Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-679/2020 21.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək oğlu X7 doğum və ölüm haqqında akt qeydlərində ata adının Məlik adının düzəliş edilərək Məlikməmməd kimi yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, oğlu X3 xx xxxxx 1976-cı il tarixdə 2-ci Cülyan kəndində doğulmuşdur. Oğlunun doğum akt qeydində atası X10, anası X1 qeyd olunmuşdur. Akt qeydində və onun əsasında tərtib olunmuş doğum haqqında şəhadətnamədə oğlunun ata adı Məlikməmməd əvəzinə Məlik kimi yazılmışdır. Oğlu xx xxxxxx 1996-cı il tarixdə vəfat etmişdir. Oğlunun ölümü Talıstan kənd icra nümayəndəliyində qeydə alınaraq ölüm haqqında akt qeydi və onun əsasında ölüm haqqında şəhadətnamədə də ata adı düzgün olmayaraq Məlikməmməd əvəzinə Məlik kimi qeyd olunmuşdur. Oğlunun doğum və ölüm haqqında şəhadətnamələrində ata adının səhv yazılması vərəsəlik işində və digər işlərdə ona maneçilik yaradır. Müraciətinə cavab olaraq oğlunun ata adının Məlikdən Məlikməmmədə düzəldilməsinin İsmayıllı rayon Qeydiyyat Şöbəsində mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdikləri nəzərə alınaraq İsmayıllı rayon Talıstan kənd icra nümayəndəliyi tərəfindən oğlu barəsində tərtib olunmuş doğum və ölüm haqqında akt qeydlərində “X4” əvəzinə “X15” qeyd edilməsinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X11 iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, -ərizəçinin oğlunun doğum və ölüm haqqında akt qeydlərində onun adı Məlik kimi qeyd olunmuşdur. Həmin adın Məlikməmmədə düzəliş edilməsi Qeydiyyat Şöbəsinin səlahiyətlərinə aid deyildir. Ona görə də səhvin düzəldilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Şahid X8 ifadə verərək göstərdi ki, ərizəçi qonşusudur. Onun adı Məlikməmməd olmasına baxmayaraq oğluna adi sənədlərdə Məlik kimi yazılmışdır. O, ərizəçinin adının Məlikməmməd olmasını təsdiq edir. Şahid X12 şahid X8 ilə eyni məzmunlu ifadə verərək ərizəçinin adının Məlikməmməd olmasını təsdiq etdi. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxxxx 2005-ci il tarixdə ərizəçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. xx xxxx 1976-cı il tarixli 19 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, X16 xx xxxxx 1976-cı il tarixdə doğulmuş, doğum akt qeydində ata adı X10, ana adı X6 qeyd olunmuşdur. İsmayıllı rayon Talıstan kənd icra nümayəndəliyi tərəfindən verilmiş İİİ-ЖГ 251100 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ata adı X10 və ana adı X6 qeyd olunmuşdur. xx xxxxxx 1997-ci il tarixli 21 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X16 xx xxxxxx 1996-cı il tarixdə vəfat etmiş, ölüm akt qeydində ata adı X10, ana adı X6 qeyd olunmuşdur. İsmayıllı rayon Talıstan kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ 029168 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxxx 1996-cı il tarixdə vəfat etmişdir. Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş 01388305 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ərizəçi, X6 və X9 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayon Cülyan kəndi ərazisində 0,09 hektar torpaq sahəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ərizəçi, X6 və X9 ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayon Cülyan kəndi ərazisində fərdi yaşayış evi və 0,21 hektar torpaq sahəsi verilmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, X9 ailə vəziyyətini müəyyən etmək məqsədi ilə xx xxxxxx 1996-cı il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X9 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 05/Q- 474 nömrəli məktubdan görünür ki, ərizəçi oğlunun 19 nömrəli xx xxxx 1976-cı il tarixli doğum haqqında akt qeydində və 21 nömrəli xx xxxxxx 1997-ci il tarixli ölüm haqqında akt qeydlərində ata adının Məlikdən Məlikməmmədə dəyişdirilməsi ilə bağlı İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, müraciətinə cavab olaraq ərizəçiyə oğlu X9 doğum və ölüm akt qeydlərində ata adının Məlikdən Məlikməmmədə düzəliş edilməsi üçün heç bir əsas olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçinin oğlu X16 xx xxxxx 1976cı il tarixdə anadan olmuş, xx xxxxxx 1996-cı il tarixdə vəfat etmişdir. Tərtib olunmuş 19 nömrəli xx xxxx 1976-cı il tarixli doğum və 21 nömrəli xx xxxxxx 1997-ci il tarixli ölüm haqqında akt qeydlərində və həmin akt qeydləri əsasında tərtib olunmuş doğum və ölüm haqqında şəhadətnamələrdə X2 ata adı Məlik kimi qeyd olunmuşdur. Ərizəçinin şəxsiyyət vəsiqəsində və mülkiyyət sənədlərində adı Məlikməmməddir. Sənədlərdə oğlunun ata adı Məlik kimi yazıldığından ərizəçinin oğlundan miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alması mümkün deyildir. Ərizəçi uyğunsuzluğun aradan qaldırılması ilə bağlı Qeydiyyat Şöbəsinə müraciət etmiş, ərizəsinə cavab olaraq oğlunun doğum və ölümünə dair akt qeydlərində ata adının Məlikdən Məlikməmmədə düzəliş edilməsinin mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 2.2-ci bəndində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək qeyd olunan hüquq normalarının tələblərinə əsasən hesab edir ki, ərizəçinin oğlunun ata adının Məlikməmməd olması ərizəçinin izahatı, şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan İsmayıllı rayon Talıstan kənd icra nümayəndəliyi tərəfindən X15 barəsində tərtib olunmuş doğum və ölüm haqqında akt qeydlərinin düzgün olmaması faktı müəyyən edilməli, 19 nömrəli xx xxxx 1976-cı il tarixli doğum və 21 nömrəli xx xxxxxx 1997-ci il tarixli ölüm haqqında akt qeydlərində “X4” əvəzinə “X15” qeyd edilməsinə dair qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220-ci, 305.1.7, 339-341-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. İsmayıllı rayon Talıstan kənd icra nümayəndəliyi tərəfindən X15 barəsində tərtib olunmuş doğum və ölüm haqqında akt qeydlərinin düzgün olmaması faktı müəyyən edilsin. 19 nömrəli xx xxxx 1976-cı il tarixli doğum haqqında akt qeydində və 21 nömrəli xx xxxxxx 1997-ci il tarixli ölüm haqqında akt qeydində “X4” əvəzinə “X15” qeyd edilməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-679/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-679/2020
21.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver