Məhkəmə qərarları › İş №2(037)-640/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-640/2021

04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-640/2021 04.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X5 oğlunun katibliyi X1 iştirakı ilə İddiaçı Nı̇ lı̇ din Vladimir Nı̇ kolayeviçin Cavabdeh Mı̇ xayıloviçə qarşı pul və maddi zərər tələbinə dair mülki işə 04 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Nı̇ lı̇ din Vladimir Nı̇ kolayeviç (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Mı̇ xayıloviçdən (bundan sonra cavabdeh) vurulmuş maddi zərərin əvəzi kimi 940 manat pulun və 30,40 manat ödənilmiş dövlət rüsumu – cəmi 970,40 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 13 iyun 2018-ci il tarixdə İsmayıllı rayonu İvanovka kəndində dəfn mərasimində cavabdeh dəfnlə əlaqədar avtomobilini ondan istəmişdir. O, etiraz etməyərək avtomobilini cavabdehə vermişdir. Cavabdeh ona məxsus avtomobili idarə edərkən İsmayıllı-Göyçay yolunda yol patrul xidməti əməkdaşları tərəfindən saxlanıldıqda onun sərxoş olması müəyyən olunmuş və 400 manat inzibati cərimə olunmuşdur. Lakin cavabdeh həmin cərimə məbləğini indiyənədək ödəməmiş və ödəməkdən də imtina etmişdir. Onun avtomobili yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılaraq cərimə olması səbəbindən məcburi dayanacağa aparılır və ona görə də avtomobilindən istifadə edə bilmir. Bunun nəticəsində ona 300 manatdan çox maddi zərər dəymişdir. Eyni zamanda uzun müddət cavabdeh tərəfindən 400 manat inzibati cərimə ödənməmiş və hazırda həmin cərimə penyalarla birlikdə 640 manat olmmuşdur. O, 17 iyun 2021-ci il tarixdə məcbur qalaraq 640 manat məbləğində cəriməni cavabdehin əvəzinə ödəmişdir. O, cavabdehdən vurulmuş maddi zərərin əvəzi kimi 940 manat pulun və 30,40 manat ödənilmiş dövlət rüsumu – cəmi 970,40 manat pulun alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirdi bildirdi və izahat verərək göstərdi ki, o, küçədə olarkən iddiaçı avtomobili ilə yanına gəlmişdir. Həmin vaxt iddiaçı sərxoş olduğundan o, qonşusu Vladimir Prokofyevlə birlikdə onu evinə aparmaq istəmişlər. O, iddiaçının sərxoş olduğunu görərək avtomobili özü idarə etmişdir. O, iddiaçıya məxsus avtomobili idarə edən zaman yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və İsmayıllı rayon Polis şöbəsinə aparılmışlar. Polis şöbəsində ondan izahat alınmış və sonra isə evinə qayıtmışdır. O, 640 manat cərimə və 30,40 manat dövlət rüsumunu ödəməyə razıdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X3 Mixayloviç izahat verərək göstərdi ki, o, iddiaçı və cavabdehi tanıyır. O, küçədə olan zaman iddiaçı avtomobili ilə sərxoş halda ora gəlmişdir. İddiaçının sərxoş olduğunu gördükdən sonra cavabdehlə birlikdə onu evinə aparmaq istəmişlər. Cavabdeh iddiaçıya məxsus avtomobili idarə edən zaman yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. 23 yanvar 2018-ci il tarixli, AD №096494 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1975-ci il buraxılışlı, ** BB *** dövlət qeydiyyat nişanlı “VAZ 2103” markalı avtomobil İddiaçı adına qeydə alınmışdır. 17 may 2021-ci il atrixdə DİN-nin DYP Web Portalından çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Mı̇ xayıloviç ** BB *** dövlət qeydiyyat nişanlı “VAZ 2103” markalı avtomobili idarə edən zaman İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə olunmuşdur. Ödəniş gecikdirildiyindən həmin tarixə 240 manat dəbbə pulu hesablanmışdır. 17 iyun 2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, 640 manat cərimə məbləği ödənilmişdir. 06 may 2021-ci il tarixli ********* nömrəli və 23 iyun 2021-ci il tarixli ********* nömrəli qəbzlərdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iddia tələbinin 640 manat pul hissəsinə münasibətdə qeyd edir ki, iddiaçıya məxsus avtomobili cavabdeh sərxoş vəziyyətdə idarə edərkən 400 manat inzibati cərimə olunmuşdur. Cavabdeh həmin cərimə məbləğini vaxtında ödəmədiyindən 240 manat dəbbə pulu hesablanmışdır. Cavabdeh 640 manat cərimə məbləğini ödəmədiyindən iddiaçı həmin cərimə məbləğini ödəməyə məcbur olmuşdur. Cavabdeh iddia tələbini qismən qəbul edərək iddiaçıya 640 manat pulu iddiaçıya ödəməyə razı olduğunu bildirir. İddiaçının cavabdehin təqsiri üzündən 640 manat cərimə məbləğini ödəməsi faktı məhkəmə iclasında sübuta yetirildiyindən məhkəmə qərara gəlir ki, iddia tələbi 640 manat pul hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin 300 manat maddi zərər hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən maddi zərərin əvəzi kimi 300 manat tələb etsə də həmin faktları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədi. Həmin faktlar məhkəmə iclasında da təsdiq edilmədi. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi 300 manat maddi zərər hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehdən 30,40 manat ödənilmiş dövlət rüsumu məbləği alınmasına dair hissəsi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Mı̇ xayıloviçdən 640 manat pul və 30,40 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 670 (altı yüz yetmiş) manat 40 (qırx) qəpik alınaraq iddiaçı Nı̇ lı̇ din Vladimir Nı̇ kolayeviçə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar