Məhkəmə qərarları › İş №2(037)-694/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-694/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-694/2020 28.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə X2 X1 Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X3 Təsərrüfatı Mərkəzi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) təbiətə dəymiş 163 (bir yüz altmış üç) manat 67 (altmış yeddi) qəpik ziyan məbləğinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx xxxxxx 2020-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda öz dəlilini və onu təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri xx xxxxxx 2020-ci il tarixdə almış, lakin iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh qanunsuz ağac kəsmə nəticəsində meşə fonduna 163,67 manat ziyan vurmuşdur. Bu barədə xx xxxx 2020ci il tarixdə müvafiq akt tərtib olunmuşdur. Ziyanın ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da ziyanın ödənilməsi təmin olunmamışdır. İddiaçı 163 (bir yüz altmış üç) manat 67 (altmış yeddi) qəpik maddi ziyan məbləğinin cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxx 2020-ci il tarixli 60154 nömrəli aktın surətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şamaxı Regional X1 əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə Topçu meşəbəyliyinin 02 saylı meşə dolayında yoxlama aparılarkən İsmayıllı rayon İstisu kənd sakini Cavabdeh tərəfindən üç ədəd çay qovağı kəsildiyi müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixli akta əlavə həcm qiymət cədvəlinin surətindən görünür ki, cavabdehin qanunsuz ağac kəsməsi nəticəsində təbiətə 163,67 manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, cavabdeh 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, CavabdehBasqal meşəbəyliyinin 2 saylı meşə dolayından qanunsuz olaraq gilas cinsindən diametri 24 sm olan 01 ədəd, qovaq cinsindən diametri 36 sm olan 2 ədəd, diametri 40 sm olan 1 ədəd, diametri 52 sm olan 1 ədəd, cəmi 5 ədəd ağac kəsmişdir. X3 Təsərrüfatı Mərkəzi tərəfindən Dövlət Meşə Fonduna dəymiş ziyan 163 manat 67 qəpik məbləğində hesablanmışdır. Cavabdeh dəymiş ziyan məbləğinin iddiaçının hesabına ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən 163 manat 67 qəpik məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 163 (bir yüz altmış üç) manat 67 (altmış yeddi) qəpik dəymiş ziyan məbləği alınaraq X2 X1 hesabına ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar