Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-7/2023 19.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar Süleymanova (Dadaşova) Bənövşə Yusı̇ f qızı,İddiaçı1 Əlı̇ zadə oğlu, İddiaçı3 Əlı̇ zadə qızı və İddiaçı2 Əlı̇ zadə qızının cavabdeh Dadaşov Əlı̇ zadə Əzməmməd oğluna qarşı həyətyanı və pay torpaq sahələrinin naturada ayrılması,mülkiyyət hüquqlarının təkrar qeydə alınması və torpaq sahəsindən istifadələrinə olan maneələrin aradan qaldırılması tələbinə dair mülki işə 19 aprel 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Süleymanova (Dadaşova) Bənövşə Yusı̇ f qızı,İddiaçı1 Əlı̇ zadə oğlu, İddiaçı3 Əlı̇ zadə qızı və İddiaçı2 Əlı̇ zadə qızı cavabdeh Dadaşov Əlı̇ zadə Əzməmməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı şəhəri (keçmiş Mican kəndi) ünvanında yerləşən İsmayıllı rayon AİK-nın xx.xx.1999-cu il tarixli 66 nömrəli qərarı əsasında verilmiş JN-559F KOD 40719018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə mülkiyyətlərində olan 0.10 hektar həyətyanı torpaq sahəsi və JN-0549 KOD 40719018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə mülkiyyətlərində olan 1.24 hektar pay torpaq sahəsinin paylarına uyğun 0.10 hektar həyətyanı torpaq sahəsinin 6/4 hissəsi,1.24 hektar pay torpaq sahəsinin isə 5/3 hissəsi üzərində mülkiyyət hüquqlarının təkrar qeydə alınması, naturada bölünməsi və torpaq sahəsindən istifadələrinə cavabdeh tərəfindən olan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki işin məhkəmə baxışı iclası zamanı iddiaçılar Süleymanova (Dadaşova) Bənövşə Yusı̇ f qızı, İddiaçı1 Əlı̇ zadə oğlu və İddiaçı3 Əlı̇ zadə qızı məhkəməyə ərizə təqdim edərək bildirmişlər ki, məhkəməyə müraciət etdikdən sonra Cavabdehla öz aralarında qarşılıqlı razılığa gəlmişlər.Hazırda cavabdehə qarşı irəli sürdükləri iddiadan imtina edirlər.Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. İddiaçı2 Əlı̇ zadə qızına məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilsə də, məhkəmə iclaslarına gəlməmişdir. Ona görə də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh iddiaçılarla aralarında qarşılıqlı razılıq əldə olunduğunu, hazırda iddiaçıların ona qarşı irəli sürdükləri iddia tələbindən imtina etdiklərini, iddiaçıların ona qarşı irəli sürdükləri iddia tələbinə xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə iş materiallarını və iddiaçılar Süleymanova (Dadaşova) Bənövşə Yusı̇ f qızı, İddiaçı1 Əlı̇ zadə oğlu, İddiaçı3 Əlı̇ zadə qızı və cavabdeh Dadaşov Əlı̇ zadə Əzməmməd oğlunun ərizələrini nəzərdən keçirərək qeyd olunan hüquq normasının tələbinə əsasən qərara gəlir ki, tərəflər öz aralarında könüllü olaraq razılığa gəldiklərinə və iddiaçılar iddialarından imtina etdiklərinə və cavabdehin iddia tələbinə xitam verilməsinə etiraz etmədiyinə görə bu imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, İddiaçı4 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4,261-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçılar Süleymanova (Dadaşova) Bənövşə Yusı̇ f qızı,İddiaçı1 Əlı̇ zadə oğlu,İddiaçı3 Əlı̇ zadə qızı və İddiaçı2 Əlı̇ zadə qızının cavabdeh Dadaşov Əlı̇ zadə Əzməmməd oğluna qarşı həyətyanı və pay torpaq sahələrinin naturada ayrılması,mülkiyyət hüquqlarının təkrar qeydə alınması və torpaq sahəsindən istifadələrinə olan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə iddiaçılar öz iddialarından imtina etdiklərinə görə icraata xitam verilsin. İddiaçı4 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-7/2023
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-7/2023
19.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver