Məhkəmə qərarları › İş №2(037)-631/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-631/2021

15.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-631/2021 15.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Tarverdı̇ yeva Tünzalə Fərman qızının cavabdehlər Tarverdı̇ yeva Adı̇ lə Osman qızı və Tarverdı̇ yev Elfaq Sabir oğluna qarşı birgə nikah dövründə inşa olunmuş fərdi yaşayış evinə məcburi köçürülmə tələbinə dair mülki işə 15 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Tarverdı̇ yeva Tünzalə Fərman qızı cavabdehlər Tarverdı̇ yeva Adı̇ lə Osman qızı və Tarverdı̇ yev Elfaq Sabir oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh Tarverdı̇ yev Elfaq Sabir oğlu ilə 2018-2019-cu illərdə birgə nikah dövründə İsmayıllı rayonu Aşıqbayramlı kəndində inşa olunmuş iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evinə iki azyaşlı uşaqları ilə birlikdə məcburi köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 08 iyun 2017-ci il tarixdə o, Cavabdeh2lə rəsmi nikahla ailə qurmuş və sonuncunun yaşadığı İsmayıllı rayonu Aşıqbayramlı kəndindəki evə gəlin köçmüşdür. Birgə nikahlarından 06 iyun 2018-ci il tarixdə X6 və 07 dekabr 2020-ci il tarixdə X7 anadan olmuşdur. Birgə nikah dövründə onlar 2018-2019-cu illərdə 6000 manata satın aldıqları 0,12 hektar həyətyanı torpaq sahəsində iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evi inşa etdirmişlər. O, Cavabdeh2 faktiki ayrılana qədər həmin evdə yaşamışdır. O, Cavabdeh2lə münasibətləri pozulduğundan və ikinci övladının doğuşu ilə əlaqədar müvəqqəti olaraq valideynlərinin yanına gəlmişdir. Həmin ərəfədə Cavabdeh2 törətdiyi cinayət əməlinə görə həbs olunmuş, ikinci övladı doğulduqdan sonra isə Cavabdeh1 onu evə buraxmamışdır. O, övladları ilə birlikdə məcbur qalaraq valideynlərinə məxsus evdə çətin vəziyyətdə yaşamışdır. O, iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh2 həbsdən azad olunmuşdur. Bundan sonra onlar bir müddət birlikdə yaşasalar da sonradan yenidən mübahisələri yaranmış və birlikdə yaşamaqları mümkün olmamışdır. O, birgə nikah dövründə inşa etdikləri evdə yaşaması üçün rəsmi sənədin olmasını istəyir. O, Cavabdeh2lə 2018-2019-cu illərdə birgə nikah dövründə İsmayıllı rayonu Aşıqbayramlı kəndində inşa olunmuş iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evinə iki azyaşlı uşaqları ilə birlikdə məcburi köçürülməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, JN-179F KOD 40718028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Aşıqbayramlı kəndi ərazisindən 0,13 hektar torpaq sahəsi onun və ailə üzvlərindən X5, X2 və X1 mülkiyyətinə verilmişdir. Qeyd edilən şəhadətnamədə oğlu Cavabdeh2 adı yoxdur. O, həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçı oğlu Cavabdeh2lə ailə qurduqdan sonra sonuncu ilə birlikdə İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0,06 hektardır və hazırki işə aidiyyatı olmayan X4, X12 və X9 mülkiyyətindədir. Mülkiyyətçilərdən İlyas Paşayev ona baş etibarnamə vermişdir. Qeyd edilən etibarnamədə həmin torpaq sahəsinə dair hər hansı bir qeyd yoxdur. İddiaçının köçməsini tələb etdiyi fərdi yaşayış evinin mülkiyyət hüququna dair sənədi yoxdur. İddiaçının həmin evə və ya özünün yaşadığı evə onun qeydiyyatı yoxdur. İddiaçı öz atasının evində qeydiyyatdadır. İddiaçının iddia tələbinin ona aidiyyatı yoxdur. İddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını qərara almışdır. JN-179F KOD 40718028 nörməli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə İsmayıllı rayonun Aşıqbayramlı kəndi ərazisindən 0,13 hektar həyətyanı torpaq sahəsi Cavabdeh1, X5, X2 və X1 mülkiyyətinə verilmişdir. JN-139A KOD 40718028 nörməli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən edilir ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə İsmayıllı rayonun Aşıqbayramlı kəndi ərazisindən 0,06 hektar həyətyanı torpaq sahəsi X4, X12 və X9 mülkiyyətinə verilmişdir. 23 dekabr 2018-ci il tarixli AR-İ №623996 nömrəli etibarnamənin surətindən müəyyən edilir ki, X12 əmlaklarını Cavabdeh1 etibar etmişdir. Qeyd edilən etibarnamədə mübahisəli fərdi yaşayış evinə və həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı bir qeyd yoxdur. 08 iyun 2017-ci il tarixli AZ-İİ №188183 nömrəli Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Tarverdı̇ yev Elfaq Sabir oğlu ilə Tarverdı̇ yeva Tünzalə Fərman qızı 08 iyun 2017-ci il tarixdə nikaha daxil olmuşlar. 01 iyul 2018-ci il tarixli AZ-İV №098750 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X6 06 iyun 2018-ci il tarixdə İsmayıllı şəhərində doğulmuşdur. 25 yanvar 2021-ci il tarixli AZ-İV №560759 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X7 07 dekabr 2020-ci il tarixdə Ağsu şəhərində doğulmuşdur. 20 yanvar 2021-ci il tarixli AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Tarverdı̇ yeva X3 şəhəri, X11 küçəsində qeydiyyatdadır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, JN-179F KOD 40718028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayonu Aşıqbayramlı kəndi ərazisindən 0,13 hektar torpaq sahəsi Cavabdeh1, X5, X2 və X1 mülkiyyətinə verilmişdir. Qeyd edilən şəhadətnamədə Cavabdeh2 adı yoxdur. İddiaçı Cavabdeh2lə 2017ci ildə rəsmi nikah münasibətlərinə daxil olmuş və birgə nikahlarından 06 iyun 2018-ci il tarixdə İlyas və 07 dekabr 2020-ci il tarixdə Səid adlı uşaqları doğulmuşdur. İddiaçı Cavabdeh2lə ailə qurduqdan sonra sonuncu ilə birlikdə İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0,06 hektar olmaqla, hazırki işə aidiyyatı olmayan X4, X12 və X9 mülkiyyətindədir. Mülkiyyətçilərdən İlyas Paşayev Cavabdeh1 baş etibarnamə versə də qeyd edilən etibarnamədə həmin torpaq sahəsinə dair hər hansı bir qeyd yoxdur. İddiaçının köçməsini tələb etdiyi fərdi yaşayış evinin mülkiyyət hüququna dair sənədi yoxdur. İddiaçı öz atasının evində qeydiyyatdadır. İddiaçı Cavabdeh2lə birgə nikah dövründə İsmayıllı rayonu Aşıqbayramlı kəndində inşa olunmuş fərdi yaşayış evinə iki azyaşlı uşaqları ilə birlikdə məcburi köçürülməsini tələb edir. Cavabdeh1 iddia tələbini qəbul etmir, iddiaçının köçmək istədiyi evin mülkiyyət hüququna dair sənədinin olmadığını, həmin evdə qeydiyyatda olmadığını və iddiaçının iddia tələbinin ona aidiyyatının olmadığını bildirir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi,həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan,notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kampensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri,arvadı, valideynləri,uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər.Digər ailə üzvlərinin (ərin,arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ilə müəyyən edildi ki, iddiaçı mübahisəli evdə qeydiyyatda deyil. İddiaçının köçməsini tələb etdiyi fərdi yaşayış evinin mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənədi yoxdur. Həmin evin yerləşdiyi torpq sahəsinin də cavabdehlərə heç bir aidiyyatı yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Tarverdı̇ yeva Tünzalə Fərman qızının cavabdehlər Tarverdı̇ yeva Adı̇ lə Osman qızı və Tarverdı̇ yev Elfaq Sabir oğluna qarşı cavabdeh Tarverdı̇ yev Elfaq Sabir oğlu ilə 2018-2019-cu illərdə birgə nikah dövründə İsmayıllı rayonu Aşıqbayramlı kəndində inşa olunmuş iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evinə iki azyaşlı uşaqları ilə birlikdə məcburi köçürülməsinə dair iddia tələbi rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar