Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-673/2023 24.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilməsi faktının müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 24 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək xx xxxx 1957-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğumunun qeyd edilməsi faktının müəyyən olunması, doğum haqqında akt qeydində soyad, ad və ata adının Ərizəçi, doğum yerinin Ermənistan Respublikası Vardenis rayonu, atasının X7, anasının X3 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxx 1957ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, valideynləri X7 və X3 olmuşdır. Məlum hadisələrlə əlaqədar 1988-ci ilin sonlarında Ermənistan Respublikasından qaçqın düşərək ailəsi ilə birlikdə İsmayıllı rayonun Soltankənd kəndinə gəlmiş və orada məskunlaşmışlar. İsmayıllı rayonun Uştal kənd sakini X6 ilə ailə qurmuş və birgə nikahlarından iki uşaqları olmuşdur. Aparılan torpaq islahatları zamanı ailə üzvləri ilə birgə mülkiyyətlərinə Uştal kəndi ərazisində 1,14 ha kənd təsərrüfatı təyinatlı və 1199,03 kv.m həyətyanı torpaq sahələri verilmişdir. X12 18 iyul 1983-cü ildə, anası Züleyxa Orucova isə 20 sentyabr 2005-ci ildə vəfat etmişlər. Valideynlərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ondan doğum haqqında şəhadətnamə tələb olunur. Müvafiq sənədləri olmadığı üçün nikahlarını da rəsmiləşdirə bilmirlər. Lakin Ermənistan Respublikasını tərk edən zaman bütün sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsi də orada qalmışdır. Ermənistan Respublikası ilə əlaqələr olmadığına görə doğum haqda akt qeydini bərpa etmək mümkün deyildir. Yenidən doğum şəhadətnaməsi verilməsi üçün onun doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir. Bu faktın müəyyən edilməsi isə yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi X5 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və izahat verərək göstərdi ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından ərizəçiyə doğum haqqında təkrar şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçiyə doğumunun qeydə alınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X1 ifadə verərək göstərdi ki, valideynləri X7 və X3 bir müddət işləmək üçün Azərbaycan Respublikasına gəldikləri vaxt 1955-ci ildə Tərtər rayonun Borsunlu kəndində anadan olmuşdur. Bir müddət sonra ailələri ilə birlikdə Ermənistan Respublikasına qayıtmışlar. Ərizəçi onun qardaşıdır. Qardaşı Alim xx xxxx 1957-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuşdur. Onların doğum haqqında şəhadətnamələri olmuşdur. Məlum hadisələrdən sonra Ermənistan Respublikasından qaçqın düşərək ailələri ilə birlikdə İsmayıllı rayonun Uştal kəndinə gələrək orada məskunlaşmışlar. X12 1983-cü ildə, anası Züleyxa Orucova isə 2005-ci ildə vəfat etmişlər. Ərizəçinin doğum haqqında şəhadətnaməsi olmadığından valideynlərindən qalan miras əmlakı adlarına rəsmiləşdirə bilmirlər. O, ərizəçinin xx xxxx 1957-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmasını təsdiq edir. X2 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir. O, ərizəçinin xx xxxx 1957-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulmasını təsdiq edir. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 04 aprel 2012-ci il tarixdə verilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx xxxx 1957-ci il tarixdə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş, İsmayıllı rayonun Uştal kəndində yaşayır. İsmayıllı rayon Soltankənd kənd İƏD nümayəndəliyi tərəfindən 23 sentyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 147457 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20 sentyabr 2005-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Soltankənd kənd İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 may 2023-cü il tarixli 263 nömrəli arayışdan görünür ki, ərizəçi İsmayıllı rayonun Uştal kəndində yaşayır və qeydiyyatdadır. İsmayıllı rayon Soltankənd kənd İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 may 2023-cü il tarixli 277 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Uştal kənd sakini Ərizəçi ailə üzvü aşağıdakı kimidir: özü-Ərizəçi, həyat yoldaşı -X6. Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında 4086 nömrə ilə uçota alınmış “A” seriyalı 315775 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 26 may 2001ci il tarixli 123 nömrəli qərarı ilə ərizəçinin mülkiyyətinə 1199,03 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Ərizəçi və beş nəfər ailə üzvünün birgə mülkiyyətlərinə İsmayıllı rayonun Uştal kəndində 1,14 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 05 may 2023-cü il tarixli 3-16-5/8-O-15-195/2023 nömrəli məktubdan görünür ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılmadığından ərizəçiyə doğum haqqında təkrar şəhadətnamə verilməsi mümkün olmamış, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin və maraqlı tərəfin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi xx xxxx 1957-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuşdur. Ərizəçiyə İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 04 aprel 2012-ci il tarixdə AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Ərizəçiyə doğum haqqında şəhadətnamənin verilməsinə əsas olmuş doğum akt qeydi Ermənistan Respublikasında aparılmış və arxiv sənədləri orada qalmışdır. Doğum haqqında şəhadətnaməsi olmadığından ərizəçi valideynlərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Bundan başqa ərizəçi faktiki nikahını rəsmiləşdirə bilmir. Ərizəçi doğum haqqında təkrar şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ərzəçinin doğumu haqqında hər hansı məlumat olmadığından ona doğum haqqında şəhadətnamənin verilməsi və ya bərpa olunması mümkün olmamış, məhkəməyə müraciət etməsi hüququ izah olunmuşdur. Ərizəçinin doğumunun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün deyildir. Məhkəmə iclasında ifadə vermiş şahidlər ərizəçinin xx xxxx 1957-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda anadan olduğunu təsdiq edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəsisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən doğumun qeyd edilmə faktını - maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında akt qeydinin bərpa edilməsi, ərizəçinin xx xxxx 1957-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunda doğulması, atasının X7, anasının X3 olması ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə ərizəçinin doğumunun qeyd edilməsi faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi, yaxud həmin sənədin bərpası mümkün olmadığından ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən olunsun və onun doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə soyad, ad və ata adı Ərizəçi, doğulduğu yer Ermənistan Respublikası Vardenis rayonu, doğulduğu tarix xx xxxx 1957-ci il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yer İsmayıllı rayonu Uştal kəndi, atası X7, anası X3 qeyd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-673/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-673/2023
24.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver