Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-670/2023 11.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 (X2), X7 (X3),İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı miras avtomaşının hərracda satılaraq cavabdehin payı pul şəkilində ödənilməklə ümumi paylı mülkiyyət hüququna xitam verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 11 dekabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 (X2), X7 (X3),İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum ataları X1 miras qalan, “Volkswagen bora minik” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satılaraq əldə olunan vəsaitdən Cavabdeh düşən payın pul vəsaiti ilə əvəz edilməklə verilməsi ilə onun qanun üzrə vərəsəlik hüququ əsasında birgə mülkiyyətdə olan “Volkswagen bora minik” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobildən ibarət əmlakdakı pay hüququnun itirilmiş hesab edilməsi və həmin avtomobildə ümumi paylı mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişlər. Mülki iş üzrə məhkəmə hazırlıq iclası zamanı iddiaçılar İddiaçı1, İddiaçı2 (X2), X7 (X3), İddiaçı3 və İddiaçı4 məhkəməyə dəftərxana vasitəsilə ərizə göndərərək iddia ərizələrini geri götürdüklərini, işin icraatına xitam verilməklə təqdim etdikləri sənədlərin və ödədikləri dövlət rüsumunun onlara qaytarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iddiaçıların ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 (X2), X7 (X3),İddiaçı3 və İddiaçı4 tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə göndərildiyindən iddiaçıların vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1, İddiaçı2 (X2), X7 (X3),İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı miras avtomaşının hərracda satılaraq cavabdehin payı pul şəkilində ödənilməklə ümumi paylı mülkiyyət hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçı1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-670/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-670/2023
11.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver