Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-66/2025 28.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlişah oğlu, Cavabdeh4 və Cavabdeh3 qarşı mülkiyyətdə olan pay torpaq sahəsindən cavabdehlərin çıxarılması, çəkilmiş çəpərlərin sökülməsi və mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulması tələbinə dair mülki işə 28 aprel 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlişah oğlu, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayonu Xankəndi kəndi ərazisində yerləşən, JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə onların birgə mülkiyyətlərində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpaq sahəsinin ətrafına çəkilmiş çəpərin cavabdehlərin hesabına sökülüb götürülməsi və mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, ölkədə torpaq islahatı aparılan zaman İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə o, ailə başçısı olmaqla, arvadı İddiaçı2, qızları X7, X4 və X1 birgə mülkiyyətinə 1,92 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpaq sahəsi 26 ildir ki, onların mülkiyyətindədir. Cavabdehlər müxtəlif bəhanələrlə mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz zəbt edərək istifadələrinə maneçilik törədirlər. Dəfələrlə əlaqədar qurumlara müraciət olunmuş və mütəxəssislər yerində ölçmə işləri aparmış, cavabdehlərə izah olunmuşdur ki, zəbt etdikləri torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olmaqla onların mülkiyyətindədir. Amma nədənsə cavabdehlər onların mülkiyyət hüquqlarına qəsd edərək torpaq sahəsini zəbt edərək boşaltmaq istəmirlər. 2024-cü ilin aprel ayında mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması, mülkiyyət sənədi olan çıxarışın verilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunmuş və Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, torpaq sahəsi başqa şəxslərin istifadəsində olduğu üçün müvafiq ölçmə işləri aparmaq mümkün deyil, ərazinin boşaldılması üçün məhkəməyə müraciət olunmalıdır. Dəfələrlə cavabdehlərdən zəbt etdikləri torpaq sahəsini boşaldılmasını, torpaq sahəsinin ətrafına çəkdikləri çəpəri söküb götürmələrini istəsək də cavabdehlər qəti olaraq bundan imtina edirlər. İddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı2 və İddiaçı1 vəkili/nümayəndəsi Vəkil İddiaçı1 izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 məhkəmə iclasına gəlməmiş, iddiaçılar İddiaçı3 və İddiaçı4 etibarnamə üzrə İddiaçı1 təmsil etmişdir. İşdə iştirak edən şəxslər işə digər İddiaçı5 iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə iddiaçılar İddiaçı3, İddiaçı4 və İddiaçı5 iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, o, iddiaçılara məxsus heç bir yeri zəbt etməmiş və heç kimin torpağına girməmişdir. Ona görə də iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Cavabdeh2 Əlişah oğlu və Cavabdeh4 nümayəndəsi Nümayəndə Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, Cavabdeh4 etibarnamə üzrə Nümayəndə, Cavabdeh3 isə etibarnamə üzrə Cavabdeh1 təmsil etmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh4 və Cavabdeh3 iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarında olan: JN-106 KOD 40728018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə X10, İddiaçı2, X7, X4 və X1 birgə mülkiyyətinə İsmayıllı rayonu Xankənd kəndi ərazisindən 1,92 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. JN-034F KOD 40728028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə X11 və X2 birgə mülkiyyətinə İsmayıllı rayonu Kürdüvan kəndi ərazisindən 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. JN-059F KOD 40728028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə Cavabdeh3 mülkiyyətinə İsmayıllı rayonu Kürdüvan kəndi ərazisindən 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. JN-064F KOD 40728028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə X12, X8, X9 və X5 birgə mülkiyyətinə İsmayıllı rayonu Kürdüvan kəndi ərazisindən 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı1 ünvanladığı 26 aprel 2024-cü il tarixli, 3-21-3-42/2-2208/2024 nömrəli məktubdan görünür ki, torpaq sahəsi üzərindən gediş-gəliş yolu keçir və başqa vətəndaşın istifadəsindədir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 mart 2025-ci il tarixli, 3-21-3-42/2-1059/2025 nömrəli mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu Xankəndi kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirməklə, JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı1 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, JN-034F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X11 və digərinin mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin, JN-064F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X12 və digərlərinin mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsinin və JN-059F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh3 mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsinin islahat xəritəsinə əsasən yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir. X3 X6 əsasən İsmayıllı rayonu Xankəndi kəndində yerləşən JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı1 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,44 hektar hissəsi X15, 0,44 hektar hissəsi X12 və Cavabdeh3, 0,468 hektar hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunur. 16 oktyabr 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, JN-106 KOD 40728018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə X10, İddiaçı2, X7, X4 və X1 birgə mülkiyyətinə İsmayıllı rayonu Xankənd kəndi ərazisindən 1,92 hektar kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. JN-034F KOD 40728028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə X11 və X2 birgə mülkiyyətinə İsmayıllı rayonu Kürdüvan kəndi ərazisindən 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. JN-059F KOD 40728028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə Cavabdeh3 mülkiyyətinə İsmayıllı rayonu Kürdüvan kəndi ərazisindən 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. JN-064F KOD 40728028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə X12, X8, X9 və X5 birgə mülkiyyətinə İsmayıllı rayonu Kürdüvan kəndi ərazisindən 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı1 ünvanladığı 26 aprel 2024-cü il tarixli, 3-21-3-42/2-2208/2024 nömrəli məktubda qeyd edir ki, torpaq sahəsi üzərindən gediş-gəliş yolu keçir və başqa vətəndaşın istifadəsindədir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 mart 2025-ci il tarixli, 3-21-3-42/2-1059/2025 nömrəli mütəxəssis rəyinə əsasən İsmayıllı rayonu Xankəndi kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirməklə, JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı1 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, JN-034F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X11 və digərinin mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin, JN-064F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X12 və digərlərinin mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsinin və JN-059F KOD 40728028 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Cavabdeh3 mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsinin islahat xəritəsinə əsasən yerləşmə vəziyyəti yerquruluşu planı üzrə göstərilmişdir. X3 X6 əsasən İsmayıllı rayonu Xankəndi kəndində yerləşən JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı1 və digərlərinin mülkiyyətində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,44 hektar hissəsi X15, 0,44 hektar hissəsi X12 və Cavabdeh3, 0,468 hektar hissəsi isə Cavabdeh2 tərəfindən istifadə olunur. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsinin çəpərlənərək iddiaçıların razılığı olmadan cavabdehlər Cavabdeh2 Əlişah oğlu, Cavabdeh4 və Cavabdeh3 istifadə etməsi iddiaçıların həmin torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşması ilə nəticələnir. Məhkəmə iddia tələbinin Cavabdeh4 münasibətdə qeyd edir ki, hazırki iş üzrə Cavabdeh4 mübahisə predmeti olan torpaq sahəsini zəbt etməsi ilə bağlı iddiaçılar tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamış və həmin fakt mütəxəssis rəyində də öz təsdiqini tapmamışdır. Ona görə də iddia tələbi Cavabdeh4 aid hissədə təmin edilməməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, İsmayıllı rayonu Xankəndi kəndi ərazisində yerləşən, JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə mülkiyyətlərində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0,44 hektar hissəsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh3, 0,468 hektar hissəsindən isə Cavabdeh2 Əlişah oğlu çıxarılmalı, torpaq sahəsinin ətrafına çəkilmiş çəpər cavabdehlər Cavabdeh2 Əlişah oğlu, Cavabdeh4 və Cavabdeh3 hesabına sökülüb götürülməli və iddiaçıların mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği İddiaçı1 özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İsmayıllı rayonu Xankəndi kəndi ərazisində yerləşən, JN-106 KOD 40728018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 birgə mülkiyyətlərində olan 1,92 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin 0,44 hektar hissəsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh3, 0,468 hektar hissəsindən isə Cavabdeh2 Əlişah oğlu çıxarılsın. Torpaq sahəsinin ətrafına çəkilmiş çəpər cavabdehlər Cavabdeh2 Əlişah oğlu, Cavabdeh4 və Cavabdeh3 hesabına sökülüb götürülsün və iddiaçıların mülkiyyət hüquqlarına olan maneçiliklərə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-66/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-66/2025
28.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver