Məhkəmə qərarları › İş №2(037)-71/2023

İsmayıllı Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(037)-71/2023

14.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-71/2023 14.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin sağ hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik və istifadəsinə verilməsi, həmin tikilinin özündə və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin öz hesablarına sökülməsi və evin həyətyanı sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş barədə çıxarılmış 2(037)-71/2023 nömrəli 10 aprel 2023cü il tarixli qətnaməyə dair əlavə qətnamənin çıxarılması barədə məsələyə 14 iyun 2023cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayonu Basqal kəndində yerləşən, mərhum (həmin zamanadək faktiki nikah münasibətində olduğu əri) X1 ilə birgə nikah dövründə əldə etdikləri vəsaitlər hesabına tikilmiş yaşayış evinin Şamaxı Rayon Məhkəməsinin 07 may 1999-cu tarixli 2-48 nömrəli qətnaməsi ilə bölünərək ona ayrılmış, evin sağ hissəsinin ümumi sahəsi 65,8 kv.metr olan yaşayış otaqlarından ibarət hissəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq naturada onun faktiki sahiblik istifadəsinə verilməsi, həmin tikilinin özündə və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi, həmçinin evin 859,0 kv.m.-lik həyətyanı sahəsinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin mülki işə mahiyyəti üzrə baxılaraq İsmayıllı Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(037)-71/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Lakin məhkəmənin 10 aprel 2023-cü il tarixli 2(037)-71/2023 nömrəli qərardadı ilə iddia tələbi evin həyətyanı sahəsinin naturada bölünməsi və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsinə dair hissədə baxılmamış saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(107)-661/2023 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(037)-71/2023 nömrəli qərardadı baxılmamış saxlanılmış hissədə ləğv edilmiş və mahiyyəti üzrə baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə öz təşəbbüsü ilə həmin hissəyə qiymət verməklə, əlavə qətnamə çıxarılmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə əlavə qətnamə və qərardad çıxara bilər. 229.1.2-ci maddəsinə əsasən hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə əlavə qətnamə çıxara bilər. 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi tam şəkildə təmin edilməməli, iddia tələbi evin həyətyanı sahəsinin naturada bölünməsi və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsinə dair hissədə də 2(037)-71/2023 nömrəli 10 aprel 2023-cü il tarixli qətnamədə göstərilən əsaslarla təmin edilməməli və həmin hissədə əlavə qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 229-cu maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evin həyətyanı sahəsinin naturada bölünməsi və həyətyanı sahəsində aparılmış qanunsuz tikililərin cavabdehlərin hesablarına sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Əlavə qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində əlavə qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar