Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-7/2024 11.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və Quluzadə (Həsənli) Aygün Zöhrab qızının cavabdehlər Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızı,X21 və üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə qarşı “Qanun üzrə vərəsəlik hüququ əsasında miras əmlakın bölünməsi” tələbinə dair mülki işə 11 mart 2024-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və Quluzadə (Həsənli) Aygün Zöhrab qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X4 miras qalan,İsmayıllı şəhəri,Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evindən 1/3 hissəsinin və X19 İmtahan və X27 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AC № 130621 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən İsmayıllı şəhər sakini X8 mülkiyyətinə verilmiş “VAZ -21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlaklardan 1/2 hissəsinin miras əmlak kimi onlar tərəfindən qəbul edilməsinin və mirasın vərəsələr arasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, miras qoyan ataları X16 ilə Mürsəliyeva (Quliyeva) Almara Qərib qızının birgə nikahından xx.xx.1997-ci il tarixdə X9 və xx.xx.2000-ci il tarixdə İddiaçı1 doğulmuş,valideynləri arasında nikah qeydi 22 sentyabr 2003-cü il tarixdə pozulmuş, onlar analarının himayəsində qalmış, ataları isə Cavabdeh ilə ailə qurmuşdur. X20 xx.xx.2020-ci ildə vəfat etmişdir. Atalarının birinci növbə vərəsələri onlar və Cavabdehdır. Atalarından miras qalan əmlaklar İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evi və “VAZ - 21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşındır. Bundan başqa mərhum atalarının İsmayıllı şəhər “Bazar” ərazisində qeyri yaşayış obyekti-mağaza binası vardır. Mağaza binası 8000 manata alınmış, vəfatından sonra Cavabdeh həmin mağazanı başqa şəxslərə icarəyə vermiş və hər ay 300 manat icarə haqqı almışdır. İddiaçı1 iddia ərizəsi ilə eyni məzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı Quluzadə (Həsənli) Aygün Zöhrab qızı məhkəmə iclasında iştirak etməmiş onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi anası X5 təmsil etmişdir. İddiaçı Quluzadə (Həsənli) Aygün Zöhrab qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iddia ərizəsi ilə eyni məzmunlu ifadə verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızı məhkəmə iclasında iştirak etməmiş onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/vəkil Nümayəndə təmsil etmişdir. Məhkəmə iclasında cavabdeh Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi/vəkil Nümayəndə iddianı qismən qəbul edərək göstərdi ki, Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızının mərhum ərindən miras qalmış İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evi və “VAZ -21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət əmlaklar birgə nikah dövründə əldə edildiyi üçün həmin əmlakların ½ hissəsi Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızına məxsusudr və bundan başqa ərindən miras qalmış əmlakların digər ½ hissəsinə o birinci növbəli vərəsədir. Ona görə də ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında əlavə cavabdeh kimi cəlb edilmiş X21 göstərdi ki, qardaşı X16 xx.xx.2020-ci ildə, anası Quliyeva Əmlakə Ağa qızı isə xx.xx.2021-ci ildə vəfat etmişdir. Qardaşı vəfat etdikdən sonra onun birinci növbəli vərəsəsi anası olmuş, həmin vaxt anası mirası qəbul etmiş, anasının vəfatından sonra isə ondan qalan miras əmlakı oğlu olaraq o qəbul etmişdir. Belə olan halda hal hazırda onun sözügedən miras əmlakdan vərəsə kimi payı vardır. Ona görə də ədalətli qətnamə çxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, həmçinin iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan İsmayıllı rayon VVAQ Şöbəsi tərəfindən verilmiş, xx.xx.2000-ci il tarixli,İ-AZ № 156783 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.2000-ci il tarixdə doğulmuşdur. X3, anası X6r. İşdə olan İsmayıllı rayon VVAQ Şöbəsi tərəfindən verilmiş, xx.xx.1997-ci il tarixli,XXİ- ЖГ № 250032 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1997-ci il tarixdə doğulmuşdur. X3, anası X6r. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X18 ilə X10 arasında İsmayıllı rayonu VVAQ şöbəsində qeydə alınmış rəsmi nikah 22 sentyabr 2003-cü il tarixdə ləğv edilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ№ 866320 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X18 ilə X2 arasında xx.xx.2013-cü il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydə alınmış,ərə Quliyev,arvada Quliyeva soyadı verilmişdir.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2013-cü ilin 06 ayının 18 günündə 134 nömrə ilə qeydə alınmışdır. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 dekabr 2020-ci il tarixli,AZ-İİ №140646 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 12 ayının 24 günündə 510 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli,AZ-İİ №162052 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Quliyeva Əmlakə Ağa qızı xx.xx.2021-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 02 ayının 09 günündə 77 nömrə ilə qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş, 28 oktyabr 2022-ci il tarixli, №1307 nömrəli İddiaçı1 ünvanlanmış məktubdan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş atanız X8 adına vərəsəlik işinin açılması və digər vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi 10 gün müddətində dayandırılır.Həmin müddət ərzində işin məhkəmənin icraatında olduğuna dair sübut təqdim edildikdə məhkəmənin yekun qərarına qədər notariat hərəkətlərinin aparılması dayandırılır. Əks təqdirdə digər vərəsələrin müraciət ertdiyi zaman vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilməsi mümkündür. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 avqust 2022-ci il tarixli, **********72 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X8 adına İsmayıllı şəhəri,Abdulla Şaiq küçəsi ev 15 ünvanında mülkiyyətində olan 0.06 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi (**********,xx.xx.2014) və İsmayıllı şəhərində 5 nəfər ilə birlikdə 0.08 hektar həyətyanı torpaq sahəsi (JN-3040F kod 40701004 olan şəhadətnamə) vardır. İşdə olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, 110743-1222 nömrəli vəkil sorğusuna cavab məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən İsmayıllı şəhəri,A.Şaiq küçəsi ev 15 ünvanda qeydiyyatda olan xx.xx.1963-cü il təvəllüdlü X8 adında xx.xx.2013-cü il tarixdən “VAZ-21154” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. İşdə olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-664/2023 saylı qərardadından görünür ki, iddiaçı X11 cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayon AİK-nın xx.xx.2003-cü il tarixli 111 saylı qərarının 149 sıra nömrəsində mərhum X12 aid hissədə ləğv edilməsi,həmçinin həmin fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2014-cü il tarixli, 407-1/3762 inventar nömrəli texniki pasportun hüquq subyekti qrafasına “X21” adı yazılması və tikilinin texniki göstəricilərinə faktiki vəziyyətinə uyğun dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********58-10301 reyestr,********** qeydiyyat nömrəli, RX seriyalı №0505887 nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışdan görünür ki, İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində X13 adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan X19 İmtahan və X27 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AC № 130621 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, İsmayıllı şəhər sakini X8 adına “VAZ -21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın qeydə alınmışdır. İşdə olan İsmayıllı rayon Notariat ofisi tərəfindən verilmiş, 24 yanvar 2024-cü il tarixli, №38 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanlanmış məktubdan görünür ki, Quliyeva Əmlakə Ağa qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş,vərəsələrin dairəsi müəyyən edilmiş, İsmayıllı İƏDnin verdiyi arayışa əsasən mərhumun vərəsəsi X21 olması barədə məlumat verilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, X1 ilə Mursəliyeva (Quliyeva) Almara Qərib qızının birgə nikahından xx.xx.1997-ci il tarixdə X9 və xx.xx.2000-ci il tarixdə İddiaçı1 doğulmuşdur. X16 ilə Mursəliyeva (Quliyeva) Almara Qərib qızının arasında nikah qeydi 22 sentyabr 2003-cü il tarixdə pozulmuş, Zöhrab Quluzadə 18 iyun 2013-cü il tarixdə Cavabdeh arasında rəsmi nikah bağlanmışdır. X16 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Ondan İsmayıllı şəhəri,Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evi və “VAZ - 21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət əmlaklar miras qalmışdır. X7 ölümündən sonra onun qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh, uşaqları X9, İddiaçı1 və anası Quliyeva Əmlakə Ağa qızı olmuş və o, xx.xx.2021-ci ildə vəfat etmişdir. X1 vəfat etdikdən sonra Cavabdeh və İddiaçı1 vərəsəlik şəhadətnaməsi almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş,lakin vərəsəlik işinin açılması və digər vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi dayandırılmışdır. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evi və “VAZ -21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət əmlaklar miras qalmışdır. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir.Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X23 xx.xx.2020-ci il tarixdə vəfat ediyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçılar X9,İddiaçı1,Cavabdeh və miras qoyanın anası Quliyeva Əmlakə Ağa qızı mirasın açıldığı vaxt X7 birinci növbəli vərəsələri olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarından da görünür ki, X1 öldükdən sonra onun birinci növbəli vərəsələri, arvadı Cavabdeh, uşaqları X9 və İddiaçı1 və anası Quliyeva Əmlakə Ağa qızı miras açıldıqdan əvvəl və sonra da miras evdə yaşamaqla, həmçinin miras evin qorunub saxlanmasında, abadlaşmasında, birgə təsərrüfatın aparılmasında yaxından iştirak etməklə, ondan qalmış mirası faktiki qəbul etmişlər. Bu hal işin mübahisəsiz halıdır. Eyni zamanda Cavabdeh və İddiaçı1 miras qoyanın ölümündən sonra notariat ofisinə müraciət etməklə mirası qəbul etdiyini bəyan etmişdir. Ona görə də məhkəmə hesab edir ki, X23nin birinci növbəli vərəsələri,arvadı,uşaqları və anası ondan qalmış mirası qəbul etmək niyyətində olduqları üçün real davranış nümayiş etdirmişlər.Bununla da sözügedən şəxslər mirası qəbul etmək niyyətində olduqları üçün subyektiv vərəsəlik hüququna malikdirlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilir ki,vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki,mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq,o,mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X23yə məxsus İsmayıllı şəhəri,Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evi və “VAZ -21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət əmlaklar arvadı Cavabdeh ilə olan rəsmi nikah dövründə əldə edildiyindən arvadın birgə nikah dövründə əldə olunmuş əmlak kimi ondan qalan əmlakların bölünməsi zərurəti vardır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evinə dair X14 adına xx.xx.2014-cü il tarixdə (yəni tərəflərin birgə nikah dövründə) çıxarış tərtib edilmiş, sözügedən fərdi yaşayış evinin bağışlama və ya hədiyyə olaraq, yəni əvəzsiz əldə olunması müəyyən edilməmiş, “VAZ -21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşın isə xx.xx.2013-cü il tarixdə (yəni tərəflərin birgə nikah dövründə) Zöhrab Quliyevin adına rəsmiləşdirilmişdir.Göründüyü kimi hər iki əmlak tərəflərin birgə nikah dövründə və əvəzli olaraq əldə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa,onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilmişdir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə,onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər,aldıqları pensiya və müavinətlər,eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik,sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ,maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar,qiymətli kağızlar,kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar,əmanətlər,kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından,yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Göründüyü kimi miras qalmış əmlaklar nikah dövründə əldə olunduğu üçün ½ hissəsi hazırki tələb üzrə cavabdeh olan Güldanə Quliyevaya məxsudur və digər ½ hissəsinə isə birinci növbəli vərəsədir. Eyni zamanda miras qoyan Zöhrab Quluzadə 2020-ci ildə vəfat etdikdən sonra onun birinci növbəli vərəsəsi olan anası Quliyeva Əmlakə Ağa qızı ondan qalan miras əmlakı qəbul etmiş, o, 2021-ci ildə vəfat etdikdən sonra isə onun miras payını oğlu hazırkı tələb üzrə cavabdeh Lətif Quliyev qəbul etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 dekabr 2023–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması,susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Eyni zamanda Mülki Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən mümkün qədər qısa müddət ərzində təkmilləşdirilməsi zəruri hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndindən irəli gələrək vurğulayır ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********58-10301 reyestr,********** qeydiyyat nömrəli,RX seriyalı №0505887 nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən mərhum X13 xüsusi mülkiyyətinə verilmiş İsmayıllı şəhəri,Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evindən və X19 İmtahan və X27 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AC № 130621 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən İsmayıllı şəhər sakini X8 mülkiyyətinə verilmiş “VAZ -21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlaklardan mərhum X8 payına düşən 2/1 hissəyə dair İddiaçı1, Quluzadə (Həsənli) Aygün Zöhrab qızı, Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızı və X11 hər birinin ayrı-ayrılıqda 1/4 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği İddiaçı1 özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********58-10301 reyestr,********** qeydiyyat nömrəli,RX seriyalı №0505887 nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən mərhum X13 xüsusi mülkiyyətinə verilmiş İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi ev №15 ünvanında yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 95 kv.metr olan 1 mərtəbli, 3 otaqlı fərdi yaşayış evindən və X19 İmtahan və X27 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AC № 130621 nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən İsmayıllı şəhər sakini X8 mülkiyyətinə verilmiş “VAZ -21154 minik” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlaklardan mərhum X8 payına düşən 2/1 hissəyə dair İddiaçı1, Quluzadə (Həsənli) Aygün Zöhrab qızı, Quliyeva (Şərifova) Gülnamə Seyfulla qızı və X11 hər birinin ayrı-ayrılıqda 1/4 hissədə payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği İddiaçı1 özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-7/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-7/2024
11.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver