Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-652/2023 16.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi və X15 İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdikləri qohumluq münasibətlərinin və miras əmlakın qəbul olunması faktlarının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə 16 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyənetdi: Ərizəçilər Ərizəçi və X23 ərizə ilə məhkəməyə müraciət edərək,X5 Ərizəçi doğma nənəsi olması və Azərbaycan Respublikası DTXK tərəfindən tərtib olunmuş JN-170 Kod 40710018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə X2 miras qalmış 1.01 hektar kənd təsəsrrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Ərizəçi ərizəsini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, ərizəçi Əfqan Əliyev qardaşıdır.O,xx.xx.1970-ci ildə,qardaşı Əfqan Əliyev isə xx.xx.1973-cü ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuşlar.X32 və anası isə Sifayə Əliyevadır.Anası 20 oktyabr 2021-ci il tarixdə,atası isə 03 sentyabr 2022-ci il tarixdə vəfat etmişlər.Mərhum X26nın anası yəni nənəsi X8 26 sentyabr 1998-ci il tarixdə vəfat etmişdir.X25 ilə birlikdə onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonu,Qalagah kəndi ərazisindən 4.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.X26 və X25 vəfat etdikləri günədək İsmayıllı rayonu,Qalagah kəndində ona məxsus evdə onunla birlikdə yaşamışlar.X25 vəfat etdikden sonra ondan qalan miras əmlakı faktiki olaraq birinci növbə vərəsəsi olan X26 qəbul edərək idarə etmişdir.X17 diger birinci növbə vərəsələri olmamışdır. X26 2021-ci ildə vəfat etdikdən sonra isə nənəsindən qalan miras əmlakı o qəbul etmiş,torpağı əkib-becərərək vergisini vaxtı-vaxtında ödəyir. Digər vərəsələr qardaşı Əfqan Əliyev və bacısı Xalidə İmaməliyeva isə mərhum nənələri Qumru Quluyevadan miras qalmış əmlakın vərəsəlik yolu ilə onlara düşən paylardan onun xeyrinə imtina etmişlər və gələcəkdə bununla bağlı heç bir iddia və tələblərinin olmayacaqlarını və mirasdan pay istəmədiklərini bildirmişlər.Məlum hadisələrlə bağlı 1980ci illərin sonunda Ermənistandan məcburi köçkün kimi Azərbaycana gəlmişlər və bütün sənədləri də orada qalmışdır. Ona görə də X26nın doğum haqqında şəhadətnaməsi olmadığından Qumru Quluyevanın onun doğma nənəsi olması faktını təsdiq edə bilmir.Anasının doğum haqqında şəhadətnaməsini əldə etmək üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş,Qeydiyyat Şöbəsindən Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanmadığından anasının doğum haqqında şəhadətnaməsinin İsmayıllı rayon Qeydiyyat şöbəsinin arxivində mövcud olmadığı bildirilmişdir.X7 doğma nənəsi olması və Qumru Quluyevadan miras qalan əmlakı adına rəsmiləşdirməsi üçün lazımı sənədləri əldə edə bilmədiyindən bunun həll olunması məhkəmədən kənar mümkün deyildir.Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir və ərizəsinin təmin olunaraq mərhum X5 onun doğma nənəsi olması və Azərbaycan Respublikası DTXK tərəfindən tərtib olunmuş JN-170 Kod 40710018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı üzrə mərhum X2 miras qalmış 1.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə onun tərəfindən qəbul edilməsi faktlarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ərizəçi X23 məhkəmə iclasına gəlməmiş,məhkəməyə dəftərxana vasitəsilə ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş,lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 ifadə verərək göstərdi ki, ərizəçilər qardaşlarıdır. X32 03 sentyabr 2022-ci il tarixdə, X26 isə 20 oktyabr 2021-ci il tarixdə vəfat etmişlər.Mərhum X26nın anası yəni X25 26 sentyabr 1998-ci il tarixdə vəfat etmişdir. Mərhum X25dan 1.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır.X26 və X25 vəfat etdikləri günədək İsmayıllı rayonu, Qalagah kəndində qardaşı Ərizəçi məxsus evdə onunla birlikdə yaşamışlar.X25 vəfat etdikden sonra ondan qalan miras əmlakı faktiki olaraq birinci növbə vərəsəsi olan X26 qəbul edərək idarə etmişdir.X17 diger birinci növbə vərəsələri olmamışdır.X26 2021-ci ildə vəfat etdikdən sonra isə nənəsindən qalan miras əmlakı qardaşı Ərizəçi qəbul etmişdir və torpağı əkib-becərərək vergisini vaxtı-vaxtında ödəyir.Digər vərəsələr o və qardaşı Əfqan Əliyev mərhum nənələri Qumru Quluyevadan miras qalmış əmlakın vərəsəlik yolu ilə onlara düşən paylardan qardaşları Ərizəçi xeyrinə imtina edirlər və gələcəkdə bununla bağlı heç bir iddia və tələbləri olmayacaqdır və mirasdan pay istəmirlər. X4 ifadə verərək göstərdi ki,İsmayıllı rayonu, Soltankənd kəndində yaşayır.Ərizəçilər xalası uşaqlarıdır. Ərizəçilərin X32 03 sentyabr 2022-ci il tarixdə və X26 isə 20 oktyabr 2021-ci il tarixdə vəfat etmişlər. Ərizəçilərin mərhum X26nın anası yəni nənələri Qumru Quluyeva 26 sentyabr 1998-ci il tarixdə vəfat etmişdir. Ərizəçilərin mərhum nənələri Qumru Quluyevadan 1.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır.Sifayə Əliyeva və anası Qumru Quluyeva vəfat etdikləri günədək İsmayıllı rayonu,Qalagah kəndində xalası oğlu Ərizəçi məxsus evdə onunla birlikdə yaşamışlar.Qumru Quluyeva vəfat etdikden sonra ondan qalan miras əmlakı faktiki olaraq birinci növbə vərəsəsi olan qızı Sifayə Əliyeva qəbul edərək idarə etmişdir.X19 diger birinci növbə vərəsələri olmamışdır. Ərizəçilərin X26 2021-ci ildə vəfat etdikdən sonra nənələrindən qalan miras əmlakı Ərizəçi qəbul etmişdir və torpağı əkib-becərərək vergisini vaxtı-vaxtında ödəyir.Digər vərəsələr Əfqan Əliyev və Xalidə İmaməliyeva isə mərhum nənələri Qumru Quluyevadan miras qalmış əmlakın vərəsəlik yolu ilə onlara düşən paylardan qardaşları Ərizəçi xeyrinə imtina etdiklərini və gələcəkdə bununla bağlı heç bir iddia və tələblərinin olmayacağını və mirasdan pay istəmədiklərini bildirirlər. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.1970-ci il tarixli İ-ЗЖ №090552 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,Ərizəçi 1970-ci ildə Ermənistan Respublikasında anadan olmuş, atası X24, anası X13r, bu barədə doğum haqqında akt qeydləri kitabında 1970-ci ilin mart ayının,27 günüdə 33 nömrə ilə qeyd edilmişdir. İşdə olan xx.xx.1973-cü il tarixli İ-CЛ №334825 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki,X23 1973-cü ildə Ermənistan Respublikasında anadan olmuş, atası X24, anası X13r, bu barədə doğum haqqında akt qeydləri kitabında 1973-cü ilin fevral ayının,14 günüdə 10 nömrə ilə qeyd edilmişdir. İşdə olan Asan 4 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci ildə Ermənistan, Basarkeçər rayonunda anadan olmuş, İsmayıllı rayon Qalagah kəndində qeydiyyatdadır. İşdə olan Asan 1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AA0035664 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 xx.xx.1973-cü ildə Ermənistan, Basarkeçər rayonunda anadan olmuş,ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 oktyabr 2021-ci il tarixli, AZ-İİ №205820 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2021-ci il tarixdə ölmüşdür,bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 10 ayının,25 günüdə,520 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 sentyabr 2022-ci il tarixli, AZ-İİ №284667 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2022-ci il tarixdə ölmüşdür,bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 09 ayının,06 günüdə,370 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Qalagah kənd icra nümayəndəliyi tərəfindən verilmiş 27 sentyabr 1998-ci il tarixli,V-ЖГ №299093 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1998-ci il tarixdə ölmüşdür,bu barədə ölüm haqqında akt qeydləri kitabında 1998-ci ilin sentyabr ayının,27 günüdə,08 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı RİHB-nın Qalagah İƏD nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 218 nömrəli arayışından görünür ki, X20 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və vərəsəsi oğlu Ərizəçidur. İşdə olan İsmayıllı RİHB-nın Qalagah İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 10 nömrəli arayışından görünür ki, Ərizəçi nənəsi X8 xx.xx.1998-ci ildə vəfat etmişdir.Vəfat etdiyi günə kimi nəvəsi Ərizəçi yanında qalmışdır.Vəfat etdikdən sonra onun tək vərəsəsi Ərizəçi olmuşdur.Ərizəçi nənəsinə aid olan bütün əmlakını idarə etmiş,istifadə etmiş və onun vergilərini vaxtında ödəmişdir. İşdə olan İsmayıllı RİHB-nın Qalagah İƏD nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 179 nömrəli arayışından görünür ki, X8 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir və vərəsəsi qızı X13r. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-7- 168/2023 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən 1942-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş X11 doğum haqqında təkrar şəhadətnamə verilməsi barədə Ərizəçi müraciətinə cavab olaraq Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlərin Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanmadığından təkrar şəhadətnamənin verilməsinin mümükün olmadığı bildirilmiş və bununla bağlı məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İşdə olan JN-170 Kod 40710018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, JN-170 Kod 40710018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 01 iyun 1998-ci il tarixli 47 nömrəli qərarı ilə İsmayıllı rayon Qalagah kənd sakinləri X10,X23,X16 və X14 birgə mülkiyyətlərinə İsmayıllı rayon Qalagah kəndi ərazisindən 4.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir.Dövlət Aktı 840 nömrə ilə qeydə alınmışdır. Beləliklə,məhkəmə iclasında araşdırılmış sübutlarla,o cümlədən ərizəçinin izahatı,şahid ifadələri və digər iş materialları ilə müəyyən edilir ki, ərizəçilər Ərizəçi xx.xx.1970-ci ildə, Əfqan Əliyev isə xx.xx.1973-cü ildə Ermənistan Respublikasının Basarkeçər rayonunda anadan olmuşlar.Ərizəçilərin X32 03 sentyabr 2022-ci il tarixdə və anaları Sifayə Əliyeva isə 20 oktyabr 2021-ci il tarixdə vəfat etmişlər. 26 sentyabr 1998-ci il tarixdə vəfat etmiş mərhum X8 ərizəçilərin nənəsi olmuşdur. JN-170 Kod 40710018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 01 iyun 1998-ci il tarixli 47 nömrəli qərarı ilə İsmayıllı rayon Qalagah kənd sakinləri X10,X23,X16 və X14 birgə mülkiyyətlərinə İsmayıllı rayon Qalagah kəndi ərazisindən 4.04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ərizəçilərin X26 və X25 vəfat etdikləri günədək İsmayıllı rayonu, Qalagah kəndində Ərizəçi məxsus evdə onunla birlikdə yaşamışlar.X19 vəfat etdikden sonra ondan qalan miras əmlakı faktiki olaraq birinci növbə vərəsəsi olan qızı Sifayə Əliyeva qəbul edərək idarə etmişdir və X19 diger birinci növbə vərəsələri olmamışdır.Sifayə Əliyeva 2021-ci ildə vəfat etdikdən sonra isə Qumru Quluyevadan qalan miras əmlakı Ərizəçi qəbul etmişdir və torpağı əkib-becərərək vergisini vaxtı-vaxtında ödəyir.Digər vərəsələr Əfqan Əliyev və Xalidə İmaməliyeva isə mərhum nənələri Qumru Quluyevadan miras qalmış əmlakın vərəsəlik yolu ilə onlara düşən paylardan qardaşları Ərizəçi xeyrinə imtina etmişlər və gələcəkdə bununla bağlı heç bir iddia və tələblərinin olmayacaqlarını və mirasdan pay istəmədiklərini bildirmişlər. Ərizəçilər və ailə üzvləri məlum hadisələrlə bağlı 1980-ci illərin sonunda Ermənistandan məcburi köçkün kimi Azərbaycana gəlmişlər və bütün sənədləri də orada qalmışdır və özü ilə gətirə bilməmişlər. Ərizəçi mərhum X26nın doğum haqqında şəhadətnaməsi olmadığından Qumru Quluyevanın doğma nənəsi olması faktını təsdiq edə bilmir. Ərizəçi anasının doğum haqqında şəhadətnaməsini əldə etmək üçün İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, Qeydiyyat Şöbəsindən Ərizəçi Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanmadığından anasının doğum haqqında şəhadətnaməsinin İsmayıllı rayon Qeydiyyat şöbəsinin arxivində mövcud olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən şəxslərin qohumluq münasibətlərinin olması faktını - maddə 307.2.1) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir.Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılır və onlar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1167-ci maddəsnə görə vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, mərhum X6 Ərizəçi doğma nənəsi olması və JN-170 Kod 40710018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən mərhum X3 miras qalmış 1.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi X23 tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği ərizəçi X15 özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 26 sentyabr 1998-ci il tarixdə İsmayıllı rayonu Qalagah kəndində vəfat etmiş mərhum X6 Ərizəçi doğma nənəsi olması faktı müəyyən olunsun. JN-170 Kod 40710018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən 26 sentyabr 1998-ci il tarixdə İsmayıllı rayonu Qalagah kəndində vəfat etmiş mərhum X2 miras qalmış 1.01 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın tam şəkildə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçi X15 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-652/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-652/2023
16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver