Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-716/2021 06.09.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Xalid Məhərrəm oğlunun katibliyi İddiaçı cavabdeh İsmayıllı rayon Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə 06 sentyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1, X15 və X4 miras qalmış, 21 sentyabr 1998-ci il tarixli JN: 185 KOD 40710018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında İsmayıllı rayonu Qalagah kəndində yerləşən 3.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2, anası X15 olmaqla, xx.xx.1967ci ildə Gürcüstan, Dmanisi rayonunda doğulmuşdur. Aqrar İslahat Komissiyasının 01 iyun 1998-ci il tarixli 47 nömrəli qərarı əsasında JN:185 KOD 40710018 nömrəli “Torpağa mülkiyyət hüququna dairdövlət aktına əsasən İsmayıllı rayonu, Qalagah kəndi ərazisindən 3.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən X2, anası X15 və X3nın birgə mülkiyyətlərinə verilmişdir. X2 17.07.2009-cu il tarixdə, anası X15 18.12.2020-ci il tarixdə və X3 isə 28.11.2005-ci il tarixdə vəfat etmişlər. İsmayıllı rayon Qalagah kəndində yerləşən 3.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mərhum X2, anası X15 və X3na məxsus olmaqla onlardan miras qalmışdır. Mərhum X2 ilə anası X9 birgə nikahlarından o və qardaşları X11, X12 və X13 doğulmuşlar və vərəsələrin hər biri sağ olmaqla, ailə həyatı quraraq müxtəlif ünvanlarda yaşayırlar. O, ailəsi ilə birlikdə hazırda Bakı şəhərində yaşasa da, tez-tez valideyinlərinin yaşadıqları İsmayıllı rayon Qalagah kəndinə gedib-gəlmiş və orada olan qohumları ilə əlaqə saxlamışdır. X3 ailə həyatı qurmadığından vəfat edən günədək valideyinlərinin yanında yaşamışdır. X7 ailə vəziyyətinin müəyyən olunması məqsədi ilə İsmayıllı rayon Qeydiyyat Şöbəsinə müraciət olunmuşdur. İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 07.07.2021-ci il tarixli müraciətə cavab məktubunda 01.01.1918-ci ildə Gürcüstan, Dmanisi rayonunda anadan olmuş X7 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə 28.11.2005-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparıldığı və X7 nikahı haqqında akt qeydinin aşkar edilmədiyi qeyd edilmişdir. X2, anası X15 və X3nın ölümündən sonra birinci növbədə vərəsələrdən yalnız qardaşları X11, X12, X13 və o qalmışdır. Miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun tərəfindən idarə edilməklə faktiki olaraq qəbul edilmişdir. Digər vərəsələr həmin torpaq sahəsini onun adına rəsmiləşdirilməsinə etiraz etmirlər və özlərinə düşən paydan onun xeyrinə imtina edirlər. 17.07.2009-cu il tarixdə vəfat etmiş X2, 18.12.2020-ci il tarixdə vəfat etmiş anası X15 və 28.11.2005-ci il tarixdə vəfat etmiş X3ndan miras qalmış İsmayıllı rayon Qalagah kəndində yerləşən 3.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair vərəsəlik hüququnun tanınması və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı rayon notariat ofisinə müraciət etmişdir. İsmayıllı rayon Notariat ofisinin müraciətə cavab məktubunda qanunvericilikdə nəzərdə tutulmuş mirasın qəbulu üçün müəyyən edilmiş müddətin ötürüldüyü və mirasın faktiki qəbul olunması barədə sübutlar təqdim olunmadığı əsas gətirilərək ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunaraq İsmayıllı rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsinin təmin olunaraq, X1, X15 və X4 miras qalmış, 21 sentyabr 1998-ci il tarixli JN: 185 KOD 40710018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında İsmayıllı rayonu Qalagah kəndində yerləşən 3.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (qardaşı) İddiaçı təmsil etmişdir. İddiaçı nümayəndəsi X13 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh İsmayıllı rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının tələbi haqlı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı X2, anası X15 olmaqla, xx.xx.1967-ci il tarixdə Gürcüstan, Dmanisi rayonunda doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamələrdən görünür ki, X6 17.07.2009-cu il tarixdə, X15 18.12.2020-ci il tarixdə, X10 isə 28.11.2005-ci il tarixdə vəfat etmişlər. İşdə olan 21.09.1998-ci il tarixli JN:185 KOD 40710018 nömrəli “Torpağa mülkiyyət hüququna dair" dövlət aktından görünür ki, Aqrar İslahat Komissiyasının 01 iyun 1998-ci il tarixli 47 nömrəli qərarı əsasında İsmayıllı rayonu, Qalagah kəndi ərazisindən 3.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi DTXK-nin İsmayıllı rayon Şöbəsi tərəfindən İsmayıllı rayon Qalagah kənd sakinləri X6, X15 və X7 birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan Abşeron rayonu 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 07.07.2021-ci il tarixli **********71, **********711 və **********712 nömrəli ərizələrdən görünür ki, X11 17.07.2009-cu il tarixdə vəfat etmiş X2, 18.12.2020-ci il tarixdə vəfat etmiş anası X15 və 28.11.2005-ci ildə vəfat etmiş X5 miras qalmış İsmayıllı rayonu, Qalagah kəndi ünvanında yerləşən 3.46 hektar torpaq sahəsinə dair miras əmlakdan ona çatan payı qardaşı İddiaçı xeyrinə imtina etmişdir. İşdə olan Qusar rayon notariat ofisi tərəfindən təsdiq edilmiş 08.07.2021-ci il tarixli **********182, **********184 və **********183 nömrəli ərizələrdən görünür ki, X12 17.07.2009-cu il tarixdə vəfat etmiş X2, 18.12.2020-ci il tarixdə vəfat etmiş anası X15 və 28.11.2005-ci ildə vəfat etmiş X5 miras qalmış ona çatan payı, məcburi payı nə faktiki, nə də ki, ərizə ilə müraciət edərək qəbul etmədiyini, hal-hazırda qəbul etmədiyini, altı aylıq müddəti buraxdığını, həmin müddətin bərpası üçün və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəyini qeyd etmişdir. İşdə olan Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 13.07.2021-ci il tarixli **********389, **********387 və **********388 nömrəli ərizələrdən görünür ki, X13 17.07.2009-cu il tarixdə vəfat etmiş X2, 18.12.2020-ci il tarixdə vəfat etmiş anası X15 və 28.11.2005-ci ildə vəfat etmiş X5 miras qalmış ona çatan payı qəbul etmədiyini, qəbul etmək niyyətinin olmadığını və itirilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək fikrində olmadığını qeyd etmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07.07.2021-ci il tarixli arayışdan görünür ki, 01.01.1918-ci ildə Gürcüstan, Dmanisi rayonunda anadan olmuş X7 ailə vəziyyətini müəyyən etmək məqsədi ilə 28.11.2005-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X7 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan notariat əməliyyatının aparılmasından imtina edilməsinə dair 07.07.2021-ci il tarixli N-958 nömrəli məktubdan görünür ki, İddiaçı mərhum X3ndan qalmış miras əmlak barədə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat ofisinə müraciət etmiş, lakin iddiaçı mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddəti buraxdığı üçün notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən iddiaçının nümayəndəsinin izahatı və digər iş materialları ilə müəyyən edilir ki, 17.07.2005-ci il tarixdə vəfat etmiş X1 iddiaçının atası, 18.12.2020-ci il tarixdə vəfat etmiş mərhum X15 anası və 28.11.2005-ci il tarixdə vəfat etmiş mərhum X10 isə xalası olmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə görə məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, X1, X15 və X4 miras qalan mirasın İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, İddiaçı X1, X15 və X4 miras qalmış əmlakdan təyinatına uyğun olaraq istifadə etməklə, həmin miras əmlakı faktiki qəbul etmişdir. Digər vərəsələr isə ayrı-ayrılıqda notarial qaydada ərizə yazaraq miras əmlakdan paylarına düşən hissənin qardaşları İddiaçı xeyrinə imtina etmişlər. Bu səbəbdən həmin miras əmlak iddiaçının mülkiyyəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etdikdə, miras əmlaka sahiblik etməyə və ya faktiki idarə etməyə başladıqda və bununla da mirası şəksiz qəbul etdiyini nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddia tələbinin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin notarusa həvalə edilməsi ümumi məhkəmənin səlahiyyətinə aid olmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. X1, X15 və X4 miras qalmış, 21 sentyabr 1998-ci il tarixli JN: 185 KOD 40710018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında İsmayıllı rayonu Qalagah kəndində yerləşən 3.46 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlakı İddiaçı qəbul etməsi faktı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-716/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-716/2021
06.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver