı soyadını qəbul etmişdir. Nikaha daxil olanadək onun soyadı Hacıyeva olmuşdur. xx xxxxxxxx 2018-ci il tarixli AZ-İ№965608 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X29 xx xxxxxx 2012-ci il tarixli, **********10 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh2 sorğusu əsasında JN1265F nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin surəti ona verilmişdir. İsmayıllı rayon Notariat Ofisinin xx xxxxx 2019-cu il tarixli, 363 nömrəli məktubunun surətindən görünür ki, xx xxxx 2010-cu il tarixdə vəfat etmiş X8 və xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmiş X18 vərəsələrinin dairəsi müəyyən edilmişdir. Mərhumun vərəsəsi Cavabdeh2dır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı X29 xx xxxxxx 2019-cu il tarixli, **********22 nömrəli daşınmaz əmlak üzərində hüquqlarına dövlət qeydiyyatına alınmasından imtina verilməsi barədə bildirişin surətindən görünür ki, ərazi idarəsinin mütəxəssisləri texniki inventarlaşdırma işləri aparılması üçün əraziyə getmiş, lakin fərdi yaşayış evinin yerləşdiyi ərazi qapalı olduğundan çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(037)-284/2020 nömrəli qətnaməsindən görünür ki, İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndində) yerləşən X25, X8 və Fərhadlı Sevı̇nc Vahı̇d qızına məxsus 0,07 həyətyanı torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinin əməkdaşlarının inventarlaşdırma işlərinin aparılmasına Hacıyeva Qızbacı Maarı̇f qızı tərəfindən yaradılan maneələrin və müdaxilələrin aradan qaldırılması qət edilmişdir. xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmiş X18 dəfn və hüzr xərclərini X28, X17, X9, X26 və İddiaçı 3000 manat məbləğində ödəmişlər. İsmayıllı rayon Notariat Ofisinin xx xxxx 2020-ci il tarixli, 867 nömrəli məktubundan görünür ki, İddiaçı əri X14 qalan miras əmlakıns qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciətinə cavab olaraq miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddətin buraxıldığı bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0,07 hektar torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 150 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydə alınaraq çıxarış verilmişdir. Həmin torpaq sahəsi üzərində Cavabdeh2, Gülqayıt Hacıyeva və Vahid Hacıyev hüquq sahibləri olmuşdur. Məhkəmə İsmayıllı rayon Notariat Ofisinə sorğu göndərərək Cavabdeh2 363 nömrə ilə adına qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işini tələb etmiş, İsmayıllı rayon Notariat Ofisinin xx xxxxxx 2020-ci il tarixli, 1058 nömrəli sorğuya cavab məktubu ilə xx xxxxx 2019-cu il tarixdə X25 və X6 adına vərəsəlik işi açıldığı və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmədiyi bildirilmişdir. Məhkəmə tərəfindən Cavabdeh2 toy mərasimində çəkilmiş foto-şəkillərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, Cavabdeh2 öz toy mərasimində atası Vahid Hacıyev iştirak etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Araşdırma zamanı müəyyən edildi ki, İddiaçı İsmayıllı rayonu Vəng kəndində qeydiyyatdadır. Mübahisəli əmlak İsmayıllı rayon İsmayıllı kəndində yerləşir. İddiaçı miras qoyan Vahid Hacıyevlə ikinci evlilikdən arvadı olmuşdur. Cavabdeh2 xx xxxxx 1999-cu il tarixdə anadan olmuş və onu Vahid Hacıyev birinci arvadı Gülqayıt Hacıyevlə birlikdə övladlığa götürmüşlər. xx xxxxxx 2006-cı il tarixli, JN 1265F KOD 40719028 nömrəli şəhadətnaməyə əsasən İsmayıllı rayonun İsmayıllı kəndi ərazisindən 0,07 hektar həyətyanı torpaq sahəsi Vahid Hacıyev, Gülqayıt Hacıyeva və Cavabdeh2 mülkiyyətindədir. Vahid Hacıyev 2-ci qrup uşaqlıqdan əlildir. Miras qoyan Gülqayıt Hacıyeva xx xxxx 2010-cu il tarixdə vəfat etmiş, Vahid Hacıyev isə fiziki qüsurlu olduğundan Cavabdeh2 doğma anası himayəsinə götürmüşdür. Cavabdeh2 azyaşlı olduğundan qəyyumu olan doğma anasının yanına köçərək onunla yaşamışdır. Gülqayıt Hacıyeva vəfat etdikdən sonra Vahid Hacıyev xx xxxxxx 2011-ci ildə İddiaçı ilə nikah bağlanmışdır. Cavabdeh2 xx xxxx 2017-ci il tarixdə ailə həyatı qurmuşdur. Toy məclisində Cavabdeh2 atası Vahid Hacıyev də iştirak etmişdir. Vahid Hacıyev xx xxxxxxxx 2018-ci ildə vəfat etmişdir. İddiaçı əri Vahid Hacıyevdən qalan miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciət etmiş, xx xxxx 2020-ci il tarixdə Notariat Ofisi tərəfindən miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddətin buraxıldığı bildirilmişdir. İddiaçı xx xxxx 2010-cu il tarixdə vəfat etmiş Gülqayıt Hacıyevadan qalan mirasın əri Vahid Hacıyev tərəfindən qəbul edilməsini və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx xxxxxx 2016-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN-1265F KOD 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,07 hektar həyətyanı torpaq sahəsinin Vahid Hacıyevdən miras qalan 2/3 hissəsinin yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsini xahiş edir. Cavabdeh2 torpaq sahəsinə dair müvafiq sənəd onda olmadığından atası Vahid Hacıyevin vəfatından 2 ay sonra torpaq sənədini əldə etmək üçün DƏDRXnin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş və müraciəti əsasında xx xxxxxx 2018-ci il tarixdə torpaq sahəsinə dair JN1265F saylı şəhadətnamənin surəti ona təqdim edilmişdir. Cavabdeh2 bundan sonra miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X19 müraciət etmiş və ona atasının vərəsəsi olması barəsində xx xxxxx 2019-cu il tarixli məktub verilmiş, lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra çıxarışın alınması üçün ərizə ilə DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi idarəsinin mütəxəssisləri texniki inventarlaşdırma işləri aparılması üçün əraziyə getmiş, lakin fərdi yaşayış evinin yerləşdiyi ərazi qapalı olduğundan çöl ölçmə işlərinin aparılmasının mümkün olmaması barədə xx xxxxxx 2019-cu il tarixli məktubla ona cavab verilmişdir. Cavabdeh2 müraciəti əsasında ölçü işlərinin aparılmasına Qızbacı Hacıyeva tərəfindən törədilən maneçiliyin aradan qaldırılması barədə xx xxx 2020-ci il tarixli qətnamə qəbul edilmişdir. Cavabdeh2 İsmayıllı rayonu İsmayıllı kəndi ərazisində yerləşən 0,07 hektar torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Çıxarış əsasında həmin torpaq sahəsi üzərində Cavabdeh2, Gülqayıt Hacıyeva və Vahid Hacıyev hüquq sahibləridirlər. Cavabdeh2 mirasın onun tərəfindən qəbul edildiyini, İddiaçı tərəfindən mirasın qəbul edilmədiyini, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti buraxdığını bildirərək iddia tələbini əsassız hesab etdiyini və rədd edilməsini xahiş edir. İkinci cavabdeh İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Həmin Məcəllənin 35.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Himayəçi ilə on altı yaşına çatmış himayədə olanın ayrılıqda yaşamasına qəyyumluq və himayəçilik orqanının razılığı ilə bu şərtlə yol verilir ki, ayrı yaşama himayədə olanın tərbiyəsinə, hüquq və mənafelərinin müdafiəsinə mənfi təsir göstərməsin. Qəyyumlar və himayəçilər yaşayış yerinin dəyişməsi barədə qəyyumluq və himayəçilik orqanlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçı özünün vərəsəliyi qəbul etməsini sübut etməlidir. İş materiallarının tədqiqi nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı əri Vahid Hacıyevin vəfatından sonra qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbulu barədə notariat kontoruna hər hansı bir ərizə verməmiş, mirasa faktiki sahiblik etməmiş, mirası qəbul etməsinə dair hər hansı bir zəruri hərəkətləri yerinə yetirməmiş, mirasın qəbul edilmə müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı mərhum əri Vahid Hacıyev vəfat etdikdən sonra miras evdə yaşamamış, əmlak vergisini, kommunal xidmətlər üçün haqları ödəməmiş, miras əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş və bunlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Cavabdeh ilkin olaraq anasından qalan əmlakı qəyyumu vasitəsilə qəbul etmiş, atasının vəfatından sonra birinci növbəli vərəsə kimi Notariat Ofisinə müraciət etmiş, lakin ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx xxxx 2010-cu il tarixdə vəfat etmiş Gülqayıt Hacıyevadan qalan mirasın Vahid Hacıyev tərəfindən qəbul edilməsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx xxxxxx 2016-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN-1265F KOD 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,07 hektar həyətyanı torpaq sahəsinin mərhum Vahid Hacıyevdən miras qalan 2/3 hissəsinin yalnız İddiaçı tərəfindən qəbul edilməsinin müəyyən edilməsinə dair iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı xx xxxx 2010-cu ildə vəfat etmiş X4 qalan mirasın onun əri olmuş X25 tərəfindən qəbul edilməsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx xxxxxx 2016-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN-1265F KOD 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,07 hektar həyətyanı torpaq sahəsinin miras qalan 2/3 hissəsinin yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-631/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-631/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver