Məhkəmə qərarları › İş №2(037)-689/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-689/2024

17.07.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-689/2024 17.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin ölmüş elan olunması ərizəsinə dair mülki işə 17 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə müraciət edərək əri X5 ölmüş elan edilməsi, ölüm gününün məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 22 may 2014-cü il tarixdə X7 ilə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra həmin ildə əri ilə birlikdə Suriya Respublikasına getmişlər. Suriya Respublikasında yaşadığı vaxt 29 iyul 2015-ci il tarixdə Faris, 11 yanvar 2019-cu il tarixdə Abdulhəyy və 09 aprel 2023-cü il tarixdə Omar adlı üç oğlan övladını dünyaya gəltirmişdir. 23 avqust 2017-ci il tarixədək əri X7 ilə birlikdə yaşamışlar. 23 avqust 2017-ci il tarixdə X16 Respublikasında döyüşlərdə iştirak etmək üçün getmiş və həmin gündən onunla əlaqələri kəsilmişdir. 28 avqust 2017-ci il tarixdə birlikdə döyüşdüyü yoldaşları Fəridin olduğu dəstənin təyyarə ilə vurularaq məhv edildiyini və Fəridin də həmin dəstədə həlak olduğunu bildirmişlər. O bir müddət Suriya Respublikasına yaşamış, 06 noyabr 2023-cü il tarixdə uşaqlarla birlikdə Azərbaycan Respublikasına qayıtmışdır. Ərinin barəsində X15 Komitəsində axtarış sorğusu açılmış, iş hələ də bağlanmamış qalmışdır. 2017-ci ildən bu günədək onun barəsində hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Ötən 6 ildən çox müddət ərzində ondan heç bir məlumat almadığından ərinin Suriya Respublikasında yaradılmış silahlı birləşmələrin tərkibində gedən döyüşlərdə həlak olduğunu güman edir. Ərinin döyüşlərdə həlak olması barədə rəsmi sənəd olmadığına görə dövlət tərəfindən edilən güzəşt və yardımlardan istifadə edə bilmir. Ərinin ölmüş elan edilməsi isə yalnız məhkəmə qaydasında mümkündür. Ona görə də ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və qohumlarının şahid kimi dindirilərək ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Maraqlı tərəf Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İşə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. X2 ifadə verərək göstərdi ki, ərizəçi onun qızıdır. Qızı 22 may 2014-cü il tarixdə X7 ilə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. 2014-ci ildə qızı əri ilə birlikdə Suriya Respublikasına getmişdir. Suriya Respublikasında onların üç oğlan övladı dünyaya gəlmişdir. Qızı və onun ailəsi ilə daima telefon əlaqəsi saxlamışlar. Qızının əri Fərid Abasov 2017-ci ilin avqust ayının sonlarında Suriya Respublikasında döyüşlərdə iştirak etmək üçün getmiş və həmin gündən onunla əlaqələri kəsilmişdir. 28 avqust 2017-ci il tarixdə birlikdə döyüşdüyü yoldaşları Fəridin olduğu dəstənin raketlə vurularaq məhv edildiyini və Fəridin də həmin dəstədə həlak olduğunu qızından eşitmişdir. Həmin vaxtdan Fəridlə əlaqələri kəsilmişdir. Qızının ərinin Suriya Respublikasında gedən döyüşlərdə həlak olduğunu güman edir. X1 və X8 X2 ilə eyni məzmunlu ifadə verərək X14 respublikasında döyüşlərdə həlak olmasını eşitdiklərini göstərdilər. İş materiallarına əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1996-cı il tarixdə doğulmuş şəxs Ərizəçidır. 08 dekabr 2023-cü il tarixli çıxarışdan görünür ki, X7 ilə X4 arasında 22 may 2014-cü il tarixdə Maraqlı şəxsndə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Abasov, arvada Abasova soyadı verilmişdir. 1 saylı Mənzil Kommunal Sahəsi tərəfindən tərtib olunmuş 1 aprel 2024-cü il tarixli aaryışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X7 2014-cü ildən göstərilən ünvanda yaşamır. 16 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Abasoc Fərid habil oğlu üçün 08 aprel 2024cü il tarixdə X15 Komitəsində axtarış sorğusu açılmışdır. BQXK hazırkı vaxta qədər adı göstərilmiş şəxsə dair açılmış işləri hələ də bağlanmamış hesab edir. Maraqlı şəxs 16 aprel 2024-cü il tarixli 3-16-5/8-A-1343/15 nömrəli məktubundan görünür ki, X5 ölüm haqqında akt qeydinin qeydə alınması mümkün olmamış və ölüm haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. 07 mart 1996-cı il tarixdə qeydə alınmış 889 nömrəli doğum haqqında akt qeydinin surətindən görüür ki, X7 xx xxxxxx 1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçinin əri X7 xx xxxxxx 1996-cı il tarixdə doğulmuşdur. Ərizəçi 22 may 2014-cü il tarixdə X7 ilə rəsmi nikah qeydindən keçməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra Suriya Respublikasına getmişlər. 2017-ci ilin avqust ayının sonlarına qədər ərizəçi əri ilə birlikdə yaşamışdır. 23 avqust 2017-ci il tarixdə əri X16 Respublikasında döyüşlərdə iştirak etmək üçün getmiş, 28 avqust 2017-ci il tarixdə Fəridlə birlikdə döyüşən yoldaşları Fəridin olduğu dəstənin təyyarə ilə vurularaq məhv edildiyini və Fəridin də həmin dəstədə həlak olduğunu bildirmişlər. Fərid Abasov barəsində 08 aprel 2024-cü il tarixdə X15 Komitəsində axtarış sorğusu açılmış, iş hələ də bağlanmamış qalmışdır. Bu günədək ərizəçinin əri barəsində hər hansı məlumat əldə etmək mümkün olmamışdır. Ötən 6 ilə yaxın müddət ərzində ondan heç bir məlumat almadıqlarından onun Suriya Respublikasında qanunsuz yaradılmış silahlı birləşmələrin tərkibində döyüşlərdə həlak olduğu güman edilir. Ərizəçi 06 noyabr 2023-cü il tarixdə uşaqlarla birlikdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra uşaqların hər birinə ayrı-ayrılıqda Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi verilmişdir. Müvafiq orqan Fərid Abasovun son beş ildə qeydiyyatda olduğu ünvanda yaşamadığını göstərmişdir. Maraqlı şəxs Fərid Abasovun ölümünün qeydə alınmasından imtina etmiş və ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi ərinin Suriya Respublikasında gedən döyüşlərdə həlak olduğunu güman etsə də, onun döyüşdə həlak olması barədə rəsmi sənəd əldə edə bilmədiyindən dövlət tərəfindən edilən güzəşt və yardımlardan istifadə edə bilmir. Bu faktın məhkəmədən kənar təsdiq olunması isə mümkün deyildir. Ona görə də ərizəçi məhkəməyə müraciər edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı tərəf ərzəçinin tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məccəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək və qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizəçinin əri X14 Respublikasında yaradılmış qanunsuz silahlı birləşmələrin tərkibində gedən döyüşlərdə 2017-ci ilin avqust ayında ölüm təhlükəsi törədən döyüş şəraitində həlak olduğunu güman etməyə kifayət qədər əsaslar olduğundan ərizə təmin edilməli, X5 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməli, onun ölüm günü məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün sayılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41, 214, 216-220, 315.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş X7 ölmüş elan edilsin. X5 ölüm günü məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar