Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-670/2022 23.11.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X1 qarşı cavabdehin mülkiyyətlərində olan torpaq sahəsindən çıxarılması və mülkiyyət hüquqlarına olan maneçiliklərin aradan qaldırılması tələbinə dair mülki işə 23 noyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, Qoşakənd kəndində yerləşən daşınmaz əmlakın qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan Çıxarışla İddiaçı2 mülkiyyətində olan 0.7803 hektar və daşınmaz əmlakın qeydiyyat nömrəsi **********,reyestr nömrəsi **********14 olan Çıxarışla İddiaçı1 mülkiyyətində olan 0.401 hektar torpaq sahəsindən cavabdeh Həsənəliyev Nurəddı̇ n Bəndalı oğlunun çıxarılması və mülkiyyət hüquqlarına olan maneçiliklərin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, İsmayıllı rayonu Qoşakənd kəndinin ərazisində 0,7803 ha torpaq sahəsi İddiaçı2 və 0,401 ha torpaq sahəsi isə İddiaçı1 mülkiyyətindədir. Cavabdeh Qoşakənd kənd sakini Nurəddin Həsənəliyev mülkiyyətlərinə verilmiş 0,7803 ha və 0,401 ha torpaq sahələrini neçə illərdir qanunsuz olaraq zəbt edərək istifadə edir. Dəfələrlə onunla danışaraq yaranmış problemi həll etmək istədikdə cavabdeh heç bir razılığa gəlməyərək torpaq sahələrini boşaltmaq istəmir. Odur ki, məhkəmədən iddianın təmin edilərək, İsmayıllı rayonu, Qoşakənd kəndində yerləşən daşınmaz əmlakın qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan Çıxarışla İddiaçı2 mülkiyyətində olan 0.7803 hektar və daşınmaz əmlakın qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********14 olan Çıxarışla İddiaçı1 mülkiyyətində olan 0.401 hektar torpaq sahəsindən cavabdeh Nurəddin Həsənəliyevin çıxarılması və mülkiyyət hüquqlarına olan maneçiliklərin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iddiaçılar iddia ərizələrinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh X2 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, İsmayıllı rayonu, Qoşakənd kəndində yaşayır. Onun istifadəsində olan torpaq sahəsi meşə fondu torpağına aiddir. İstifadəsində olan meşə fondu torpağını abadlaşdıraraq orada əkinçiliklə məşğul olur. O, ancaq istifadəsində olan meşə fondu torpağından istifadə edir və iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsini zəbt etməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********07 nömrəli mütəxəssis rəyi ilə raşılaşmır. Ona görə də DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan 0.7803 hektar, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan 0.401 hektar və 02 fevral 2015-ci il tarixli icarə müqaviləsinə əsasən Rakif Həsənalıyevin icarəsində olan və onun istifadəsində olan 2.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin koordinatları yerində müəyyən edilməklə həmin torpaq sahələrinin üst-üstə düşübdüşməməsi müəyyən edilməlidir. Eyni zamanda İddiaçı1 ona qarşı eyni əsasla iddia ərizəsinə 2018-ci il tarixdə baxılmış və iddia rədd edilmişdir. Hesab edir ki, artıq eyni əsasla yenidən işə baxıla bilməz. Odur ki, izahatında göstərdiklərini nəzərə alaraq, ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, 1998-ci ildən 2005-ci ilədək İsmayıllı Meşə İdarəsində işləmişdir. Cavabdehin istifadəsində olan torpaq sahəsi əvvələr Nazirlər Sovetinin qərarı ilə kolxozlara verilmişdir. Sonradan kolxozlar ləğv edildikdən sonra həmin ərazilər meşə fondu torpaqlarına aid edilməklə İsmayıllı Meşə İdarəsinə verilmişdir. Hazırda cavabdehin istifadəsində olan torpaq sahəsi dövlət meşə fonduna aid olmaqla Girdiman meşəbəyliyinin ərazisində yerləşir. Cavabdeh istifadəsində olan meşə fonduna aid olan torpaq sahəsini kol-kosdan təmizləyərək həmin ərazini yararlı hala gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Qoşakənd kəndində yaşayır. Cavabdeh atası, iddiaçılar isə kəndçiləridir. Onun icarəsində olan və atası Nurəddin Həsənəliyevin istifadəsində olan torpaq sahəsi meşə fondu torpağına aiddir. Atası istifadəsində olan meşə fondu torpağını abadlaşdıraraq orada əkinçiliklə məşğul olur. Atası ancaq istifadəsində olan meşə fondu torpağından istifadə edir və iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsini zəbt etməmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan: xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İsmayıllı rayonu Qoşakənd kəndində yerləşən 0.7803 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 mülkiyyətinə verilmişdir. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İsmayıllı rayonu Qoşakənd kəndində yerləşən 0.401 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 05 avqust 2022-ci il tarixli, **********07 saylı mütəxəssis rəyindən görünür ki, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan 0,7803 hektar, ********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan 0,401 hektar torpaq sahələrinin koordinatları müəyyən edildi. 02 fevral 2015-ci il tarixli icarə müqaviləsinə əsasən Rakif Həsənalıyevin icarəsində olan və Nurəddin Həsənəliyevin istifadəsində olan 2,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair məkan göstəricilərini əks etdirən texniki sənəd (yerqurluşu layihəsindən çıxarış, plan-ölçü) təqdim edilməmişdir. Bu səbəbdən üst-üstə düşməni müəyyənləşdirmək mümkün deyildir. İddiaçı2 mülkiyyətində olan xx.xx.2021-ci il tarixli,**********28 reyestr nömrəli çıxarışın plan-ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən 0,7803 hektar torpaq sahəsinin 0,7688 hektar hissəsi və İddiaçı1 mülkiyyətində olan xx.xx.2021-ci il tarixli, **********14 reyestr nömrəli çıxarışın plan-ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən 0,401 hektar torpaq sahəsinin tam hissəsi faktiki naturada Nurəddin Həsənəliyevin istifadəsindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli, **********18 saylı mütəxəssis rəyindən görünür ki, kamerial qaydada elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli sorğusuna verilən mütəxəssis rəyi İddiaçı1 tərəfindən məhkəməyə təqdim olunan A seriyalı 430054 nömrəli plan-ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən 0.4175 hektar torpaq sahəsi ilə Nurəddin Həsənəliyevin faktiki istifadəsində olan torpaq sahəsinin müqayisəsi əsasında, 27 may 2022-ci il tarixli sorğusuna verilən mütəxəssis rəyi isə İddiaçı1 tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2021-ci il tarixli,**********14 reyestr nömrəli çıxarışın plan-ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən 0.401 hektar torpaq sahəsi ilə Nurəddin Həsənəliyevin faktiki istifadəsində olan torpaq sahəsinin müqayisəsi əsasında verilmişdir. Eyni zamanda məhkəmənin 16 noyabr 2018-ci il tarixli sorğusuna cavab olaraq mütəxəssis rəyində edilmiş A seriyalı 340054 nömrəli plan-ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən 0.4175 hektar torpaq sahəsi faktiki istifadə ilə uyğunsuzluq təşkil etdiyi bildirilmişdir. Mütəxəssis rəylərində yaranmış fərq İddiaçı1 tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər əsasında yaranmışdır.A seriyalı 430054 nömrəli plan-ölçüsü sənədində göstərilən koordinatlar daxilində yerləşən 0.4175 hektar torpaq sahəsinin və xx.xx.2021-ci il tarixli, **********14 reyestr nömrəli çıxarışın plan-ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən 0.401 hektar torpaq sahəsinin yerləşmə yeri yerqurluşu planı üzrə göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli,10/5753 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 05 avqust 2022-ci il tarixli, **********07 saylı mütəxəssis rəyinə əsasən DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən İddiaçı2 mülkiyyətində olan 0,7803 hektar,********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli,xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən İddiaçı1 mülkiyyətində olan 0,401 hektar torpaq sahələrinin koordinatları müəyyən edildi. 02 fevral 2015-ci il tarixli icarə müqaviləsinə əsasən Rakif Həsənəliyevin icarəsində olan və Nurəddin Həsənəliyevin istifadəsində olan 2,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair məkan göstəricilərini əks etdirən texniki sənəd (yerqurluşu layihəsindən çıxarış, plan-ölçü) təqdim edilməmişdir. Bu səbəbdən üst-üstə düşməni müəyyənləşdirmək mümkün deyildir.İddiaçı2 mülkiyyətində olan xx.xx.2021-ci il tarixli, **********28 reyestr nömrəli çıxarışın plan-ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən 0,7803 hektar torpaq sahəsinin 0,7688 ha hissəsi və İddiaçı1 mülkiyyətində olan xx.xx.2021-ci il tarixli, **********14 reyestr nömrəli çıxarışın plan-ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən 0,401 ha torpaq sahəsinin tam hissəsi faktiki naturada Nurəddin Nəsənəliyevin istifadəsindədir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin 25 avqust 2022-ci il tarixli, 27/10/31 saylı məktubundan görünür ki, İsmayıllı rayonu Qoşakənd kəndi ərazisində yerləşən 02 fevral 2015-ci il tarixli icarə müqaviləsinə əsasən Rakif Həsənəliyevin icarəsində və Nurəddin Həsənəliyevin istifadəsində olan 2.00 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2005ci ilin meşəqurluşu xəritəsinə görə Girdiman meşəbəyliyinin 17-ci kvartalının 4-cü bölməsinə aiddir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X9 Təsərrüfatı Mərkəzinin 24 oktyabr 2022-ci il tarixli, 27/10/66 saylı məktubundan görünür ki, Qoşakənd kənd bələdiyyəsi ilə X9 Təsərrüfatı Mərkəzi arasında olan mübahisəli torpaq sahəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə 27/10/55 saylı məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunmuşdur. Ərazi İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********42 saylı məktuba əsasən Ərazi İdarəsində olan elektron kadastr məlumat bazasına görə həmin ərazi vətəndaşların xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Beləliklə, məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İsmayıllı rayonu Qoşakənd kəndində yerləşən 0.7803 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 və xx.xx.2021-ci il tarixli,********** qeydiyyat nömrəli, **********14 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İsmayıllı rayonu Qoşakənd kəndində yerləşən 0.401 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 mülkiyyətinə verilmişdir. Cavabdeh isə sözügedən torpaq sahəsinin 2015-ci il tarixədək icarə müqaviləsi əsasında onun istifadəsində olduğunu, hazırda da istifadə etməklə icarə müqaviləsi bağlamadığını bildirmişdir. Bu sadalananlar işin mübahisəsiz halıdır. Hazırda mübahisəli torpaq sahəsi cavabdehin sahibliyindədir. İddiaçılar dəfələrlə torpaq sahəsini könüllü olaraq qaytarmağı təklif etmiş, lakin cavabdeh iddiaçılara məxsus torpaq sahəsinin onun istifadəsində olan torpaq sahəsi ilə eyni yerlər olmadığını, Girdiman meşəbəyliyinə aid olduğunu iddia edərək torpaq sahəsini qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir,iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub-olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq,belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçıların qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılması tələbində tətbiq olunan normada göstərilən şərtlər cavabdeh Nurəddin Həsənəliyevə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçıların mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. Buna baxmayaraq, həmin torpaq sahələrinin İddiaçı2 mülkiyyətində olan xx.xx.2021-ci il tarixli, **********28 reyestr nömrəli çıxarışın plan-ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən 0,7803 hektar torpaq sahəsinin 0,7688 ha hissəsi və İddiaçı1 mülkiyyətində olan xx.xx.2021-ci il tarixli, **********14 reyestr nömrəli çıxarışın plan-ölçü sənədində göstərilən koordinatlar daxilində yerləşən 0,401 ha torpaq sahəsinin tam hissəsi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdeh həmin torpaq sahəsi üzərində heç bir hüququ (iş materiallarında olan Qoşakənd Bələdiyyəsi ilə Rakif Həsənəliyev (hazırkı tələb üzrə cavabdehin oğlu) arasında 2006, 2007, 2013 və 2015-ci il tarixli icarə müqavilələrindən başqa, eyni zamanda 02 fevral 2015-ci il tarixdə bağlanmış icarə müqaviləsinin müddəti 1 il olmaqla,sonrakı illərdə yenilənməmişdir.) qeydiyyata alınmamışdır.Ona görə də cavabdehin sahibliyi qanunsuzdur.İddiaçıların cavabdehə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmə cavabdehin İddiaçı1 ona qarşı 2018-ci ildə eyni əsasla məhkəməyə müraciət etməsi və iddianın rədd edilməsi, buna görə də ona nisbətdə eyni tərəf, eyni predmet və eyni əsaslarla hazırkı işə baxıla bilməməsinə dair göstərdiklərinə hüquqi qiymət verərək, hesab edir ki, cavabdehin sözügedən etiraz mülahizəsi əsassızdır. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-967/2018 saylı, 27 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, hazırki tələb üzrə iddiaçı olan İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X3 rayon Qoşakənd kəndi ərazisində yerləşən 4175 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və torpaq sahəsi üzərində mülkiyyət hüququna cavabdeh tərəfindən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia rədd edilmişdir. Sözügedən qətnamədə İddiaçı1 Aqrar İslahat Komissiyasının 10 aprel 2002-ci il tarixli,09 saylı qərarı ilə ona verilmiş və tərtib edilmiş 26 may 2011-ci il tarixli “A” seriyalı 340054 nömrəli torpaq sahəsinin plan və ölçüsü əsasında məhkəməyə müraciət etmiş, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyətində olub-olmamasının dəqiqləşdirilməsi üçün reyestr xidmətinə məhkəmə tərəfindən sorğu göndərilmiş, Xidmətin 06 dekabr 2018-ci il tarixli mütəxəssis rəyində mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi əraziyə mütəxəssis tərəfindən baxış keçirildiyi, GPS cihazı vasitəsi ilə naturada ölçmə işləri aparıldığı və iddiaçının mülkiyyətinə verilmiş 26 may 2011-ci il tarixli “A” seriyalı 340054 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlara əsasən torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən edilmiş və iddia bu əsasla rədd edilmişdir. Lakin İddiaçı1 2021-ci il tarixdə 0,401 hektar torpaq sahəsinin koordinatları müəyyən edilməklə adına çıxarış almışdır. Məhkəmə xüsusi ilə vurğulayır ki, hazırkı tələb üzrə münasibətlər davam edən hüquq münasibətləridir və sözügedən tələbdə tərəflər eyni olsa da predmet və əsas eyni deyildir. Belə ki, 10 aprel 2002-ci il tarixli, 09 saylı qərarı ilə İddiaçı1 verilmiş və 26 may 2011-ci il tarixdə tərtib edilmiş “A” seriyalı 340054 nömrəli torpaq sahəsinin plan və ölçüsündə göstərilən torpaq sahəsi 4175 kv.m olsa da, xx.xx.2021-ci il tarixli, **********14 reyestr nömrəli çıxarışın plan-ölçü sənədində göstərilən koordinatlar müəyyən edilməklə torpaq sahəsi 0,401 hektardır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, cavabdeh X2 tərəfindən iddiaçıların pozulmuş mülkiyyət hüququna maneələrə son qoyulmalı və cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. İsmayıllı rayon Qoşakənd kəndində yerləşən Daşınmaz əmlakın qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********28 olan Çıxarışla İddiaçı2 mülkiyyətində olan 0.7803 hektar və Daşınmaz əmlakın qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********14 olan Çıxarışla İddiaçı1 mülkiyyətində olan 0.401 hektar torpaq sahəsindən cavabdeh Həsənəliyev Nurəddı̇ n Bəndalı oğlu çıxarılsın. Cavabdeh X2 tərəfindən iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarına olan maneçiliklər aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçıların özlərinə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-670/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-670/2022
23.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver