Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-695/2021 02.08.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi ölüm akt qeydinin düzgün olmaması faktının müəyyən olunmasına dair mülki işə 02 avqust 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) müraciət edərək atası X10 ölümü barədə İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 noyabr 2000-ci ildə tərtib edilmiş 230 saylı ölüm akt qeydində atasının soyad, ad və ata adının “X15” əvəzinə düzgün olmayaraq “X16” kimi qeyd edilməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, o, xx xxxxxx 1971-ci il tarixdə Rusiya Federasiyasının Kalinin rayonunda anadan olmuşdur. X1 və X6r. Onların sənədləri rus dilində tərtib olunduğundan onun doğum haqqında şəhadətnaməsində ata adı “X20” kimi qeyd olunmuşdur. X35 14 noyabr 2000-ci il tarixdə vəfat etmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən atasına ölüm haqqında şəhadətnamə tərtib olunarkən soyad, ad və ata adı rus dilindən düzgün tərcümə olunmayaraq X15 əvəzinə X5 yazılmışdır. Onun doğum haqqında şəhadətnaməsində adı və ata adı rus dilində yazıldığından tərcümə olunaraq ona Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. Atasının, onun və digər ailə üzvlərinin birgə mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Atasının soyad və adı düzgün qeyd olunmadığından o, atasından qalan mirası adına rəsmiləşdirə bilmir. Atasının ölüm akt qeydinin dəyişdirilməsi ilə bağlı İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, şöbə tərəfindən atasının soyad, ad və ata adının “X16”ndan “X15”na dəyişdirilməsinə əsas olmadığı bildirilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də atası X10 ölümü barədə İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 noyabr 2000-ci ildə tərtib edilmiş 230 saylı ölüm akt qeydində atasının soyad, ad və ata adının “X15” əvəzinə düzgün olmayaraq “X16” kimi qeyd edilməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi Cəbiyev Namil Maarif oğlu iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, ərizəçinin atasının ölüm akt qeydində soyad, ad və ata adı X5 yazılmışdır. Sonradan ərizəçi müraciət edərək atasının soyad, ad və ata adının “X16”ndan “X15”na dəyişdirilməsini xahiş etmişdir. Lakin ərizəçinin atasının soyad, ad və ata adının “X16”ndan “X15”na düzəliş edilməsi üçün əsas olmadığı bildirilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. X4 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir. Əri Rusiya Federasiyasında doğulduğundan onun sənədləri rus dilində tərtib olunmuşdur. Ərinin doğum haqqında şəhadətnaməsində ata adı “X20” kimi qeyd olunmuşdur. Ərinin atası 2000-ci ildə vəfat etmişdir. Ona ölüm haqqında şəhadətnamə tərtib olunarkən soyad, ad və ata adı rus dilindən düzgün tərcümə olunmayaraq “X16” kimi yazılmışdır. O, ərizəçinin atasının soyad, ad və ata adının “X15” olmasını təsdiq edir. X2 və X18 X4 ilə eyni məzmunlu ifadə verərək ərizəçinin atasının soyad, ad və ata adının “X21” olmasını təsdiq etdilər. İ-3Ж 142060 nömrəli 13 mart 1971-ci traixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin valideynləri X20 və X7r. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, ərizəçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. 16 noyabr 2000-ci il tarixli 230 nömrəli ölüm haqqında akt qeydinin və AZ-İİ 162304 nömrəli ölüm haqqında şəhadətnamənin surətlərindən görünür ki, X16 14 noyabr 2000-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2000-ci ilin 11 ayının 16 günündə 230 nömrə ilə qeydiyyat aparılmışdır. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 317 nömrəli 24 iyun 2021-ci il tarixli məktubdan görünür ki, ərizəçiyə mərhum atası X8 ölüm akt qeydində soyadının Alıyevdən Əliyevə, adının Alıdan Əliyə düzəliş edilməsi üçün heç bir əsas olmadı bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. 29 may 2000-ci il tarixli JN-0012 nömrəli Kod 40714028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X16, X22, X23 və X3 birgə mülkiyyətlərində 6,69 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi vardır. Məhkəmə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi xx xxxxxx 1971-ci il tarixdə Rusiya Federasiyasının Kalinin rayonunda anadan olmuşdur. X1 və X6r. Ərizəçinin və atasının sənədləri rus dilində tərtib olunduğundan doğum haqqında şəhadətnaməsində ata adı “X20” kimi yazılmışdır. X35 14 noyabr 2000-ci il tarixdə vəfat etmişdir. Atasına ölüm akt qeydi tərtib olunarkən rus dilindən düzgün tərcümə olunmayaraq “i” hərfinin əvəzinə “ı” hərfi yazılaraq soyad, ad və ata adı “X16” kimi qeyd olunmuşdur. Ərizəçiyə doğum haqqında şəhadətnaməsinə uyğun rus dilindən tərcümə olunaraq Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. Ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərində 6,69 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi vardır. Ərizəçinin atasının ölüm haqqında şəhadətnaməsində soyad və adı düzgün yazılmadığından o, atasından qalan mirası adına rəsmiləşdirə bilmir. Ərizəçi atasının soyad və adının düzgün olmaması ilə bağlı İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, şöbə tərəfindən ərizəçiyə atasının soyad, ad və ata adının “X16”ndan “X15”na düzəliş edilməsi üçün əsas olmadığı bildirilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ərizəçi atası X9 ölümü barədə İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 noyabr 2000-ci ildə tərtib edilmiş 230 saylı ölüm akt qeydində atasının soyad, ad və ata adının “X15” əvəzinə düzgün olmayaraq “X16” kimi qeyd edilməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəfin nümayəndəsi iş üzrə qanunamüvafiq qərar qəbul olunmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2.2-ci bəndində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarın 1-ci bəndində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yeri üzrə qeydiyyat şöbəsində həyata keçirilir. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, aidiyyəti şəxslər arasında mübahisə olduqda düzəliş məhkəmənin qətnaməsinə əsasən aparılır. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə ölüm akt qeydində düzəliş edilməməsi və bundan imtina olunması səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Məhkəmə hesab edir ki, ərizəçinin ölüm haqqında akt qeydindəki səhvliyin aradan qaldırılmasına zərurət vardır. Belə ki, Ərizəçi mərhum atası X9 ölümü barədə İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 noyabr 2000-ci il tarixdə tərtib edilmiş 230 saylı ölüm akt qeydində atasının soyadı, adı və ata adının “X15” əvəzinə düzgün olmayaraq “X16” qeydi, onun digər hüquqi sənədlərinə uyğun olaraq “X15” kimi qeyd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 305, 339-341-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən X9 ölümü barədə 16 noyabr 2000-ci il tarixdə tərtib edilmiş 230 nömrəli ölüm akt qeydində onun soyad, ad və ata adının “X15” əvəzinə düzgün olmayaraq “X16” qeyd edilməsi faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-695/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-695/2021
02.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver